Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə97/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   93   94   95   96   97   98   99   100   ...   138

222
Siyasət.Hərbi iş
75 
illiyi
RAMİZ ABUTALIBOV 
1937
OKTY
ABR
Ramiz  Abutalıb  oğlu  Abutalıbov 
1937-ci il oktyabr ayının 27-də Gəncə 
şəhərində anadan olmuşdur. 
Orta təhsili bitirdikdən sonra 1960-
cı ildə Azərbaycan Dövlət Universite-
tini ( indiki Bakı Dövlət Universiteti), 
daha sonra 1971-ci ildə Moskva Ümu-
mittifaq Xarici Ticarət Akademiyasını, 
1984-cü ildə Sovet İttifaqının Kommu-
nist Partiyasının MK yanında İctimai 
Elmlər Akademiyasını bitirmişdir. 
1962-65-ci  illərdə Azərbaycan  El-
mi  Tədqiqat  İşlərinin  Əlaqələndirmə 
Komitəsində 
elmi 
katib, 
baş 
mütəxəssis,  1965-68-ci  illərdə  Res-
publika Nazirlər Sovetinin elm və tex-
nika  şöbəsində  baş  referent,  Parisdə 
1971-79-cu  illərdə  YUNESKO  ka-
tibliyinin əməkdaşı, 1980-84-cü illər-
də  Azərbaycan  Kommunist  Partiya-
sının  Mərkəzi  Komitəsinin  Xarici 
əlaqələr şöbəsinin müdiri, 1984-85-ci 
illərdə Respublika Xarici Turizm Baş 
İdarəsinin  rəisi,  1985-92-ci  illərdə 
YUNESKO  katibliyinin  idarə  rəisi 
vəzifələrində işləmişdir. 
1993-2003-cü  illərdə  Azərbaycan 
Respublikası XİN-də xüsusi tapşırıqlar 
üzrə səfir, YUNESKO məsələləri üzrə 
Azərbaycan Milli Komissiyasının Baş 
katibi  vəzifəsində  çalışmışdır.  1980-
84-cü illərdə Azərbaycan SSR-nin Ali 
Sovetinin deputatı olmuşdur.
“Asiya  cəmiyyəti”  təşkilatının 
üzvüdür.  “Fransa  Azərbaycan  dost-
luq  cəmiyyəti”nin  baş  katibi  olmuş-
dur.  Ceyhun  Hacıbəyli  və  Hüseyn 
Azərməhd ilə birlikdə Parisdə 1992-ci 
ildə “ Azərbaycan evi” cəmiyyəti yarat-
mışdır. Müasir dövrün mühüm ictimai-
siyasi  məsələlərinə  dair  Fransa,  Bö-
yük Britaniya, Almaniya və Rusiyada 
dərc olunmuş məqalələrin müəllifidir. 
1918-20-ci  ildən  mövcud  olmuş 
Azərbaycan  Xalq  Cümhuriyyətinin   
20-ci  ildən  sonra  mühacirətdə  yaşa-
mış Azərbaycanın siyasi xadimlərinin 
– C.Hacıbəyli, Ə. Topçubaşov və baş-
qalarının  həyat  və  fəaliyyətinə  dair 
sənədlərin və tarixi ədəbi əhəmiyyətə 
malik  materialların  aşkara  çıxarılma-
sında, Azərbaycana gətirilib nəşr olun-
masında böyük xidməti var.
Xarici ölkələrdə çap edilmiş “Dağ-
lıq  Qarabağ  tarixi  sənədlərdə”(1989-
cu  ildə  fransız  və  ingilis  dillərində), 
“Qafqaz  bürosu  Dağlıq  Qarabağ”, 
“Qarabağ  keçmiş  və  gələcək  arasın-
da” (fransız dilində), “M.S.Ordubadi. 
Qanlı illər” (azərbaycanca ərəb əlifbası 
ilə),  “Azərbaycan-Fransa.  Birlikdə 
XXI  əsrə  doğru”  (fransız  dilində)  və 
başqa  kitabların  tərtibçisi,  eyni  za-
manda  naşiridir.  1990-cı  ildə  Jorj  de 
Molevilin “1915-ci il erməni faciəsi” 
əsərini müəllifin razılığı ilə Bakıda rus 
dilində  nəşr  etdirmişdir.  1990-cı  ildə 
“Beynəlxalq  əlaqələr  aləmində  kim 
kimdir?”  Britaniya  ensiklopediyasına 
adı  düşmüş  269  keçmiş  SSRİ  diplo-
matı arasında yeganə azərbaycanlıdır. 
Fransanın  “Fəxri  legion”  ordeni  ilə 
təltif edilmişdir.
Ə d ə b i y y a t
Hacızadə, A. Hamımız əslən 
bir böyük ölkədənik [Mətn] / 
A. Hacızadə //Azərbaycan.- 
2005.- 9 iyun.- S. 7. 
Həmkarımız Ramiz Abu-
talıbovu 70 illik yubileyi 
münasibəti ilə təbrik 
edirik [Mətn] //Diplomatiya 
aləmi.- 2007.- №17.- S. 55. 
Nəsiboğlu, N. Moskvanın 
yeni azərbaycanlısı [Mətn] 
/ N.Nəsiboğlu //Ədəbiyyat.- 
2007.- 19 yanvar.- S.3. 
“Parisli azərbaycanlı”nın 
çəkilişləri başa çatıb [Mətn] 
//525-ci qəzet.- 2009.- 11 
aprel.- S. 23.
27
Siyasi xadim


223
Kimya.Biologiya.Tibb
110 
illiyi
UMNİSƏ MUSABƏYOVA 
1902-1974
OKTY
ABR
Umnisə Süleyman qızı Musabəyova 
1902-ci il oktyabr ayının 9-da Qəbələ 
rayonunda anadan olub. 
O,  Azərbaycan  EA-nın  ilk  qadın 
müxbir  üzvlərindən  biri,  tibb  elmləri 
doktoru, professor, dünya şöhrətli of-
talmoloq olub. U.Musabəyova zəngin 
elmi və ictimai fəaliyyətlə bütün dün-
yada tanınmışdır.
1945-ci  ildən  ömrünün  sonunadək 
N.Nərimanov adına Azərbaycan Dövlət 
Tibb İnstitutunun Göz xəstəlikləri ka-
fedrasına başçılıq etmişdir.
Tədqiqatı əsasən traxoma, qlauko-
ma xəstəliklərinə, görmə sinirinin pa-
talogiyasına və s. həsr edilmişdir.
Ümumdünya Oftalmoloqlar (Brüs-
sel  1958),  Afrika-Asiya  ölkələri  göz 
həkimlərinin 1-ci (Qahirə 1958), 2-ci 
(Tunis  1960)  ,  3-cü  (İstanbul  1964) 
,  4-cü  (Beyrut  1968)  konqreslərinin 
iştirakçısı,  Sovet  Sülhü  Müdafiə 
Komitəsinin  (1955-1974),  Sovet 
Qadınlar  Komitəsinin  (1963-1974) 
üzvü, Azərbaycan SSR Oftalmoloqlar 
Cəmiyyətinin  sədri  (1957-1974)  ol-
muşdur.
U.Musabəyova tibb elmləri doktoru 
(1936), professor (1943), Azərbaycan 
EA-nın müxbir üzvü (1962), Əməkdar 
elm xadimi (1957) adlarını almışdır.
SSRİ  Ali  Sovetinə  (5-6  çağırış), 
Azərbaycan  SSR  Ali  Sovetinə  (4-cü 
çağırış) deputat seçilmişdir. Lenin or-
deni ilə təltif edilmişdir.
Görkəmli alim 1974-cü ildə Bakıda 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Göz xəstəlikləri [Mətn] /U.Musabəyli.- Bakı: Maarif, 1972.- 187 s.
Məhyəddinqızı, Ş. Qəbələ Qafqazın incisi [Mətn]: [Umnisə Musabəyova haqqın-
da] /S.Məhyəddinqızı.- Bakı, 2009.- S.120-121.
Məmmədov , S. Ömürdən səhifələr [Mətn]: [Umnisə Musabəyova haqqında] 
/S.Məmmədov.- Bakı, 1973.- S.102-103.
Одна из трех тысяч [Текст] : [о профессоре Умнисе Мусабековой, д-ре 
мед. наук, первой женшине, получившей ученную степень] //Заря востока.- 
1960.- 24 апреля.- С.3.
9
Oftolmoloq


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə