______________Milli Kitabxana_______________
301
O duydu ki, düşündü ki, bu yüksəliş illəridir.
O dedi ki: - Ellər məni gül-çiçəklə saldı yola,
Mən gələndə vədə verdim, and da içdim komsomola!
Bu minvalla dost oldular kiçik Sarvan, kiçik şəhər;
Nəhəng-nəhəng motorların qəibindəki döyüntülər,
İnsanların, maşınların iş üstündə çaxnaşması,
Gecə vaxtı dəli Kürün gah qışqırıb, gah daşması
Nağıl kimi yuva saldı Sarvanımın ürəyində;
İqlim-iqlim gəzməyi var
Hər havaya dözməyi var, insanın da, ürəyin də...
Ömürlük yol yoldaşıdır, doğrudan da bizə adət,
Vərdişləri övladıdır ömür adlı bu səadət...
Əzəl gündən insan oğlu əkdiyini harda biçsə,
Ömrü-günü alovların qucağında belə keçsə,
Sərin bahar nəsimi tək udur Vətən havasını;
Kim dəyişər yer üzünə öz yurdunu, yuvasını?!
(Kosmopolit tənqidçilər ömrü boyu dandı məni
Dedi: "Əsil şairlərin nə yurdu var, nə vətəni".
Dedi: "Bütün yer üzüdür sənətkarın ana yurdu,
Bizim çoban şairi də saz üstündə şeri qurdu..."
- Bəli, - dedim, - saz üstündə!..
Lakin onun mənasını,
Vətənimin, millətimin qəhrəmanlıq dünyasını
Simfonyalar lisanilə öz evimdə ötmüşəm mən,
Vaşinqton salonları keçməmişdir ürəyimdən.
Sizin kimi nökər olub yad ocağı qalamadım,
Vətənimin vüqarı tək vüqarlıdır mənim adım...
Nizaminin, Füzulinin söhbətinə qulaq asdım,
Puşkinin söz rübabını öz sinəmin üstə basdım...
Sarvanımın qəlbində də bu arzular dünyası var,
Bizinı eldə qələm ilə külüngün bır mənası var...
Bu səbəbdən o gənc ilə mən bu qədər sirdaş oldum,
Sirdaş nədir, qardaş oldum! Odur... Odur...
Qəhrəmanım toz içində nəfəs alır,
Ekskavator boz dağlara baray çəkir, nərə salır.
Bir yay kimi çatılmışdır Sarvanımın qaşqabağı,
Bir-birinə qovuşdurur ayrı düşmüş iki dağı...
______________Milli Kitabxana_______________
302
O torpağın qatlarına işlədikcə dərin-dərin,
Torpaq tökür, qum dağıdır kor gözünə zülmətlərin.
- Sement verin!
Beton tökün!
- Qaçırmayın Kürü gözdən,
Bir an belə buraxmayaq cilovunu əlimizdən!
Etibarsız dostlar kimi oynamasın bizimlə
Kür, Görürsənmi? O bulanır... O hirslidir, o döyünür...
Sellər, sular qudurmasın!
Qurğumuzu uçurmasın!
Qayaları sökün! Sökün!
Sement verin! Beton tökün!
Qəlbi daşdır, nədir yerin?
Sementverin! Sementverin!
Bahalan ehtiyatla!..
Yola getməz dəmirlə daş...
Tez ol, yoldaş!
Çoxalt toku!
Tez ol, getdi günün çoxu.
Axşam olub, qaralmamış
Üfüqlərin çalıq qaşı,
Şaxta düşüb, qar almamış Dağı, daşı,
Qayaları sökün! Sökün!
Sement verin! Beton tökün!..
Sellər, sular qudurmasın,
Qurğumuzu uçurmasın!..
Bu səs mənim Sarvanımın,
Sarvanımın səsidir, bax!
O nəfəsi səndən aldı, ana torpaq, ana torpaq!
On ikinci nəğmə
"Əridəcək Sarvan dağı,
İldırımdır əl-ayağı,
Nə yorulur, nə dincəlir,
Nə gözünə yuxu gəlir.
______________Milli Kitabxana_______________
303
Yaxınlaşıb gəlir qış da...
Bağladığım bu yarışda
Mən Sarvanı keçəm gərək!
Yox, sürəyi mən yarmasam,
Al bayrağı aparmasam,
Kəndimizdən köçəm gərək!
Açıl, açıl, qol-qanadım!
Qız olsa da mənim adım,
Qoy baş əysin mənə çöllər...
Qoy arxamca bütün ellər
Alqış desin hünərimə,
Mənim zəfər günlərimə!..."
Deyən Manya Kərimova,
Saatları qova-qova
Tarladadır ilk səhərdən.
Ürəyini sıxır hərdən
Bu il qışın tez gəlməsi,
Qozaların seyrəlməsi...
Boşa çıxır bəzən əli,
Bu el qızı, el gözəli
Öz qəlbinin yüz səsilə,
Öz eşqilə, həvəsilə
Gah durulur, gah bulanır
Axar sular ellər kimi;
Gözlərində yer dolanır
Ağır aylar, illər kimi.
Arabir də o durulur,
Qüvvət duyur biləyində.
Elə bil ki, ürəyində
Saz tutulub, toy qurulur.
Yayıldıqca saf nəfəsi
Yenə pambıq düzlərinə, -
Gəlin! - deyir onun səsi
Kəndimizin qızlarına.
Sərin-sərin əsən külək
Nəğmə tutur kamança tək.
Manya! Manya! Çöllərə sən
______________Milli Kitabxana_______________
304
Yenə meydan oxuyursan!
Nələr keçir ürəyindən?
Bəlkə, şeir oxuyursan
Öz qəlbində, qəhrəman qız?
Şöhrətini ağız-ağız.
Oymaq-oymaq eşıtdik biz,
Dağa döndü ürəyimiz...
"Əridəcək Sarvan dağı,
İldırımdır əl-ayağı..."
Deyir Manya düşünərək.
Sinəsində çarpan ürək
Qan dağıdır əllərinə.
Cumur pambıq çöllərinə
Bu qəhrəman ellnr qızı,
Yaşıl donlu çöllər qızı.
Bizsə baxıb alqış deyək
Bu Cəlala, bu dövrana.
Öz əsrinin sürətilə
Ayaqlaşan hər insana.
On üçüncü nəğmə
Gecə keçmiş, göy qaranlıq, yuxudadır qara torpaq;
Mingəçevir işıqları şölə verir çıraq-çıraq.
Minib kəhər ürgəsini gəlməmişdir hələ səhər,
Bir otaqda şirin-şirin söhbətdədir iki nəfər:
"Oğul, Sarvan! Soruşursan axtardığım şeylər nədir?
-
Bu yeraltı Mingəçevir bir tükənməz dəfinədir,
Üstünü toz-torpaq almış
Bu pas tutmuş qılınca bax!
Neçə min il bundan qabaq
At belində qılınc çalmış
Sənin şanlı babaların.
Öz ellərin, obaların
Bu torpaqda şəhər salmış.