62
Kənddə orta əsrlərə aid qəbiristanlıq var. Cənubi
Azərbaycanda da Çərəli adlı kənd mövcuddur. Bərdə
rayonunda da Çərəlilər kəndi var.
Toponimləri: Taxtalar, Hana qaya, Mavdan,
Göynava, Qara çuxur, Qara quzey, Ağ yol, Xəçin
dərə, Ağ düz, Saqqızlı, Qoçaşan, Qurd dərəsi, Xır-
man dərə, Böyük güney, Şəmsəddin Piri, Qaya dibi,
Şahsuvar dağı, Qızılölən, Qaramalı dərə, Bağ dərə,
Qəhrəmandüşən və s.
Hat. Rayon mərkəzindən şimal qərbdə, rayonun
38 km-liyində, dəniz səviyyəsindən 1405 m hündür-
lükdə yerləşir.
1993-cü ildə 10 ev, 41 nəfər əhalisi olmuşdur.
Toponimləri: Dərə yeri, Çöpün düzü, Cığa düzü.
Bəzi tədqiqatçılara görə Dəşt sözü fars dilində Çöl
mənasındadır. Hat komponenti bölgənin Alban tarixi
ilə əlaqədardır. Musa Kalankatlının “Alban tarixi”
əsərində deyilir: “Babik püşk atdı. Qorun bəxtinə
Hat kəndi, Qazanın bəxtinə isə Şalat kəndi düşdü.”
Toponiminin digər izahı isə daş sözü ilə əlaqədardır.
Hat kəndindən ayrılmış ailələr yaxında yerləşən daş-
lıq hissədə yeni yurd salırlar, adına Daşlı Hat şəklin-
də müraciət olunur. Rus tədqiqatçısı P.Zenskinin
yazılarında Alyanlı tayfalarına aid olan Hat, Böyük
Hat, kiçik Hat, Daşlı Hat kəndlərinin adları çəkilir.
63
Davudlu. Qubadlıda Bərgüşad çayının qolu olan
Gorus çayının dərəsində, dağətəyi ərazidə yerləşən
kənd. Davudlu yaşayış məntəqəsini Davud adlı bir
şəxs saldığına görə, kənd onun adı ilə adlanmışdır.
Sonralar burada sofulu tayfasına mənsub ailələr də
məskən salmışlar. Respublikamızın digər ərazilərin-
də mövcud olan Davudlu (Ağdaş rayonu) və Davı-
donu (Lerik rayonu) adlı kəndlər də Davud və ya
Davıd şəxs adı ilə adlandırılmışdır.
Deşdahat. Qarabağ silsiləsinin ətəyində yerləşən
kənd. Deşdahat yaşayış məntəqəsinin Böyük Hat
(indiki Hat) kəndindən ayrılmış ailələr Dəşt adlanan
yerdə yurd saldığına görə bu cür adlandırılmışdır.
Dəşt sözü farsca "çöl" deməkdir. Əvvəllər, görünür,
bu kəndin yaxınlığında Kiçik Hat kəndi mövcud
olub. Bəzi mülahizələrə görə, yaşayış məntəqəsini
əliyanlı tayfasına mənsub olan ailələr salmışdır. Bir
çox tədqiqatçılar hat komponentini hədd (qıraq,
kənar) mənasında izah edirlər. Toponimin digər
izahı daş sözü ilə əlaqələndirilir. Onu da qeyd edim
ki, Dəşt, Hat, Dəşt-Qıpçaq toponimlərinə Türkiyə
ərazisində rast gəlinir.
Dəmirçilər. Rayon mərkəzindən 5 km cənubda,
Bərgüşad çayının sağ sahilində dağətəyi ərazidə yer-
ləşən kənd. Yaşayış məntəqəsinin adı dəmirçilər
tayfasının adı ilə əlaqədardır. XVI əsrdə qızılbaş
64
tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar
qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə
çevrilmişdilər. Azərbaycanda şahsevənlər və onlara
birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə
vermişlər. Bu kənd sakinləri arasında onların çoxlu
nəsilləri yaşayır. Qubadlıda, Dəmirçilər və Murad-
xanlı kəndlərində də həmin tirəyə məxsus ailələr
çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında
şahsevən tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər
sözü Azərbaycan toponimiyasında omonim yer
adlarındandır. Kəndi Dəmirçilər nəslinə mənsub
ailələr salmışlar. Dəmirçilər kəndinin girişində (Dəf
düzü istiqamətində) təpənin üstündə “Şah taxtı”
deyilən yerin aşağı hissəsində Bərgüşad çayına ya-
xın Kurqan vardı. Kurqan elə yerdə idi ki, Şah taxtı
ərazisindəki qaladan oraya daimi nəzarət edilirmiş.
Dəmirçilər adında Qazaxda, Tərtərdə, Xocalıda da
kəndlər var.
Toponimləri: Qilbə dibi, Kosa dağı, Yumru təpə,
Qazan qayası, Qara qaya, Ağ qaya, Çaxur-çuxur
dərəsi, Sumaxlı təpə, Qaravul təpəsi, Şahtaxtı dərəsi,
Yemlikli dərə, İnnablı dərə, Böyük dərə, Bağmanlar
düzü, Ardarxana düzü, Mağal bulağı, Zəncirli
bulağı, Hacı Bədəl körpüsü, Oğlan-qız qayası.
Diləli Müskanlı. Bərgüşad çayının sahilində,
dağətəyi ərazidə yerləşir. Ərazidəki iki Müskanlı
65
kəndini fərqləndirmək üçün biri Diləli Müskanlı, o
biri Teymur Müskanlı adlandırılmışdır. Bu toponi-
min mənası "Diləli kəndinin yaxınlığındakı Müskən-
li kəndi" deməkdir. Bir çox tədqiqatçılar toponimin
tərkibindəki diləli komponentini kürd mənşəli deləli
tayfasının adı ilə izah edirlər. Müskən sözü isə yerli
əhalinin yozumu ilə "mis olan yer" kimi izah olunur.
Orta əsrlərdə indiki Özbəkistan ərazisində Müskan
adlı şəhər və əyalət olmuşdur. Güman ki, XIII əsrdə
monqol işğalları və Teymurun yürüşləri zamanı
Müskan əhalisinin bir qismi Azərbaycana köçərək
burada məskunlaşmışdır. Müskənli sözü "Müskan-
dan olanlar", "müskənlilər" mənasını daşıyır.
Toponimləri: Narlı dərə, Burunlu güney, Narlı
pir, Şirin pir, Kəklik bulağı, Dəlik daş, Oyuq yal,
Narlı bulaq, Dağdağan dərəsi, Zamanın kahası,
Böyük navlar, Sarılıq, Qaravun dərə, Qara qaya,
Orta dərə, Qaravun, Qarağaclıq bulağı, Kaha dərə,
Küllü təpə, Sarılıq, Qazan dərəsi, Şor dərə, Qatır
yoxuşu, Diləli dərəsi, Arpa çuxuru, Kalba Mehdi
novu, Məşədi İsmayıl dərəsi, Barmaqlar, Oyğun
yalı, Nərgiz qəbiristanlığı, Salavat təpə.
Dondarlı. Rayon mərkəzindən 6 kilometr cənub-
da, Bərgüşad çayının (Bazarçay) sağ sahilində, Bər-
güşad silsiləsinin ətəyində yerləşən kənd. Dondarlı
toponimi qədim türkdilli dondar tayfasının adı ilə əla-
qədardır. Antik mənbələrə görə, dondarlar e.ə. V əsr-
Dostları ilə paylaş: |