333
Mütəzz və Əhli-beyt
Hicrətin 252-ci ili rəbiül-əvvəl ayında (miladi 866, aprel) xilafətin özbaşı-
na
lığına dözməyən Əhli-beyt nümayəndəsi, İmam Səccadın (ə) nəslindən olan
Hüseyn ibn Əhməd Kövkəbi xilafətə qarşı qiyam edərək Qəzvin və Zəncan şə-
hərlərini ələ keçirdi. Daha sonra Deyləm hakimi ilə birləşən Hüseyn ibn Əh-
məd Kövkəbi Rey şəhərini də ələ keçirdi. Bundan xəbər tutan xəlifə Mütəzz,
Köv
kəbinin üzərinə məşhur sərkərdə Musa ibn Buğa əl-Kəbiri göndərdi. Hicrə-
tin 253-
cü ili (miladi 867) Qəzvin yaxınlığında baş verən döyüşdə məğlub olan
Hü
seyn ibn Əhməd Kövkəbi Deyləmə qaçdı.
Ümumiyyətlə, Əhli-beytlə düşmən olan Mütəzzin xilafəti dövründə İmam
Nəqi (ə) başda olmaqla bir neçə seyid xilafətin paytaxtı Samirəyə gətirilmiş, bu
şəhərdə ya şəhadətə çatdırılmış, ya da həbsə atılmışdır.
İmam Nəqinin (ə) artmaqda olan nüfuzundan narahat olan xəlifə Mütəzz,
İmamı (ə) Bağdaddan Samirəyə gətirərək nəzarət altında saxladı. Lakin bunun-
la
da sakitləşməyən Mütəzz, hicrətin 253-cü ili rəcəb ayının 3-də (miladi 868)
İmama (ə) zəhər verərək onu şəhid etdi. İmamın (ə) müqəddəs məzarı Samirə-
də yaşadığı evindədir.
Xəlifə Mütəzzin xilafəti dövründə müxtəlif şəhərlərdən Samirəyə sürgün olu-
naraq zindana salınmış və həbsxananın ağır şəraitinə dözməyərək dünyasını də-
yişmiş onlarla nəcib seyidin adı Əbul-Fərəc İsfəhaninin “Məqatilut-talibiyyin” və
Şeyx Abbas Qumminin “Tətimmətul-müntəha” əsərlərində qeyd olunmuşdur.
Məhşur sərkərdələr Buğa əs-Səğir və Vəsifin qətli
Hicrətin 253-cü ili (miladi 867) türk, fərğanəli və isrövşənəli dəstələr dörd
ay
lıq maaşlarını qabaqcadan tələb etdilər. Bu dəstələri sakitləşdirmək məqsədi-
lə Buğa əs-Səğir və Vəsif daha bir neçə sərkərdə ilə birlikdə onların yanına get-
di
lər. Buğa əs-Səğir onları sakitləşdirib, bu barədə xəlifə ilə danışacağına söz
verdi.
Bu söhbətdən dərhal sonra Buğa əs-Səğir və digər sərkərdələr geri qayıt-
sa
lar da Vəsif onların yanında qaldı. Lakin Buğa əs-Səğirin yardımçı qüvvələr-
lə geri qayıdacağından ehtiyat edən qəzəblənmiş əsgərlər Vəsifi (hicri 253/mi-
la
di 867) qətlə yetirdilər. Vəsifin qətlindən sonra xəlifə Mütəzz onun bütün sə-
la
hiyyətlərini Buğa əs-Səğirə verdi.
Eyni ildə Bağdad darğası Məhəmməd ibn Abdullahın ölümündən sonra xəlifə-
nin göstərişinə əsasən onun yerinə qardaşı Ubeydullah ibn Abdullah təyin edildi.
Vəsifin qətlindən sonra xəlifə Mütəzz bütün fikrini Buğa əs-Səğirdən canı-
nı qurtarmaq məsələsinə cəlb etmişdi. Mütəzz yaxşı bilirdi ki, Vəsif kimi onu
da yalnız və yalnız türklərin öz əli ilə aradan götürmək olar. Bu arada Buğa əs-
Səğirdən xoşlanmayan Bayıkbəylə Saleh ibn Vəsif xəlifənin köməyinə çatdılar.
Ba
yıkbəy Buğa əs-Səğirin saraydakı mövqeyinə paxıllıq etdiyi halda, Saleh ibn
Vəsifdə atasının vəzifələrini icra etməyə özünü Buğa əs-Səğirdən daha layiq
bi
lirdi. Mütəzz bu iki nəfərin köməyindən istifadə edərək Buğa əs-Səğirin səla-
hiy
yətlərini azaltmağa başladı.
334
Baş verənlərdən xəbərdar olan Buğa əs-Səğir ailə üzvləri ilə birlikdə qaç-
ma
ğa çalışsa da, onu ələ keçirərək xilafətin paytaxtı Samirəyə gətirdilər. Xəlifə
Mü
təzzin əmri ilə hicrətin 254-cü ili (miladi 868) onun başını bədənindən ayı-
rıb əvəllcə paytaxtda, sonra isə Bağdadda nümayiş etdirdilər. Başsız cəsədini
isə türklərin əlindən yanıqlı olan məğribilər yandırdılar.
526
Mütəzz hakimiyyətə gələrkən, adət üzrə saray əyanları münəccimləri çağı-
rıb, yeni xəlifənin nə qədər hakimiyyətdə olacağını öyrənmək istədilər. Bu za-
man əyanlardan biri münəccimlərdən qabaq dedi: “Türklər nə qədər istəsələr, o
qədər!”
527
Buğa əs-Səğir ilə Vəsifin ölümündən sonra canını türklərdən qurtarmaq is-
təyən Mütəzz, bu dəfə Vəsifin oğlu Salehin nəzarəti altına düşdü.
Bu iki məhşur sərkərdənin ölümündən sonra ordudakı türklər bir neçə aylıq
məvaciblərini tələb etdilər. Saleh ibn Vəsif xəzinənin boşalmasında maliyyə işçi-
lərini günahkar bilərək onları həbs etdi. Bundan əlavə xəlifənin ən yaxın məslə-
hətçiləri olan vəzirlərini və hesabdarlarını da oğurluqda təqsirləndirib həbsə aldı.
Bunun ardınca Saleh ibn Vəsif, Əbu Nəsr ibn Buğa əl-Kəbir və digər
sərkərdələrin başçılığı altında olan ordu sarayın qarşısına toplanaraq xəlifəyə
öz etirazlarını bildirdilər. Bu ordunun tərkibində türklərdən əlavə, fərğanəlilər
və məğribilər də var idi.
Xəlifə Mütəzzi zorla otağından çıxaran ordu ondan istefa verməsini tələb
etdi. İşgəncə və təhqirlərin sonunda Mütəzz istefa kağızını imzalamağa məcbur
oldu. Lakin bununlada sakitləşməyən ordu xəlifəni hicrətin 255-ci ili (miladi
869) içi qaynar su ilə doldurulmuş quyuya ataraq öldürdülər.
528
Hz.
İmam Əliyyən Nəqi (ə)
O Həzrətin mübarək adı Əli, Nəqi isə ləqəbidir. Atası İmam Məhəmməd
Təqi (ə), anası isə Süsən adlı bir kənizdir. Rəvayətə görə bu kəniz Mərakeş əh-
lindən olub, bədəni son dərəcə ağ olduğu üçün Dürrə, özü kök, əzaları ətli ol-
du
ğundan Səmanə adı ilə məşhur olmuşdur. Künyəsi Əbəl-Həsəni-səlisdir.
İmam Nəqi
(ə) hicrətin 220-ci ili miladi 835-ci ildə atasının şəhadətindən sonra
yed
di yaşında imamət məqamına yetişmişdir. İmam Nəqinin
(ə) imamət müd-
dəti otuz üç il, ümumilikdə isə qırx il yaşamışdır. İmam Nəqi (ə) hicrətin 213-
cü ili zilhiccə ayının 15-də, miladi 828-ci il Abbasi xəlifəsi Məmunun xilafəti
döv
ründə Mədinənin Sərya adlı məntəqəsində anadan olmuşdur.
İmam Nəqinin (ə) dövründə siyasi-ictimai vəziyyət:
1)
Xilafətin əzəmət və heybətinin itməsi – İmam Nəqinin (ə) dövründə xi-
la
fətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmə-
tini itir
miş, bu qüvvələr onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız sim-
526
Tarixi ibn Əsir, VII cild, səh-178; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-241-242.
527
Doğuşdan günümüzə böyük İslam tarixi, III cild, səh-258.
528
Tarixi-
Təbəri, V cild, səh-340-341; Tarixi-Məsudi, IV cild, səh-166, 183-184; Siyuti,
Tarixul-
xüləfa, səh-359-360.