ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   2   3   4   5   6   7   8   9   ...   16

 

möcüzələr,  əfsanələr,  rəvayətlər,  tarixi-əfsanəvi,  mifoloji  şəxsiyyətlər  və 



hadisələr haqqında kifayət dərəcədə məlumatlı olmaq lazımdır. 

Digər  tərəfdən,  divan  ədəbiyyatının  qədim  və  zəngin  qaynaqlarının 

araşdırılması  o  dövrün  türk  tarixi,  adət-ənənələri  və  milli  mədəniyyətinin 

öyrənilməsi  zərurətini  ortaya  qoyur.  Bütün  bunlarla  yanaşı,  özünəməxsus 

dili və üslubu, xalq poeziyasından fərqli vəzni, janrları və formaları, duyğu, 

düşüncə  və xəyal aləmi olan divan ədəbiyyatının ilkin təşəkkülündən (XIII 

əsr) tənəzzülünə qədər (XVIII əsrin sonu) təxminən 600 illik tarixi dövrün 

ədəbiyyat  anlayışı,  klassik  sakral  və  profan  şeir,  ərəb-fars-türk  dillərinin 

sintezindən yaranmış Osmanlı türkcəsinin dil-üslub xüsusiyyətləri haqqında 

da yaxşı təsəvvürə malik olmaq lazımdır. 

Problemin həllinin vacibliyinə gəlincə, bu, ilk növbədə, poetik janr və 

formaların, epik və lirik şeir şəkillərinin türk  ədəbiyyatı tarixində tutduğu 

aparıcı mövqedən, bütövlükdə türk poeziyasının təşəkkülü və inkişafındakı 

mühüm  rolundan  irəli  gəlir.  Belə  ki,  divan  poeziyasını  tarixi  aspektdə 

öyrənməklə  belə  bir  qənaətə  gəlmək  mümkündür  ki,  nəzm  növü,  xüsusən 

onun  məsnəvi  kimi  epik  şeir  şəkli  türk  ədəbiyyatının  çoxəsrlik  tarixində 

uzun  müddət  nəsr  janrlarının  da  bəzi  funksiyalarını  öz  üzərinə  götürərək 

həyati materialın  estetik  dərki və əks etdirilməsi işində mühüm rola malik 

olmuşdur. 

Divan  poeziyasının  tədqiqi  bütövlükdə  türk  şeirinin  inkişaf  qanuna-

uyğunluqlarının  öyrənilməsinə,  ədəbi  prosesin  dinamikası,  bu  və  ya  digər 

inkişaf  mərhələsində  ədəbiyyatın  ideya-estetik  prinsiplərinin  təkamülünü, 

inkişaf  perspektivlərini  müəyyənləşdirməyə,  həm  ayrı-ayrı  janrların,  həm 

də bütövlükdə poeziyanın tematikası və bədii imkanlarının köklərini, onları 

zənginləşdirən başlıca ədəbi-ictimai amilləri ortaya çıxarmağa imkan verir. 

Fikrimizcə,  yuxarıda  deyilənlərin  hamısı  türk  divan  poeziyasının 

təşəkkülü    və  təkamülü  tarixinin  xüsusi  araşdırılmasını,  onun  janrlarının 

nəzəri məsələləri və sənətkarlıq xüsusiyyətlərinin tədqiqini, dövrün klassik 

şairlərin hər birinin türk divan poeziyasının formalaşması və zənginləşməsi 

prosesindəki xidmətini müəyyənləşdirməyi aktual və zəruri edir. 



Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyekti  klassik  türk 

poeziyasının  zəngin  və  tarixi-xronoloji  zaman  baxımından  geniş  bir 

dövrünün  –  XIII-XV  əsrlərin  Divan  şairlərinin  bədii irsi  və  bu  möhtəşəm 

ədəbiyyatın  ilkin təşəkkül qaynaqlarıdır. 

Sözügedən  dövrün  Əhməd  Fəqih,  Şəyyad  Həmzə,  Cəlaləddin  Rumi, 

Yunus  Əmrə,  Sultan  Vələd,  Aşıq  Paşa,  Süleyman  Gülşəhri,  Süleyman 




 

Çələbi,  Şeyxi,  Məsud  bin  Əhməd,  Yusuf  Məddah,  Mustafa  Şeyxoğlu, 



Tacəddin  Əhmədi,  Həmdullah  Həmdi  Çələbi,  İsa  Məsihi,  Zeynəb  Hatun, 

Əhməd  Paşa,  İsa  Necati,  Mehri  Hatun  və  başqa  sənətkarlarının  poetik 

irsinin  ideya-məzmun,  mövzu,  ədəbi  janr,  təsvir  və  ifadə  vasitələri  kimi 

sənətkarlıq xüsusiyyətləri baxımından öyrənilməsi isə tədqiqatın predmetini  

təşkil edir. 

Tədqiqatın məqsəd  və  vəzifələri.  Dissertasiyada əsas məqsəd XIII – 

XV  əsrlər  türk  divan  poeziyasının  formalaşması  prosesini,  onun  ilkin 

təşəkkül  qaynaqları  və  təkamül  mərhələlərini,  nəzəri-estetik  məsələləri  və 

sənətkarlıq xüsusiyyətlərini, janr və şəkillərini, bu dövrdə yaşayıb yaratmış 

sənətkarların  poetik  bədii  irsini  elmi  elmi  cəhətdən  tədqiq  və  təhlil 

etməkdən  ibarətdir.  Bu  məqsədə  nail  olmaq  üçün  qarşıya  aşağıdakı 

problemləri həll etmək vəzifələri qoyulur: 

- türk divan şeirinin ilkin təşəkkülündə yer alan şifahi xalq yaradıcılığı, 

folklor və XIII əsrə qədərki ümumtürk qaynaqlarını müəyyən etmək; 

-  türkdilli  divan  poeziyasının  təşəkkülü  və  təkamülündə  islami  Şərq 

mədəniyyətinin,  ərəb  və  fars  ədəbiyyatı  sənətkarlarının  təsiri  məsələsini 

aydınlaşdırmaq; 

-    təsəvvüf  fəlsəfəsi  və  islami  еlmlərin,  irfani  hikmət  və  motivlərin, 

təriqət  ideya  və  görüşlərininin  türk  divan  poeziyasının  mövzu,  məzmun, 

süjet, obraz, məcaz və rəmzlər sistemindəki yerini işıqlandırmaq; 

-  divan  şeirinin  nəzəri-estetik  problemlərini  və  sənətkarlıq 

xüsusiyyətlərini təhlil etmək; 

-  klassik  türk  poeziyasının  dini  və  dünyəvi  janrlarının,  beyt  əsaslı  və 

bəndli  şeir  şəkillərinin  elmi-nəzəri  təsnifatını  verməklə  onların  ortaq  və 

fərqli məziyyətlərini müqayisəli planda işıqlandırmaq; 

-  bütövlükdə  divan  ədəbiyyatının  ilkin  təşəkkülü  və  inkişafında 

mühüm  rol  oynamış  XIII  -  XV  əsr  sənətkarlarının  divan  poeziyasının 

özünüifadə, özünütəsdiq və dinamik inkişafı prosesindəki fərdi xidmətlərini 

müəyyənləşdirmək. 



Müdafiəyə çıxarılan müddəalar: 

-  klassik  türk  divan  poeziyasinin  ilkin  nümunələri,  ədəbi  janr  və 

şəkilləri, poetik strukturu və ümumi estetik yönümü ərəb-müsəlman mədəni 

mühitinin və fars ədbiyyatının təsiri altında formalaşmışdır;  

-  üç  dildə  yaranan  türk  divan  poeziyası  özündə  həm  islam  mədəni 

mühitindən  doğan  ümumi  və  müştərək  cəhətləri,  həm  də  hər  bir  xalqa  və 

bölgəyə xas olan fərdi milli-etnik və başqa yerli ünsürləri birləşdirir



 

          -  türk  divan  poetikasının  bir  çox  xüsusiyyəti  birbaşa  ərəb 



ədəbiyyatından  deyil,  fars  dilində  yazılmış  əsərlərdən  götürülmüşdür  və 

uzun  əsrlər  eyni  coğrafi  məkanda  bir-birinə  yaxın  qonşuluq  və  təmas 

şəraitində yaşayan farslar və türklərin yaratdığı klassik ədəbi nümunələrdə 

müştərək ünsürlər daha çoxdur; 

          -  türklərlə  farsların  qarşılıqlı  tarixi-mədəni  və  ədəbi  yaradıcılıq 

əlaqələri  öncə  Orta  Asiyadan  başlamış,  sonra  Azərbaycana  və  Anadoluya 

keçmişdir; 

-  şifаhi    хаlq  yаrаdıcılığı,  folklor  və  еpоs  mədəniyyəti,  zəngin 

ümumtürk ədəbi fоndunu təşkil еdən dini-ideoloji, əxlaqi-mənəvi dəyərlərə 

söykənən didaktik yаzılı abidələr türk divan ədəbiyyаtının ilkin qаynаqlаrı 

sırasındadır; 

-  türk  divan  poeziyasının  təşəkkülü  və  özünütəsdiq  mərhələsində  öz 

məxsusi estetik meyarlarının formalaşmasında, eləcə də sonrakı inkişafında  

klassik  Şərq  mədəniyyətinin,  ərəb  və  fаrs  ədəbiyyаtlаrının,  təsəvvüf 

fəlsəfəsi  və  islami  еlmlərin,  irfani  hikmət  və  motivlərin  çox  mühüm  rolu 

olmuşdur; 

-  türk  divan  poeziyasının  ilkin  təşəkkül  mərhələsi  XIII-XIV  əsrlərə, 

formalaşmasını tamamlama və özünütəsdiq mərhələsi XV əsrə təsadüf edir

- türk divan poeziyası XVI-XVII əsrlərdə, eləcə də qismən XVIII əsrin 

I  yarısında  özünün  dinamik  inkişaf,  yüksəliş  və  zirvə  dönəmini  yaşamış, 

XVIII əsrin sonlarından etibarən tənəzzül dövrünə girmişdir.     

Tədqiqatın  metodoloji  və  nəzəri  əsaslarını  filologiya  elmi 

sahəsindəki  milli  və  ümumbəşəri  dəyərlər,  əbəbi-bədii  materialın  sistemli 

şəkildə  araşdırılması,  müasir  ədəbiyyatşünaslığın  əldə  etdiyi  son 

nailiyyətlər  təşkil  edir.  Tədqiqat  zamanı  tarixilik  prinsipinə  ardıcıl  riayət 

edilmiş,  faktoloji  materialın  təhlilində  deduktiv  və  induktiv  metodlardan 

istifadə  olunmuşdur.  Dissertasiya  işinin  yazılması  prosesində  Türkiyə, 

Azərbaycan və dünya ədəbiyyatşünaslığı, şərqşünaslığı və türkologiyasının 

müvafiq  tədqiqatlarının  təcrübə  və  nəticələrindən,  divan  poeziyası 

janrlarının nəzəri-estetik prinsipləri və sənətkarlıq məziyyətlərinə dair elmi 

əsərlərdən istifadə edilmişdir.  



Tədqiqatın  elmi  yeniliyi. Dissertasiya işi üç əsrlik tarixi dövrün türk 

divan  poeziyasının  Azərbaycan  türkologiyasında  elmi  ardıcıllıqla  və  

sistemli şəkildə ilk müstəqil monoqrafik araşdırmasıdır. İlk dəfə olaraq türk 

divan  poeziyasının  təşəkkülü  mərhələsi  onun  meydana  gəlməsi  və 

formalaşmasında yer alan  qaynaqlar, təsəvvüf  və dünyəvi şeir nümunələri 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə