Mühəndislər başqa bir həll yolu tapdılar. Çürümüş tirləri tədricən,
hissə-hissə, böyük qranit lövhələrlə əvəz etməklə bütün bünövrəni
dəyişdilər. Nəticədə, İmperator teatrının nəhəng binası yeni,
möhkəm bünövrənin üzərində dayandı. Elə indi də bina öz
sarsılmaz bünövrəsinin üzərində dayanmaqdadır.
Dövlətlərin və xalqların həyatı bizə Moskvadakı İmperator
teatrıyla bağlı hadisəni xatırladır. Dövlət quruluşunun köhnəlib
sıradan çıxmış təməli, xalqların
köhnə üsullarla idarəsi, keçmiş
zamanlarda hansısa bir məna kəsb etsə də, indi artıq öz gücünü
itirmiş, yararsız hala düşmüşdür. Müdrik bir atalar sözündə
deyilir: “Yeni dövrün yeni mahnıları qoşulur”. İnsan
nəsilləri
dəyişir. Yenilənir. Bu dəyişilmələr isə özüylə yeni anlayışlar, yeni
meyllər, yeni tələblər gətirir. Artıq yeni nəsilləri zorla imkanları
tükənmiş bu köhnə idarəetmə formalarıyla, köhnəlmiş üsullarla
idarə etmək mümkün deyil, yeni nəsillərin həyatının - ağıllı,
ədalətli və möhkəm dövlət idarəçiliyi bünövrəsi üzərində
qurulması zəruridir.
Bir sıra ölkələrdə dövlətə başçılıq
edən şəxslər, məhz belə
edirlər. Xalq kütlələrinin idarə edilməsi üçün sakitliklə, heç nəyi
sındırıb dağıtmadan, vaxtında, müdrik və ədalətli idarəetmə
formalarını ictimai həyata daxil edirlər. Lakin bəzi ölkələrdə
xalqın idarə edilməsi və tərbiyə olunması üsullarının tədricən və
arasıkəsilmədən yaxşılaşdırılması zərurətini anlamır, ya da
anlamaq istəmirlər.
Buna görə də, dövlət binasının divarlarında
çatlar yaranır, uzununa və eninə genişlənir, ancaq heç kim onlara
fikir vermir. Buna görə də, köhnə, hətta, güclü dövlətlər yalnız çat
verməklə qalmır, həm də dağılır. Köhnə Persiya dağıldı. Köhnə
Türkiyə dağıldı. Köhnə Avstriya dağıldı. Nəhayət, köhnə
8
və böyük Rusiya, habelə köhnə Almaniya, Bismarkın və
Vilhelmin Almaniyası da dağıldı.
Bibliyada belə bir pritça var: haçansa, qüdrətli, ancaq amansız
və rəhmsiz kralın saray divarlarında alovlanan sətirlərlə belə bir
yazı görünmüşdü: “Mene, tekel, Peres”
1
.
Müdrik Daniil bu sözlərin mənasını izah edərək bunun belə bir
qorxunc xəbərdarlıq olduğunu demişdi: Köhnə dövlət öz həyati
gücünü itirmiş və qaçılmaz məhvə məhkum olmuşdur.
Qədim Romanın, Filipp və hersoq Albanın böyük ispan
monarxiyasının,
XIV
və
XV
Lüdoviklərin
fransız
monarxiyasının,
Rusiyada
Romanovların,
Almaniyada
Hohenzollerlərin və Avstriyada Habsburqların
faciəli taleyini
xatırlayaq - bunların hamısı tarixin alovlu sətirlərlə yazdığı bu
sözlərlə ifadə edilmişdir: “Mene, tekel, peres”. Yüngülfikirli
olmayın! Öz cılız şəxsi işlərinizin və qayğılarınızın içində qurd
kimi qıvrılıb sürünməklə kifayətlənməyin! Dövlətinizin
bünövrəsini möhkəmlətmək barədə düşünün! Xalqınızın yeni,
sonrakı və yüksək tərbiyəsinin qayğısına qalın!
Hadisələrin gedişində tarix bir sıra dövlətlərin və xalqların
taleyiylə bağlı amansız hökmlər versə də, bəzi
1
Bibliyanın Köhnə Andlaşma hissəsindəki Daniil peyğəmbərin kitabında
yazıldığına görə, Babil kralı Valtasar öz ayanlarıyla ziyafətdə əylənərkən, biləkdən
yuxarısı görünməyən bir əlin sarayın divarında, alovlanan hərflərlə: “mene, tekel,
peres (uparsin)” yazdığını görür. Yazılan sözlərin nə demək olduğunu anlamayan
kral Daniil peyğəmbəri çağınb bu yazının mənasını soruşur, Danii!
isə ona bu
yazının ilahidən gələn xəbərdarlıq olduğunu və çox keçmədən Valtasarın
hakimiyyəti itirəcəyini, krallığın isə işğalçılar arasında bölüşdürüləcəyini deyir.
Daniilin izahına görə, mene - Tanrının krallığa son qoymağı qət etməsini; tekel -
Tanrının Valtasarı zəif şəxsiyyət kimi dəyərləndirməsini; peres - krallığın perslər və
midiyalılar arasında bölünəcəyini ifadə edirdi. Bibliyada deyildiyinə görə, Valtasar
həmin gecə öldürülür və onun krallığı Daniil peyğəmbərin dediyi qaydada
parçalanır. (Tərcüməçinin qeydi)
9
dövlətlərin timsalında örnək ola biləcək nümunələr təqdim edir,
bununla bizə, ictimai həyatın necə və hansı vasitələrlə
möhkəmləndiyini
göstərir, xalqın ikiayaqlı heyvanlar sürüsünə
və ya qarışqa yuvasında qaynaşan həşəratlara çevrilməməsi,
əksinə, şüurlu və sevinc dolu həyatın böyük və ağıllı yaradıcı
olması üçün, necə tərbiyə edilməsinin yollarını öyrədir.
10