ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

26 

 

müəlliflərinin  adı  ilə  tanınır:  Divani-Qalib  (yaxud  Şeyx  Qalib  Divanı), 



Divani-Şeyxi, Divani-Nədim və s. Xatırladaq ki, divan şairin özü tərəfindən 

tərtib  edildiyi  kimi,  bəzən  ölümündən  sonra  başqası  tərəfindən  də  tərtib 

oluna bilərdi. 

XIII  əsrdən  başlayaraq  türk  divanlarının  tərtibində  ərəb  və  İran 

ənənəsinə bağlılıq, yaxud onu təqlid etmək aydın şəkildə görünür. Belə ki, 

ərəblər və iranlılar divan şeirlərini sözlərin son hərfinin əlifbadakı düzülüşü 

əsasında tərtib etdikləri kimi, türklər də eyni  üslubu tətbiq etmişlər. Başqa 

sözlə,  öncə  “əlif”,  sonra  “be”,  sonra  “cim”  və  bu  qayda  üzrə  əlifba 

sıralanması ilə divan tərtib etmişlər. Belə tərtib prinsipi türk ədəbiyyatında 

“hurufi-heca” adlanır. Buna bənzər hallar sonrakı dövrlərə aid olan şairlərin 

divanlarında davam etdirilir. XIV-XV əsrlərdə Əhmədi, Aşıq Paşa, Şeyxi, 

Sultan Vələd, Necati və başqa şairlərin divan şeirlərinin tərtibi prinsipi ərəb 

sisteminin  standartları  çərçivəsindən  kənara  çıxmır.  Bu  prinsipin  başlıca 

tələbinə görə, mürəttəb divanda öncə dibaçə (müqəddimə), sonra qəsidələr 

(tohid,  münacat,  nət,  mədhiyyə,  fəxriyyə),  tarixlər  (maddeyi-tarix), 

müsəmmətlər  (tərkib-bənd,  mürəbbe,  təxmis  və  s.),    qəzəllər,  qitələr 

(müqəddat, mətlə, müəmma, lüğəz, müfrəd, azadə və s.), nəhayət, rübailər 

gəlir.  Türk  ədəbiyyatı  tarixində  klassik  divanın  tərkibində  bu  prinsip 

həmişə ənənə kimi qorunub saxlanılmışdır.  

Divan  ədəbiyyatının  tələbinə  görə,  bütün  hərflərə  aid  otuz  bir  şeir 

yazılmalıdır.  Mütəxəssislər  qeyd  edirlər  ki,  türk  xalqları  ədəbiyyatında 

Əlişir  Nəvai  və  Məhəmməd  Füzuli  istisna  olmaqla  bu  tələbə  riayət  edən 

şair olmamışdır. 

Divanda  müəllifin  rəyinə  görə,  əhəmiyyətli  tarixi  hadisələrlə  bağlı 

“maddeyi-tarix” adlanan şeirlərə də rast gəlmək olar. Bu növ şeirləri bəzən 

“qiteyi-kəbirə”  adlandırmışlar.  Qəsidələr  şəklində  yazılmış  tarixlərə  az 

təsadüf  edilir.  Türk  divan  ədəbiyyatında  geniş  təsadüf  edilən  şeir 

növlərindən biri, başqa şairlərin şeirlərinin dördlənməsi (tərbi), beşlənməsi 

(təxmis),  altılanması  (təşdiş)  hallarıdır.  Bu,  klassik  ədəbiyyatda  təzmin 

adlanır  və  əvvəlki  şairlərə  ehtiram  əlaməti  olaraq  yazılır.  Ümumiyyətlə, 

türk  şairlərinin  divanlarında  əsas  yeri  qəzəllər  təşkil  edir,  lakin  Nəfinin 

divanında olduğu kimi, qəsidələrin üstünlük təşkil etdiyi divanlara da rast 

gəlmək olur. 

Divanların son qismində həcmcə kiçik olan əsərlər yer alır: qitə, beyt, 

rübai  və  s.  Bu  bölmə  “mukəllat”  adlanır  və  lüğəz,  müəmma,  müfrəd, 

beytlər  (əbyat),  misralar  (məsari)  da  bu  qəbildəndir.  Divan  şeirlərində 




27 

 

qəzəllərdən  sonra  sayca  çox  olan  şeir  növü  “rübai”  olduğu  üçün  onları  da 



əlifba  sırası  ilə  yerləşdirirlər.    Qeyd  olunan  sıralanma  ənənəvi  olsa  da 

burada  müəyyən  dəyişiklik  də  ola  bilər.  Məsələn,  divan  şairlərinin  böyük 

əksəriyyəti öz divanlarını “münacat” və “nət”lə başladıqları halda, Baqi və 

Nədimin  divanlarında  bunlar  yoxdur.  Osmanlı  xanədanlığında  ən  güclü 

sultan  olmuş  Qanuni  Sultan  Süleymanın  “Sultanüş-şüəra”  rütbəsi  verdiyi 

Baqinin ən böyük arzusu Şeyxülislam olmaq idi, lakin onun dini məzmunlu 

şeirlər yazmaması qəribə görünür. 

Divan  şeirlərinin  əksəriyyəti  məsnəvi  şəklində  qafiyələnir.  Türk 

şairlərinin  məsnəvi  forması  seçməsi  təsadüfi  deyil.  Bu  forma  qafiyə 

baxımından  asan  olmaqla,  həm  də  epik-lirik  səpkili  təhkiyə  üçün  geniş 

imkan  yaradır.  “Aa”,  “bb”,  “cc”  prinsipi  üzrə  qafiyələnən  şeirdə  bütün 

düşüncə  və  duyğuları  rahatlıqla  ifadə  etmək  mümkündür.  İstər  dini  və 

irfani,  istər  məhəbbət,  istərsə  də  həmasi  (qəhrəmanlıq)  motivləri  olsun, 

məsnəvi  istinasız  olaraq  bütün  poetik  janrlara  rahatlıq  gətirmiş,  oxucu  və 

dinləyicinin diqqətini cəlb edə bilmişdir. 

Məsnəvi, ərəbcədən “isna”- iki sözündəndir. Mövlananın məşhur əsəri 

də  beytin  misralararası  qafiyələnmə  prinsipinə  görə  bu  adla  tanınmışdır. 

Bundan  başqa,  “məsnəvi”  şeir  şəklində  yazılan  fərqli  şeir  növləri  də  var. 

Məsələn,  tək  qafiyəli  olan  şeirlər:  qəzəl,  qəsidə,  müstəzad,  qitə,  yaxud 

bəndlərdən  ibarət  tək  bəndli  şeirlər:    rübai,  tüyuğ;  çoxbəndli  şeirlər: 

mürəbbe,  tərbi,  müxəmməs,  tərdiyə,  təxmis,  təşdiş,  müsəmma,  mütəssa, 

müəşşər.  

Divan  ədəbiyyatının  leksik  tərkibini  araşdırsaq,  müxtəlif  dövrlərdə 

yaşamış şairlərin təxminən eyni söz və ifadə qəliblərindən yararlandığının 

şahidi olarıq. Məsələn, tuti, şəkər, gül, bülbül, qədəh, şərab, peyman, əhd, 

vəfa,  cəfa,  şəbi-hicran,  vüsal,  şam,  pərvanə,  sərv,  qumru,  əğyar,  qəvvas, 

xar, xiridar, zimistan, xəzan, viran, tərki-dünya, tənhalıq, peşmanlıq, avarə 

və  s.  Zaman  keçdikcə  ərəb,  fars  dillərindən  alınma  sözlər  türk  Divan 

ədəbiyyatını, onun ifadə tərzini zənginləşdirməklə yanaşı, həm də onun dil 

və üslubunu bir qədər ağırlaşdırmışdır.  

Qeyd  edək  ki,  şairlər,  hər  şeydən  öncə,  öz  mühit  və  zəmanələrinin 

sosial  mühitində  yetişmişlər.  Bu  baxımdan  türk  Divan  ədəbiyyatının  şeir 

texnikasında  və  estetikasında  onların  düşüncə  tərzinin  formalaşmasında 

önəmli rolu olan məkan və mühitin güclü təsirini nəzərdən qaçırmaq olmaz. 

Məsələn, bu baxımdan Anadolu və Azərbaycanda yetişmiş şair və ədiblərin 

ifadə  tərzlərində  müəyyən  fərqlilik  var.  Əgər  Teymurilər  və  Osmanlılar 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə