Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə96/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   92   93   94   95   96   97   98   99   ...   138

220
Siyasət.Hərbi iş
85 
illiyi
TURQUT ÖZAL
1927-1993
OKTY
ABR
Turqut Özal 1927-ci il oktyabr ayı-
nın  13-də  Şərqi  Türkiyənin  Malatya 
şəhərində  torpaq  damlı  evi  olan  ka-
sıb bir ailədə anadan olmuşdur. Atası 
Məhmət  Siddik  bəy  kənd  təsərrüfatı 
bankında  azmaaşlı  bir  məmur,  ana-
sı  Hafizə  xanım  isə  ibtidai  məktəb 
müəllimi  idi.  Müharibələrin  yarala-
rı  təzə-təzə  sağalmağa  başlamışdı. 
Məhəmməd  Siddik  bəyin  məmurluq, 
Hafizə  xanımın  müəllimlik  maa-
şı  ilə  ailə  qənaət  və  sıxıntılar  içində 
çətinliklə dolanır.
Atasını  erkən  itirən  Turqut  Özal 
anasının  köməyi  sayəsində  İstanbul 
Texniki  Universitetində  təhsil  al-
mış,  1950-ci  ildə  həmin  universiteti 
mühəndis-elektrik  ixtisası  üzrə  bitir-
miş  və  elektrotexnika  sahəsində  ma-
gistr elmi dərəcəsini almışdır. Dövləti 
xidmətə  Türkiyənin  Energetika  və 
Təbii Ehtiyatlar Nazirliyində başlayan 
Turqut Özal 1958-1959-cu illərdə ilk 
iqtisadi və sosial inkişaf planının ha-
zırlanmasında iştirak etmişdir.
O,  1960-1961-ci  illərdə  Müdafiə 
Nazirliyinin  elmi-məsləhətçisi,  1965-
ci ildə isə Süleyman Dəmirəl başda ol-
maqla Ədalət Partiyası qalib gəldikdən 
sonra 2 il Baş nazirin məsləhətçisi ol-
muşdur.  Eyni  zamanda  o,  Orta  Doğu 
Texniki Universitetində dərs demişdir. 
1971-ci ildə isə ABŞ-a getmiş, 1973-
cü ilə qədər Beynəlxalq Bərpa və İnki-
şaf bankında işləmişdir.
1973-cü ildə Türkiyəyə qayıdaraq, 
Sabançı  Holdinqdə  baş  koordinator 
olmuşdur,  1983-cü  ilin  may  ayın-
dan Ana  Vətən  partiyasının  sədri  ol-
muş, 1983-cü ilin dekabr ayında Ana 
Vətən Partiyası Türkiyə Böyük Millət 
Məclisi seçkilərində qələbə qazanaraq, 
bu hökumətə Baş nazir seçilmişdir. O, 
xarakteri  etibarı  ilə  50-ci  illərin  Ce-
lal Bayarını xatırladırdı. O, Türkiyəni 
Dəmirəlin dediyi kimi “70 sentə möh-
tac olmaqdan” qurtararaq, onu dünya 
siyasi  səhnəsində  öz  imici  olan  bir 
dövlətə çevirir. 
1989-cu ilin noyabr ayında Turqut 
Özal  Türkiyə  Respublikasının  8-ci 
və 1960-cı ildən sonra ilk mülki pre-
zident  seçildi  və  ölənə  kimi  ölkəyə 
uğurla rəhbərlik etdi. Onun rəhbərliyi 
dövründə Türkiyə ən şanlı dövrlərindən 
birini yaşadı.
Turqut  Özal  1993-cü  ilin  17 
aprelində vəfat edib. Onun ölüm səbəbi 
indiyə qədər mübahisə predmetidir.
Ə d ə b i y y a t
Ölkəni idxalatçıdan ixracat-
çıya çevirən prezident Tur-
qut Özal [Mətn] //Zaman.- 
2007.- 3-4 may.- S.14.
Şahinoğlu , E. Özal 
özəllikləri [Mətn]: Türkiyə 
Cumhur başqanı Turqut 
Özalın vəfatının 13-cü 
ildönümü ilə əlaqədar 
/E.Şahinoğlu //Gün.- 2006.- 
22-28 fevral.- S.19.
Türkiyə. Turqut Özal “ 
İqtisadi möcüzələr...” 
[Mətn].- Bakı : Şərq-Qərb
1990.- 64 s.
Türk dünyası. Kültür Atlası 
[Mətn] //Türkiye Cum-
huriyeti: Bölüm IV.- Türk 
kültürünün hizmet vakfı.- İs-
tanbul, 2006.- Cilt.1.- S.168-
179.
Туркут Озал //Боль- 
шая универсальная 
энциклопедия [Текст]: 
в 20 томах.- М: АСТ-
Астрель, 2010.- Т.12.- 
С.773-774.
13
Dövlət xadimi


221
Siyasət.Hərbi iş
155 
illiyi
SƏMƏD BƏY 
MEHMANDAROV 
1857-1931
OKTY
ABR
Səməd bəy Mehmandarov 1857-ci 
il  oktyabr  ayının  16-da  Lənkəranda 
anadan  olmuşdur.  Bakıda  gimnaziya 
təhsili  almış,  16  yaşında  Peterburqda 
yerləşən II Konstantinovka Artilleriya 
məktəbinə daxil olmuşdur. 1875-ci ilin 
dekabrında podporuçik rütbəsi almış və 
üçüncü dərəcəli “Müqəddəs Stanislav” 
ordeni ilə təltif edilmişdir. 1890-cı ildə 
kapitan,  1898-ci  ildə  podpolkovnik, 
1901-ci  ildə  polkovnik,  1904-cü  ildə 
general-mayor  rütbəsi  almışdır.  Rus-
Yapon  müharibəsində  böyük  rəşadət 
göstərmiş  S.Mehmandarova  1908-ci 
ildə tam artileriya generalı rütbəsi ve-
rilmişdir  ki,  bu  da  general-polkovnik 
rütbəsinə bərabərdir.
I  Dünya  müharbəsi  başlanarkən 
general S.Mehmandarov Varşava ətra-
fında xidmət etmişdir. 
1915-ci  ildə  general  S.Mehman-
darov  korpus  komandiri  təyin  edil-
mişdi. 1917-ci ilin əvvəlində Rusiya-
nın bütün hərbi ordenləri ilə, eləcə də 
İngiltərənin,  Fransanın,  Rumıniyanın 
bir neçə hərbi ordenləri ilə təltif edil-
mişdi.
1917-ci  il  fevral  burjua  inqilabı 
baş  verərkən  S.Mehmandarov  Qaf-
qazda idi. Həmin ilin aprel ayında o, 
vəzifəsini  həmişəlik  tərk  edib  istefa-
ya  çıxmış,  bir  müddət  Vladiqafqaz 
şəhərində yaşamış, sonra Azərbaycana 
gəlmişdir.
General  S.Mehmandarov  Azərbay 
can  Xalq  Cümhuriyyəti  hökümətində 
1918-ci  ilin  25  dekabrından  Hərbi 
nazir  vəzifəsini  tutmuş  və  müstəqil 
Azərbaycanın qısa müddətdə 30 min-
lik  ordusunu  yaratmağa  nail  olmuş-
du.  Müstəqil  Azərbaycan  döv-lətinin 
ərazisi Rusiyanın XI Ordusu tərəfindən 
zəbt edildikdən sonra S.Mehmandarov 
öz xalqının müqəddəratına biganə ol-
mayaraq, Nəriman Nərimanovun şəxsi 
zəmanəti  əsasında  hərbi  fəaliyyətini 
davam etdirmiş və Azərbaycanda yara-
dılmış  hərbi  komandirlər  məktəbində 
1921-1928-ci  illərdə  müəllimlik  et-
mişdir. 
General Səməd bəy Mehmandarov 
1924-1927-ci  illərdə  Azərbaycanda 
hərbi sahədə aparılan geniş islahatlar-
da və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci  ildə  general  S.Mehman-
darov    səhhətinə  görə  orduda  xidmət 
dən tərxis olunmuş və ona fərdi dövlət 
təqaüdü verilməsi müəyyən edilmişdi.
General-polkovnik 
S.Mehman-
darov  dövrünün  görkəmli  şəxsiyyət-
lərindən  biri  olmuşdur.  O,  türk  və 
fars dillərini yüksək səviyyədə bilirdi. 
Ömrünün son üç ilində islam tarixi və 
fəlsəfə ilə məşğul olmuşdur.
General Səməd bəy Mehmandarov 
1931-ci il fevral ayının 12-də Bakıda 
vəfat etmişdir.
Ə d ə b i y y a t
General Səməd bəy 
Mehmandarov Port-Artur 
döyüşlərində //Şəmistan 
Nəzirli “1920-ci ildə Qara-
bağ döyüşləri”.-Bakı,2009.-
S.95.
Əhmədov, S. Səməd bəy 
Mehmandarov [Mətn] // 
Əhmədov, S. Azərbaycan 
tarixindən yüz şəxsiyyət.- 
Bakı, 2006.- S. 130-133.
Quliyev, V. Port Arturun 
azərbaycanlı qəhrəmanı / V. 
Quliyev // Qarabağ. - 2006.-
15-28 dekabr. - N21. - S. 
11-12.
Səməd bəy Mehmandarov 
haqqında [Mətn]//Nəzirli, Ş. 
Cümhuriyyət generalları .- 
Bakı, 1995.- S. 113-136.
 Абасов, А. Генерал 
Мехмандаров [Текст] 
/А.Абасов.- Баку, [Б.И.], 
1974.- С.80.
16
Hərbi xadim


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə