Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə107/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   103   104   105   106   107   108   109   110   ...   138

245
Musiqi.Opera.Balet 
85 
illiyi
XUMAR ZÜLFÜQAROVA 
1927
NOY
ABR
Xumar  Rza  qızı  Zülfüqarova 
1927-ci  il  noyabr  ayının  15-də  Bakı 
şəhərində  anadan olmuşdur. O, 1945-
ci  ildə  Bakı  Xoreoqrafiya  məktəbini 
bitirmişdir.  Azərbaycan  Opera  və 
Balet  Teatrının  solisti  (1945-1966), 
Azərbaycan Dövlət Mahnı və Rəqs An-
samblının (1966-1971) baletmeysteri, 
Azərbaycan Dövlət Filarmoniyasının, 
Azərbaycan Dövlət Rəqs Ansamblının 
baş baletmeysteri (1971-1978) olmuş-
dur. 1978-ci ildən Azərbaycan Konsert 
Qastrol  Birliyinin  baletmeysteridir. 
Xarakterik  rəqslərin  ifaçısı  olan  Zül-
füqarova  bir  sıra  opera  və  baletlərdə 
–  “Koroğlu”  (Ü.Hacıbəyli),  “Yeddi 
gözəl” (Q.Qarayev) və s. çıxış etmiş-
dir. Bir sıra filmlərdə rəqs səhnələrinə 
çəkilmişdir. 1950-ci ildən Bakı Xore-
oqrafiya məktəbində dərs deyir.
Zülfüqarovanın 
fəaliyyəti 
dövlətimiz 
tərəfindən 
yüksək 
qiymətləndirilib.  O,  1979-cu  ildə 
Azərbaycan SSR Xalq artisti adına la-
yiq görülüb.
2009-cu  ildə Azərbaycan  Respub-
likası  Prezidentinin  sərəncamı  ilə 
Azərbaycanda  xoreoqrafiya  sənətinin 
inkişafındakı  xidmətlərinə  görə  Xu-
mar  Zülfüqarova  “Şöhrət”  ordeni  ilə 
təltif olunmuşdur.
Ə d ə b i y y a t
Xumar Zülfüqarova //Azərbaycan Sovet Ensiklopedi-
yası [Mətn]: 10 cilddə.- Bakı, 1980.- C.IV .- S.350.
Həsənli, V. Rəqslərdə yaşayan ömür [Mətn] : 
[Azərbaycan SSR Xalq artisti rəqqasə Xumar Zülfü-
qarova haqqında] /М.Həsənli //Ulduz.- 1979.- №9.- 
S.49-54. 
15
Xoreoqraf


246
Musiqi.Opera.Balet 
90 
illiyi
FİKRƏT ƏMİROV 
1922-1984
NOY
ABR
Fikrət Məşədi Cəmil oğlu Əmirov 
1922-ci  il  noyabr  ayının  22-də 
Gəncə  şəhərində  məşhur  tarzən  və 
xanəndə  ailəsində  anadan  olmuş-
dur.  Azərbaycanı  dünyada  tanıdan 
milli  bəstəkarlıq  məktəbinin  ən  la-
yiqli  nümayəndələrindən  biri  olan 
F.Əmirov  sağlığında  ölməzlik  qazan-
mış sənətkarlardandır. Onun yaradıcı-
lığı XX əsr Azərbaycan musiqi tarixi-
nin ən parlaq səhifələrindəndir.
Bəstəkarın  yaradıcılıq  ideyaları, 
geniş  dinləyici  auditoriyasına  ünvan-
lanmışdır.  F.Əmirovun  əsərləri  təkcə 
ölkəmizdə  deyil,  həm  də  Rusiya, 
Amerika  Birləşmiş  Ştatları,  Almani-
ya,  İngiltərə,  Fransa,  Meksika,  İran, 
Türkiyə, Misir, İsveç, Mərakeş və baş-
qa  ölkələrdə  böyük  müvəffəqiyyətlə 
səslənmiş  və  dinləyicilərin  böyük 
rəğbətini qazanmışdır.
F.Əmirov  lirik  bəstəkardır.  Onun 
musiqisində  ideya,  forma,  məzmun 
baxımından  asılı  olmayaraq  lirika 
həmişə aparıcı amil olmuş, bəstəkarın 
bütün yaradıcılığına sirayət etmişdir.
Onun  əsərlərində  dramatik,  epik 
obrazlar,  fəlsəfi  düşüncələr  belə  li-
rik  planda  verilmişdir.  F.Əmirov 
Azərbaycan musiqi tarixinə əsl nova-
tor, yeni şair, yeni movzular gətirmiş 
bir sənətkar kimi daxil olmuşdur.
F.Əmirovun  simfonik  yaradıcılığı 
rəngarəngdir.  Fəlsəfi  mahiyyət  kəsb 
edən  “Nizami”  (1947)  simli  simfoni-
yası  lirizmi,  təsirliliyi,  aydın  və  incə 
musiqi üslubu ilə fərqlənir. F.Əmirov 
simfonik müğam janrının yaradıcısıdır. 
Onun “Şur”, “Kürd-ovşarı”, “Gülüstan 
–  Bayatı  Şiraz”  simfonik  muğamları, 
“Azərbaycan” süitası, “Sevil” operası, 
“Min  bir  gecə”  baleti,  “Azərbaycan 
kapriççiosu”,  “Nəsimi”  xoreoqrafik 
poeması,  “Simfonik  rəqslər”,  vokal-
instrumental  əsərləri  dünya  musiqi 
mədəniyyəti  xəzinəsinə  dəyərli  töhvə 
olmuş,  musiqimizin  fonduna  daxil 
edilmişdir.
Azərbaycanın  musiqi  mədəniy-
yətinin inkişafında  göstərdiyi misilsiz 
xidmətlərinə görə Fikrət Əmirov SSRİ 
və Azərbaycan  Xalq  artisti,  SSRİ  və 
Dövlət  Mükafatları  laureatı,  Sosialit 
Əməyi  Qəhrəmanı  fəxri  adına  layiq 
görülmüş, iki dəfə Qırmızı Əmək Bay-
rağı ordeni ilə təltif olunmuşdur.
Fikrət Əmirov 1984-cü ildə Bakıda 
vəfat  etmiş  və  Fəxri  Xiyabanda  dəfn 
olunmuşdur. 
Ə d ə b i y y a t
Simfonik rəqslər [Not]: 
metodik tövsiyələr /Fikrət 
Əmirov.- Bakı, 2009.
Əfəndiyev, T. Azərbaycan 
mədəniyyəti və incəsənəti 
[Mətn] /T.Əfəndiyev.- Bakı.- 
2008.- 208 s.
Fikrət Əmirov. Bibli-
oqrafiya [Mətn] /tərt. 
ed.: T.Məmmədova, 
A.Novruzova.- Bakı, 2009.-
271 s.
Qasımova, S. Fikrət Əmirov 
[Mətn] /S.Qasımova; red. 
S.Mahmudova.-Bakı: Nağıl 
evi, 2004.- 208 s.
Шариф, А. Создатель 
восточного симфонизма 
[Текст] //Шариф, А. 
Творческие династии 
Азербайджана ХХ века.- 
Баку, 2007.
Шарифова-Алиханова, В. 
Фикрет Амиров [Текст] 
: [Жизнь и творчество] 
/Вазифа Шарифова-
Алиханова.- Баку: Сада, 
2005.- 240 с.
22
Bəstəkar


247
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
95 
illiyi
TAĞI TAĞIYEV 
1917- 1993
NOY
ABR
Tağı Əzizağa oğlu Tağıyev 1917-ci 
il  noyabr  ayının  7-də  Bakı  şəhərində 
anadan olmuşdur.
Tağı  Tağıyev  1931-1935-ci  illərdə 
Azərbaycan Dövlət Rəssamlıq Texni-
kumunda, daha sonra isə 1940-1941-ci 
illərdə Moskva Rəssamlıq İnstitutunda 
oxumuşdur. 
O,  əsasən  tematik  tablolar,  na-
türmort,  portret,  mənzərə  və  məişət 
səhnələrinin müəllifidir. Azərbaycanda 
realist boyakarlığının yaradıcılarından 
olan Tağıyev portret ustası kimi daha 
məşhurdur. Yaradıcılığında tarixi möv-
zular  və  tarixi  şəxsiyyətlərin  təsviri, 
əmək  adamlarının  obrazı  və  əməyin 
tərənnümü, doğma təbiətin təsviri mü-
hüm yer tutur. Misal olaraq “Koroğlu 
dəsgahı”,  “Poladəridən”,  “Qaynaq-
çı”,  “Göy-göl”,  “Qarlı  yollar”ı  qeyd 
etmək olar. Tağı Tağıyev bir çox xarici 
– Türkiyə, Yunanıstan, İtaliya, Fransa, 
İspaniya və s. ölkələrdə olmuş və on-
ların həyatına dair tablolar çəkmişdir. 
Rəssamın ən yaxşı əsərləri “Uşaq-
lıq xatirələri”, “Abşeron silsiləsi”, “El 
gözəli”,  “Qarayanız  qız”  və  bir  çox 
rəsm  əsərləri  Praqa,  Pekin,  Dakar, 
Bağdad və s. ölkələrdə nümayiş etdi-
rilmişdir.
T.Tağıyevin yaratdığı “Qara Qara-
yev”  və  “Səttar  Bəhlulzadə”  tablola-
rı  dünyanın  bütün  sərgi  salonlarında 
uğurla nümayiş olunub. 
O,  1954-cü  ildə  Avropa,  Afrika 
ölkələrinə  səyahətə  getmiş,  dinindən, 
dilindən asılı olmayaraq insanları, on-
ların  ideyalarını,  arzularını  bədii  bo-
yalarla təsvir etmişdi. Həmin səfərdən 
sonra yaratdığı “Afrikalı qız” və “Sa-
lam, yeni dünya” əsərlərinə bu gün də 
maraqla  baxılır.  Bu  əsərlərdə  zülmə, 
tabeçiliyə,  əsarətə  dözməyənlərin 
duyğuları  ustalıqla  təsvir  olunub. 
Tağı  Tağıyevin  əsərləri  Şərq  Xalq-
ları  İncəsənəti  Muzeyi  (Moskva),  R. 
Mustafayev adına Azərbaycan Dövlət 
İncəsənət Muzeyi, Azərbaycan Dövlət 
Şəkil Qalereyası və s. muzeylərdə sax-
lanılır.
Yaradıcılıq xidmətlərinə görə onun 
əməyi  yüksək  qiymətləndirilmişdir. 
Əməkdar  incəsənət  xadimi,  respubli-
kanın  Xalq  rəssamı  fəxri  adlarına  la-
yiq görülmüşdür.  
1993-cü ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Mehdiyev, R. Həmkarlarımı 
unuda bilmirəm [Mətn] / Ra-
fiq Mehdiyev //Azərbaycan 
.- 2008.- 26 oktyabr.- S. 8. 
Наджафов, М. Таги Тагиев 
[Текст] /М.Наджафов.- 
Mосква, 1959.- 67 c.
7
Rəssam


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə