Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə100/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   96   97   98   99   100   101   102   103   ...   138

228
Musiqi.Opera.Balet
230 
illiyi
NİKKOLO PAQANİNİ 
1782-1840
OKTY
ABR
Paqanini  Nikkolo  1782-ci  il    okt-
yabr  ayının  27-də  anadan  olmuşdur. 
Baxmayaraq  ki,  onun  yaşadığı  XIX 
əsr  bir  neçə  dahi  skripkaçının  şahidi 
olmuşdu,  amma  Paqanininin  ustalığı 
həmkarlarının  ustalığını  üstələyirdi. 
Müasirləri onun bu istedadını qəlbini 
şeytana  satması  müqabilində  aldığı 
haqqında şayələr yayırdılar. 
Nikkolo  Paqanini  xırda  tacir 
ailəsində doğulmuşdur. Gənc bəstəkar 
on  bir  yaşında  ikən  müstəqil  kon-
sert  vermişdir.  Daha  sonra  İtaliya-
nın şimalında çıxış etmiş və müxtəlif 
şəhərlərdə  yaşamış  və  yaradıcılıqla 
məşğul olmuşdur. Paqanini solo skrip-
ka üçün “24 kapriççio”, sonatalar, simli 
kvartetlər yazmışdır. Tam yaradıcılığa 
1808-ci ildən başlamış, həyatını ifaçı-
lığa  həsr  etmişdir.  Paqanininin  1828-
ci  ildən  Avropa  ölkələrində  verdiyi 
konsertlər musiqi xadimləri tərəfindən 
yüksək  qiymətləndirilmişdir.  Paqani-
ni misilsiz virtuoz kimi şöhrət qazan-
mışdır, hələ gənc yaşlarından atasının 
ciddi  nəzarətindən  qurtulan  skripkaçı 
coşğun  həyat  tərzi  keçirmişdir  ki,  bu 
da  onun  həm  sağlamlığına,  həm  də 
ad-sanına mənfi təsir göstərmişdir. Pa-
qanininin  qeyri-adi  xarici  görünüşu, 
romantik tərcümeyi-halı onun haqqın-
da  fantastik  əfsanələrin  yaranmasına 
səbəb  olmuşdur.  Musiqidə  romantiz-
min banilərindən biri sayılan Paqani-
ninin  ifasının  yüksək  pafosu,  parlaq 
neotik  obrazları,  geniş  fantaziyası, 
dramatik  təzadları,  qeyri-adi  virtu-
ozluğu  ilə  dinləyiciləri  cəlb  etmişdir. 
Konsert zamanı notsuz çalmağı tətbiq 
edən  ilk  skripkaçılardan  olmuşdur. 
Paqanini  müasir  skripka  texnikasnın 
əsasını  qoymuşdur,  pianoçuluq  və 
instrumentovka  sənətinin  inkişafına 
təsir  göstərmişdir.  Gorkəmli  bəstəkar 
olan Paqanini skripka ilə orkestr üçün 
iki  konsertin,  skripka  üçün  müxtəlif 
pyes  və  variasiyaların,  gitara  üçün 
əsərlərin  instrumental  ansamblla-
rın  müəllifidir.  Katolik  din  xadimləri 
Nikkolo  Paqanininin  antiklerikal 
fikirlərinə,  karbonarilərə  rəğbətinə 
görə izləmişlər. 
Paqanini  1840-cı  ilin  25  mayında 
Fransanın  Nitsa  şəhərində  vəfat  edir. 
Görkəmli  bəstəkar  və  skripkaçının 
1840-cı il 27 mayda ölümündən son-
ra Papa kuriyasın onun İtaliyada dəfn 
edilməsinə  icazə  verməmişdir.  Uzun 
illərdən sonra Paqanininin cənazəsinin 
qalıqları Parmaya köçürülmüşdür .
Şopen,  Göte,  Heyne,  Berlioz  və 
başqaları  Paqanininin  yaradıcılığı-
nı  yüksək  qiymətləndirmişlər.  Bir 
ənənə  olaraq,  1954-cü  ildən  Genu-
yada  skripkaçıların  Paqanini  adına 
beynəlxalq müsabiqəsi keçirilir. 1982-
ci  ildə  skripkaçı  haqqında  “Nikkolo 
Paqanini” çoxseriyalı televiziya filimi 
çəkilmişdir.
Ə d ə b i y y a t
Qoşqarlı, N. Paqanini 
faciəsi [Mətn] /Nazim 
Qoşqarlı //Kredo.- 2010.- 28 
avqust.- S.6,14. 
 Paqanini – bəşəriyyətin 
heyrətamiz skripkaçısı 
[Mətn] //Bizim yol.- 2007.- 3 
noyabr.- S.13. 
Тибальди, К. Паганини 
[Текст] /К.М.Тибальди.- 
Mосква, 1981.- 381 с. 
Ямпольский, И. Никkоло 
Паганини [Текст] 
/И.Ямпольский.- Mосква: 
Музыка, 1968.- 448 с. 
27
İtalyan skripkaçısı


229
Musiqi.Opera.Balet
75 
illiyi
RAUF ABDULLAYEV 
1937
OKTY
ABR
Rauf Cahanbaxış oğlu Abdullayev 
1937-ci  il  oktyabr  ayının  29-da  Bakı 
şəhərində  anadan  olmuşdur.  1945-
ci  ildə  Azərbaycan  Dövlət  Konser-
vatoriyası  nəzdində  onillik  musiqi 
məktəbinə daxil olmuşdur. Daha sonra 
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət 
Konservatoriyasına  T.Quliyevin  for-
tepiano  sinfinə  daxil  olmuşdur.  Kon-
servatoryanı fərqlənmə ilə bitirmiş və 
1960-cı  ildə  N.A.Rimski-Korsakov 
adına  Leninqrad  Dövlət  Konservato-
riyasının  opera  və  dirijorluq  sinfinə 
qəbul olunur.
1968-ci  ilin  oktyabr  ayında 
M.  F.Axundov  adına  Azərbaycan 
Dövlət  Opera  və  Balet  Teatrına  baş 
dirijor  təyin  edilir.  1969-cu  ildə 
Q.Qarayevin “ Yeddi gözəl”, C. Verdi-
nin “Traviata”operasının yeni tamaşa-
sını idarə edir. Q. Qarayevin “Leyli və 
Məcnun”  və  T.Qarayevin  “Qobustan 
kölgələri”  baletinin  premyerasına  di-
rijorluq edir. Bir çox tanınmış məşhur 
insanlarla  çıxış  etmiş,  təzə  opera  və 
baletlərin yeni premyerasının tamaşa-
sını qoymuşdur.
1990-cı ildə İsveçrədə (Luqano, Ba-
zel, Bern), Misirdə (Qahirə, Mənsuriyə, 
Sureyş) şəhərlərində Azərbaycan Sim-
fonik Orkestrinin kamera heyəti ilə çı-
xış etmişdir. 1991-ci il yanvar ayında 
Ankara  Opera  və  Balet Teatrının  baş 
dirijoru təyin edilir. 
Azərbaycan  Dövlət  Opera  və  Ba-
let  Teatrının  və  Ü.Hacıbəyov  adı-
na  Azərbaycan  Dövlət  Simfonik 
Orkestrinın  fəaliyyətindəki  uğurlu 
mərhələlərdən  biri  də  baş  dirijor  və 
bədii rəhbər kimi məhz Rauf Abdulla-
yevin adı ilə bağlıdır.
Rauf  Abdullayevin  musiqidəki 
böyük  istedadı  və  həyatdakı  qeyri-
adi  təvazökarlığı,  hətta  özü  üçün  də 
hər  hansı  bir  kompromisə  getmək 
istəməməsi və eyni zamanda istər or-
kestr üzvləri olsun,  istərsə də dirijor 
həmkarları,  yaxud  da  gənc  solistlər, 
bu insanların taleyində səmimi iştirak 
etməsi,  ünsiyyətdə  olarkən  ziyalılığı 
və mülayimliyi və eyni zamanda işdə 
ciddiliyi  və  qəddarlığı,  bəzən  hətta 
diktatorluğu  hər  dəfə  adamı  həm  se-
vindirir, həm də heyrətləndirir.
Azərbaycan musiqi mədəniyyətinin 
inkişafındakı  xidmətlərinə  görə  Rauf 
Abdullayev 1970-ci il may ayının 21-
də  Azərbaycanın  Əməkdar  incəsənət 
xadimi fəxri adına və 1997-ci il  de-
kabr  ayının  6-da  “Şöhrət”  ordeni  ilə 
təltif edilmişdir. 
Ə d ə b i y y a t
Cəmaləddinqızı. Bir 
ruh çırpıntısı [Mətn] /
Cəmaləddinqızı .- Bakı: 
Azərbaycan, 2003.- 216 s.
Dirijorun əlində böyük 
qüvvə var [Mətn] //Azadlıq.- 
2010.- 21 dekabr.- S.13. 
İlyasoğlu, R. Mənalı ömrün 
pıçıltısı [Mətn] /R.İlyasoğlu 
//Respublika.- 2010.- 11 
fevral.- S. 7. 
29
Dirijor


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə