Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə106/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   102   103   104   105   106   107   108   109   ...   138

243
Musiqi.Opera.Balet 
75 
illiyi
EMİN SABİTOĞLU 
1937-2000
NOY
ABR
Emin Sabit Rəhman oğlu Mahmu-
dov 1937-ci il noyabr ayının 2-də Bakı 
şəhərində doğulmuşdur. 
Emin Sabitoğlu Bakı Konservatori-
yasında böyük Qara Qarayevin sinfində 
təhsil alıb. Təhsilini bitirdikdən iki il 
sonra elə Q.Qarayevin tövsiyəsi ilə o, 
Moskva  konservatoriyasına  professor 
Y.Şaporinin sinfinə daxil olub.
Emin  Sabitoğlu  orta  nəsil 
Azərbaycan  bəstəkarları  arasında  ən 
istedadlılarından biri olub. Yaradıcılı-
ğında əsas yeri mahnı janrı tutub. Onun 
Xəyyam  Mirzəzadə  ilə  birgə  yazdı-
ğı  “Azərbaycanın  rəngləri”  simfonik 
kantatası xüsusi qeyd olunmalıdır. Bu 
əsər hələ 1961-ci ildə Dövlət Simfonik 
Orkestri  tərəfindən  ifa  olunmuşdur. 
Bundan əlavə Emin Sabitoğlunun yaz-
dığı “Dərələr”, “Bakı sabahın xeyir”, 
“Gilavar”,  “Çay”,  “Kəpənək”və  s. 
mahnılarının da çox böyük populyar-
lıq qazandığını qeyd etmək lazımdır.
 Bəstəkar eyni zamanda Azərbaycan 
filmləri,  dram  tamaşaları  və  musiqili 
komediyaların,  simfonik  əsərlərin  və 
s. müəllifidir. Emin Sabitoğlu iki ope-
retta  yazıb,  onlardan  “Hicran”  ope-
rettası  bəstəkarın  atası  Sabit  Rəhman 
tərəfindən yazılmışdır. E.Sabitoğlunun 
digər  operettası  “Nəğməli  Könül”də 
kifayət qədər populiyar idi. Bu operet-
ta Azərbaycanla  yanaşı  Özbəkistanda 
da səhnəyə qoyulmuşdur.
Ümumilikdə  E.  Sabitoğlu  20-yə 
yaxın bədii və sənədli filmlərə musiqi 
yazıb. On iki pyes, o cümlədən Anarın 
“Şəhərin yay günləri”nə yazılan musi-
qinin müəllifi də E. Sabitoğludur.
Emin Sabitoğlu müxtəlif dövrlərdə 
“Azərbaycanfilm”  kinostudiyasında 
baş  musiqi  redaktoru  vəzifəsində  ça-
lışıb.  Bundan  başqa  Filarmoniyanın 
bədii rəhbəri olub. Bakı konservatori-
yasının professoru olan Emin muəllim 
beş  il  Türkiyədə,  İstanbul  Texniki 
Universitetinin  nəzdindəki  konserva-
toriyada çalışıb. 
Fəaliyyəti  dövlətimiz  tərəfindən 
yüksək  qiymətləndirilib.  O, Azərbay-
canın  Əməkdar  incəsənət  xadimi, 
Azərbaycanın Xalq artisti, Respublika 
Dövlət Mükafatı laureatı adlarınıa la-
yiq görülüb. 
Görkəmli  bəstəkar  2000-ci  ildə 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Emin Sabitoğlu xatirələrdə 
[Mətn] //Pəncərə.- 2007.- 
№6.- S 24-32.
Xəlifzadə, C. Ürəklərdə 
yaşayan bəstəkar [Mətn] 
/С.Xəlifzadə //Azərbaycan.- 
2007.- 27 oktyabr.- S. 7. 
2
Bəstəkar


244
Musiqi.Opera.Balet 
95 
illiyi
TOFİQ QULİYEV 
1917-2000
NOY
ABR
Tofiq Əkbər oğlu Quliyev 1917-ci 
il  noyabr  ayının  7-də  Bakı  şəhərində 
anadan olmuşdur. 
1954-1958-ci  illərdə  Azərbaycan 
Dövlət  Konservatoriyasında  orkestr 
sinfinə rəhbərlik etmişdir. 1958-1959-
ci Azərbaycan  Dövlət  Filarmoniyası-
nın bədii rəhbəri, 1961-1964-cü illərdə 
direktoru olmuşdur. 
Tofiq  Quliyevin  musiqi  dili  sadə, 
aydın və milli koloritlidir. Bakı konser-
vatoriyasında eyni vaxtda iki fakültədə 
fortepiano  və  bəstəkarlıq  üzrə  təhsil 
alan  bəstəkarın  bu  bacarığı  nadir  hal 
kimi qiymətləndirilirdi. Bəstəkar erkən 
yaşlarında  saz  musiqisinə  də  həvəs 
göstərmişdir. Quliyevin yaradıcılığın-
da lirik mahnılar (“Sənə də qalmaz”, 
“İlk bahar”, “Sevgilim”, “Sən mənim, 
mən  sənin”,  “Axşam  görüşlərinə”, 
“Bəxtəvər oldum”və s.) əsas yer tutur. 
Bəstəkar müasir estrada və saz musiqi-
sinin əsasını qoyanlardan biri olmaqla 
yanaşı, həm də pianoçu, dirijor, bir çox 
simfonik əsərlərin, kantataların, forte-
piano musiqilərinin müəllifi olub. 
Tofiq Quliyevin yaradıcılığının bö-
yük bir hissəsi Azərbaycan kinosunun 
inkişafı ilə bağlı olub, bir sıra yadda-
qalan  filmlərə  musiqi  bəstələyib.  O, 
kinofilmlərə,  dram  əsərlərinə  50-dən 
artıq musiqi, 3 simfonik əsəri, 4 musi-
qili komediya yazıb. “Bəxtiyar”, “Gö-
rüş”,  “Ögey  ana”,  “Telefonçu  qız”, 
“Nəsimi”  və  s.  filmlərdə  bəstəkarın 
musiqiləri səslənib. Hərdən elə olurdu 
ki, film və tamaşalar unudulsa da, orada 
səslənən mahnılar müstəqil sürətdə öz 
həyatları ilə yaşayırdılar. Mahnılarının 
sayı  isə  müxtəlif  hesablamalara  görə 
yüzlərlədir. “Sənə də qalmaz”, “Bakı”, 
“Üzüyümün qaşı firuzədəndir”, “Ala-
göz Zibeydə” və s. bir-birindən gözəl 
mahnılar  məhz  Tofiq  Quliyevin  iste-
dadının  məhsuludur.  Quliyev  valslar, 
fortepiano  üçün  prelüd  və  variasiya-
lar, bir sıra Azərbaycan xalq mahnı və 
rəqslərini, həmçinin ərəb, hind, bolqar 
mahnılarını işləmiş, “Rast” və “Zabul” 
muğamlarını tarzən Mansur Mansuro-
vun  ifasından  nota  salmış  və  bunlar 
muğamın ilk not nəşrləri kimi musiqi 
tarixinə daxil olmuşdur.
  Azərbaycan  SSR  Ali  Sovetinin 
(6-cı çağırış) deputatı olmuşdur. 
Tofiq 
Quliyevin 
fəaliyyəti 
dövlətimiz 
tərəfindən 
yüksək 
qiymətləndirilib. Bəstəkar Azərbaycan 
SSR Əməkdar incəsənət xadimi, Xalq 
artisti  fəxri  adı  ilə  yanaşı  2  Qırmızı 
Əmək Bayrağı ordeni və ulu öndərimiz 
Heyhər Əliyev tərəfindən “Şöhrət or-
deni” ilə də mükafatlandırılmışdır. 
T.Quliyev 2000-ci il oktyabrın 4-də 
Bakı şəhərində vəfat etmişdir. 
Hal-hazırda  Bakı  şəhərinin  Səbail 
rayonu 12 saylı musiqi məktəbi Tofiq 
Quliyevin adını daşıyır. 
Ə d ə b i y y a t
Süleymanlı, B. 
Əbədiyaşarlar [Mətn] 
/B.Süleymanlı.- Bakı , 2010. 
Şərif, A. XX əsr 
Azərbaycanın yaradıcı 
nəsilləri [Mətn] /A.Şərif.- 
Bakı , 2007.- 120 s. 
Tofiqqızı, S. Nəğməli ömür 
[Mətn] /S. Tofiqqızı //Musiqi 
dünyası.- № 1-2.- 2010.- S. 
106-108.
Кафаров, Н. Вечное 
живые мелодии Тофика 
Кулиева [Текст] 
/Н.Кафаров //Баку.- 2002.- 
8-14 декабря.- С.3.
Мамедова, И. Бессмертие 
музыки [Текст] 
/И.Мамедова //Каспий.- 
2007.- 5 июня.- С.8.
7
Bəstəkar


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə