qara yas şlyapası da əlavə olunmuşdu. Təkcə parıltılı, qəddar
gözləri diri qalmışdı və ondan başa
düşdüm ki, əslində, o dəyişməyib.
Dükanın divarındakı lampa zorla közərirdi, hamının bildiyi və
görməzliyə vurduğu məşğuliyyətini,
heç olmasa, ört-basdır etmək üçün də rəflərdə mal yox idi. Mən
sakitcə içəri girəndə Rosa Kabarkas
müştərini ötürürdü. Bilmirəm, o, məni, doğrudanmı, tanımadı,
yoxsa özünü elə göstərdi. Onun
boşalmasını gözləmək üçün skamyada oturdum və hər şeyin necə
baş verdiyini yadıma salmağa
çalışdım. Gözəl çağlarımızda o, bir neçə dəfə mənim dadıma
çatmışdı. Yəqin, Rosa fikrimi oxudu,
çünki dönüb mənə elə zənlə baxdı ki, narahat oldum. «Vaxt sənə
toxunmayıb», – o, qüssə ilə köks
ötürdü. Onun könlünü almaq istədim: «Sənə isə toxunub, ancaq
yaxşı mənada». «Ciddi sözümdür, –
dedi, – ölüvay at sifətin hətta bir az canlanıb». «Yəqin, başqa
evlərdə otlamağımdandır», – mən onu
sancdım.
«Qız saat ondan otaqdadı, – o dedi. – Gözəl, təmiz, tərbiyəli
qızdır, ancaq qorxudan ölür, çünki
Qayrıdan olan yükdaşıyana qoşulub qaçan bir rəfiqəsini iki saat
özünə gətirə bilməyiblər. Bu da
aydındır, – Rosa öz ehtimalını irəli sürdü, – bu qayrılılar
məşhurdular, onlar erkək eşşəyə qoduq
saldırırlar. – Və yenə məsələyə qayıtdı: – Yazıq qız, üstəlik, hələ
fabrikdə də can qoyur, düymə tikir».
Bu mənə elə də ağır iş kimi görünmədi. «Kişilər belə fikirləşir, – o
etiraz etdi, – bu, daş qırmaqdan ağır
işdi». Bir də etiraf etdi ki, ona bromla pişikotu qarışığı içirdib və
qız indi yatır. Fikirləşdim ki, bu
rəhmdillik, giley-güzar qiyməti qaldırmaq üçün növbəti kələkdir,
ancaq o dedi yox, mənim sözüm
sözdür. Onun pozulmaz qanunu yenə qüvvəsində idi: hər xidmətə
görə – sikkə ilə və əvvəlcədən ayrıca
hesab. Bax belə.
Həyətin ortası ilə onun arxasınca getdim və təravətini itirmiş
dərisi, adi pambıq corab geydiyi şişmiş
ayaqlarını yerə necə çətin basması məni yumşaltdı. Bədirlənmiş ay
səmanın ortasına çatmışdı və dünya,
elə bil, göy sulara qərq olmuşdu. Onun evinin yaxınlığında şəhər
hökumətinin dəvət etdiyi musiqiçilər
üçün palma budaqlarından döşəmə düzəldilmişdi, ətrafda dəri
oturacaqlı çoxlu kətil var idi, tor
yelləncəklər asılmışdı. Arxasından meyvə bağlarının başladığı
həyətə kərpicdən tikilmiş, ancaq
ağardılmamış, quşların girməməsi üçün pəncərələrinə tor
vurulmuş altı otaq baxırdı. Yeganə tutulmuş
otaq alaqaranlıqda itmişdi və Zənci Tonya radioda uğursuz
məhəbbətdən oxuyurdu. Rosa Kabarkas
nəfəsini dərdi: «Bolero – həyatdır». Mən onunla razı idim, ancaq
indiyə kimi bunu yazmağa cürət
etməmişdim. O, qapını itələyib, otağa girdi və dərhal da qayıtdı.
«Hələ də yatır, – qadın dedi. – Bədəni
istədiyi qədər doyunca yatmasına imkan versən, yaxşı olar, sənin
gecən onunkundan uzundur». Mən
çaşqınlıq içində idim: «Səncə, bəs mən nə etməliyəm?» «Özün
bilərsən, – onun halını pozmaması
yerinə düşmürdü, – elə ona görə də müdriksən». Rosa dönərək,
məni dəhşət içində tək qoydu.
Qaçmağa yer yoxdu. Mən otağa girdim ürəyim az qalırdı
sinəmdən çıxsın və qızı anadangəlmə çılpaq
vəziyyətdə iri, yad çarpayıda məsumcasına yatan gördüm. O,
böyrü üstə üzü qapıya uzanmışdı, üstdən
düşən gur işıq onda gizlin bir yer qoymamışdı. Mən çarpayının
qırağında oturub, bütün beş
hissiyyatımla gördüklərimi canıma hopduraraq, heyranlıqla ona
tamaşa eləyirdim. Onun qarabuğdayı
bədənindən hərarət yağırdı. Görünür, onu hazırlamışdılar,
başından qasığındakı narın tüklərə qədər
yuyub, bəzək-düzək vurmuşdular. Saçlarını burmuşdular, əl və
ayaq dırnaqlarına öz təbii rəngində lak
çəkmişdilər, ancaq mis rənginə çalan dərisi cod idi və qulluq
görməmişdi. Yenicə çıxan döşləri hələ
oğlan döşlərinə oxşayırdı, di gəl onlarda fışqırmağa hazır gizli
enerji hiss olunurdu. Yəqin, yerə
yüngülcə basdığı, əllərindəki kimi uzun, hissiyyatlı barmaqları olan
ayaqları hər tərəfdən qəşəng idi.
Hətta işləyən ventilyatorun altında belə, bütün bədənində tər
damcıları parıldayırdı, gecəyə yaxın isti
lap dözülməz olmuşdu. Qoyma kirpikləri, sürməli qaş-gözü və
şokolad rəngində bolluca boya yaxılmış
dodaqları ilə ənlikli sifətini qalın düyü pudrasının altından təsəvvür
etmək mümkün deyildi. Ancaq nə
paltar, nə kosmetika onun xarakterini gizlədə bilər: düzgün
quruluşlu burun, çatmaqaş, qəşəng ağız. Fikirləşdim: zərif,
döyüşkən cöngədir ki var.
Saat on birdə həmişəki işimin dalınca vanna otağına getdim, qız
öz miskin paltarını burada
soyunmuşdu, ancaq stulun üstünə elə səliqə ilə yığmışdı ki, guya,
bahalı paltardı: sintetik parçadan
kəpənəkli don, madapolamdan sarı tuman, kəndirlə bağlanan
səndəl. Paltarın üstünə ucuz qolbaq və
ucuna bənd olmuş medalyonda Məryəm ananın təsviri olan nazik
zəncir qoyulmuşdu. Dodaq boyası,
kirşan, açar və xırda qəpiklər olan əl çantası da burada, rəfdə idi.
Hamısı elə ucuz, işlənmiş və köhnə
idi ki, belə kasıblığı heç təsəvvürümə də gətirməzdim.
Əynimdəkiləri soyunub, asılqandan elə asmağa çalışdım ki, ipək
köynəyim, ütülü kətan kostyumum
qırışmasın. Su dolub boşalan zəncirli çənin altındakı unitaza peşab
elədim, özü də bu işi oturub
gördüm. Bunu mənə hələ uşaq olanda çanağın kənarlarını
batırmayım deyə Florina de Dios öyrətmişdi
və təvazökarlıq nə lazım, şırnaq tarım və rəvan idi, lap azad
ayğırınkı kimi. Vanna otağından
çıxmamışdan tasın üstündəki güzgüyə baxdım.
Güzgüdən mənə baxan atsifət adam ölüvay deyildi, ancaq Roma
Papasının çənəsi kimi sallanmış
çənəsi, şişmiş göz qapaqları və nə vaxtsa gur olan seyrəlmiş
saçları ilə qaşqabaqlı idi.
– Zibil, – mən ona dedim. – Əgər məni sevmirsənsə, axı mən
neyləyə bilərəm?
Dostları ilə paylaş: |