ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   2   3   4   5   6   7   8   9   ...   16

 

müstəvisində  araşdırılır.  Mövzu  türk  divan  poeziyasının  ən  mükəmməl 



abidələrinin  tək-tək  təhlili  çərçivəsində  yox,  bütöv  şəkildə,  onun 

formalaşmasını  şərtləndirən  kökləri,  qaynaqları,  sinkretik  islam 

mədəniyyətinin bütün qolları ilə bilikdə tədqiq və təhlil edilir.  

Mövzunun öyrənilmə dərəcəsi. İndiyə qədər türk divan poeziyası və 

onun  sənətkarlıq  məsələləri  haqqında  Azərbaycan  türkologiyasında 

müstəqil  ümumiləşdirici  elmi-nəzəri  əsər  yazılmamışdır.  Bununla  yanaşı, 

Türkiyə  ədəbiyyatı  tarixinə,  türk  sənətkarlarının  həyat  və  yaradıcılığına, 

divan  poeziyasının  ayrı-ayrı  janrlarına  dair  kitab,  monoqrafiya,  dərslik  və 

dərs vəsaiti, elmi məqalə və tədqiqat xarakterli digər əsərlərdə dissertasiya 

işinin  obyekti  olan  mövzuya,  nəzəri-estetik  məsələlərinə,  klassik  şairlərin 

sənətkarlıq xüsusiyyətlərinə toxunulmuş, qiymətli fikirlər söylənmişdir. 

Biz  burada,  ilk  növbədə,  bilavasitə  Türkiyə  ədəbiyyatına,  xüsusən 

divan  poeziyası  və  onun  nümayəndələrinin  bədii  irsinə  dair  dəyərli  elmi-

tədqiqat  əsərləri  və  kitablarından  faydalandığımız  Azərbaycanın  görkəmli 

türkoloq,  şərqşünas,  ədəbiyyatşünas  və  mətnşünas  alimləri  A.Rüstəmova

1



Əkrəm  Cəfər



2

,    N.Cəfərov

3

,    A.Abıyev  (Aydın  Abi  Aydın)



4

,    N.Araslı

5



T.Məlikli



6

,  A.Musabəyli

7

,  J.Əliyeva



8

,   E.Quliyev

9

,  Ə.Rəsulov



10

__________________________  



1.Rüstəmova A. Mövlana Cəlaləddin Rumi. Bakı: Elm, 2005. 

2.Cəfər  Ə.  Əruzun  nəzəri  əsasları və  Azərbaycan  əruzu.  Bakı:  Elm, 

1977;  

3.Cəfərov  N.  Qədim  Türk  ədəbiyyatı.  Bakı:  AzAtaM,  2004;  Yenə 



onun: Türk xalqları ədəbiyyatı. I c. Bakı: Çaşıoğlu, 2006; 

4.Aydın  Abi  Aydın.  Türkiyə  ədəbiyyatı  tarixi.  3  cilddə,  I  cild,  Bakı: 

Təknur, 2010; II cild, Bakı Universiteti nəşriyyatı, 2007; Yenə onun: Füzuli 

və  Türkiyə poeziyası. Bakı: Ozan, 2002; 

5.Araslı N. Nizami və türk ədəbiyyatı

 

Bakı: Elm, 1980; 



6.Меликли Т. История литературы Турции. М.: ИПK МГЛУ «Рема», 

2010;  7.Musabəyli  A.  Türkiyədə  yaranan  Azərbaycan  ədəbiyyatı  və 

Xəlilinin  

   “Firqətnamə”si. Bakı: Nurlan, 2010. 

8.Əliyeva J. Dünyanın tanıdığı Füzuli. Bakı: Çaşıoğlu, 2010; 

9.Quliyev  E.  Türkiyə  türk  ədəbiyyatı  (XIX-XX  əsrlər).

 

Bakı:  Orxan, 



2003;  Yenə onun: Türk  xalqları ədəbiyyatı. Bakı: Conatant Empary, 2003; 

10.Rəsulov Ə. Türk sənədli-bədii nəsri Bakı: Nurlan, 2004. 

 



 

 



 

A.Xəndan


1

,  R.Əhmədov

2

,  X.Hümbətova



, A.İbrahimova

4

, V.Musalı



5

,  


L.Rəhimova

6

,  R.Hüseynov



7

  və  K.Məmmədzadənin

8

  adlarını



 

qeyd  etməyi 

özümüzə borc bilirik. 

Dissertasiyada  türkoloq-alimlər  A.Babayev,  R.Əskər,  X.Quliyeva-

Qafqazlı,  S.Qasımlı,  R.Quliyev,  B.Osmanova,  E.Xəlilova,  M.Hacıyeva, 

F.Bayat, 

A.Qurbanov, 

R.Əhmədov, 

A.Qasımova, 

T.Axundova, 

F.Dursunova,  E.Məmmədova,  E.Babayeva,  S.Gündoğdu,  H.Məmmədova, 

N.Mustafayeva  və  digərlərinin  Türkiyə  söz  sənəti  tarixinə,  onun  ayrı-ayrı 

dövr və abidələrinə, ədəbi janrlarına, sənətkarlarının həyat və yaradıcılığına 

həsr 


edilmiş  monoqrafiyalarında,  kitab  və  elmi  məqalələrində 

tədqiqatımızın  mövzusuna  dair  irəli  sürdükləri  qiymətli  fikirlərdən 

yararlanılmışdır. 

Tədqiqat  işində  qədim  və  orta  əsrlər  klassik  Azərbaycan  və  Şərq 

xalqları  ədəbiyyatının  tədqiqi  sahəsində  böyük  əmək  sərf  etmiş  görkəmli 

alimlərimiz H.Araslı, M.Quluzadə, Z.Quluzadə, M.M.Əlizadə, M.Sultanov, 

M.Mahmudov,  C.Qəhrəmanov,  Ə.Məmmədov,  T.Kərimli,  R.Hüseynov, 

G.Baxşəliyeva,  T.Məmməd,  A.Əliyeva-Kəngərli,  Ə.Səfərli,  X.Yusifli, 

M.Kazımov, 

İ.Həmidov, 

M.Nağısoylu, 

M.Quliyeva, 

F.Əzizova, 

N.Göyüşov,  K.Allahyarov,  P.Kərimov,  T.Quliyev,  S.İbrahimov,  

_____________________ 

1.Xəndan  A.  Yəhya  Kamal  Bəyatlı  yaradıcılığının  sənətkarlıq 

xüsusiyyətləri. Bakı: Nurlan, 2002.  

2.Ахмедов  Р.  Пути  развития  турецкой  литературы.  Баку:  Нафта-

Пресс,  2001;  

3.Hümbətova X. Yunus Əmrə. Bakı: Elm və təhsil, 2012;  

4.İbrahimova A.Yunus Emrə divanının linqvistik xüsusiyyətləri. Bakı: Elm 

və  təhsil,  2011;  

5.  Musalı    V.  Osmanlı  təzkirələrində  Azərbaycan  şairləri.  Bakı:  Nurlan, 

2009;  Yenə onun: XV-XVII əsrlər Türk təzkirəçiliyi. Bakı: Nurlan, 2007;  

6.Rəhimova L. Süleyman Çələbi Bursalının “Vəsilətün-nicat” əsərinin 

tekstoloji təhlili və elmi-tənqidi mətni Bakı: Nurlan, 2007;  

7.Hüseynov  R.    Mahmud  Baqinin  “Divan”ının  müqayisəli  tekstoloji-

filoloji  tədqiqi.  AMEA  akad.  Z.M.Bünyadov  adına  Şərqşünaslıq  İnstitutu. 

F.ü.f.d. diss. avtoreferatı, əlyazma hüququnda, 2010;  



 

8.Məmmədzadə  K.  Gelibolulu  Müslihəddin  Mustafa  Süruri  və  onun 



“Bəhrül-maarif”  əsərinin  tədqiqi.

 

AMEA  akad.  Z.M.Bünyadov  adına 



Şərqşünaslıq İnstitutu. F.ü.f.d. diss..avtoreferatı, əlyazma hüququnda, 2016. 

Y.Babayev,A.Qasımova, 

S.Şıxıyeva 

və 


digərlərinin 

klassik 


ədəbiyyata,  o cümlədən  divan  poeziyasına  dair  dəyərli  əsərlərindən, elmi-

nəzəri görüşlərindən istifadə olunmuşdur. 

Dissertasiyada  türk  Divan  ədəbiyyatının  təşəkkülü,  təkamülü  və 

inkişaf  mərhələləri,  təsəvvüf  poeziyası,  eləcə  də  türk  ədəbiyyatı  tarixi  və 

ədəbi  janrları  üzrə  böyük  xidmətləri  olan  tanınmış  Türkiyə 

ədəbiyyatşünasları Mehmet Fuad Köprülü,  İsmayıl Hikmət Ertaylan, Agah 

Sırrı  Levend,  Mustafa  Nihat  Özön,  Əhməd  Həmdi  Tanpınar,  Ahmet 

Kabaklı,  Nihad  Sami  Banarlı,  Mehmet  Kaplan,  Faruk  K.Timurtaş,  Vəsfi 

Mahir  Qocatürk,  Kənan  Akyüz,  Şükran  Kurdakul,  Əbdülbaqi  Gölpınarlı, 

Hasibə Mazıoğlu, İnci Engünün, Haluk İpekten, Abdulkadir Karahan,  Ali 

Akbaş,  Talat  Sait  Halman,  Ramazan  Korkmaz,  Nurettin  Demir,  Şükrü 

Dilçin,  Bilge  Ercilasun,  İskender  Pala  və  digər  tədqiqatçıların  türk 

ədəbiyyatı  tarixi,  xüsusən  divan  ədəbiyyatı  ilə  bağlı  fundamental  tədqiqat 

əsərləri,  klassik  türk  sənətkarlarının    həyat  və  yaradıcılığı  sahəsindəki 

araşdırmaları  təhlilə  cəlb  olunaraq  elmi-nəzəri  ümumiləşdirmələr 

aparılmışdır.  

Tədqiqat  işində  Türkiyə  ədəbiyyatının  tədqiqi,  təhlili  və  təbliğində 

mühüm  xidmətlər  gösrərmiş  Avropanın  və  keçmiş  Sovet  İttifaqının 

tanınmış  şərqşünasları  A.  fon  Qaben,  E.Gibb,  A.Bombaçi,  V.Bartold, 

E.Bertels,  V.Smirnov,  A.Krımskiy,  A.Samoyloviç,    İ.Kraçkovski, 

V.Qordlevski, 

İ.Melikoff,  İ.Stebleva,  V.Qarbuzova,  Y.Maştakova, 

X.Kamilev,  L.Alkayeva,  İ.Borolina,  İ.Sonina,  S.İvanov,  E.Cavelidze  və 

digərlərinin  divan  ədəbiyyatının  təşəkkülü,  təkamülü,  qaynaqları,  nəzəri-

estetik  prinsipləri,  janrları,  eləcə  də  klassik  türk  ədəbiyyatının  ümumi 

məsələləri ilə əlaqədar əsərləri, konseptual fikir və mülahizələri, türk divan 

şairlərindən bədii və filoloji tərcümələrindən istifadə olunmuşdur. 

Tədqiqatın  nəzəri  və  təcrübi  əhəmiyyəti.  Dissertasiyanın  başlıca 

müddəa  və  nəticələrindən  nəzəri  baxımdan  türk  ədəbiyyatı  tarixinin, 

xüsusilə  divan  poeziyası  janrlarının  təşəkkülü  və  təkamülü  mərhələlərinin 

araşdırılması  və  yazılmasında,  bütövlükdə  tanınmış  klassik  türk 

sənətkarlarının 

həyat 


və 

yaradıcılığına 

dair 

monoqrafiyaların 



hazırlanmasında  istifadə oluna bilər. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə