_________________________________________Eşqə doğru
75
Adamlar getdikcə bir-bir,
İçimdə itir səs-səmir.
Bir kimsə doymaq istəmir,
Hərə bir az dadır gedir...
Elşad Ərşadoğlu ____________________________________
76
PİYADA KEÇİDİ
Keçir ürəyimdən, keçir adamlar...
Əvvəl ürəyimə gəlirlər
tənhalıqdan qorunmağa,
könüllərin ovutmağa,
göz yaşların qurutmağa,
daha nələrə, nələrə...
Elə ki,
işlərini sahmanladılar,
təhlükəni addatdılar,
məqsədlərinə çatdılar,
köçür ürəyimdən, köçür adamlar...
Beləcə,
təhlükədən qorunmaqçün
piyada keçidindən keçən sayaq,
ürəyimdən
gəlib keçir adamlar...
_________________________________________Eşqə doğru
77
ALLAHIN GÖZÜNDƏN
DÜŞƏN ADAM
Hey dolanar yetim-yetim.
Arzu olar ölüm-itim,
Dərdə-qəmə bir həsrətin,
Üzündən düşən adama.
Sevgisindən ağlı çaşar,
Yolun azar, həddin aşar.
Yaxşı-pis hamı dırmaşar,
Özündən düşən adama.
Gəzər, dərdi-səri canda,
Hamı ögeyləşər sonda,
Tanrının tale adında,
Sözündən düşən adama.
Bəla gələr yığın-yığın,
Əzrail də durmaz yaxın,
Ağlı üzündən, Allahın
Gözündən düşən adama...
Elşad Ərşadoğlu ____________________________________
78
ZAMAN MƏNİM İÇƏRİMDƏ
Nə vaxtdı çəkilib gedib,
Duman mənim içərimdə.
Çoxdan dönüb həqiqətə,
Güman mənim içərimdə.
Bu dünyanın yolları bol,
Canım-gözüm, bil, agah ol.
Olar sənə ən doğru yol
Əyan, mənim içərimdə.
Bu yoldakı yoxuş, döngə,
Gətirməsin səni təngə,
Haqqa gedən, gəl “dörd rəng”ə,
Boyan mənim içərimdə.
Nola, göydən enə yiyəm,
Qulağına bir söz deyəm:
Mən zamanın içindəyəm,
Zaman mənim içərimdə?..
_________________________________________Eşqə doğru
79
ÖZÜM BOYDA
YER VARIMDI İÇİMDƏ
Yorulmayır əzablardan, ağrıdan,
Mən qəlbimi pay almışam Tanrıdan.
Tək özümə açmadığım heç zaman,
Neçə-neçə sirr varımdı içimdə.
Qəlbimə dolsa da acı kədər, qəm,
Olmayıbdı qismətimə deyinəm.
Daim Allah sevgisiylə döyünən,
Bir qiymətli dürr varımdı içimdə.
Qəlbdədi Tanrıya itaətim də,
Sonsuz istəyim də, məhəbbətim də.
Qəlbdədi namazım, ibadətim də,
Məscid, ocaq, pir varımdı içimdə.
Hər ürəyim sevinəndə, güləndə,
Sevinib gülmüşəm onunla mən də.
Mənə məzar gərək deyil öləndə,
Özüm boyda yer varımdı içimdə...
Elşad Ərşadoğlu ____________________________________
80
GEDƏSƏN - I
Canım-gözüm, bu dünyada hər şeydən,
Üz çevirib, göz qoparıb gedəsən.
Bilməyələr hara getdin, necoldun,
Arxanca bir toz qoparıb gedəsən.
Səs versən ürəyinin səsinə.
Bircə dəfə hörmət qoyub özünə,
Damğa basıb bu dünyanın üzünə –
Ayağından iz qoparıb gedəsən.
Ürəyində ölsə belə çox arzun,
Düşünməyib olacağı, sonrasın,
Yaşamaqçün, dodağından o qızın,
Bircə kəlmə söz qoparıb gedəsən...
_________________________________________Eşqə doğru
81
GEDƏSƏN - II
Bir gecə sözünə naxələf çıxıb,
Bu qoca dünyanı atıb gedəsən.
Göylərdən səs gələ, çağıra səni,
Üzünü göylərə tutub gedəsən.
Qoyub bu dünyada dərdi-sərini,
Gedəsən, bilməyə heç kim yerini.
Uçurub çiynindən mələklərini,
Sonra ətəyindən tutub gedəsən.
Gedəsən, el sənə bəxtikəm deyə,
Almadı dünyadan yazıq kam deyə.
Ölümü aldadasan, gələcəm - deyə,
Ömrün də başını qatıb gedəsən.
Xəbərsiz gedəsən, ta handan-hana,
Bir səhər hay düşə bütün hər yana.
Qalan ömrünü də bir başqasına,
Dəyər-dəyməzinə satıb gedəsən...
Dostları ilə paylaş: |