27
KANİSTR TİPLİ TƏMİZLƏYİCİ VƏ QOŞMALAR
Daşınan sıçrayıcı
Daşınan sıçrayıcı yalnız üfürücü rejimdə istifadə edilir.
26-ci səhifəyə baxın. O, su əsasında olan mayeləri
sıçramaq üçün istifadə edilir.
1
Daşınan sıçrayıcını qurun. Qabın qapağını açın və
¾ qədər alışmayan maye ilə doldurun.
Qabı bərk bağladıqdan əvvəl sifon borusunun
daşınan sıçrayıcıya qoşulmuş olduğunu yoxlayın.
Daşınan sıçrayıcını qoşma şlanqın ucuna qoşun.
BİLDİRİŞ Əmlaka zərər riski. Əgər daşınan sıçrayıcını
istifadə zamanı əymək lazımdırsa qabda daha az
məhlul istifadə edin. Bu xəbərdarlıqların əməl
olunmaması mayenin tökülməsinə və əmlaka zərərlə
nəticələnə bilər.
Sıçrayıcıda heç vaxt yağ və ya həlledici əsasında
olan boyadan və ya digər alışan və ya yanan
mayelərdən istifadə qadağandır.
2
Daşınan sıçrayıcını üfüqi vəziyyətdə saxlayın. Cihazı
işə salın. Sıçrama tərzini yoxlamaq üçün tətiyi sıxaraq
məhlulu qazetin üstünə səpin. Sıçrama tərzini
tənzimləmək üçün tətiydəki düyməni işə salın.
3
Tətiyi sona qədər sıxın və sıçrayan zaman yavaş,
süpürücü hərəkətlərlə davam edin.
Daşınan sıçrayıcıda insanın tənəffüs sisteminə,
gözlərinə və ya dəriyə təsir edə və ya zərər
verə biləcək pestisidlərdən və ya digər kimyəvi
məhsullardan istifadə qadağandır.
29
28
KANİSTR TİPLİ TƏMİZLƏYİCİ VƏ QOŞMALAR
Daşınan sıçrayıcının təmizlənməsi
1
Daşınan sıçrayıcını istifadədən dərhal sonra təmizləyin.
Qabı boşaldın. YALNIZ ilıq sabunlu su ilə təmizləyin.
Daşınan sıçrayıcını alışan təmizləyici mayelərlə
heç vaxt təmizləməyin.
2
Sifon borusunu çıxardıb yuyun. (Təmizlədikdən sonra
onu yerinə qaytarmaq lazımdır)
3
Ucluğun püskürücüsünün qabağında olan iki yaya
basaraq onu çıxardıb hərtərəfli yaxalayın. Qabı su ilə
doldurun, yerinə qaytarıb qoşun və şəffaf olana qədər
suyu səpələyin.
29
KANİSTR TİPLİ TƏMİZLƏYİCİ VƏ QOŞMALAR
Daşınan sampunlaşdırıcı
Daşınan sampunlaşdırıcı tam ölçülü Çoxsəthli şampun
sistemi ilə təmizlənə bilməyən pilləkanları və kiçik sahələri
şampunla təmizləmək üçün istifadə edilir.
1
Təmizlənəcək sahəni tozsoranla təmizləyin.
2
Daşınan sampunlaşdırıcını daşınan sıçrayıcı ilə eyni
qaydada yığın. 27-ci səhifəyə baxın. Qabı birinci xəttə
qədər su ilə doldurun. Maye qabın ikinci xəttinə
çatana qədər Kirby
®
Xalça şampununu əlavə edin.
3
Daşınan şampunlaşdırıcının qapağını daşınan
sıçrayıcının ucuna qoşun.
4
Cihazı işə salın və köpük yaratmaq üçün tətiyə
basın. Köpüyün həcmini tənzimləmək üçün tətiydəki
düyməni işə salın.
5
Köpüyü birbaşa olaraq təmizlənən sahəyə səpin.
Köpüyü səthin üzərinə təmiz yumşaq fırça və
ya süngərlə itirilənə qədər yeridin. Səthin tam
qurumasını gözləyin və sonra tərkibində çirk və
qurum olan quru qalığı tozsoranla təmizləyin.
BİLDİRİŞ Əmlaka zərər riski. Daşınan şampunlaşdırıcını
yumşaq mebel materialında, məsələn, ipək, zərxara
və ya məxmər üzərində istifadə etməyin. Əgər
şübhələnirsinizsə, kiçik bir parça üzərində sınayın.
Sınaq parçasının quruduğunu gözləyin və sonra
şampunlamazdan əvvəl onu yoxlayın.
6
İstifadədən sonra daşınan şampunlaşdırıcını hərtərəfli
təmizləyin. 28-cu səhifəyə baxın.
31
30
ƏLAVƏ AKSESSUARLAR
Zippbrush
Zippbrush yumşaq mebelin və xalçalı pilləkanların
təmizlənməsi üçün istifadə edilə bilər. O, avtomobil
salonlarının təmizlənməsi üçün də istifadə edilə bilər.
Ən yaxşı nəticələr üçün Zippbrush-a çox bərk basmayın.
O, təmizlənən səth üzərində ehtiyatla hərəkət etdirilərək
maksimal sürətlə fırlanmalıdır.
Saçlarınızı, sallanan geyimi/zərgərlik məmulatlarını,
barmaqlarınızı və digər bədən hissələrini fırlanan
Zippbrush-dan uzaq saxlayın. Fırçanı təmizlənən səth
üzərində düz saxlamaq lazımdır çünki fırça hissəcikləri
kənara sıçraya bilər.
BİLDİRİŞ Zərif materialların üzərində Zippbrush-dan
istifadə etməyin. Bu xəbərdarlığın əməl olunmaması
əmlaka zərərlə nəticələnə bilər.
İstifadədən sonra Zippbrush-ın təmizlənməsi:
1
Zippbrush-ı şlanqdan çıxardın. Kənar fırça
halqasını buraxmaq üçün fırçanın qabaq tərəfindəki
düyməyə basın.
2
Turbini alətdən qaldırın və onun içərisindən və
alətin boşluğundan bütün hissəcikləri və ya yığılmış
qalıqları çıxardın.
3
Turbini alətdəki yerinə qaytarın və onun dişləri
yuvaları tutana qədər fırladın. Fırça halqasını
yerinə bağlayın.
31
ƏLAVƏ AKSESSUARLAR
Çoxsəthli şampun sistemi
Çoxsəthli şampun sistemi xalçaların şampunla yuyulması
və bərk döşəmələrin təmizlənməsi üçün istifadə edilir.
Xalçalar üçün şampun
sisteminə çevrilmə
Xalçaların təmizliyini mütəmadi olaraq şampunla yuyaraq
qoruyun. Mümkün ləkələri və çox gəzilən yerləri daha çox
təmizləyin. Şampunla yumazdan öncə xalçanı tozsoranla
tam təmizləyin.
1
Elektrik ucluğu çıxardın. 22-ci səhifəyə baxın.
2
Xarici sabit torbanı çıxardın. 18-ci səhifəyə baxın.
3
Zibil qutusunu çoxsəthli şampun sistemindən
qaldırıb çıxardın.
4
Xalçaların şampunla yuyulması zamanı xalça üçün
fırça diyircəyi istifadə edilməlidir. Əgər xalçanın fırça
diyircəyi artıq daxil edilibsə, 8-ci addıma keçin.
Lazım gələrsə, xalça üçün fırça diyircəyini daxil
edin. Tutacaqdan istifadə edərək çoxsəthli şampun
sistemi ucluğunun qayış qaldırıcısını yaşıl oxlar
eyni xətt üzərində olana qədər saat əqrəbinin
istiqamətində çevirin.
Dostları ilə paylaş: |