Yerli əhali ilə kobudcasına rəftar edən Qriboyedova xalq nifrət edirdi.
Bunun da əsas səbəbi Türkmənçay Müqaviləsinin müstəmləkəçi
layihəsinin onun
tərəfindən hazırlanması idi. Məhz onun səyi ilə Ərdəbilin şeyx Səfiəddin
məscidində saxlanılan nadir əlyazmaları Peterburqa daşınmışdı. Yerli əhalinin
Qriboyedova ən kəskin nifrəti bir də ermənilərə göstərdiyi himayədarlığa görə idi.
Qriboyedov isə 1828-ci ilin avqustunda gündəliyində iftixarla yazırdı:”bədbəxt
həmvətənlərimin /
ermənilərin - Ş.N./ yolunda başımı qoymağa hazıram”.
Səfir Aleksandr Qriboyedovun İrandakı rəftarı barədə görkəmli İran tarixçisi
Nasir Nəcimi “Abbas Mirzə” /yaxud “Qacar sülaləsinin qəhrəman vətənpərvər
oğlu və onun başçılıq etdiyi İran-Rusiya müharibələri”/ kitabında faktiki sənədlər
əsasında daha dəqiq məlumat verir. O yazır ki, Qriboyedov təkəbbürlü, özünü
bəyənən adam olduğuna görə sarayda şahın yanına qəbul olunan zaman saray adət-
ənənələrinə, saray qaydalarına
riayət etməmiş, Rusiya kimi böyük bir dövlətin
nümayəndələrinin şəninə uyğun olmayan kobud bir şəkildə şahla danışmışdır.
Fətəli şah Rusiya səfirinin rəftarına məhəl qoymadan, danışıq tonunu və
əhval-ruhiyyəsini heç dəyişmədən Qriboyedovu axıra qədər dinləmişdir. Lakin rus
səfiri öz kobud rəftarını dəyişməyib əhaliyə təzyiq etməyə başlamışdır. O, bir çox
erməniləri Qafqaza köçürmək üçün hamıdan artıq israr edirdi. Təsadüfən Rusiya
səfiri erməniləri Zaqafqaziyaya köçürmək üçün fəaliyyət göstərdiyi zaman başqa
bir hadisə də baş vermişdir. Bu isə əhalinin şübhələnməsinə və böyük acınacaqlı
bir faciənin əmələ gəlməsinə səbəb olmuşdur.
Ona görə də İslam adət-ənənəsinə xor baxan
Qriboyedovun və iki nəfərin
meyitini Tehran camaatı küçələrdə üç gün sürüdü. Yalnız Fətəli şah “istirahətdən”
qayıdıb gələndən sonra meyitləri erməni kilsəsinin həyətinə atdılar.
Fətəli şah İran dövlətini ağır vəziyyətə saldığını yaxşı dərk edirdi. Vəziri-
muxtar Qriboyedovun ölümü ölkəni yenidən Rusiya ilə müharibə təhlükəsinə sala
bilərdi. 1828-ci ilin mayında başlanan Rusiya-Türkiyə müharibəsi İranın
beynəlxalq aləmdə mövqeyini onsuz da mürəkkəbləşdirmişdi. Bir tərəfdən də
Türkiyə çalışırdı ki, İranı Rusiyaya qarşı müharibəyə cəlb etsin. Digər tərəfdən
Türkmənçay müqaviləsinin şərtlərinə əsasən, İran verəcəyi müharibə xərcini - altı
yüz min tümənlik təzminatı ödəməyi yubadırdı.
Şahın məsləhətə, məşvərətə çağırdığı səray əyanları yalnız bir qərara
gəldilər: Qriboyedovun qan bahası üçün rus imperatoruna qiymətli bəxşeyiş
vermək və üzr istəmək. Əslində bu, şah taxttacının ən nüfuzlu vəliəhdi şahzadə
Abbas Mirzənin təklifi idi. Təkcə saray əyanları yox, şah
özü belə bütün
məsələlərdə onunla hesablaşırdı. Ata Fətəli şaha elə gəlirdi ki, oğul şahzadə Abbas
Mirzə dərin ağlı, uzaqgörənliyi ilə verdiyi məsləhətlərdə heç vaxt səhv etmir. Ona
görə də cəsur Nadir şah Əfşarın yadigarı olan “Şah Nizam” almazını rus
imperatoruna hədiyyə göndərmək qərarına gəldilər. Dünanın ən böyük və nadir
incisi olan bu almaz 1591-ci ildə Hindistanda tapılmışdı. Almaz bir müddət Bürhan
Nizam şah II sarayında saxlanılmış və 1595-ci ildə böyük monqol şahlarının əlinə
keçmişdir. Nadir şah 1739-cu ildə Hindistanı işğal edəndə onu İrana gətirmişdi.
Fətəli şah Qacar 1824-cü ildə öz adını bu qiymətli almaza həkk etdirmişdi.
20
20
Hаzırdа Моskvаnın Аlmаz fоndundа sахlаnılır - müəl.
Bu, məsələnin bir tərəfi idi. Ortaya çıxan müşkül bir sual qalırdı ki, onun
həlli daha çətin idi. Peterburqa “üzrxahlıq” üçün hədiyyəni kiminlə göndərməli?
Fətəli şah əvvəlcə Abbas Mirzəni məsləhət bildi. Lakin saray əyanlarının
əksəriyyəti onun getməsinə razı olmadılar. Əsaslı dəlillər gətirib şahı bu fikirdən
daşındırdılar. Əvvəla, ona görə ki, Qafqazda yaşayan
ermənilər Abbas Mirzənin
əlindən yanıqlı idilər. O, İrəvan yaxınlığında, Lori və Dilican nahiyyələrində
yaşayan ermənilərə divan tutmuşdu. Onların dəstələrini darmadağın etmişdi.
İkincisi də, səfarətxanaya basqın zamanı öldürülmüş ştabs-kapitan Məlik
Şahnazarovun qohumları Tiflisdə yaşayırdılar. Onlar terrorçuluqda ad
çıxarmışdılar. Taxt-tacın varisi Abbas Mirzə kimi sərkərdəni itirmək İranı başsız
qoymağa bərabər idi. İranın böyük siyasi xadimi, Abbas Mirzənin saray müəllimi
Mirzə Əbdülqasım Fərahani-Qaimməqam iftixarla deyəndə ki, avropalılar Qacar
vəliəhdi Abbas Mirzəni ləyaqətli, cəsarətli,
vətənpərvər, zülmün düşməni olan pak
ürəkli bir sərkərdə kimi tanıyırlar, onda atası Fətəli şahın fərəhi yerə-göyə
sığışmırdı.
Yeri gəlmişkən, bir məsələni də burada demək vacibdir.
A.S.Qriboyedovun səfarətxanadakı fəaliyyəti dövründə ətrafına yığdığı
işçilərin əksəriyyəti ermənilər olmuşdur. Çoxluq təşkil edən bu ermənilər
müsəlman adı ilə işləyirdilər. Məsələn, Dadaş bəy - əslində Basili Dadaşyan, Mirzə
Salman - əslində Soqomon Melikyants, Mirzə Nəriman - əslində Məlik
Şahnazaryan, İbrahim
bəy əslində Ambarsum, Rüstəm bəy isə əslində Rostom
Becanyan idi. İshaq Sərkisovu, Xaçatur Şahnazarovu, Abram Dadaşyanı,
Şermazyanı, Arutyun Qazaratovu, Ambarsumu və başqalarını Qriboyedov yüksək,
məsul vəzifələrə təyin etdirmişdi. Heç şübhəsiz ki, ermənilər müsəlman adı
daşımaqla, nə bizə, nə də farslara məhəbbət bəsləyirdilər. Onlar sadəcə olaraq, öz
çirkin təxribatçılıq əməllərini müsəlman adı altında Təbrizdə və Tehranda daha
asan həyata keçirirdilər.
Cildə girmək, kərtənkələ kimi mühitə uyğun rəngə
düşmək onlar üçün əlverişli idi.
Bir möcüzədən sağ qalan səfarətxananın birinci katibi İvan Sergeyeviç
Maltsev /1807-1880/ sonralar Rusiyaya qayıdanda hadisələrin yeganə şahidi kimi
xatirələrini qələmə almışdı. O yazırdı ki, Məlik Şahnazaryan Mirzə Yaquba
/Yakov Markaryana -
Ş.N./ satılmışdı. Mirzə Yaqubdan bəzi ziynət şeyləri alan
Şahnazaryan ona söz veribmiş ki, Vəziri-muxtarın vasitəsilə sənin İrəvana
qaytmağına kömək edəcəm. Yanvarın otuzunda, gecə saat
ikidə Mirzə Yaqubun
səfarətxanaya gəlməsinə də Şahnazaryan kömək etmişdi. Üstəlik də on üçüncü
maddəni xatırlatmağı və hansı incə mətləblərə toxunmağı, necə yalvarmağı məhz o
başa salmışdı.
Qəribədir ki, rus tədqiqatçılarının bəziləri, dolayısı ilə olsa da, Qriboyedovun
faciəli ölümündə ermənilərin günahkar olduğunu yazırlar. Xüsusilə Q.A. adlı
müəllifin /indiyədək familiyası məlum deyil/ bu hadisədən çox sonralar - 1901-ci
ildə ermənicə “Mşak” qəzetində dərc etdirdiyi “Ambarsumun hekayəti” yazısı
Qriboyedovun ünvanına böhtandan başqa bir şey deyildi. Ambarsum nəql edir ki,
guya gecələr Qriboyedovun yanına həqiqətən çarşablı bir qadın gələrmiş. O, səfirlə