84.3
A 75
Redaktoru: Cavad Zeynal
A 75 V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov.
1918-ci il qırğınları. Tarixi araşdırmalar
B.: “Öyrətmən”. 1995. 90 səh.
Əsrin əvvəlində xalqımızın soyqırımına məruz qalmasından, mahallarımızın,
ərazilərimizin işğalından, həmin qanlı siyasət nəticəsində qurban gedən yüz
minlərlə soydaşımızın faciə-fəlakətlərindən bəhs edən bu kitab hər bir kəs üçündür:
kiçik oxumalıdır-gələcəyə hazırlanması üçün; yeniyetmə oxumalıdır - tarixini
bilməsi və mübarizələrə hazır olması üçün; böyük oxumalıdır-bu faciələri
unutmaması üçün; analar oxumalıdır- həmin hadisələri beşik başında körpələrinə
danışmaları üçün-yalnız bu halda milli yaddaşımız özünə qayıda bilər.
A 470202400
84,3
©“Öyrətmən”1995
Ö N S Ö 3
Xalqımıza qarşı əsrimizin əvvəllərində iki dəfə soyqırımı siyasətinin həyata
keçirilməsinə baxmayaraq, bugünkü nəsil yaxın vaxtlara
qədər bu tarixi faciələr
barədə, demək olar, heç nə bilmirdi. Son illərin demokratik işığı soykökümüzə
qarşı çevrilmiş bu mənfur siyasətin acı həqiqətləri üzərinə öz ziyasını saldı,
mətbuat səhifələrində 1905 və 1918-ci illərdə olmuş qırğınlar barədə yazılar
görünməyə başladı.
Sovet hakimiyyəti illəri ərzində bu tarixi faciələr barədə danışmaq qeyri-
mümkün idi. Xalqın soykökünün məhvinə, Azərbaycan torpaqlarının zəbt
edilməsinə aid məqalələr dərc etdirmək, kitablar buraxmaq qanunla qadağan
olunurdu. Bu işi görməyə cəhd edən ayrı-ayrı şəxslər inzibati orqanlar tərəfindən
təqib edilirdi, onların bu vətənpərvərlik fəaliyyəti o dövrdə partiyanın irəli sürdüyü
beynəlmiləlçilik siyasəti ilə uyğun gəlmirdi.
Elə həmin dövrdə heç bir partiya və dövlət siyasətinə məhəl qoymayan
ermənilər xalqımıza qarşı, bütövlükdə türk dünyasına qarşı həyata keçirtdikləri
soyqırımı siyasəti ilə əlaqədar olaraq əhali arasında təbliğat işləri aparır, yeni nəsli
sırf erməni millətçiliyi ruhunda tərbiyə etməyə çalışırdılar. Məhz buna görə də
yaxın vaxtlara qədər, yəni Dağlıq - Qarabağ problemi meydana çıxana qədər hər
bir erməni gənci türkə nifrət ruhunda böyümüş, 1905-1918-ci illərdə olmuş
erməni-müsəlman qırğınları barədə tarixi həqiqətlər barədə uydurulmuş, şişirdilmiş
təsəvvürlərə malik idi. Azərbaycanda isə başımıza açılan müsibətləri yazmaq
qadağan edildiyindən gənclərimiz öz yaxın keçmişində baş vermiş faciələri öyrənə
bilməmişdi, başqa sözlə desək, soykökümüzə, ərazimizə, torpaqlarımıza,
tariximizə qarşı çevrilmiş bu faciədən süni surətdə məhrum olmuşdu.
1993-cü ildə 1918-ci ilin erməni-müsəlman qırğınından 75 il keçdi. Düz 75
il əvvəl erməni quldur dəstələri Azərbaycan türklərinə qarşı tarixdə görünməmiş
bir vəhşilik etdi. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağ və Zəngəzurda,
habelə Azərbaycanın digər şəhər və kəndlərində, qədim oğuz yurdu İrəvan
torpaqlarında yüz minlərlə Azərbaycan türkü işgəncə ilə öldürüldü, evlər qarət
edildi, yandırıldı. Daşnak silahlı dəstələri dinc əhaliyə qarşı elə vəhşiliklər tətbiq
etdilər ki, bu gün həmin tarixi faciələr barədə söhbət açanda adamın nəbzi dayanır.
Erməni vəhşiləri qocaları, qadınları, uşaqları qılıncdan keçirir, bu gün olduğu kimi,
1918-ci ildə də azərbaycanlıların yaşayış yerlərini yandıraraq ölü zona yaratmağa
çalışırdılar. Həmin dövrdə daşnak hərbi qüvvələrinin vasitəsilə təşkil edilmiş bu
soyqırımını başda Stepan Şaumyan olmaqla erməni bolşevikləri vətəndaş
müharibəsi kimi qələmə verməyə və bununla da əsl tarixi həqiqəti ört-basdır
etməyə çalışırdılar.
Lakin zaman hər şeyi öz yoluna qoydu. Erməni bolşeviklərinin əsl siması
məlum oldu. Xalqımızın soyqırımına susamış bu vəhşilər öz tarixi cinayətlərini
gizlədə bilmədilər.
1918-ci ilin mart soyqırımı günü vaxtilə Azərbaycan Demokratik
Respublikası hökuməti tərəfindən milli matəm günü kimi keçirildi. Bu matəm iki
il, yəni 1919 və 1920-ci illərdə Azərbaycanda milli matəm kimi qeyd edildi.
Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunun
əməkdaşları tərəfindən hazırlanan bu kitab həmin sahədə ilk təşəbbüs hesab olunur.
Müəlliflər 1918-1920-ci illərdə Azərbaycanın bütün ərazisində Bakı, Quba,
Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və Zəngəzurda, eləcə də qədim oğuzların
yaşayış məskəni olan İrəvan torpağında soykökümüzə qarşı dövlət səviyyəsində
həyata keçirilən soyqırımı hadisələrini faktik materiallar əsasında təhlil edərək
ümümiləşdirib oxuculara çatdırmağı özlərinə borc bilmişlər.
Şübhəsiz ki, adları çəkilən şəhərlərdə və ərazilərdə törədilən soyqırımı
barədə daha böyük həcmli kitablar yazmaq mümkündür. Yəqin ki, tarixçilərimiz
bu işin öhdəsindən layiqincə gələcəklər. İndiki halda isə, bu soyqırımı hadisələrini
özündə geniş əks etdirən kitabın olmamasını nəzərə alaraq onun tezliklə nəşr
olunub oxuculara çatdırılmasını vacib bilmirik. Çünki bu soyqırımı hər bir
Azərbaycan vətəndaşının, xüsusilə böyüməkdə olan gənç nəslin qan yaddaşında
möhkəmlənməlidir.
BAKI QIRĞINI
1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik
rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın
nətiçəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir
və işgəncələrə məruz qalmışdır. Tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı
hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkaranın, Şamaxının
və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına
məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı nə
qocaya, nə cavana, nədə körpələrə aman verilməmiş, adamları vəhşicəsinə qətlə
yetirilmələri üçun onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab
edilmişdir.
Bu dəhşətli cinayətlərin təşkilatçıları cürbəcür vasitələrlə Leninin rəğbət və
etimadını qazanmış Şaumyanın başçılıq etdiyi Bakı bolşevikləri, başlıca icraçıları
isə daşnak hərbi hissələri olmuşdur.
Belə bir sual ortaya çıxa bilər ki, bu cür qanlı cinayətə əl atmaq, yaxud da
ona göz yummaq məgər bolşeviklərə çoxmu gərək idi? Axı, onlar artıq beş aydan
artıq idi ki, hakimiyyəti ələ keçirmişdilər. Məgər onlar düşünmürdülərmi ki,
törətdikləri qanlı cinayətlərdən ötrü, nə vaxtsa cavab verməli olacaqlar?
Bu suallara cavab vermək üçün bolşeviklərin Bakıda hakimiyyətə gəlmələri,
hansı ictimai-siyasi qüvvələr tərəfindən müdafiə olunmaları, yerli əhaliyə-
azərbaycanlılara, onların ictimai-siyasi təşkilatçılarına münasibəti məsələlərini bir
qədər geniş şərh etmək lazımdır.
Tarixdən yaxşı məlumdur ki, hər yerdə olduğu kimi, Bakıda da bolşeviklərin
hakimiyyətə gəlməsi heç vaxt demokratik ənənələrə əsaslanmamış, yəni geniş əhali
kütləsinin onları müdafiə etməsinin nəticəsi olmamışdır. Sadəcə olaraq, Bakı
bolşevikləri Rusiyada 1917-ci il oktyabr çevrilişi ərəfəsində yaranmış qarışıqlıq
zamanı özlərinə xas olan demoqoqluq məharətlərini ustalıqla işə salaraq elə həmin