Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə103/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   99   100   101   102   103   104   105   106   ...   138

236
Xarici ədəbiyyat 
130 
illiyi
YAKUB KOLAS  
1882-1956
NOY
ABR
Yakub Kolas 1882-ci il noyabr ayı-
nın  3-də  Stolbtsov  yaxınlığında  tor-
paqsız kəndli ailəsində anadan olmuş-
dur.
O, kiçik yaşlarından atasına kömək 
etmiş, eyni zamanda oxumağa, biliyə 
səy göstərmişdir.
Kupla  kimi  Kolasın  yaradıcılığını 
da 1905-ci il inqilabının ağır illərində 
xalqın ruh yüksəkliyindən ayrıca başa 
düşmək  olmaz.  1906-cı  ildə  Yakub 
Kolasın  təşəbbüsü  ilə  inqilabi  əhval-
ruhiyyəli  müəllimlərin gizli  qurultayı 
çağırılmışdır.  Polis  yığıncağı  aşkara 
çıxarmış və Yakub Kolas məhkəməyə 
verilmiş  və  üç  il  həbs  cəzasına 
məhkum  edilmişdir.  Minsk  yaxınlı-
ğında  cəzasını  çəkən  Yakub  Kolasın 
iradəsini qıra bilmədilər. Həbsxanada 
o, görkəmli epik əsəri olan “Yeni tor-
paq” poeması üzərində işləməyə baş-
lamışdı. Onun lirikası əvvəllər olduğu 
kimi,  yenə  də  xalq  inqilabi  gücünü 
tərənnüm edirdi.
Yakub  Kolas  yalnız  1911-ci  ildə 
həbsxanadan  çıxmışdır.  Ona  müəllim 
işləməyi qadağan etmişdilər. Təsadüfi 
əmək haqqı ilə yaşayır, ədəbi-bədii ya-
radıcılıqla məşğul olurdu. Öz yaradı-
cılığının 50 ili ərzində Yakub Kolasın 
yaratdığı  obrazlar  xəyalən  bir  sıraya 
düzülərsə,  onda  gözümüzün  qarşısın-
da boyük bir aləm canlanar və adam-
ların əzab çəkərək mübarizə apardıq-
larını,  kədərləndiklərini,  amma  heç 
bir  vaxt  ümidlərini  kəsmədiklərini, 
insana  hörmət  və  ədalət  əsasında  ən 
yaxşı  həyat  qurmağa  cəhd  etdiklərini 
göstərmək olar.
Onun 1943-1944-cü illiərdə yazdı-
ğı “İntiqam” poeması Belarus xalqının 
qəhrəmanlığından  bəhs  edir.  Yakub 
Kolas  bu  poemadan  sonra  ilk  dəfə 
Dövlət  Mükafatına  layiq  görülmüş-
dür.
XX  əsrin  əvvəllərindən  ədəbiyyat 
sahəsinə  qədəm  qoymuş  Yakub  Ko-
las  görkəmli  pedaqoq,  alim,  ictimai 
xadim idi. Öz yaradıcılığı ilə Belarus 
ədəbiyyatı tarixində yeni səhifə açmış-
dır. Belarus ədəbiyyatının mükəmməl 
ədəbi dilinin banilərindən olmuşdur.
Yakub  Kolas  1928-ci  ildə  Belaru-
siya  Elmlər  Akademiyası  yarandığı 
vaxtdan vəfat etdiyi günədək Belaru-
siya  SSR  Elmlər Akademiyası  prezi-
dentinin müavini  və Belarusiya SSR 
Ali Sovetinin deputatı olmuşdur.
1956-cı ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Xalq nəğməkarı [Mətn]: 
(Yakub Kolas) //Ədəbiyyat 
və incəsənət.- 1982.- 5 
noyabr.- С.3. 
Родионов, В. Якуб 
Колас – педагог [Текст] 
/В.Н.Родионов.- Минск: 
Изд-во БГУ им. 
В.И.Ленина, 1981.- 141 с.
Науменко, И. Из глубин 
народной жизни [Текст] 
/И.Я.Науменко.- Минск: 
Наука и Техника, 1981.- 63 
с.
3
Belarus şairi


237
Xarici ədəbiyyat 
175 
illiyi
İLYA QRİQORYEVİÇ 
ÇAVÇAVADZE 
1837-1907
NOY
ABR
İlya  Qriqoryeviç  Çavçavadze 
1837-ci il noyabr ayının 8-də Kbareli 
kəndində  knyaz  ailəsində  doğulmuş-
dur.  Peterburq  Universitetinin  Hüquq 
fakültəsində  oxumuş  (1857-61),  rus 
inqilabçı  demokratları  Belinski,  Çer-
nışevski  və  Dobrolyubovun  ideyala-
rının tələbələr arasında təbliğ etdiyinə 
görə  universitetdən  çıxarılmışdır. 
60-cı  illərin  əvvəllərindən  Gürcüs-
tanda geniş ictimai və ədəbi fəaliyyət 
göstərmişdir.  Mütərəqqi  “Terqdaley-
lebi”  hərəkatının  təşkilatçılarından 
biri,  “İvekiya”  qəzetinin  redaktoru 
olmuşdur  (1877-1902).  1906-cı  ildə 
Dövlət şurasının üzvü seçilmiş, bura-
da mütərəqqi burjua xadimləri ilə ya-
xınlaşmışdır.
Çavçavadze  inqilabi-demokratik 
gürcü ədəbiyyatının başçılarından idi. 
Ədəbi irsi janrca (şeir, poema, hekayə, 
povest,  publisistika)  rəngarəngdir. 
Lirik  şeirlərində  (“Əkinçi”,  “Ana  və 
oğul”,  “Müşə”  (hambal)  və  “Xəyal” 
(1859),  “Qaçaq  Keko”  (1860)  po-
emalarında,  “Dar  ağacı  yanında” 
hekayəsində,  “Dilənçinin  hekayəti” 
(1859-62)  povestində  əməkçi  xalqın 
hüquqsuzluğunu,  təhkimçiliyini  ürək 
ağrısı ilə təsvir etmişdir.
Çavçavadze  azərbaycanlılar  haq-
qında yüksək   fikirlər söyləmiş, onların 
açıqürəkli, müdrik və hünərli olduqla-
rını xüsusi ilə qeyd etmişdir. “Bahar” 
şeiri  hələ  1887-ci  ildə  Azərbaycan 
dilinə tərcümə edilmişdir. Abdulla Sur 
gürcü ədəbiyyatına həsr olunmuş silsilə 
məqalələrində  Çavçavadzenin  yara-
dıcılığını  yüksək  qiymətləndirmişdir. 
1907-ci  ildə  Tiflisdən  Saquramo-
ya  gedərkən  yolda  çar  xəfiyyəsinin 
muzdlu  qatilləri  tərəfindən  öldürül-
müşdür. Kbareli kəndi ilə Saquramo-
dakı  malikanəsində,  Tiflisdə  xatirə 
muzeyləri açılmış, heykəli qoyulmuş-
dur.
Ə d ə b i y y a t
Çavçavadze, İ. Seçilmiş 
əsərləri [Mətn] /İlya Qri-
qoryeviç Çavçavadze.- Bakı, 
1957.- 184 s.
Çavçavadze, İ. Erməni 
alimləri və fəryad edən 
daşlar [Mətn] /İlya Qriqor-
yeviç Çavçavadze.- Bakı: 
Azərbaycan, 1995.- 79 s.
Abaşidze, Q. Böyük 
sələfimiz İ.Çavçavadzenin 
anadan olmasının 150 
illiyi münasibəti ilə [Mətn] 
/Q.Abaşidze //Azərbaycan 
kommunisti.- 1987.- №10.- 
S.98-101.
8
Gürcü yazıçısı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə