253
Milli ədəbiyyat
90
illiyi
İMRAN SEYİDOV
1922 – 2001
DEKABR
İmran Sultan oğlu Seyidov 1922-ci
il dekabr ayının 16-da Azərbaycanın
Quba şəhərində anadan olmuşdur. Orta
təhsilini Bakıdakı 1 saylı məktəbdə al-
mış, 1945-ci ildə M.Əzizbəyov adına
Azərbaycan Dövlət Sənaye İnstitutu-
nun Energetika fakültəsini bitirmiş-
dir. İ.Seyidov 1945-1946-cı illərdə
Azərbaycan EA-nın Energetika İns-
titutunda kiçik elmi işçi, sonra Ni-
zami adina Ədəbiyyat İnstitutunda
kiçik elmi isçi, 1959-1987-ci illərdə
“Sovetskaya türkologiya” jurnalı re-
daksiyasında baş redaktorun müavini
işləmişdir.
1987-ci ildə Azərbaycanın EA-nın
Nizami adına Ədəbiyyat İnstitutunda
baş elmi isçi 1995-ci ildə Azərbaycan
EA-nın Milli Münasibətlər İnstitutun-
da baş elmi isçi vəzifələrində calışmış-
dır.
Ədəbi fəaliyyətə 1939-cu ildən
“Molodoy raboçiy” (Gənc fəhlə)
qəzetində çap olunan “Yeni iliniz
mübarək” şeiri ilə başlamışdır. Ondan
sonra dövri mətbuatda müntəzəm çıxış
etmişdir.
1966-ci ildən Azərbaycan Yazıçı-
lar İttifaqında rus bölməsinin rəhbəri
idi. Onun şeirləri, hekayə, oçerk və
məqalələri Bakı, Moskva, Penza,
Minsk, Tbilisi və s. şəhərlərdə nəşr
olunan rus dövri mətbuatında vaxtaşırı
çap olunur. Əsərlərini rus dilində ya-
zırdı. Külli miqdarda tərcümələri var-
dır. “Koroğlu” eposunu Azərbaycan
dilindən rus dilinə tərcümə etmişdir.
Xidmətlərinə görə Şərəf nişani orde-
ni, Əmək veteranı və diqər medallarla,
Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı ilə təltif edil-
mişdir.
Kamil sənətkar, gənclərin hərbi-
vətənpərvəlik tərbiyəsində fəal iştira-
kina görə fəxri diplomlara və “Qızıl
qələm” mükafatına layiq görülmüş-
dür.
İmran Seyidov 2001-ci il may ayı-
nın 10-da vəfat etmişdir.
Ə d ə b i y y a t
Rus şairləri Azərbaycan
haqqında [Mətn] / tərt. ed.
İ. Seyidov .- Bakı: Azərnəşr,
1955.- 156 s.
Hicran, F. Qarabağda
talan var [Mətn] /F.Hicran;
tərc. ed. İ.Seyidov.- Bakı :
Gənclik, 1992.- 157 s.
16
Yazıçı
254
Milli ədəbiyyat
80
illiyi
XALİD ƏLİMİRZƏYEV
1932
DEKABR
Xalid Əlimirzə oğlu Əlimirzəyev
1932-ci il dekabr ayının 16-da Azər-
baycanın Qəbələ rayonunun Qəmərvan
kəndində anadan olmuşdur.
Bakı Dəmir yolu texnikumunda
(1947-1951), ADU-nun Filologiya
fakültəsində (1951-1956) təhsil almış-
dır.
Qəbələ rayonunun Hajallı kənd
orta məktəbində tədris hissə mü-
diri, müəllim, 1957-1964-cü ildə
ADU-nun Filologiya fakültəsində
aspirant, müəllim, baş müəllim,
dosent olmuşdur. 1964-cü ildə
“Cəlil Məmmədquluzadənin ədəbi-
tənqidi
görüşləri”
mövzusun-
da namizədlik, 1972-ci ildə “Cəlil
Məmmədquluzadənin dramaturgiyası”
mövzusunda doktorluq dissertasiyası-
nı müdafiə etmişdir, filologiya elmləri
doktoru, professordur.
500-dən yuxarı elmi-nəzəri, pub-
lisistik məqalənin, 8 monoqrafiya-
nın, 7 kitabın müəllifidir. 2 doktor, 16
namizəd yetişdirmişdir.
1992-1993-cü illərdə Azərbaycan
Xalq Təhsili nazirinin birinci müavini
işləmişdir. 1974-ci ildən bu günə kimi
Bakı Dövlət Universitetinin Filologiya
fakültəsinin professorudur.
Ə d ə b i y y a t
Bələdçi [Mətn]: povest və hekayələr /Xalid Əlimirzəyev.- Bakı: Adioğlu, 2008.-
599 s.
Dramaturgiya, teatr və səhnə [Mətn] /Xalid Əlimirzəyev.- Bakı: Nurlan, 2004.-
184 s.
Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları [Mətn] /Xalid Əlimirzəyev.- Bakı: Nur-
lan, 2008.- 431 s.
Klassiklərimizin ideal və poetik sənət dünyası [Mətn]: 2 cilddə /Xalid
Əlimirzəyev.- Bakı: Elm və təhsil, 2009.- C.I .- 554 s.;C. II .- 667 s.
Mənəvi borc [Mətn]: [Mir Cəlal haqqında xatirələr] /Xalid Əlimirzəyev.- Bakı:
Nurlan, 2006.- 191 s.
16
Yazıçı
255
Milli ədəbiyyat
85
illiyi
İMAMVERDİ ƏBİLOV
1927
DEKABR
İmamverdi Xankişi oğlu Əbilov
1927-ci il dekabr ayının 19-da
Azərbaycanın Neftçala rayonunun
Qoltuq kəndində balıqçı ailəsində
anadan olmuşdur. İlk təhsilini kənd
yeddiillik məktəbində almışdır. İkin-
ci Dünya müharibəsi illərində balıq
vətəgəsində fəhlə, sonra Qoltuq kənd
məktəbində pioner baş dəstə rəhbəri
işləmişdir. Onu qəsəbə məktəbinə
müəllim göndərmişdilər.
Üç ildən sonra Neftçala şəhərindəki
1 saylı orta məktəbə dəyişilmişdir. Bu
vaxtadək orada ədəbiyyat müəllimi
işləyir. “Ananın tələbi“ adlı ilk şei-
ri “Bolşevik” qəzetində (1944) dərc
olunmuşdur. Dövri mətbuatda şeir,
məqalə və rəyləri vaxtaşırı çap edilir.
1960-cı ildə “Ədəbiyyat və
incəsənət“ qəzetində çıxan “Həyatla
səsləşən poeziya“ məqaləsi onun ya-
radıcılıq yolunu qəti müəyyən etdi.
Müasir ədəbi prosesi ardıcıl izləyir, öz
mülahizə və təəssüratlarını müntəzəm
çap etdirirdi.
ADU-nun Filologiya fakültəsində
qiyabi təhsil almışdır (1950-1955).
“Rəsul Rzanın yaradıcılıq yolu” möv-
zusunda namizədlik dissertasiyası-
nı müdafiə etmişdir. 1977-ci ildən
metodist-müəllimdir.
Azərbaycan Ağsaqqallar Şura-
sının pedaqoji cəmiyyət heyətinin
Beynəlxalq “Xatirə” irs komissiyası-
nın üzvü, Neftçala rayon Ziyalılar İtti-
faqı və Ağsaqqallar Şurasının sədri se-
çilmişdır. Xidmətlərinə qörə 4 medalla
təltif olunmuşdur.
Azərbaycan Yazıçılarının VIII
qurultayında təftiş komissiyasının
və IX qurultayda isə Yazıçılar Bir-
liyi İdarə Heyətinin üzvü secilmiş-
dir. Dəfələrlə kənd, qəsəbə, rayon
sovetlərinin deputatı olmuşdur. SSRİ
Maarif Nazirliyi, ÜİLKGİ MK-nın və
“Bilik”cəmiyyətinin fəxri fərmanları,
Səməd Vurğun xatirə diplomu ilə təltif
edilmişdır. Rəsul Rza mükafatı laurea-
tıdır (1998).
Xalq təhsili işçilərinin Ümumitti-
faq qurultayına nümayəndə seçilmiş-
dir (1986). Moskva, Tehran, Təbriz,
Bağdad, Bakı şəhərlərində keçirilən
təhsil, elm, ədəbi toplantılarda, qurul-
tay və simpoziumlarda məruzə ilə çı-
xış etmişdir.
Ə d ə b i y y a t
Əsərləri [Mətn] /İmamverdi
Əbilov.- Bakı: Vektor nəşrlər
evi, 2006-2007.- I cild.- 244
s.; 2007. - C.II .- 445 s.
Xələfli, Ə. Dağ var dağdan
yuxarı [Mətn] /Ə.Xələfli //
Kredo. - 2010. - 13 noyabr.
- S.1.
Nəbiyev, B. El ağsaq-
qalı, elm fədaisi [Mətn]
: [İ.Əbilov haqqında]
/B.Nəbiyev.- Bakı: Vətən
nəşr, 2007.- 32 s.
Nəzərli, İ. Nadir səs arxi-
vinin sahibi haqda könül
yazısı [Mətn] /İ.Nəzərli //
Yaddaş. - 2007. - 26 aprel.
- S.10.
Sailov, S. Seçilmiş əsərləri
[Mətn] : [İ.Əbilov haqqın-
da] /S.Sailov.- Bakı: Araz,
2010.- C.III . - S.138.
19
Şair
Dostları ilə paylaş: |