ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

20 

 

olmasına baxmayaraq bu iki qütb arasında əlaqə daim davam edir. Küll öz 



gücünə  dayanaraq  cüzü  öz  tərəfinə  çəkir,  cüz  də  imkanı  daxilində  küllə 

müqavimət  göstərir.  Başqa  sözlə,  küll  və  cüz  qarşılıqlı  hərəkətdədir. 

Təsəvvüfdə  bu  daimi  hərəkətin  mənbəyi  eşq  və  cazibə  adlı  iki  hissdən 

ibarətdir. Eşq və cazibənin qovuşması həyata, ayrılığı isə ölümə səbəb olur. 

Qeyd olunan iki gücün qovuşması və ayrılması Allahın təqdirindən asılıdır, 

buna başqa kimsə qarışa bilməz. Sufilərin zənnincə, eşq ilə cazibənin şah 

əsəri  xilqətin  zirvəsi  olan  İnsandır  və  sadəcə,  Mələklər  və  Allah  ondan 

yüksəkdə dayanır. 

Türk divan poeziyasının müxtəlif dövrlərdə yaşamış nümayəndələri bu 

əbədi və həllolunmaz suala cavap tapmağa çalışmışlar. Divan ədəbiyyatının 

fərqli  növ  və  janrlarında  ilahi  varlığın  sifət  və  qüdrətini  xəyalən  təsvir 

etmişlər  Allah  və  İnsan  münasibəti  daha  çox  poeziya  nümunələrində  öz 

bədii  ifadəsini  tapmışdır.  Həmin  mövzuda  qələmə  alınan  şeirlər,  şübhəsiz 

aparıcı yer tutmuşdur. 

Təsəvvüfdə  fani  aləmdə  insan  dörd  insürdən  ibarətdir  və  bu  ünsürlər 

ona  əmanət  olaraq  verilmiş  və  qəlib  kimi    ruhu  saxlamaq  üçün  vacibdir. 

İnsanı ölümsüz edəcək qüvvə ilahi varlığın ona bəxş etdiyi ruhdur (candır). 

Mövlanada ruh, əslindən qopmuş neyə bənzədilir: ney də qəmlidir, külldən 

ayrıldığına görə üzgündür, ruh da. Onları bu hala gətirən ayrılıqdır: 

Dinle neyden kim hikȃyet etmede 

Ayrılıklardan  şikȃyet etmede... 

Ruh bir gün yenə öz əslinə dönəcəkdir, o zaman öz müstəqilliyinə və 

azadlığına qovuşacaqdır. Bu səbəbdən də ruh, onu qəfəsdə tutan “can evi” 

ilə,  yəni  bədənlə  mücadilə  halındadır.  Maddi  olmayan  ruha,  türk 

mütəsəvvüfləri  “gönül”  də  demişlər.  Başqa  sözlə,  sufilərdən  ötrü  insanın 

təkamülü  və  daha  yüksəklərə  ucalması  ruh–könül  üçündür.  Sufilər  ağıla 

əsla  önəm  verməzlər.  Buna  görə  də  təsəvvüfdə  könül  incitmək  böyük 

qəbahət  sayılır  və  inanca  görə,  Allah  belələrini  cəzalandırar.  Könül  sahibi 

mömin,  ağıl,  eşq  və  intuisiya  qabiliyyətinin  yardımı  ilə  müəyyən  mənada 

ilahi qüdrətin sirlərindən xəbərdar ola bilir.  

Mütəsəvvüflərə görə, insanlar öz əməli davranışlarına görə üç bölümə 

ayrılır:  zəlillər,  saliklər,  ərənlər.  Zəlillər  zəlalət  içindədirlər,  bəsirət,  qəlb 

gözləri  olmadığı  üçün  kordurlar,  ilahi  nurdan  məhrum  qaldıqlarından 

qaranlıq  içindən  çıxa  bilməzlər,  çünki  mənəviyyat  cövhərindən  xəbərləri 

yoxdur. Saliklər mürşidlərinin yolu ilə getdikləri üçün qurtuluşa çıxacaqlar, 

müəllimləri onlara haqq yolunu göstərəcəkdir. Ərənlər isə təsəvvüfdə ən ali 




21 

 

məqama – fənafillah (



Allahın varlığında yox olmaq)

 mərtəbəsinə yüksəlmiş 

şəxslərdir. 

Sufi  üçün  ən  ümdə  pillə  “ifna-yi  nəfs”,  yəni  nəfsin  öldürülməsi 

mərhələsidir. Bu pillədə salik, tədricən özünün dünyəvi hisslərini cilovlayıb 

ram  etməyə,  sonunda  onu  yox  etməyə  nail  olmalıdır.  Sufilər  könül  evini 

“masivadan”  (Allahdan    başqa    hər  şey  masiva  adlanır)  təmizləyənləri 

onları  fani  dünya  ilə  bağlayan  əlaqələri  tam  üzənlər  kimi  qəbul  etmişlər. 

Başqa  sözlə,  onlar  nəfsi  ifna  etmişlər.  Nəfsi  öldürməyin  qısa  yolu  eşqdən 

keçir.  Mütəsəvvüflərə  görə,  insan  bir  çəmbərin,  çevrənin  içərisindədir. 

Çevrənin  fövqündə  Allah  vardır.  İnsan  yalnız  ətrafındakı  çəmbərin 

hüdudlarını  aşmaqla  Allaha  qovuşa  bilər.  Bu  proses  mərtəbə-mərtəbə 

gerçəkləşə  bilər  və  onları  keçmək  insandan  səbr,  mətanət,  iradə  və 

fədakarlıq tələb edir. Sufilərin zənnincə, salik üçün əsas üç mərhələ, yaxud 

mərtəbə önəmlidir: elmül-yəqin; eynül-yəqin; həqqül-yəqin

Hacı  Bayram  Vəli  sadə  danışıq  dili  ilə  qeyd  olunan  mərhələləri 

dahiyanə şəkildə təsvir etmişdir: 

Bayram özüni bildi

Bileni anda buldu. 

Bulan ol kendü oldu

Sen seni bil, sen seni. 

II  fəslin  ikinci  yarımfəsli  “Təsəvvüf  ədəbiyyatında  şeir  sistemi” 

adlanır.  Burada  qeyd  olunur  ki,  ilahi,  nəfəs,  devriyyə,  nutuk,  hikmət, 

şathiyyat  kimi  əsasən  heca  və  az  miqdarda  əruz  vəznli  özünəməxsus  şeir 

növləri ilə zəngin olan təkkə xalq ədəbiyyatından fərqli olaraq, yazılı türk 

təsəvvüf  ədəbiyyatının  sırf  özünəməxsus  şeir  janrları  və  şəkilləri  yoxdur. 

Yazılı dünyəvi divan poeziyasında olduğu kimi türk təsəvvüf ədəbiyyatında 

da  ən  önəmli  yeri  əruz  vəznində  yazılmış  şeir  janrları  və  şəkilləri  tutur. 

Türklərin kütləvi şəkildə müsəlmanlaşmasından sonra, təxminən X yüzildə 

yavaş-yavaş əruz vəzni türk şeirinə nüfuz etməyə başlamışdır. Bu dövrlərdə 

əruzla  yazılmış  türkcə  şeirlər  vəzn  baxımından  heca  vəzninə  bənzəyir. 

Türkdilli  şairlər  xüsusi  diqqətlə  mütəqarib,  rəməl  və  həzəc  bəhrlərinin 

uyğun  təfilələrində  şeirlər  yazmışlar.  Məsələn,  Yusuf  Has  Hacibin 

“Qudadqu Biliq”, Əhməd Yüknəkinin “Ətibətül Həqaiq” əsərləri mütəqarib 

bəhrindəki  “fə’ulün,  fə’ulün,  fə’ulün  fə’ul”  təfiləsində  yazılmış  və  11 

hecalıq şeir formasını xatırladır: 

Könül kimni olsa körür közde ol 

Közin kanca baksa uçar yüzde ol 



22 

 

Könülde negü erse arzu tilek 



Ağız açsa barça tilin sözde ol. 

Qeyd etmək lazımdır ki, bir-birinə yad olan iki müxtəlif sistemli dildə 

vəzn sistemi fərqli olmuşdur və ona görə ərəb dilinə məxsus olan əruz ilk 

dövrlərdə  türk  şeirində  böyük  təqdir  qazanmamış,  türk  dilində  uzun 

saitlərin  olmaması  əruz  vəznində  şeir  yazmağı  çətinləşdirmişdir.  Burada 

əsas problem ondan  ibarət idi ki,  şairlər əruzu türk  dilinə yox, türk  dilini 

əruza uyğunlaşdırmağa çalışırdılar və bunun nəticəsində türk dili tədricən 

xalq danışıq dilindən uzaqlaşdırılır, ədəbi dilə çox sayda ərəb və fars sözləri  

gətirilir,  dilə  yad  olan  qaydalar  ortaya  çıxırdı.  Həmin  prosesin  nəticəsi 

olaraq XV-XVI əsrlərdə əruz türk şeirində artıq hakim mövqe qazanmışdı. 

Bu dövrün  ədibləri sadəcə türk ədəbiyyatında deyil, bütövlükdə Yaxın və 

Orta Şərq ədəbiyyatında nüfuz sahibi idilər. 

Türk  təsəvvüf  şeirində  bu  dilin  əruza  uyğunlaşması  üçün  türk 

mütəsəvvüfləri  digər  şairlər  kimi  müxtəlif  ədəbi  üsullardan  istifadə 

edirdilər. Bu yarımfəsildə həmin üsullardan ən geniş şəkildə istifadə olunan 

üçü –  “qovuşma” anlamına gələn səssizlə bitən sözün son səsinin səsliylə 

başlayan  digər  sözün ilk  hecası ilə  birgə  oxumağa  imkan  yaradan  “vəsl”

türk mənşəli sözləri əruzun tələbinə və bəhrin təfiləsinə uyğun olaraq süni 

şəkildə  uzatma  mənasına  gələn  “imalə”  (“imale-i  məksur”  və  “imale-i 

məmdud”)  və  uzun  hecanın  qısa  tələffüzü  demək  olan  “zihaf”  divan 

şairlərinin əsərlərindən konkret nümunələr gətirilərək  nəzərdən keçirilir. 

II fəsilin sonuncu – üçüncü yarımfəsli “Anadolu bölgəsində təsəvvüf 

ədəbiyyatı”  adlanır.  Birinci  bölümdə  şərh  olunan  təsəvvüfün  başlıca 

prinsipləri  bu  yarımfəsildə  XIII-XV  əsrlər  Anadolusunun  ən  məşhur  türk 

mütəsəvvüf-şairləri  Əhməd  Fəqih,  Şəyyad  Həmzə,  Cəlaləddin  Rumi, 

Yunus  Əmrə,  Sultan  Vələd,  Aşıq  Paşa,  Süleyman  Gülşəhri,  Süleyman 

Çələbi və digərlərinin şeir və məsnəvilərinin təhlili müstəvisində tədqiq və 

təhlil edilmişdir. 

Burada  qeyd  edilir  ki,  Anadoluda  təsəvvüf  XIII  əsrin  əvvəllərindən 

etibarən  çox  sürətlə  yayılmağa  başlamışdır.  Bunun  başlıca  səbəblərindən 

birincisi  o  idi  ki,  türklərin  İslamı  qəbulundan  sonra,  başında  dini  liderləri 

duran  xristianlar  onlara  qarşı  xaçlı  yürüşlərini  təşkil  edirdilər.  Belə  bir 

vəziyyətdə,  türklərin  də  arasından  millətə  mənəvi  dəstək  verən  dini 

xadimlər meydana çıxırdı. Bu dini xadimlər öz fəaliyyətləriylə bir tərəfdən 

din  uğrunda  vuruşanlara  hünər  verir,  o  biri  yandan  da  təsəvvüfün 

yayılmasına səbəb olurdu. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə