4
möcüzələr, əfsanələr, rəvayətlər, tarixi-əfsanəvi, mifoloji şəxsiyyətlər və
hadisələr haqqında kifayət dərəcədə məlumatlı olmaq lazımdır.
Digər tərəfdən, divan ədəbiyyatının qədim və zəngin qaynaqlarının
araşdırılması o dövrün türk tarixi, adət-ənənələri və milli mədəniyyətinin
öyrənilməsi zərurətini ortaya qoyur. Bütün bunlarla yanaşı, özünəməxsus
dili və üslubu, xalq poeziyasından fərqli vəzni, janrları və formaları, duyğu,
düşüncə və xəyal aləmi olan divan ədəbiyyatının ilkin təşəkkülündən (XIII
əsr) tənəzzülünə qədər (XVIII əsrin sonu) təxminən 600 illik tarixi dövrün
ədəbiyyat anlayışı, klassik sakral və profan şeir, ərəb-fars-türk dillərinin
sintezindən yaranmış Osmanlı türkcəsinin dil-üslub xüsusiyyətləri haqqında
da yaxşı təsəvvürə malik olmaq lazımdır.
Problemin həllinin vacibliyinə gəlincə, bu, ilk növbədə, poetik janr və
formaların, epik və lirik şeir şəkillərinin türk ədəbiyyatı tarixində tutduğu
aparıcı mövqedən, bütövlükdə türk poeziyasının təşəkkülü və inkişafındakı
mühüm rolundan irəli gəlir. Belə ki, divan poeziyasını tarixi aspektdə
öyrənməklə belə bir qənaətə gəlmək mümkündür ki, nəzm növü, xüsusən
onun məsnəvi kimi epik şeir şəkli türk ədəbiyyatının çoxəsrlik tarixində
uzun müddət nəsr janrlarının da bəzi funksiyalarını öz üzərinə götürərək
həyati materialın estetik dərki və əks etdirilməsi işində mühüm rola malik
olmuşdur.
Divan poeziyasının tədqiqi bütövlükdə türk şeirinin inkişaf qanuna-
uyğunluqlarının öyrənilməsinə, ədəbi prosesin dinamikası, bu və ya digər
inkişaf mərhələsində ədəbiyyatın ideya-estetik prinsiplərinin təkamülünü,
inkişaf perspektivlərini müəyyənləşdirməyə, həm ayrı-ayrı janrların, həm
də bütövlükdə poeziyanın tematikası və bədii imkanlarının köklərini, onları
zənginləşdirən başlıca ədəbi-ictimai amilləri ortaya çıxarmağa imkan verir.
Fikrimizcə, yuxarıda deyilənlərin hamısı türk divan poeziyasının
təşəkkülü və təkamülü tarixinin xüsusi araşdırılmasını, onun janrlarının
nəzəri məsələləri və sənətkarlıq xüsusiyyətlərinin tədqiqini, dövrün klassik
şairlərin hər birinin türk divan poeziyasının formalaşması və zənginləşməsi
prosesindəki xidmətini müəyyənləşdirməyi aktual və zəruri edir.
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti klassik türk
poeziyasının zəngin və tarixi-xronoloji zaman baxımından geniş bir
dövrünün – XIII-XV əsrlərin Divan şairlərinin bədii irsi və bu möhtəşəm
ədəbiyyatın ilkin təşəkkül qaynaqlarıdır.
Sözügedən dövrün Əhməd Fəqih, Şəyyad Həmzə, Cəlaləddin Rumi,
Yunus Əmrə, Sultan Vələd, Aşıq Paşa, Süleyman Gülşəhri, Süleyman
5
Çələbi, Şeyxi, Məsud bin Əhməd, Yusuf Məddah, Mustafa Şeyxoğlu,
Tacəddin Əhmədi, Həmdullah Həmdi Çələbi, İsa Məsihi, Zeynəb Hatun,
Əhməd Paşa, İsa Necati, Mehri Hatun və başqa sənətkarlarının poetik
irsinin ideya-məzmun, mövzu, ədəbi janr, təsvir və ifadə vasitələri kimi
sənətkarlıq xüsusiyyətləri baxımından öyrənilməsi isə tədqiqatın predmetini
təşkil edir.
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiyada əsas məqsəd XIII –
XV əsrlər türk divan poeziyasının formalaşması prosesini, onun ilkin
təşəkkül qaynaqları və təkamül mərhələlərini, nəzəri-estetik məsələləri və
sənətkarlıq xüsusiyyətlərini, janr və şəkillərini, bu dövrdə yaşayıb yaratmış
sənətkarların poetik bədii irsini elmi elmi cəhətdən tədqiq və təhlil
etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün qarşıya aşağıdakı
problemləri həll etmək vəzifələri qoyulur:
- türk divan şeirinin ilkin təşəkkülündə yer alan şifahi xalq yaradıcılığı,
folklor və XIII əsrə qədərki ümumtürk qaynaqlarını müəyyən etmək;
- türkdilli divan poeziyasının təşəkkülü və təkamülündə islami Şərq
mədəniyyətinin, ərəb və fars ədəbiyyatı sənətkarlarının təsiri məsələsini
aydınlaşdırmaq;
- təsəvvüf fəlsəfəsi və islami еlmlərin, irfani hikmət və motivlərin,
təriqət ideya və görüşlərininin türk divan poeziyasının mövzu, məzmun,
süjet, obraz, məcaz və rəmzlər sistemindəki yerini işıqlandırmaq;
- divan şeirinin nəzəri-estetik problemlərini və sənətkarlıq
xüsusiyyətlərini təhlil etmək;
- klassik türk poeziyasının dini və dünyəvi janrlarının, beyt əsaslı və
bəndli şeir şəkillərinin elmi-nəzəri təsnifatını verməklə onların ortaq və
fərqli məziyyətlərini müqayisəli planda işıqlandırmaq;
- bütövlükdə divan ədəbiyyatının ilkin təşəkkülü və inkişafında
mühüm rol oynamış XIII - XV əsr sənətkarlarının divan poeziyasının
özünüifadə, özünütəsdiq və dinamik inkişafı prosesindəki fərdi xidmətlərini
müəyyənləşdirmək.
Müdafiəyə çıxarılan müddəalar:
- klassik türk divan poeziyasinin ilkin nümunələri, ədəbi janr və
şəkilləri, poetik strukturu və ümumi estetik yönümü ərəb-müsəlman mədəni
mühitinin və fars ədbiyyatının təsiri altında formalaşmışdır;
- üç dildə yaranan türk divan poeziyası özündə həm islam mədəni
mühitindən doğan ümumi və müştərək cəhətləri, həm də hər bir xalqa və
bölgəyə xas olan fərdi milli-etnik və başqa yerli ünsürləri birləşdirir;
6
- türk divan poetikasının bir çox xüsusiyyəti birbaşa ərəb
ədəbiyyatından deyil, fars dilində yazılmış əsərlərdən götürülmüşdür və
uzun əsrlər eyni coğrafi məkanda bir-birinə yaxın qonşuluq və təmas
şəraitində yaşayan farslar və türklərin yaratdığı klassik ədəbi nümunələrdə
müştərək ünsürlər daha çoxdur;
- türklərlə farsların qarşılıqlı tarixi-mədəni və ədəbi yaradıcılıq
əlaqələri öncə Orta Asiyadan başlamış, sonra Azərbaycana və Anadoluya
keçmişdir;
- şifаhi хаlq yаrаdıcılığı, folklor və еpоs mədəniyyəti, zəngin
ümumtürk ədəbi fоndunu təşkil еdən dini-ideoloji, əxlaqi-mənəvi dəyərlərə
söykənən didaktik yаzılı abidələr türk divan ədəbiyyаtının ilkin qаynаqlаrı
sırasındadır;
- türk divan poeziyasının təşəkkülü və özünütəsdiq mərhələsində öz
məxsusi estetik meyarlarının formalaşmasında, eləcə də sonrakı inkişafında
klassik Şərq mədəniyyətinin, ərəb və fаrs ədəbiyyаtlаrının, təsəvvüf
fəlsəfəsi və islami еlmlərin, irfani hikmət və motivlərin çox mühüm rolu
olmuşdur;
- türk divan poeziyasının ilkin təşəkkül mərhələsi XIII-XIV əsrlərə,
formalaşmasını tamamlama və özünütəsdiq mərhələsi XV əsrə təsadüf edir;
- türk divan poeziyası XVI-XVII əsrlərdə, eləcə də qismən XVIII əsrin
I yarısında özünün dinamik inkişaf, yüksəliş və zirvə dönəmini yaşamış,
XVIII əsrin sonlarından etibarən tənəzzül dövrünə girmişdir.
Tədqiqatın metodoloji və nəzəri əsaslarını filologiya elmi
sahəsindəki milli və ümumbəşəri dəyərlər, əbəbi-bədii materialın sistemli
şəkildə araşdırılması, müasir ədəbiyyatşünaslığın əldə etdiyi son
nailiyyətlər təşkil edir. Tədqiqat zamanı tarixilik prinsipinə ardıcıl riayət
edilmiş, faktoloji materialın təhlilində deduktiv və induktiv metodlardan
istifadə olunmuşdur. Dissertasiya işinin yazılması prosesində Türkiyə,
Azərbaycan və dünya ədəbiyyatşünaslığı, şərqşünaslığı və türkologiyasının
müvafiq tədqiqatlarının təcrübə və nəticələrindən, divan poeziyası
janrlarının nəzəri-estetik prinsipləri və sənətkarlıq məziyyətlərinə dair elmi
əsərlərdən istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Dissertasiya işi üç əsrlik tarixi dövrün türk
divan poeziyasının Azərbaycan türkologiyasında elmi ardıcıllıqla və
sistemli şəkildə ilk müstəqil monoqrafik araşdırmasıdır. İlk dəfə olaraq türk
divan poeziyasının təşəkkülü mərhələsi onun meydana gəlməsi və
formalaşmasında yer alan qaynaqlar, təsəvvüf və dünyəvi şeir nümunələri
Dostları ilə paylaş: |