78
Zavallı tələbələr illərlə birinci kursda qalırlar, çünki onlar ana
dilində təhsil aldıqlarından heç nə başa düşmürlər. Mühazirələr isə
rusca oxunur... Oyan ey əhli islam!” [140, N-(6), 1993].
1926-cı ilin payızında gizli Müsavat MK-nın ΙΙ tərkibi də
dağıdıldı, onun üzvləri və digər fəallarından 34 nəfəri həbs edildi
(Əhməd Haçınski, Dadaş Həsənov və b.). Lakin çox keçmədən
partiyanın həbsdən yayına bilmiş fəalları bir yerə toplaşaraq
Məmmədəli Ataməliyevin rəhbərliyi altında üçüncü və sonuncu
MK-nı formalaşdırdılar. Təəsüflər olsun ki, bu MK əvvəlkilər
kimi çox yaşamadı. 1927-ci ilin sonlarına yaxın Az. DSİ apardığı
geniş miqyaslı əməliyyatla partiyanın MK-sını və əksər qəza-
lardakı təşkilatlarını ləğv etdi. Başda MK üzvləri M. Ataməliyev,
Ə. Rəhimov olmaqla 200-dən artıq fəal müsavatçı həbs edildi ki,
bunlardan “80 nəfər Qarabağ, 42 nəfər Lənkəran, 17 nəfər Göyçay
təşkilatından idi” [140, N-4(8), 1995].
Müsavatın Azərbaycanda gizli fəaliyyətinin ΙΙ mərhələsi
bir sıra məqamlarda özündən əvvəlki mərhələyə bənzəsə də,
(gözləmə taktikası, gizli strukturların bərpası, təbliğata önəm ver-
mə və s.) başlıca xüsusiyyətlərinə görə (Kommunist Partiyasının
tərkibinə və sovet dövlət aparatına öz adamlarını yerləşdirmək,
əlifba islahatına, ruslaşdırmaya qarşı çıxmaq və s.) ondan kəs-
kinliklə fərqlənirdi.
Bu mərhələ sovet mənbəşünaslığında “avantüra” və “şpio-
naj dövrü” adlanır.
Orconikidzenin fikrincə Müsavatda bu mərhələdə iki meyl
hakim idi: biri gözləmə, ikincisi isə silahlı üsyana qalxmaq.
Orconikidzenin bu fikrini tənqid edən mühacirlər qəti şəkildə
bildirırdilər ki, “heç bir mühacir qrupu yoxdur ki, o silahlı üsyan
tərəfdarı olsun. Gözləmə mövqeyinə gəldikdə isə bu məqamda
Orconikidze düzdür, çünki Müsavat avantürist təşkilat deyil” [42,
N-13, 1925].
Mühacirət ədəbiyyatında Azərbaycanda gizli Müsavatın
fəaliyyəti ilə bağlı ΙΙ Dünya müharibəsinin sonuna qədər çox
79
mətləblərə toxunulmayıb, yaxud da bir sıra həqiqətlər gizli saxla-
nılıb. Müsavatın silahlı üsyan hazırlaşması, hərbi təşkilatlara
malik olması da təbii ki, açılası məsələlərdən deyildi.
Lakin 50-ci illərdən sonra mühacirlər artıq vaxtilə yazıl-
ması qeyri-mümkün olan məsələləri açıqlamağa başladı.
Gizli Müsavatın 1926-cı ilə qədər fəaliyyətdə olan mükəm-
məl hərbi təşkilatları var idi. Ə. V. Yurdsevərin yazdığı kimi
partiya doğrudan da öz üzvlərini silahlandırırdı.
Müsavatın nəzdində hərbi təşkilatlar 1921-ci ildən forma-
laşmağa başladı. Əhməd Hacınski istintaqa verdiyi ifadədə bil-
dirirdi: “Avqust ayından mən gizli “Müsavat”da fəaliyyətə başla-
dım. Sonra Məmməd Sadıq Quliyevin vasitəsi ilə Əbdül Vahab
Məmmədzadə ilə tanış oldum. O da öz növbəsində məni Dadaş
Həsənovla tanış etdi. Beləliklə, hərbi təşkilatın əsas üzvlərini
tanıdım” [140, N2(6), 1994]. Ə. Hacınski hərbi təşkilatın üzvü
olana qədər burada adı çəkilən müsavatçılardan başqa N.
Qulubəyov, İ. Axunzadə və M. İbrahimov da var idi.
Hərbi təşkilatın 1923-cü ilə qədərki quruluşu aşağıdakı
kimi olub: MK yanında N. Qulubəyovun rəhbərlik etdiyi üçlük, bu
üçlüyə tabe olan aşağı üçlüklər (qəza təşkilatlarındakı hərbi
üçlüklər nəzərdə tutulur), ayrı-ayrı təşkilatlarda (əsasən hərbi
hissələrdə) yaradılan özəklər. 1923-cü il kütləvi həbslərindən
sonra MK yanında hərbi üçlük genişləndirilərək hərbi mərkəz
şəklini aldı, Bakı Komitəsi yanında beş nəfərdən ibarət hərbi şöbə
yaradıldı, rayonlarda isə bir nəfər vasitəsilə mərkəzlə əlaqə
saxlayan özəklər yaradıldı.
MK yanında hərbi mərkəz hərbi kadrların hazırlanmasında
və başqa məsələlərin icrasında əsas rəhbərlik orqanı hesab
olunurdu. O bütün respublika ərazisindəki hərbi təşkilatlara
nəzarət edirdi (müsavatçıların formalaşdırdığı) “Hərbi mərkəzin
cəmi üç iclası olmuşdu. İclaslar Əli Hüseyn Dadaşovun mən-
zilində keçirilmişdi” [140, N-2 (6), 1994]. Az. DSİ-nin məluma-
tına görə iclaslarda:
80
a)
M. S. Quliyevin məlumat xarakterli məruzələri, hərbi mər-
kəzin və özəklərin formalaşdırılması problemləri;
b)
Müsavat partiyasının MK-sı yanında yaranan hərbi beş-
likdə (1923-cü ildən sonra hərbi üçlük, beşliyə çevrildi) vəziyyət;
v) Beşliyin təşkilat quruluşu və vəzifələri barədə təlimat (bu
sənəd Ə. Hacınski və Ə. H. Dadaşov tərəfindən hazırlanmışdı)
müzakirə edilmişdi.
1923-ci ildən sonra Hərbi Mərkəzin əsas rəhbəri Ə.
Hacınski idi (MK-nın ΙΙ tərkibinin sədri).
BK yanında hərbi şöbə Bakı qəzasında ümumi rəhbərliyi
həyata keçirirdi. Qəza rayonlara bölünmüş, hər bir rayona rəis
təyin edilmişdi. Bu rəislər yerli hərbi özəklərə rəhbərlik edirdi.
“Hər bir təşkilat aşağıdakı şöbələrə malik olmalı idi: təş-
kilat şöbəsi; əməliyyat (operativ) şöbəsi; təchizat şöbəsi; təbliğat
və təşviqat şöbəsi” [140, N-2 (6), 1994].
Bütün rayon sədrləri öz rayonunu tam öyrənməli idi:
qırmızı ordu hissələrinin yerləşdiyi yerlər, onların döyüş qabiliy-
yəti, silah-sursat təchizatının vəziyyəti, dövlət əmlakının, strateji
obyektlərin yeri və s. Rayon təşkilatları Müsavat partiyasının
icazəsi ilə (hərbi mərkəz vasitəsilə) hərəkət edə, hərbi əməliyyata
başlaya bilərdi. Hərbi əməliyyatların rayon ərazisində müəyyən-
ləşdirilmiş qüvvələrinin iştirakı ilə başlanması nəzərdə tutulmuşdu.
Belə ki, əgər hərbi təşkilatın üzvü qırmızı orduda bölmə, yaxud
alay komandiri idisə, onda imkan yaranan kimi o, bütün rəhbərlik
etdiyi heyətlə çıxışa başlamalıydı.
Rayon rəisləri müntəzəm şəkildə hərbi Mərkəzlə əlaqə
saxlayırdı. Etnik zəmində düşmənçilik hərbi təşkilatlarda yolveril-
məz hesab edilirdi. Az. DSİ-nin məlumatına görə “belə hallar
qəbul edilmiş qərarla ən ağır vəziyyətlərdə yerindəcə güllələnmə
ilə nəticələnə bilərdi” [140, N-2 (6), 1994].
BK yanındakı hərbi beşliyə həm MK-nın, həm də BK-nın
nümayəndələri daxil idi. 1923-cü ildə artıq bütün milli hərbi
hissələrdə təşkilatın hərbi özəkləri yaradılmışdı. Məsələn:
Dostları ilə paylaş: |