Redaksiya heyəTİ: Baş redaktor


Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura 170



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə99/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   95   96   97   98   99   100   101   102   ...   138

226
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
170 
illiyi
VASİLİ VASİLYEVİÇ 
VEREŞŞAGİN  
1842-1904
OKTY
ABR
Vasili Vasilyeviç Vereşşagin 1842-
ci il oktyabr ayının 26-sı Novqorodda 
dünyaya göz açmışdır. 
Realist  rus  rəssamı,  batalist  Pe-
terburq  Rəssamlıq  Akademiyasında 
1860-63-cü illərdə oxumuş, daha son-
ra  1864-65-ci  illərdə  Parisdə  təhsil 
almışdır.  Rəssam  Rusiyanı  gəzmiş, 
Qərbi  Avropa  ölkələrinə  səyahət  et-
miş, eləcə də Suriya, Fələstin, Hindis-
tan,  Yaponiya,  ABŞ-a  səyahət  etmiş, 
Orta  Asiyanın  istilasında  1877-78-ci 
illərdə,  Rusiya-Türkiyə  və  Rusiya-
Yaponiya  müharibələrində  iştirak  et-
mişdir.  Vereşşagin  əsərlərini  başlıca 
olaraq naturada çəkmişdir. 
Əsərlərini  mövzu  dairəsinə  görə 
qruplaşdırmışdır.  “Türkistan”,  “Bal-
kan”  silsiləsi,  Vətən  müharibəsi 
mövzusunda  silsilə  əsərləri  vardır. 
Demokratik  istiqaməti  ilə  Vereşşa-
gin  yaradıcılığı  peredvijniklərə  yaxın 
olmuşdur.  Rus  batal  janrında  hərbi 
döyüş  səhnələri  ilk  dəfə  məhz  Ve-
reşşaginin  əsərlərində  fəlsəfi  planda 
verilmişdir.  O,  batal  boyakarlığının 
akademik şərtiliklərindən uzaqlaşaraq 
əsərlərində qanlı müharibə səhnələrini 
dərin  dramatizimlə  təsvir  etmiş-
dir.  “Müvəffəqiyyətsizlikdən  sonra 
məğlublar”, “Hücumdan sonra Pleven 
yaxınlığında  sorğu  məntəqəsi”  və  s. 
əsərlərində  işğalçılıq  müharibələrini 
demokratik  mövqedən  kəskin  tənqid 
etmişdir.
Batal  boyakarlığı  tarixində  ilk 
dəfə  olaraq  Vereşşagin  sadə  əsgəri 
müharibənin bütün ağırlığını çiynində 
daşıyan əsas qüvvə kimi təsvir etmiş-
dir.  1878-79-cu  illərdə  “Şinkada  sa-
kitlikdir!” əsəri çəkilmişdir. Bu əsərin 
yeri məlun deyil.
“İngilislərin hind üsyanını yatırtma-
sı” 1884-cü ildə çəkilmiş əsərdir. Vətən 
müharibəsi mövzusunda çəkdiyi silsilə 
əsərlərində qəsbkarlıq müharibələrinə 
qarşı  çıxır,  feodal  vəhşiliklərini,  dini 
fanatizmi,  müstəmləkəçiliyi  ifşa  edir 
və bir sıra mənzərə, etnoqrafik, məişət 
səhnələri də təsvir edir.
Vereşşaginin  Azərbaycan  xalqı-
nın  həyat  və  məişətini,  memarlıq 
abidələrini  əks  etdirən  rəsmləri  “Şu-
şada  müsəlmanların  dini  mərasimi” 
(1865-ci 
ildə) 
kompozisiyası, 
portretləri,  habelə  Azərbaycan  xalqı 
və şəhərləri haqqında maraqlı yazıları 
var. Vereşşaginin “Mehriban kirvələr” 
və  “Yapon  qızları  gəzintidə”  tablo-
ları  R.Mustafayev  adına  Azərbaycan 
Dövlət  İncəsənət  Muzeyində  saxlanı-
lır.
Vereşşagin Vasili Vasilyeviç 1904-
cü il aprel ayının 13-də Çerepovestdə 
Port-Artur  “Petropavlovski”  zirehli 
gəmisinin partlayışı nəticəsində həlak 
olmuşdur.
Ə d ə b i y y a t
Vereşşagin Vasili Vasilyeviç 
[Mətn] //Azərbaycan Sovet 
ensiklopediyası: 10 cilddə.- 
Bakı, 1978.- C.II .- S.445.
Лебедев, А. В.В.Верещагин 
[Текст] /А.К.Лебедев.- M, 
1972.- 395 c.
26
Rus rəssamı


227
Musiqi.Opera.Balet
90 
illiyi
ŞÖVKƏT ƏLƏKBƏROVA 
1922-1993
OKTY
ABR
Şövkət  Feyzulla  qızı  Ələkbərova 
1922-ci  il  oktyabr  ayının  20-də  Bakı 
şəhərində  anadan  olmuşdur.  1942-ci 
ildə Asəf Zeynallı adına Bakı Musiqi 
Məktəbini bitirdikdən sonra yaradıcı-
lığına Bakıda “Kəndlilər evində” bədii 
özfəaliyyətlə  başlamışdır.  Şövkət  xa-
nım 1938-1945-ci illərdə Azərbaycan 
Dövlət  Mahnı  və  Rəqs  ansamblının, 
1945-1978-ci  illərdə  M.Maqomayev 
adına  Azərbaycan  Dövlət  Filarmo-
niyasının, 
1978-1993-cü 
illərdə 
Azərbaycan  Dövlət  Qastrol-konsert 
Birliyinin solisti olmuşdur. 
Şövkət  Ələkbərova  Musiqi  tex-
nikumunda  Azərbaycan  müğənnisi 
H.Sarabskinin  sinfini  bitirmişdir.  O, 
bir  sıra  muğamların  və  Azərbaycan 
xalq mahnılarının, eləcə də mahnı və 
romansların  mahir  ifaçısı  kimi  tanın-
mışdır.
Üzeyir Hacıbəyli tərəfindən 15 yaş-
lı Şövkətin Azərbaycan Dövlət Xoruna 
dəvət olunması ilə Şövkət Ələkbərova 
böyük səhnəyə gəlmiş oldu. 
Şövkət  xanım  müxtəlif  dəst-xətli 
ansamblların, orkestrlərin müşayəti ilə 
oxuya bildiyi üçün, ilk növbədə Üze-
yir bəyə, onun yaratdığı dördsəsli xora 
borclu olduğunu bildirirdi. 
İfaçılıqla  müəllimlik  fəaliyyətini 
məharətlə  uzlaşdıran  Şövkət  xanım 
yeni müğənnilər nəslinin yetişməsində  
önəmli  rol  oynamışdır.  “Bülbüllər” 
qrupunun rəhbəri Aybəniz Haşımova, 
Azərbaycanın  Əməkdar  artisti Aygün 
Bayramova,  Könül  Xasıyeva  və  baş-
qaları onun tələbələri olmuşdur. 
Şövkət  Ələkbərova  fenomeni  bir 
ulduz kimi Azərbaycan səhnəsində ya-
rım əsrdən çox şölə saçmış və bu gün 
də parlamaqdadır. 
Oxu, gözəl, oxu,
Qoy  səsin,  ürəklərdə  kaman  kimi 
titrəsin!
Deyirlər  bu  məşhur  sətirləri 
Səməd  Vurğun  Şövkət  xanıma  həsr 
etmiş,  Səid  Rüstəmov  bəstəsini  yaz-
mış, nəticədə böyük üçlüyün misilsiz 
töhfəsi nəsillərə yadigar qalmışdır. 
Şövkət Ələkbərova 1993-cü il fev-
ralın 7-də Bakı şəhərində vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Bayramova, A. Şövkət 
Ələkbərova oxuyurdu 
[Mətn] /A. Bayramova //
Mədəniyyət.- 2010.- 16 
iyul.- S. 6.
Çəmənli, M. Oxu gözəl 
[Mətn] /M.Çəmənli.- Bakı : 
Nağıl evi, 2006.- 288 s. 
Köçərli, İ. Musiqi dolu 
sətirlər [Mətn] /İ.Köçərli .- 
Bakı : Səda, 2010.- 171 s.
Mehdixanlı, T. Oxuma 
bülbül, qızıl güllər solub 
[Mətn] /T.Mehdixanlı //
Azərbaycan .- 2004.- 14 
noyabr.- S. 8.
Nəsirova, S. Xalq mahnıları 
milli sərvətimizdir [Mətn] 
/S.Nəsirova //Yeni mədəni 
maarif.-2008- №6- S.64-687
20
Müğənni


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə