ƏSMƏR ƏIJYEVA
ÜZV
dövlolior az inkişaf etmiş dövlotbrb ticarot olaqəlori qurarkon onlara
göstordiklori gömrük tariflərinin azaldılması və ya aradan qaldırılması ilə
əlaqədar bağlanan müqavilələrdə qarşı tərəfdən də eyni güzəştlərin tətbiq
edilməsini gözləməli deyillər.'
'farif güzəştlərinin milli qanunvericiliklə tənzimlənməsi məsələsi isə
«Gömrük tarifi haqqında» AR Qanununun VI fəslində təsbit olunmuşdur.
Bu fəsildə təsbit edilən maddələrin təhlili belə bir nəticəyə gəlməyə əsas
verir ki, qanunvericilik tarif güzəştləri, tarif preferen- siyaları və gömrük
güzəştləri anlayışlarını bir-birindən fərqləndirir. Doğrudur, bəzi yerlərdə
(məsələn, 33-ü maddənin 1-ci hissəsi) «tarif güzəştləri» sözündən sonra
mötərizədə «tarif prefcrcnsiyaları» anlayışının verilməsi bir az çaşqınlıq
yaranmasına gətirib çıxarır, çünki belə yanaşma, bu anlayışların
eyniləşdirilməsinə gətirib çıxarır. Bu isə həmin qanunun 35-ci və 36-cı
maddələrinin ziddiyyət təşkil etdiyini göstərir. Qanundakı bu ziddiyyəti və
anlaşılmazlığı aradan qaldırmaq üçün təklif edirik ki, «Gömtdik tarifi
haqqında» AR qanununda «gömrük räsumtarmdan azadetmə», «gömrük
güzəştləri», «tarif güzəştləri» və «tarif preferensiyaları» tenninlərinə dəqiq
anlayış verilməli, onları bir-birindən fərqləndirən xüsusiyyətləri bu
anlayışlarda aydın şəkildə göstərilməlidir. Fikrimizcə, beynəlxalq təcrübəni
və gömrük hüquq nəzəriyyəçilərinin fikirlərini nəzərə alaraq, bu məsələyə
belə bir yanaşma daha məqsədəmüvafiq olardı. Gömrük hüquq
nəzəriyyəsində də tarif güzəştləri və tarif prefe- rensiyaları anlayışlarım
təhlil edərkən məlum olur ki, bu anlayışlar mahiyyət etibarilə bir-birindən
fərqlənir. Belə ki, gömrük preferen- siyaları gömrük sərhədindən keçirilən
malın mənşə ölkəsindən asılı olaraq təqdim edilən gömrük güzəştləri kimi
xarakterizə olunur.-
' 'Грошкина T.H. Таможенные платежи: Учебно-практическое пособие. M.:
Городец, 2007, с. 31
’ Грошкина 'Г.И. Таможенные платежи: Учебно-практическое пособие. М.:
Городец, 2007, с. 76-77
86
OSMƏU ƏI.IYKVA
Malın monşo ölkosinin müoyyon edilməsi «Gömrük tarifi haqqında» AR
Qanununun V iosli və A/ərbaycan Respublikasının Nazirlər Kabinetinin
2007-ci il 29 noyabr tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş «Malın
mənşə ölkəsinin təyin edilməsi Qaydaları»na uyğun aparılır.
«Gömrük tarifi haqqında» AR Qanununa əsasən tarif güzəştləri dedikdə
Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və
ya birtərəfli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum
ödənişlərindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın
preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən
güzəştlər başa düşülür.' Qanunda verilmiş bu anlayışın təhlili belə bir
nəticəyə gəlməyə əsas verir ki, qanun gömrük (tarif) güzəştlərinin aşağıdakı
formalarını təsbit edir;
-
əvvəl ödənilmiş rüsumun qaytarılması;
-
rüsum ödəməkdən azad etmə;
-
rüsum dərəcələrinin aşağı salınması;
-
malın preferensial gətirilməsi.
Əvvəl ödənilmiş rüsumun qaytarılması yalnız müəyyən qrup gömrük
rejimlərində tətbiq olunur.
«Gömrük tarifi haqqında» AR Qanununun 35-ci və 36-cı maddələrin
təhlili isə belə bir nəticəyə gəlməyə əsas verir ki, tarif pre- fercnsiyaları
dedikdə, beynəlxalq müqavilələr əsasında tətbiq edilən güzəştləri nəzərdə
tutulursa, tarif güzəştləri dedikdə isə, birtərəfli qaydada milli qanunvericilik
əsasında təqdim edilən güzəştlər başa düşülür. Belə ki, 35-ci maddə «tarif
prefcrcnsiyalarınm verilməsi» adlanır və maddənin mətnində deyilir:
«Azərbaycan
Respublikasının
xarici
dövlətlərlə
ticarət-siyasət
münasibətləri həyata keçirilərkən
' «Gömrük larifi haqqında» Azərbaycan Respublikasının Qanıınu/Azorbaycan
Respublikası qanunlar Külliyyatı (1993-1995) 11 kilab. Bakı: Qanun, 1997, s. 499
87
ƏSMƏR ƏLİYEVA
aşağıdakı mallar üzro gömrük rüsumlarından azad etmə, gömrük
dərocolorinın aşağı salınması, yaxud prefcrensial idxal üçün kvotalar
qoyulması kimi güzoştlor verilə bilər:
-
mənşəcə, Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət
zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair
müqavilə imzalamış dövlətlərə mənsub olan mallar;
-
mənşəcə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
beş ildə bir dəfədən az olmayaraq şərti ilə dövri olaraq yenidən baxılan milli
preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub
mallar.'
«Gömrük tarifi haqqında» AR Qanununun 37-ci maddəsi isə «tarif
güzəştlərinin verilməsi» adlanır və həmin maddəyə görə Azərbaycan
Respublikasının ticarət siyasəti həyata keçirilərkən Azərbaycan
Respublikası gömrük ərazisi hüdudlarında aşağıdakı mallar üzrə əvvəl
ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin
azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azad etmə kimi
güzəştlər verilə bilər,-
Həmin Qanunun 34-cü maddəsində isə gömıirk rüsumlarından
tamamilə azad edilən malların siyahısı açıqlanır.
Beləliklə, qanunun təhlili nəticəsində göstərə bilərik ki, «Gömrük tarifi
haqqında» AR Qanununa əsasən gömrük güzəştlərinin 3 növü fərqləndirilə
bilər: gömrük rüsumlarından azad etmə, tarif güzəştləri, tarif
preferensiyaları.
Mövcud gömrük hüquq nəzəriyyəsi əsasında gömmlc güzəştlərinin bir
neçə xüsusiyyətini göstərmək olar. Birincisi, tarif güzəştləri qanunla tətbiq
olunur. «Gömrük tarifi haqqında» AR qanununun 33-
' «Gömrük tarifi haqqında» Azorbaycan Respublikasının Qanunu/Azorbaycan
Respublikası qanunlar Külliyyalı (1993-1995) II kitab. Bakı: Qanun, 1997, s. 499 ^
«Gömrük tarifi haqqında» Azorbaycan Respublikasının Qanunu/Azorbaycan
Respublikası qanunlar Külliyyatı (1993-1995) II kitab. Bakı: Qanun, 1997, s. 502
88
Dostları ilə paylaş: |