13
Nazir Əhmədli
mənşəli toponimlərin izahlı lüğəti”. Bakı. 2002. S.29, 106, 108,
290).
7.Türkiyədə Çorum sancağı nahiyəsi...Köçəri həyat tərzi
keçirən türklərə yörüklər deyilirdi. Çorlu yörükləri... (Faruk
Sümər. Oğuzlar. Bakı. 1992. Səh.20, 308-364).
Bütün bunları yekunlaşdıraraq belə nəticəyə gələ bilərik
ki, Qaraqoyunlu, Qarapapaq, Qaraçöplü, Qaraçanlı, Qaramanlı,
Qarabayramlı, Qaracallı və s. kmi,
Qaraçorlular da türk
tayfasıdır.
Türkiyədə yaşamış Azərbaycan mənşəli məşhur
professor Əhməd Cəfəroğlu da qaraçorluları İran türk
lərindən olan bir el hesab edib. Türkiyənin başqa bir məşhur
tarix professoru, uzun müddət Atatürk Dil və Tarix Yüksək
Qurumunun başqanı olmuş, hazırda MHP-dən millət vəkili
,
professor Yusif Halacoğlu da qaraçorluları XVI əsrdə
Ərzurumda məskunlaşan türkmən ellərindən biri kimi
təqdim edir.
Türkiyə ərazisində, Şərqi Anadoluda olduğu kimi, qara-
çorlular İranda da geniş yayılmışlar. Onlar Şərqi Azər bay-
can, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında ya şayırlar.
Qaraçorlular hazırda Xorasan əyalətinin Bojnurd, Şir van
və Quçau ilçələrində də kompakt şəkildə yaşayırlar. Tarixi
mənbələrə görə, onları buraya Şah I Abbas köçürmüşdür.
Müəmmər Aksoy adlı türk alimi “DiyariKaraçor
(Çaybağı)” adlı məqaləsində yazır: “Qaraçor. Keçmiş za-
manlardan Elazığın Palu ilçəsinə tabe olan təxminən 16
kənddən birinin adıdır. İndi isə Elazığın Kovancılar ilçəsinə
tabe olan kəndlərdən birinin adıdır.
Qaraçor kəlməsinin çox
mənası vardır. Ancaq mən
“dik halay”, ya da “dərin yara”
mənalarından başqa bir şey bilmirəm”.
14
Gabud və gabudlular
Başqa bir yerdə (sozlukbu.com saytı) “qaraçor” kəlməsini
“daha çox türkmən oymaqları arasında rast gəlinən bir
kukla oyunu növü” adlandırmışlar.
Tunceli (Dərsim) vilayətinin Pərtək ilçəsində 51 kənd
var. Onun Pınarlar nahiyəsində Paşavənk/Qaraçor kəndi
vardır. Əhalisi türk və zaza göstərilib. Zazaların bizə aidiyyəti
olmadığına görə, kəndin əhalisini türk saymaq olar.
2007-ci ildə Türkiyə mətbuatında dərc olunmuş maraqlı
bir yazı diqqətimi çəkdi.
“Gün işığı” qəzetinin 11.04.2007-ci
il tarixli sayında dərc olunan həmin yazının müəllifi
Günərkan
Aydoğmuşdur. Müəllif yazır ki, bu gün Azərbaycandan gələn
tanınmış sənətçilərin də daxil olduğu bir heyətlə Azərbaycanın
dəyərli şairi
Almas İldırımın anadan olmasının 100 illiyi
qeyd olunacaq. Onun iztirablı həyat hekayəsini təsvir edən
müəllif xəbər verir ki, A.İldırım 1933-cü ildə Türkiyəyə gəlib
çıxır, Vanda tələb olunan proseduralardan keçdikdən sonra
müəllifin vətəni olan Elazığa gəlmişdir. Türkiyə hökuməti onu
ilk dəfə Elazığ vilayətinin
Qaraçor nahiyəsində müəllimliyə
təyin etmiş, bir müddətdən sonra isə həmin nahiyyənin təhsil
müdirliyinə yüksəltmışdır. Sonra bir sıra başqa nahiyələrdə də
bu vəzifədə çalışmış və 1952-ci ildə, 45 yaşında böyrək xəs-
təliyindən vaxtsız vəfat etmişdir. Müəllif çox təəssüflə qeyd edir
ki, üzərinə məzar daşı qoyulmadığına görə, qəbri itib getmişdir,
yəni Almas İldırım Elazığa bir qərib kimi gəlmiş, bir qərib kimi
də ölmüşdür!...
Müəllif bu yazısında A.İldırımın çox kədərli misralarını da
oxucuya çatdırır:
“Qəribəm bu Vətəndə,
Qərib quşlar ötəndə.
15
Nazir Əhmədli
Qəriblik çox çətindir
Baş yastığa yetəndə”.
Bəkir Əli Dəmirəl və Süleyman Yapıcının təqdim etdikləri
“1841yılında yapılan ilk Osmanlı nüfus sayımı. Palu nüfus
dəftəri” adlı sənəddə başqa bir adı da Çakçur olan Qaraçor
nahiyəsində 79 kəndin olduğu bildirilir.
Bir qədər əvvəl qeyd etdiyim kimi, qaraçorluların ən
çox yaşadıqları ərazi bu gün də İran sayıla bilər. Belə ki,
Salmas tərəfdən əvvəl Qarabağa, oradan isə Dərələyəzə gələn
qaraçorlulardan başqa, İranın şimal-şərqində, Xorasan əyaləti,
eləcə də Nişapur bölgəsi qaraçorluların kompakt yaşadıqları ərazi
sayılır. Onları buraya 1600-cü ildə I Şah Abbasın sürgün etdiyi
söylənilir, görünür, hansısa hərəkətlərinə görə onun qəzəbinə
gəliblər, yaxud sadəcə olaraq, həmin bölgəni möhkəmlətmək
üçün döyüş qabiliyyətini yüksək qiymətləndirdiyi qaraçorluları
buraya yerləşdirib.
Qədim yazılı qaynaqlara görə,
Göytürk dövlətini yaradan
iki tayfa xüsusi qılınc hazırlayırdı. Hər tayfa da istehsal etdiyi
qılınca öz adını vermişdi. Tayfalardan birinin adı
“Bilgətəkin”,
digəri isə
“Qaraçori” idi. Hər iki tayfa tərəfindən düzəltdikləri
qılıncın üstündə onların öz nişanı xüsusi şəkildə həkk olunurdu.
O zaman Göytürk İmperiyasının sərhədləri Azərbaycanı da
əhatə edirdi. 1926-cı ildə Marağa şəhərində doğulan
Qaraçorlu
Bulud Səhəndin nəsli də Göytürkləri yaradan həmin Qaraçori
tayfasına gedib çıxır.
Uzun müddət idi ki,qaraçorluları “əmoğlu” adlandıran və
həmişə ən sıx münasibətdə olan
kəngərlilərlə qaraçorluların bu
münasibətlərinin haradan gəldiyi üzərində düşünürdüm, bu suala
Dostları ilə paylaş: |