24
xşam gec işdən çıxdım. Hardasa saat səkkiz
tamam olardı. Evə getməyim gəlmirdi, ona
görə də yolüstü kafeyə gedərək bir çay içib, sulu qəlyan
çəkib, fikrimi dağıtmaq qərarına gəldim. “Savalan”
kafesi şəhərin ən məşhur kafesiydi. Təzədəm çayları və
Xunsar
1
qəlyanlarının tərəfdarı çox idi. Gecənin yarısı
da getsəydin müştərilərin çoxluğu səni təəccübləndirə
bilərdi. O gün də ora qələbəlik idi. Səssizcə girib bir
küncdə oturdum. İnsanlardan utanırdım. Onlarla həm-
söhbət olmaqdan qaçırdım. Atam sağ olsaydı, qoymaz-
dı müstəntiq olam. Atasızlıq adamı min yola çəkər. Kaş
atam sağ olaydı.
– Salam. Xoş gəlibsən!
Qəhvəçi Məmmədin səsiydi.
– Sağ ol, ağa Məmməd.
Məmməd bir istəkan çay qabağıma qoyub dedi:
– Qəlyan verim?
Çayı qabağıma çəkib dedim:
1
Xunsar - bir növ tənbəki adıdır
A
25
– Hə, Məmməd ağa. Xunsar olsun.
Məmməd qəlyanı gətirməyə getdi. Qəndqabıdan
bir qənd götürüb, ağzıma qoyub, istəkanı əlimə aldım.
Çayın gözəl ətri gəlirdi. Gözümü yumub bir qurtum iç-
dim. Beynimdə fikirlər inqilab eləyirdi. Çıxış yolu ax-
tarırdım. Düz bilmədiyin yolu getməsən yaxşıdı, çünki,
heç bir yolu geriyə qayıtmaq olmur. Zaman heç vaxt
geriyə işləmir. Vaxtında düz bir fikir və qərara gəlmə-
lisən. Yoxsa elə tez gec olur ki, etiraz eləməyə belə
imkanın olmur.
– Bu gün bir xanım yoxa çıxıb. Deyirlər, Ettelaat
tutub, aparıb, amma mən deyirəm bəlkə kürdlər qaçır-
dıblar. Xəbərin var sənin?
Məmməd idi. Qəlyanı mizin üstünə qoya-qoya da-
nışırdı. Qəlyanın şlanqını əlimə alıb qəlyanın arxasında
gizləndim.
– Yox, ağa Məmmməd. Xəbərim yoxdu. Kimin qı-
zıydı?
Barmağıyla üzünü qaşıya-qaşıya dedi:
– Qız ki, demək olmaz... qırxa yaxın yaşı olardı...
Qəhrəman Vəlipurun qızıdı. Evləri Top Meydanı tərəf-
dədi. Yazıxlar səhərdən min dəfə ölüb-diriliblər. Yeri-
göyü axtarıblar... Deyirlər, qızın birinci dəfəsi deyil yo-
xa çıxır. Allah axırın xeyir eləsin!
Sanki heç nədən xəbərim yoxdu, dedim:
– İnşallah tapılar, Məmməd ağa. Nigaran olmu-
yun...
Məmməd ağa gedə-gedə dedi:
– Tapılsın da... nə deyirəm ki! Gündə mini itir, biri
tapılır. Bəlkə o bir nəfər bu qız oldu!
26
Məmməd çox xoşbəxt adam idi. Sadə və səmimi
bir həyat sürürdü. Ona paxıllığım gəlirdi. Arzu elədim,
kaş onun yeridə olardım. Öz şəhərdaşlarının içində otu-
rub tülkücəsinə özünü pak göstərmək xoşbəxtlik sayıla
bilərmi?
O gün yeddi baş qəlyan çəkdim. Qəlyanın suyu
mənim rəngim kimi sapsarı olmuşdu. Ayağa durub pu-
lu mizin üstünə qoydum. Qapıya tərəf getdim, Qapıdan
çıxanda Məmməd dedi:
– Darıxma ha... tapılar... hər itiməyin bir tapılması
da olur.
Gülümsəyib sallana-sallana evə tərəf getdim.
Uşaqlıqda bu küçələrdən keçəndə elə bilərdim bulud-
ların üzərində yeriyirəm. O qədər özümü yüngül və
xoşbəxt sayırdım ki, elə bilirdim istədiyim zaman göyə
uça bilərəm, elə bilirdim istəsəm lap uzaqlara tullana
bilərəm. Oxuya-oxuya, atıla-atıla buralardan keçərdim.
Amma indi elə bil toprağın altında yeriyirəm. Özümü o
qədər ağır və yorğun hiss eləyirəm ki, hər addımıma
sanki bir ilimin enerjisi sərf olunur. Həvəssiz, ümidsiz
və sevgisiz yaşayıram. Elə bilirəm indi küçələr ağız
açıb məni udacaq. Küçələrdən qorxuram. Divarlardan
qorxuram, hər şeydən qorxuram... Çox qorxaq olmu-
şam!
27
ələ on yaşıma çatmamışdım. Atam köhnə sol-
çulardan idi. Onun dediyinə görə, adamı
uşaqlıqdan
əziyyət çəkib, işləməyə
öyrətməlidilər. Ona görə də uşaqlıqdan atamın
mağazasında işləyirdim. Boş vaxtlarımı şəhərin ən gur
meydanı – “Jandarmeri” meydanında kitab satmaqla
məşğul olardım. “Jandarmeri” meydanının yuxarı
hissəsini, yəni Xana
1
şəhərinə gedən küçələri kürdlər
vaxtilə işğal eləmişdilər. Atam mənə kiçik bir qırmızı
rəngli əl-arabası düzəltmişdi. Arabanın qabaq
hissəsində yazılmışdı: “Səyyar kitabxana”. Hər gün
arabanı min müsibətlə sürərək özümü “Jandarmeri”
meydanına çatdırıb, kitabları yerə düzərdim. Uşaqlığı-
ma baxmayaraq kitabları yaxşı tanıyırdım. Şəhərin ən
gizli və siyasi kitabları demək olar ki, məndən alınardı.
Onları kiçik bir qutuya yığıb üstündə oturardım. İstə-
yən olanda cəld durub kitabı götürər və yenidən qutu-
1
Xana -Sulduza yaxın bir şəhərin adıdır
H
28
nun ağzını bağlayıb üstündə oturardım. Öz müştərilə-
rimi tanıyırdım. Qıraq adama kitab satmazdim. Ya özü
tanış, ya da tanış adam göndərmiş müştəri olmalıydı.
Yoxsa risk eliyib o kitabları satmazdım. Həmin dövrdə
mənim satdığım kitbları kimin əlində tutsaydılar özünü
də, ailəsini də məhv eləyərdilər.
– Marksın “Kapital”ı var?
Bu, Həjirin səsiydi. O zaman 16 -17 yaşı olardı.
Kürd idi. Bunu ləhcəsindən və geyindiyi paltarlardan
da çox rahat bilmək olardı. Hər cürə müştərim var idi.
Müxtəlif səviyyələrdə olan oxucular mənə müraciət
edirdilər. Dini kitabların alıcılarından tutmuş siyası və
kriminal kitabların alıcısına qədər. Uşaqlıq günlərim
İran inqilabı dövründə olduğu üçün, müştərilərimin ço-
xu dini kitabları almağa üstünlük verirdilər. Çünki sol-
çuların hamısını ya güllələmişdilər, ya zindandaydılar,
ya da müharibə bölgəsinə göndərmişdilər. Yadıma gəlir
ki, hardasa 20-25 yaşında bir oğlan gəlib həmişə
Xomeyninin şəkilini məndən istəyərdi. Mən demək olar
ki, məhz onun üçün gedib, İmamın şəkilini tapıb gə-
tirib, satışa qoyardım. Hətta İmam ölən günü həmin oğ-
lanı küçənin ortasında atası ölübmüş kimi zar-zar ağla-
yan gördüm. Az qalırdı özünü öldürsün. Biz ona gülüb,
doluyardıq. Amma bizim bu işimiz heç nəyi dəyişmir-
di. Həmişə özümdən soruşardım: “Axı niyə türk oxucu-
ları İmamın
1
şəkilini və risaləsini
2
almağa gəlirlər,
amma bunlar qadağan olunmuş kitabların alıcısıdılar?”
Həjir qabaqlar bizim məhəllədə yaşayırdı, ona görə
də ona etibar eliyə bilirdim.
1
İmamın - İran inqilabının rəhbəri
2
risaləsini - müctəhidlərin şəriətlə bağlı kitabları
Dostları ilə paylaş: |