İCO: TƏNZİMLƏMƏLƏR,
İMKANLAR,
TƏHLÜKƏLƏR
Sabit Bağırov
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
15 Mart, 2018
Təqdimatın içindəkiləri:
• İCO nədir?
• İCO nə vaxtdan başladı və uğurlu layihələr
olubmu?;
• İCO-nun İPO-dan fərqlilikləri nədən ibarətdir?
• İCO investorlar üçün nəyə görə cəlbedicidir?
• TOKEN nədir?
• İCO layihəsi hansı addımlardan keçir?
• Tənzimləmə
15.03.2018
Sabit Bağırov, SBİİYF
2
ICO (Initial Coin Offering) nədir?
Təxmini analoq – İPO (Initial Public Offering)
İCO hazırda, əsasən yeni kriptovalyutaların, kriptovalyuta
birjalarının, müxtəlif blokçeyn alətlərinin yaradılması məqsədini
daşıyan yeni startapların sərmayə (investisiya) toplamaq üsuludur.
Fərq əsasən ondadır ki, İCO zamanı mülkiyyətdə yox gələcək
məhsulda/qazanclarda/səslərdə paylar satılır. Bu payların vahidinə
TOKEN (tərcümədə işarə, simvol, jeton) deyilir.
İCO-nu KROWDFUNDING növü kimi qeyd edirlər. İngiliscə
KROWDFUNDING - Xalq Maliyyələşdirməsi. Termin 2006-cı ildən
işlədilsədə üsulun tarixi böyükdür)
Ekspertlərin rəyincə, İCO vasitəsi ilə əldə edilən 1 USD vençur
fondları vasitəsi ilə əldə olunan 3 USD-yə ekvivalentdir.
15.03.2018
Sabit Bağırov, SBİİYF
3
İCO nə vaxtdan başladı və uğurlu
layihələr olubmu?
İlk İCO layihəsi –
Mastercoin
2013-cü ildə elan
edildi və qısa müddətdə 4700 BTC toplandı (o
zamankı $5 mln.).
2014-cü ildə
Ethereum
layihəsi $17 mln. toplaya
bildi.
2016-ci ildə
Waves
layihəsi $16 mln. toplaya
bildi.
2018-ci ilin ilk iki ayında
Telegramm
$870 mln.
toplaya bildi.
15.03.2018
Sabit Bağırov, SBİİYF
4
İCO-nun İPO-dan fərqlilikləri nədən
ibarətdir?
1.
İCO zamanı mülkiyyətdə yox gələcək məhsulda/ qazanclarda/ səslərdə
paylar satılır. Bu payların vahidinə TOKEN deyilir, İPO-da isə
səhm/qiymətli kağız;
2.
İPO dövlət tərəfindən tənzimlənir. İCO isə əksər hallarda
tənzimlənmir;
3.
Bir çox sənəd, yoxlama, prosedur tələb edən İPO ilə müqaisədə İCO
çox asan və istənilən şəxs tərəfindən elan edilə bilər;
4.
İCO layihəsini bəyənən istənilən insan, vətəndaşlığından asılı
olmayaraq həmin İCO layihəsinin Tokenini ala bilər.
Beləliklə İCO-lar startaplar üçün böyük imkanlar, investorlar üçün isə
böyük risklər deməkdir (qanunvericiliklə tənzimlənməyən halda).
15.03.2018
Sabit Bağırov, SBİİYF
5
İCO investorlar üçün nəyə görə
cəlbedicidir?
1.
Ehtimal edilən qazanc. İCO layihəsi uğurlu olarsa onun
Tokenlərini daha bahaya satmaq olar. Nəzərə alaq ki, İCO
layihəsi elan edildikdə onun Tokenləri çox ucuz olur. Hətda,
layihə tamamlanmamış Tokenlərin qiymət arta bilər.
2.
Sərmayənin şəxsin özü tərəfindən yerləşdirilməsi arzusu.
Banklar çox az faiz vəd edir və ya heç etmir. Birjalarda oynamaq
xüsusi bacarıq tələb edir. Token almaq isə çox asandır.
Misal: ICO Ethereum 2014-cü ildə elan olunduqda tokenlərinin
qiyməti 30-40 sent arasında idi. 2015-ci ilin ortalarında bu Platform
işə salındıqdan sonra tokenlərin qiyməti 19 dolları aşmışdı. Yəni 6
min %-dan çox.
15.03.2018
Sabit Bağırov, SBİİYF
6
TOKEN nədir?
Təxmini analoq – rəqəmsal qiymətli kağız.
Token bəzi birjalarda alınır və satılır. Məsələn: Poloniex
https://poloniex.com/
Tokenlər adi valyutaya və ya kriptovalyutaya alınır və
satılır.
Məsələn, Siz hansısa yeni sosial şəbəkəni yaradırsınız,
Sizə maliyyə gərəkir, Siz İCO elan edirsiniz, bu zaman
sizin tokenlər yeni yaradılan sosial şəbəkədə reklam
dəqiqələri ola bilər və ya Sizə başqa üstünlüklər
qazandıra bilər.
15.03.2018
Sabit Bağırov, SBİİYF
7
Bəzi uğurlu Tokenlər (14.03.2018)
•
EOS
–
EOS
layihəsinin tokenidir. Layihə üfüqi və şaquli
miqyasın artırılmasına imkan yaradan blokçeyn
arxitekturasını təklif edir. EOS misal üçün bu birjalarda
satılır: Bithumb, Huobi, OKEx, Bitfinex. Bazar
kapitalizasiyası - $4,043,744,118, qiyməti – $5.55;
•
Tether
–
Omni
layihəsinin tokenidir. Layihə istifadəçilərin
rəqəmsal aktivlərinin yaradılması və ticarəti üçün istifadə
edilir. Tether misal üçün bu birjalarda satılır: Binance,
Huobi, OKEx və s. Bazar kapitalizasiyası -
$2,217,872,470
,
qiyməti – $1;
•
TRON
–
TRON
layihəsinin tokenidir. Layihə qlobal əyləncə
sisteminin yaradılmasına çalışır. TRON misal üçün bu
birjalarda satılır: Binance, Bit-Z, Huobi və s. Bazar
kapitalizasiyası - $2,092,547,997, qiyməti – $0.031716
;
15.03.2018
Sabit Bağırov, SBİİYF
8
İCO layihəsi hansı addımlardan keçir?
1. İdeyanızı anlaşılan dildə təsvir edirsiniz və kiçik tərkibdə
komanda formalaşdırırsınız;
2. İdeyanızın gerçəkləşməsi üçün tələb olunan maliyyə vəsaitini
hesablayırsınız. TOKENlərin sayını və qiymətini
müəyyənləşdirirsiniz;
3. Şirkət yaradırsınız və onu qeydiyyatdan keçirirsiniz;
4. İdeyanızı White Paper adlanan sənəddə təsvir edirsiniz;
5. Layihənizin veb-səhifəsini yaradırsınız;
6. Layihənizi elan edirsiniz və reklam kompaniyasını aparırsınız (o
cümlədən professional və sosial şəbəkələrdə);
7. TOKEN-lərinizi satırsınız/paylayırsınız;
8. Layihənin gerçəkləşdirirsiniz
15.03.2018
Sabit Bağırov, SBİİYF
9
İCO harada elan edilir?
İCO müvafiq layihənin vebsəhifəsində və ya xüsusi meydançalarda (İCO-trekerlərdə)
elan edilir. Məsələn:
https://icotracker.net/
https://ico4you.com/about/
https://www.icoalert.com/
https://icorating.com/
https://tokenmarket.net/
https://icobazaar.com/
https://cointelegraph.com/ico-calendar
Bu meydançalarda İCO yerləşdirməyin qiyməti $1000-$3000 arasında dəyişir.
Tokenlər ya kriptovalyutaya (əsasən Bitcoin) və ya Fiat valyutaya satılır.
2016-cı ildə İCO bazarında 300 mln.USD tıoplanmışdır. Bu il artıq miliardı keçib.
15.03.2018
Sabit Bağırov, SBİİYF
10
Token alan nədən ehtiyatlanır?
1.
İCO layihəsi uğur qazana bilməyəcək;
2.
İCO layihəsi sahibləri sərmayə toplayıb qaçacaqlar;
İnvestorun inamını artırmaq üçün, İCO layihəsi sahibi gərək:
1.
Şəffaf olsun. Layihə barədə təfərrüatlı açıqlamalar verilməlidir, komandanın
tərkibi açıqlanmalıdır; suallara səmimi cavablar verilməlidir, layihənin
gerçəkləşdirilməsinə dair Yol Xəritəsi açıqlanmalıdır;
2.
Hesabatlı olsun. Vaxtaşırı layihənin gedişatı barədə hesabatlar verilməlidir;
3.
İCO sahibi olan şirkəti dövlət qeydiyyatından keçirsin;
4.
Komandaya yaxşı mütəxəssislərin cəlb edilməsini göstərə bilməlidir;
5.
Müstəqil ekspertlərin rəyini almalı və açıqlamalıdır;
6.
Toplanan vəsaitin xərclənməsi prosesinin səmərəliliyini və etibarlığını təmin
etməlidir (məsələn 3-cü tərəfin iştirakı yolu ilə. Toplanan vəsait xüsusi hesabda
saxlanır və istifadəsi bir neçə açarlar mümkün olur, hansılardan biri 3-ü tərəfə
verilir. Escrow cüzdanı);
7.
Sair üsullar
15.03.2018
Sabit Bağırov, SBİİYF
11
Tənzimləmələr (Rusiya)
http://regulation.gov.ru/projects#npa=77904
28.12.2017 tarixində Rusiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı
kriptovalyutaların tənzimlənməsi haqqında yeni qanun layihəsini açıqladı.
Hazırda (15.03.2018) «Rəqəmsal maliyyə aktivləri» haqqında adlanan qanun
layihəsi üzərində iş davam edir. Qanun yaya qədər qəbul edilməlidir.
Qanun layihəsində:
1.
Rəqəmsal maliyyə aktivinin elektron formada əmlak kimi tərifi verilir.
Rəqəmsal maliyyə aktivlərinə kriptovalyuta və token aiddir. Rəqəmsal
maliyyə aktivlərinə qanuni ödəniş vasitəsi sayılmır;
2.
Rəqəmsal valyutanın, tokenin, smart-kontraktın, rəqəmsal cüzdanın,
rəqəmsal tranzaksiyanın, rəqəmsal yazının, rəqəmsal tranzaksiyalar
reyestrinin, rəqəmsal paylanmış reyestrinin, rəqəmsal tranzaksiyalar
reyestrinin iştirakçısının, rəqəmsal maliyyə aktivlərinin mübadiləsi
əməliyyatçısının, rəqəmsal yazının validasiyası və validatorun tərifi verilir;
3.
Mayningin/mədənçiliyin sahibkarlıq fəaliyyəti kimi tərifi verilir;
15.03.2018
Sabit Bağırov, SBİİYF
12
4.
Tokenlərin buraxılışı tokenlərin emitenti tərəfindən tokenlərin
özğəninkiləşdirilməsinə yönəlmiş fəaliyyətlər ardıcıllığı kimi
qeyd edilir. Müəyyən növ tokenin yalnız bir emitenti ola bilər;
5.
Kvalifikasiyasız («Qiymətli kağızlar bazarı» haqqında qanunla
bu cür tanınan) investorların tokenlərə yatırımları
məhdudlaşdırılır (ilkin mərhələdə 50 min rubl);
6.
Tokenlərin buraxılışı proseduru iki mərhələdən ibarətdir: 1)
Ofertanın internetdə nəşri, 2) smart-kontraktların bağlanması;
7.
Smart-kontraktlar üçün xüsusi depozitarinin yaradılması
nəzərdə tutulur.
15.03.2018
Sabit Bağırov, SBİİYF
13
Tənzimləmələr (Rusiya)
http://regulation.gov.ru/projects#npa=77904
Publik Ofertada (təklifdə) bunlar açıqlanmalıdır:
1)
Tokenin emitenti və onun benefisiarı (varsa) haqqında məlumatlar;
2)
Tokenin tam adı;
3)
Validator haqqında məlumatlar;
4)
Depozitar haqqında məlumatlar;
5)
Token sahiblərinin hüquqları və onların təmin edilməsi qaydaları;
6)
Tokenin qiyməti və ya qiymətin müəyyən edilməsi qaydası;
7)
Tokenlərin alışına dair müqavilələrin bağlanması tarixi;
8)
Rəqəmsal tranzaksiyalar reyestrinin işlənməsi;
9)
Rəqəmsal cüzdanların açılması qaydaları;
10)
Digər məlumatlar.
15.03.2018
Sabit Bağırov, SBİİYF
14
Tənzimləmələr (Rusiya)
http://regulation.gov.ru/projects#npa=77904
TƏŞƏKKÜRLƏR
bagirov.sabit@gmail.com
www.edf.az
www.sahibkarol.biz
www.iqtisadiforum.bloqspot.com
15.03.2018
Sabit Bağırov, SBİİYF
15
Dostları ilə paylaş: |