ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

___________Milli Kitabxana_______________ 

39 

– Evə gedin, yəqin ki, uşaqlarınız var. Onlar sizi gözləyir. 

– Heç nə olmaz, mən qalacağam. 

Bütün xəstəxana bu gəlinin fəryadına yığışmışdı. 

Hamı ona təskinlik onu sakitləşdirmək istəyirdilər. 

– Qızım, ağlamaqla bizə  də mane olursan, yoldaşına qan 

lazımdır, gedib o biri binadan gətirmək lazımdır. 

– Bu saat doktor, gedib gətirərəm. Şövkət çölə qaçdı. Ancaq 

hansı binaya getmək lazım olduğunu bilmirdi. Xəstəxananın 

qapısına tərəf qaçdı. Birdən bir Sovet tankının xəstəxananın 

həyətinə girdiyini gördü. 

Həyətdə kimsə yox idi.  

Bütün qapılar bağlanmışdı. İşıqlar da keçirildi. Şövkət xanımı 

bir qorxu, bir vahimə hissi bürüdü. Həyətdə gəzişən itlər də yoxa 

çıxmışdı. Yaxınlıqdakı binanın pəncərəsindən səs eşitdi: 

– Bura gəlin, - tez, bura. 

Səs gələn tərəfə döndü. Pəncərədən bir neçə  əl ona tərəf 

uzandı.  Əllərini uzatdı. Pəncərə hündürdə idi. Xəstəxananın 

həyətində fırlanan tank isə onlara tərəf dönürdü. 

– Bir azca yuxarı qalxa bilsəydin.- deyə  pəncərədən kimsə 

ona ürək-dirək verirdi. Şövkət barmaqlarının ucuna qədər 

qalxdı, axır ki, birtəhər onun əllərindən tutub, pəncərədən içəri 

sala bildilər. Huşunu itirən  Şövkət xanımı naşatır ilə özünə 

gətirdilər. O, gözünü açan kimi ilk sözü bu oldu: 

– Ramiz necə oldu? Əməliyyat qurtardımı? 

– Hə, az qalıb, – deyə yenə onu aldatdılar. 

Həkimlər bir-birinə baxıb gözlərini yayındırır, həqiqəti ona 

deməyə heç kəs cürət etmirdi. 

– Ara sakitləşib evə gedə bilərsiniz. Qohumunuz dalınızca 

gəlib. 


– Kimdir? 

– Deyəsən, qaynınızdır. 




___________Milli Kitabxana_______________ 

40 

Şövkət dəhlizə çıxdı. Qaynı hönkürtü ilə ağlayırdı. 

–  Sən niyə  ağlayırsan? Ramiz əməliyyat olunur, həkimlər 

onu qurtaracaqlar. 

Elə bil qaynı onun dediklərini eşitmirdi. 

Şövkət qaynının daşa dönmüş üzünə baxa-baxa qışqırdı: 

– Eşidirsən, indicə əməliyyat qurtaracaq, ramizi palataya gə-

tirəcəklər, mən ona qan gətirməyə getmişdim, tank üstümə 

gəlirdi. 

Şövkət havalı adamlar kimi rabitəsiz danışırdı: 

-

 

İndi Ramizi gətirəcəklər, bizi çağıracaqlar içəri... 



Qaynı dillənmirdi Onun çiyinləri titrəyirdi. 

Birdən elə bil ki, Şövkətin başına qaynar su tökdülər.O 

qaynının qarşısında durub gözlərini onun üzünə zillədi və 

israrla soruşdu: 

– Mənə düzünü söylə, içəridən sənə  nə isə dedilər, Ramizə 

nə isə olub? 

Qaynı ağır-ağır dilləndi: 

– Şövkət, gəl gedək evə, burada ağlama. 

– Bəs Ramiz? Ramizi burada necə qoyub gedim mən? 

– Şövkət... Şövkət daha Ramiz yoxdur... Mən səni aparmağa 

gəlmişəm. 

– Necə  yəni, yoxdur, mən onu öz əllərimlə bura gətir-

mişəm... 

Şövkət dəli kimi həkimlərin üstünə yüyürdü: 

–  Öldümü, öldümü Ramiz? Niyə axı, niyə...o ölməli insan 

deyildi axı? Bəs Siz ona niyə kömək edə bilmədiniz, niyə? 

Şövkət xanım başını divara çırpır, qışqırır, fəryad qoparır, od 

tutub alışan ürəyinin yanğısını heç cürə soyuda bilmirdi.  

Bu fəryad o gecə  şəhid olan 135 nəfərin fəryadı idi. Bu 

hayqırtı 135 şəhid anasının,  şəhid bacısının fəryadı, ah-naləsi, 

harayı idi.  



___________Milli Kitabxana_______________ 

41 

Qayını Hüseynağa  Şövkət xanımı güc-bəla həyətə  çıxarıb 

maşına oturtdu. Xəstəxananın həyəti adamla dolu idi. Hər kəs 

öz ölüsünü aparmağa, gecə itkin düşənini axtarmağa gəlmişdi. 

Yola çıxdılar. Dan yeri yavaş-yavaş ağarırdı. Küçələr, mey-

danlar qan gölünə çevrilmişdi. Havadan da qan iyi gəlirdi. 

Yanğınsöndürən maşınlar asfaltı yuyur, əli avtomatlı  hərbçilər 

kürəklə yerə  pərçimlənmiş insan cəsədlərinin qalıqlarını  yığıb 

maşınlara doldururdular. 

Qaynı maşının sürətini lap azaltdı, yavaş-yavaş  əsgərlərə 

yaxınlaşdılar.  Əsgərlərdən biri yolun ortasında dayanıb  əlini 

qaldırdı. Qaynı maşını saxladı. 

Əsgərlər onların ikisini də maşından düşürüb divara söy-

kədilər. Onlardan biri avtomatı qaynının sinəsinə söykəyib 

bağırdı: 

– Səhərin gözü aşılmamış hara gedirsiniz? (yəqin ki, 

böyükləri idi). 

Gözlərinin yaşı qurumuş Şövkət qəzəblə onlara tərəf döndü. 

Heç bir şey fikirləşmədən əlini avtomata tuşlayıb dedi: 

– Siz Ramizimi bununlamı öldürdünüz? Niyə? Biz sizə 

neyləmişdik, axı? – dedi. Sonra isə özündən asılı olmayaraq: 

– Siz faşistsiniz, qatilsiniz, cəlladsınız, – deyə qışqırdı. 

Yenə də Allahın Şövkətə rəhmi gəldi. Artıq bu gün 2-ci dəfə 

idi ölümlə üz-üzə dursa da, ölümün soyuq nəfəsini hiss eləsə 

də, Tanrı onu qorudu, bu qorxulu kabusdan yaxa qurtara bildi. 

Əsgər qəzəbindən gözləri alışıb yanan gəlindən qorxub bir 

addım geri çəkildi və yavaşca: 

– Sizi öldürən, camaatı qıran biz deyildik. Onlar artıq şəhəri 

tərk eləyiblər.  İndi isə tez olun, çıxın gedin burdan, tez gedin 

burdan, tez, tez... 

Əmr verən deyəsən böyükləri idi. Əsgərlər yolu açdılar. 

Hüseynağa qardaşı arvadının qolundan tutub maşına mindirdi. 




___________Milli Kitabxana_______________ 

42 

– Görmürsən bunların ağzından qan iyi gəlir, niyə arının yu-

vasına çöp uzadırsan, çəkib vuracaqlar, heç uf da deməyə-

cəklər... 

– Cəhənnəmə vursunlar, onsuz da biz itirdiyimizi itirdik... 

...Həyətə girəndə ilk əvvəl gözlərinə sataşan balaları oldu. 

Dördü də qapının ağzında durub analarına baxırdılar. Uşaqlar 

bir ağızdan soruşdular: 

– Ana, bəs ata niyə gəlmədi, o necə oldu, hara getdi? 

– O, yoxdur, ata yoxdur, o bir daha heç vaxt gəlməyəcək- 

dedi Şövkət və kökündən kəsilmiş ağac kimi yerə yıxıldı. 

Gözlərini açanda balalarının dördünün də  ağlayaraq ona 

sarıldığını görəndə özünü ələ aldı. Uşaqları bağrına basdı. Başa 

düşdü ki, Ramizsiz görəcəkləri günləri qabaqdadır.O bundan 

sonra bu dəhşətli həyatın bütün əzablarına dözməli, sınaqlarına 

tab gətirməli, onu gözləyən çətinliklərdən təkbaşına çıxış yolu 

tapmalı, balalarını böyütməli, onlar üçün, onların xatirinə 

yaşamalı, Ramizin ciyərparalarını yaşatmalıdır. 



 

* * * 

 

1990-cı ilin 20 Yanvar səhəri ağır və  dəhşətli bir cinayətə 



şahidlik elədi. 19-dan 20-nə keçən gecə artıq dayaqları laxlayıb 

çökməkdə olan Sovet imperiyasının Bakını qan çanağına 

döndərmək planı başa çatdı. Lakin tanklar, avtomat silahlar 

qədim bir xalqı susdura, onun aşıbdaşan intiqam hissini öldürə 

bilmədi. Hər bir şəhid oğlumuz və  qızımız on minlərlərlə 

soydaşının  əvəzinə ölümə meydan oxudu, düşmən məğlub 

oldu, Azərbaycan xalqı öz şəhidləri ilə birgə  qəhramanlıq 

tarixinin yeni səhifəsini yazdı. Matəm, göz yaşı ilə açılan səhər 

xalqımızın azadlıq və müstəqillik arzusunu üç rəngli bayrağı ilə 

bərabər başı üzərinə çəkdi.... 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə