Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə110/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   106   107   108   109   110   111   112   113   ...   138

253
Milli ədəbiyyat 
90 
illiyi
İMRAN SEYİDOV  
1922 – 2001
DEKABR
İmran Sultan oğlu Seyidov 1922-ci 
il  dekabr  ayının  16-da  Azərbaycanın 
Quba şəhərində anadan olmuşdur. Orta 
təhsilini Bakıdakı 1 saylı məktəbdə al-
mış, 1945-ci ildə M.Əzizbəyov adına 
Azərbaycan  Dövlət  Sənaye  İnstitutu-
nun  Energetika    fakültəsini  bitirmiş-
dir.  İ.Seyidov  1945-1946-cı  illərdə 
Azərbaycan  EA-nın  Energetika  İns-
titutunda  kiçik  elmi  işçi,  sonra  Ni-
zami  adina  Ədəbiyyat  İnstitutunda 
kiçik  elmi  isçi,  1959-1987-ci  illərdə 
“Sovetskaya  türkologiya”  jurnalı  re-
daksiyasında  baş  redaktorun  müavini 
işləmişdir.
1987-ci ildə Azərbaycanın EA-nın 
Nizami  adına  Ədəbiyyat  İnstitutunda 
baş elmi isçi 1995-ci ildə Azərbaycan 
EA-nın Milli Münasibətlər İnstitutun-
da baş elmi isçi vəzifələrində calışmış-
dır.
Ədəbi  fəaliyyətə  1939-cu  ildən 
“Molodoy  raboçiy”  (Gənc  fəhlə) 
qəzetində  çap  olunan  “Yeni  iliniz 
mübarək” şeiri ilə başlamışdır. Ondan 
sonra dövri mətbuatda müntəzəm çıxış 
etmişdir.
1966-ci  ildən  Azərbaycan  Yazıçı-
lar  İttifaqında  rus  bölməsinin  rəhbəri 
idi.  Onun  şeirləri,  hekayə,  oçerk  və 
məqalələri  Bakı,  Moskva,  Penza, 
Minsk,  Tbilisi  və  s.  şəhərlərdə  nəşr 
olunan rus dövri mətbuatında vaxtaşırı 
çap olunur. Əsərlərini rus dilində ya-
zırdı. Külli miqdarda tərcümələri var-
dır.  “Koroğlu”  eposunu  Azərbaycan 
dilindən  rus  dilinə  tərcümə  etmişdir. 
Xidmətlərinə  görə  Şərəf  nişani  orde-
ni, Əmək veteranı və diqər medallarla, 
Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət 
Heyətinin Fəxri fərmanı ilə təltif edil-
mişdir. 
Kamil  sənətkar,  gənclərin  hərbi-
vətənpərvəlik  tərbiyəsində  fəal  iştira-
kina  görə  fəxri  diplomlara  və  “Qızıl 
qələm”  mükafatına  layiq  görülmüş-
dür.
İmran Seyidov 2001-ci il may ayı-
nın 10-da vəfat etmişdir.
Ə d ə b i y y a t
Rus şairləri Azərbaycan 
haqqında [Mətn] / tərt. ed. 
İ. Seyidov .- Bakı: Azərnəşr, 
1955.- 156 s. 
Hicran, F. Qarabağda 
talan var [Mətn] /F.Hicran; 
tərc. ed. İ.Seyidov.- Bakı : 
Gənclik, 1992.- 157 s.
16
Yazıçı


254
Milli ədəbiyyat 
80 
illiyi
XALİD ƏLİMİRZƏYEV 
1932
DEKABR
Xalid  Əlimirzə  oğlu  Əlimirzəyev 
1932-ci  il  dekabr  ayının  16-da Azər-
baycanın Qəbələ rayonunun Qəmərvan 
kəndində anadan olmuşdur. 
Bakı  Dəmir  yolu  texnikumunda 
(1947-1951),  ADU-nun  Filologiya 
fakültəsində (1951-1956) təhsil almış-
dır.
Qəbələ  rayonunun  Hajallı  kənd 
orta  məktəbində  tədris  hissə  mü-
diri,  müəllim,  1957-1964-cü  ildə 
ADU-nun  Filologiya  fakültəsində 
aspirant,  müəllim,  baş  müəllim, 
dosent  olmuşdur.  1964-cü  ildə 
“Cəlil  Məmmədquluzadənin  ədəbi-
tənqidi 
görüşləri” 
mövzusun-
da  namizədlik,  1972-ci  ildə  “Cəlil 
Məmmədquluzadənin dramaturgiyası” 
mövzusunda doktorluq dissertasiyası-
nı müdafiə etmişdir, filologiya elmləri 
doktoru, professordur.
500-dən  yuxarı  elmi-nəzəri,  pub-
lisistik  məqalənin,  8  monoqrafiya-
nın, 7 kitabın müəllifidir. 2 doktor, 16 
namizəd yetişdirmişdir.
1992-1993-cü  illərdə  Azərbaycan 
Xalq Təhsili nazirinin birinci müavini 
işləmişdir. 1974-ci ildən bu günə kimi 
Bakı Dövlət Universitetinin Filologiya 
fakültəsinin professorudur.
Ə d ə b i y y a t
Bələdçi [Mətn]: povest və hekayələr /Xalid Əlimirzəyev.- Bakı: Adioğlu, 2008.- 
599 s.
 Dramaturgiya, teatr və səhnə [Mətn] /Xalid Əlimirzəyev.- Bakı: Nurlan, 2004.- 
184 s.
Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları [Mətn] /Xalid Əlimirzəyev.- Bakı: Nur-
lan, 2008.- 431 s.
Klassiklərimizin ideal və poetik sənət dünyası [Mətn]: 2 cilddə /Xalid 
Əlimirzəyev.- Bakı: Elm və təhsil, 2009.- C.I .- 554 s.;C. II .- 667 s.
Mənəvi borc [Mətn]: [Mir Cəlal haqqında xatirələr] /Xalid Əlimirzəyev.- Bakı: 
Nurlan, 2006.- 191 s.
16
Yazıçı


255
Milli ədəbiyyat 
85 
illiyi
İMAMVERDİ ƏBİLOV 
1927
DEKABR
İmamverdi  Xankişi  oğlu  Əbilov 
1927-ci  il  dekabr  ayının  19-da 
Azərbaycanın  Neftçala  rayonunun 
Qoltuq  kəndində  balıqçı  ailəsində 
anadan  olmuşdur.  İlk  təhsilini  kənd 
yeddiillik  məktəbində  almışdır.  İkin-
ci  Dünya  müharibəsi  illərində  balıq 
vətəgəsində fəhlə, sonra Qoltuq kənd 
məktəbində  pioner  baş  dəstə  rəhbəri 
işləmişdir.  Onu  qəsəbə  məktəbinə 
müəllim göndərmişdilər.
Üç ildən sonra Neftçala şəhərindəki 
1 saylı orta məktəbə dəyişilmişdir. Bu 
vaxtadək  orada  ədəbiyyat  müəllimi 
işləyir.  “Ananın  tələbi“  adlı  ilk  şei-
ri  “Bolşevik”  qəzetində  (1944)  dərc 
olunmuşdur.  Dövri  mətbuatda  şeir, 
məqalə və rəyləri vaxtaşırı çap edilir. 
1960-cı  ildə  “Ədəbiyyat  və 
incəsənət“  qəzetində  çıxan  “Həyatla 
səsləşən  poeziya“  məqaləsi  onun  ya-
radıcılıq  yolunu  qəti  müəyyən  etdi. 
Müasir ədəbi prosesi ardıcıl izləyir, öz 
mülahizə və təəssüratlarını müntəzəm 
çap etdirirdi.
ADU-nun  Filologiya  fakültəsində 
qiyabi  təhsil  almışdır  (1950-1955). 
“Rəsul Rzanın yaradıcılıq yolu” möv-
zusunda  namizədlik  dissertasiyası-
nı  müdafiə  etmişdir.  1977-ci  ildən 
metodist-müəllimdir.
Azərbaycan  Ağsaqqallar  Şura-
sının  pedaqoji  cəmiyyət  heyətinin 
Beynəlxalq  “Xatirə”  irs  komissiyası-
nın üzvü, Neftçala rayon Ziyalılar İtti-
faqı və Ağsaqqallar Şurasının sədri se-
çilmişdır. Xidmətlərinə qörə 4 medalla 
təltif olunmuşdur.
Azərbaycan  Yazıçılarının  VIII 
qurultayında  təftiş  komissiyasının 
və  IX  qurultayda  isə  Yazıçılar  Bir-
liyi  İdarə  Heyətinin  üzvü  secilmiş-
dir.  Dəfələrlə  kənd,  qəsəbə,  rayon 
sovetlərinin  deputatı  olmuşdur.  SSRİ 
Maarif Nazirliyi, ÜİLKGİ MK-nın və 
“Bilik”cəmiyyətinin  fəxri  fərmanları, 
Səməd Vurğun xatirə diplomu ilə təltif 
edilmişdır. Rəsul Rza mükafatı laurea-
tıdır (1998).
Xalq  təhsili  işçilərinin  Ümumitti-
faq  qurultayına  nümayəndə  seçilmiş-
dir  (1986).  Moskva,  Tehran,  Təbriz, 
Bağdad,  Bakı  şəhərlərində  keçirilən 
təhsil, elm, ədəbi toplantılarda, qurul-
tay və simpoziumlarda məruzə ilə çı-
xış etmişdir.
Ə d ə b i y y a t
Əsərləri [Mətn] /İmamverdi 
Əbilov.- Bakı: Vektor nəşrlər 
evi, 2006-2007.- I cild.- 244 
s.; 2007. - C.II .- 445 s.
Xələfli, Ə. Dağ var dağdan 
yuxarı [Mətn] /Ə.Xələfli // 
Kredo. - 2010. - 13 noyabr. 
- S.1.
Nəbiyev, B. El ağsaq-
qalı, elm fədaisi [Mətn] 
: [İ.Əbilov haqqında] 
/B.Nəbiyev.- Bakı: Vətən 
nəşr, 2007.- 32 s.
Nəzərli, İ. Nadir səs arxi-
vinin sahibi haqda könül 
yazısı [Mətn] /İ.Nəzərli // 
Yaddaş. - 2007. - 26 aprel. 
- S.10.
Sailov, S. Seçilmiş əsərləri 
[Mətn] : [İ.Əbilov haqqın-
da] /S.Sailov.- Bakı: Araz, 
2010.- C.III . - S.138.
19
Şair


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə