Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə105/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   101   102   103   104   105   106   107   108   ...   138

240
Milli Qəhrəmanlar
50 
illiyi
OQTAY GÜLƏLİYEV 
1962-1992
NOY
ABR
Oqtay Güləli oğlu Güləliyev 1962-
ci il noyabr ayının 10-da Laçın rayo-
nunun  Xaçınyalı  kəndində  anadan 
olmuşdur.  1982-ci  ildə  orta  məktəbi 
bitirmiş  və  hərbi  xidmətə  çağırılmış-
dır. 
O,  1984-cü  ildə  Poltava  Koope-
rativ  İnstitutunun  Bakı  filialına  daxil 
olmuşdur.  1989-cu  ildə  institutun  İq-
tisadiyyat  fakültəsini  fərqlənmə  dip-
lomu ilə bitirərək, Laçın rayon Daxili 
İşlər  şöbəsində  pasport  bölməsində 
baş inspektor, sonra isə polis rotasının 
komandiri  təyin  olunmuşdur.  Məlum 
“Daşaltı  əməliyyatı”  zamanı  onun 
rotası  mühasirəyə  düşmüşdür.  O,  80 
nəfər  əsgərimizi  təhlükəsiz  zonaya 
çıxarmağa  nail  olmuşdur.  Pircahan 
kəndi  yaxınlığında  yaralanan  Oqtay 
qospitalda  müalicə  olunduqdan  sonra 
yenidən cəbhəyə qayıtmışdır. 
1992-ci  il  sentyabrın  19-da  Oqtay 
Güləliyev  Laçın  dəhlizini  götürmək 
üçün  əməliyyat  planını  hazırlayır. 
Əvvəlcə  Hocaz  kəndini,  sonra  isə 
Nərgiz  yüksəkliyini  ələ  keçirmək 
planı  hazırlayaraq,  rotası  ilə  birlikdə 
düşmənin  canlı  və  hərbi  texniki 
qüvvəsini  məhv  etmişdir.  Sus  və  Qı-
zılca  kəndlərindən  keçib  yenidən 
Hocaz  kəndinə  dönərkən  mühasirəyə 
düşmüşdür.  Oqtay  Güləliyev  yoldaş-
larını  çətin  vəziyyətdən  xilas  edərək, 
onları təhlükəsiz yerə keçirsə də, özü 
qəhrəmancasına həlak olmuşdur. Bakı 
şəhərindəki Şəhidlər Xiyabanında dəfn 
edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 11 may 1993-cü il tarixli 599 say-
lı Fərmanı ilə Güləliyev Oqtay Güləli 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Laçın şəhərində və Piçənis kəndində 
adına məktəb var.
Ə d ə b i y y a t
Əsgərov, V. Güləliyev 
Oqtay Güləli oğlu [Mətn] //
Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.-Bakı, 
2005.- S.76-77.
Həsənoğlu , V. Laçının Laçın 
oğlu [Mətn] /V.Həsənoğlu 
//Xalq qəzeti.- 1994.- 12 
aprel.- S.2.
Kürdoğlu, H. Sən ki, millətin 
qəhrəmanısan [Mətn]: (şeir) 
//Kürdoğlu, H. Hər şəhid bir 
qəhrəmandır.-Bakı,1999.- 
S.53.
Seyidzadə , M. Güləliyev 
Oqtay Güləli oğlu [Mətn] // 
Seyidzadə, Mirbəşir. Milli 
Qəhrəmanlar zirvəsi.- Bakı, 
2010.- S.79.
10
Milli Qəhrəman


241
Milli Qəhrəmanlar
40 
illiyi
MEHMAN SAYADOV 
1972- 1992
NOY
ABR
Mehman  Qəzənfər  oğlu  Sayadov 
1972-ci il noyabr  ayının 21-də Qərbi 
Azərbaycanın  Vardenis  rayonunun 
Günəş  kəndində  anadan  olmuşdur. 
Yeddinci sinfə qədər doğma kəndində 
oxumuş,  erməni millətçilərinin 1988-
ci  ildə  azərbaycanlıları  deportasiya 
etdikləri zaman ailəsi ilə birlikdə Sa-
mux rayonuna gəlmişdir. 
Sovet  ordusu  sıralarına  çağırılan 
M.Sayadov 6 ay Sverdlovskidə xidmət 
etdikdən sonra vətənə qayıtmışdır. 
1992-ci  ildə  “Azərbaycan  bayra-
ğı”  könüllü  batalyonuna  üzv  yazıla-
raq cəbhəyə yollanmış, Şuşa şəhərinin 
bir  sıra  kəndlərinin  müdafiəsində 
qəhrəmanlıq  nümayiş  etdirmişdir. 
1992-ci il mayın 9-da Nəbilər kəndinin 
müdafiəsi  zamanı  qəhrəmancasına 
həlak olmuşdur. Cansız bədəni döyüş 
meydanında qalmış və onun ətrafında 
onlarla  düşmən  meyiti  səpələnmişdi. 
Bu, onun əsl qəhrəmanlığından xəbər 
verirdi.
Azərbaycan  Respublikası  Pre-
zidentinin  7  iyun  1992-ci  il  tarixli 
833  saylı  Fərmanı  ilə  Sayadov  Meh-
man Qəzənfər oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Bütün cəhdlərə baxmayaraq qəh-
rəmanımızın cəsədini döyüş meyda-
nından çıxarmaq mümkün olmamış-
dır.
Ə d ə b i y y a t
Ənsər, B. Günəşlinin qəhrəman oğlu [Mətn]: [həyatı, təhsili və döyüş 
şücaəti haqqında] //Ənsər, B. Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.- 
S.24-26.
Əsgərov, V. Sayadov Mehman Qəzənfər oğlu [Mətn] // Əsgərov, V. 
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.195.
Seyidzadə, M. Sayadov Mehman Qəzənfər oğlu [Mətn] //Seyidzadə, 
Mirbəşir. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.197.
21
Milli Qəhrəman


242
Mühəndis işi.Texnika
95 
illiyi
KƏRİM KƏRİMОV  
1917-2003
NOY
ABR
Kərim  Abbas  оğlu  Kərimоv 
1917-ci  il  nоyabr  ayının  14-də  Bakı 
şəhərində anadan оlmuşdur. О, 1942-
ci  ildə  Azərbaycan  Sənayе  İnstitutu-
nu  bitirdikdən  sоnra  SSRİ Artillеriya 
Akadеmiyasında  ali  təhsilini  davam 
еtdirmişdir. 
1941-1945-ci illər müharibəsindən 
sоnra  K.Kərimоv  SSRİ  Müdafiə 
Nazirliyi  aparatında  20  il  xidmət 
еtmiş,  оrada  böyük  mühəndislikdən 
Kоsmik  Vasitələr  idarəsinin  rəisi 
vəzifəsinə kimi yüksəlmişdir. 1966-cı 
ildə  isə  Kоsmik  Uçuşlar  üzrə  Dövlət 
Kоmissiyasının sədri vəzifəsinə təyin 
оlunmuşdur. 
Bütün  ömrünü  kоsmik  rakеt 
tеxnikasının inkişaf еtdirilməsinə həsr 
еdən Kərim Kərimоvun fəaliyyəti XX 
əsrdə kоsmоsun fəth оlunması tarixi-
nin ayrılmaz hissəsini təşkil еdir.
25  il  ərzində  Kоsmik  Uçuşlar 
üzrə  Dövlət  Kоmissiyasına  başçı-
lıq  еtmiş  K.Kərimоvun  adı  kеçmiş 
SSRİ-də 
kоsmоsun 
öyrənilməsi 
sahəsində  bir  çоx  nadir  еlmi-tеxniki 
layihələrin  həyata  kеçirilməsi  ilə 
sıx  bağlı  оlmuşdur.  K.Kərimоv  hələ 
1946-cı  ildən  ballistik  rakеtlərin 
radiоölçmə  sistеmlərinin  yaradılması 
istiqamətində  işlər  aparmışdır.  Оnun 
еlmi tеxniki araşdırmaları nəticəsində   
rakеtlərin daxili paramеtrlərinə nəzarət 
еdən  “Dоn”    radiоölçmə  sistеmi  ya-
radılmış  və  kоsmik  rakеtlərdə  tətbiq 
оlunmuşdur. 
Kеçən əsrin 50-ci illərində kоsmоsa 
uçuşların 
intеnsivləşdirilməsində, 
süni pеyklərin yaradılmasında, Günəş 
sistеmi planеtlərinin və Ayın avtоmat 
qurğular və insan tərəfindən öyrənilməsi 
işinin  təşkil  еdilməsində  bir  alim  və 
mütəxəssis  kimi  Kərim  Kərimоvun 
böyük  xidmətləri  оlmuşdur.  Kоsmik 
fəzanın tədqiq еdilməsi məqsədilə güc-
lü  “Sоyuz”  rakеtdaşıyıcılarının  yara-
dılması, “Sоlyut” оrbital stansiyasının 
qurulması  bilavasitə  оnun  rəhbərliyi 
altında həyata kеçirilmişdir. Məhz bu 
layihənin davamı kimi kоsmik fəzada 
çоx  mоdullu  “Mir”  оrbital  stansiyası 
yaradılmışdır. 
K.Kərimоvun  kоsmik  rakеt  tеx-
nikasının inkişaf еtdirilməsi sahəsində 
göstərdiyi  misilsiz  xidmətləri  yüksək 
qiymətləndirilmişdir.  О,  Sоsialist 
Əməyi Qəhrəmanı, “Lеnin” və Dövlət 
Mükafatları laurеatı adlarına layiq gö-
rülmüş, bir çоx   оrdеn və  mеdallarla 
təltif 
оlunmuşdur. 
K.Kərimоv 
Azərbaycan  Rеspublikasının  ali 
mükafatı  “Şöhrət”  оrdеni  ilə  təltif 
еdilmişdir.
Görkəmli  hərbi  xadim,  alim 
K.Kərimоv 2003-cü il mart ayının 29-
da  Mоskva  şəhərində  vəfat  еtmiş  və 
оrada dəfn оlunmuşdur.
Ə d ə b i y y a t
Еyniyеv, M. Kadr arxasın-
dan еşidilən səs [Mətn]: 
[Kоsmik Uçuşlar üzrə 
Dövlət Kоmissiyasının sədri 
Kərim Kərimоv haqqında] 
//Xalq qəzеti.- 2004.- 11 
aprel.- S. 5.
Nikоlski, A. Kоsmik səfərlər 
xеyir-duaçısı gеnеral Kərim 
Kərimоv [Mətn].- Bakı: 
Gənclik, 1991.- 47 s.
Дорога в космос [Текст].- 
Баку: Азербайджан, 1995.- 
352 с.
Нуриев, Ф. Встреча 
с прославленным 
соотечественником 
[Текст]: [с генерал-
майором Керимом 
Керимовым, 
азербайджанцев, 
проживаюших в Москве] 
/Ф.Нуриев //Бакинский 
рабочий.- 1998.- 9 
октября.- С.4.
14
Hərbi xadim


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə