san. Bizdə özünü göstərən slavyan qarışıqlığı, dağıntıhğı,
nizamsızlığı, səliqəsizliyi, başıpozuqluğu burada heç bir sahədə
gözə dəymir.
Peterburqdan üç saat yarımlıq məsafədə olan Vıborqdan
başlayaraq, artıq özünü büsbütün ayrı
bir ölkədə hiss etməyə
başlayırsan. Vıborq, Kuopio, Uleaborq, Vasa və Tavastqus kimi
şəhərlər, sanki hamısı birlikdə, yaxşı bir geniş ovuca yerləşəcək
kimi görünür, ancaq onlar hamısı elə bil, gözəl bir oyuncaq
kimidir. Sanki bütün bu yaraşıqlı
evlər tamaşa edilməsi üçün
kartona yapışdırılıb.
Küçələr geniş, təmizdir, yaxşı döşənib.
Həyətlərdə səliqə-
sahman hökm sürür. Evlərdə hər cür rahatlıq və şərait var. Qonaq
evlərində, poçt stansiyalarında dayananda qüsursuz təmizlik, təzə
yemək, bütün rahatlıqlar və hər yerdə gözə çaıpan ucuzluqla
qarşılaşırsan. Bütün bunlarla yanaşı, istənilən xarici qonağı
heyrətləndirən vicdanlı münasibət xüsusi qeyd edilməlidir.
Ölkənin paytaxtı Helsinqforsla bağlı
isə nə deyəcəyini
kəsdirə bilmirsən. Biz slavyanlar üçün bu şəhər əyani tədris
mövzusu rolunu oynaya bilər. Dəbdəbədən,
pulu sağa- sola
səpələməkdən, nəyisə gözə soxmaqdan əsər-əlamət belə yoxdur,
əvəzində hər addımda evdarlıq, işgüzarlıq, gözəllik və təmizlik
göz oxşayır. Bu cəhətlər, yeni tikilmiş
vağzaldan başlayaraq
qabarıq şəkildə gözə çarpır. Vağzal şəhərin mərkəzindəki baş
meydanda yerləşir. Onunla yanaşı Milli Fin Teatrının,
Milli
İncəsənət Muzeyinin yerləşdiyi “AteneunT’un, incəsənət
məktəbinin və xalq seyminin yaraşıqlı binaları yerləşir.
Vağzalın və onun yerləşdiyi meydanın zahiri görkəmi özünün
sadəliklə yoğurulmuş gözəl 1 iy iylə insanı heyrətləndirir.
İncəsənətlə bağlı heç bir cizgiyə malik olmayan, ancaq eyni
26