3.Hüquqpozmaların statistik öyrənilməsi
Hüquq-mühafizə orqanları əhalinin hüquqlarının müdafiasi vəzifələrini yerinə
yetirirlər. Sahənin işinin keyfiyyətini qiymətləndirmək və hüquqpozma hallarını
öyrənmək, onların yaranma qanunauyğunluqlarını müəyyənləşdirmək üçün
hüquqpozmalar statistikasının məlumatları mühüm əhəmiyyət kəsb edir.
Hüquqpozmaların statistik göstəriciləri həm mütləq və həm də nisbi
kəmiyyətlər ilə xarakterizə edilir. Mütləq kəmiyyətlər ilə hazırlanmış
məlumatlar nisbi və orta kəmiyyətlərin, indekslərin, əmsalların sair statistik
ricilərin hesablanması üçün baza hesab edilir.
Hüquqpozmalar statistikasında aşağıdakı nisbi kəmiyyətlər hesablanır:
macmunun tərkibi və ya bölgüsü; intensivliyi, dinamikası; dərəcəsi və ya
müqayisəsi. Hər bir növü üzrə indekslər hesablanır.
Hüquqpozmaların tərkibinə aşağıdakılar daxil edlir:
• müxtəlif növ (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinə
rinə uyğun) və qruplar (Cinayət Məcəlləsinin bölmə və fəsillərinə uyğun) üzrə
xüsusi çəki;
• cinayət dərəcələri (zəif, orta, ağır və xüsusilə ağır cinayətlər) üzrə
əlaqəliliyi;
• cinayətlərin coğrafi əlamətlər (şəhər və kənd yerləri, ərazilər), sosial
qruplar üzrə və s. bölgüsü;
• təsadüf nəticəsində və ya qəsdən baş verən cinayətlər, birbaşa və ya
dolayı qərəzçiliklə baş verən cinayətlər, yüngül və ya ehtiyatsızlıq
nəticəsində baş verən cinayətlər və s. əlamətlər üzrə təsnifləşdirilir.
Kriminal (cinayət) statistikasının bəzi tərkib göstəricilərini qiymətləndirmək
üçün müxtəlif əhali qrupu üzrə cinayatkarlığın yayılma əmsalı hesablanır. Bu
göstərici müəyyən qrup əhali arasındakı cinayətlərin camini həmin qrup üzrə
əhalinin sayına bölmək üsulu ilə hesablanır. Aşağıdakı tərkib göstəricilərindən
istifadə edilir:
Bütün əhali qrupları üzrə müvafiq cinayət törədənlərin cəmi o cümlədən:
-yetkinlik yaşına çatmayanlar;
- qadınlar və ya kişilər
- tələbələr daimi gəlir mənbəyi olmayanlar
işsiz əhali
- əvvəllər mühakimə olunanlar və s. tərəfindən törədilən cinayətlər.
Göstərilən tərkib göstəricilərin hər biri üçün mütləq və nisbi kəmiyyətlər üzrə
statistik məlumatlar hazırlanır.
Cinayətin tezliyi (intensivliyi). Bu göstərici müvafiq növ cinayət və onun tərkib
elementləri üzrə hər 100, 1000 və 10 000 nəfər mövcud əhaliyə görə
hesablanır.
Dostları ilə paylaş: |