ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   ...   8   9   10   11   12   13   14   15   16

30 

 

Gülzara salın mevsimidir geştü güzarın 



Ver hükmünü ey servi revan köhne baharın 

Dök zülfünü sammur giyinsin ko izarın 

Ver hükmünü ey servi revan köhne baharın. 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  “şərqi”  türk  xalq  ədəbiyyatındakı 

“türkü”nün qarşılığı kimi dəyərləndirilir. Quruluşu və qafiyələnməsinə görə 

“mürəbbe”ni xatırladır: aaaa, bbba, ccca… Bəstələnmək üçün yazıldığından 

çox  uzun  olmur,  dördlüklərin  sayı  üçlə  beş  arasında  dəyişir.  Şərqi  geniş 

xalq kütlələrinə xitab etdiyi üçün dili sadədir. 

Fəslin  yekununda  qeyd  olunur  ki,  türk  divan  poeziyasında  beyt 

əsasında yazılan şeir növləri sayca az olsa da (5 növ) daha geniş işlənmiş 

forma  kimi  diqqəti  cəlb  edir.  Bənd  əsasında  düzələn  şeir  növlərinin  sayı 

çox  olsa  da  (20  növ)  beyt  əsaslı  janrlara  nisbətən  onlara  müraciət  edən 

sənətkarlar  az  olmuşdur.  İstər  beyt,  istərsə  də  bənd  əsasında  yazılan  şeir 

ənənəsi  ərəb  və  fars  ədəbi  qəliblərindən  qaynaqlanır.  Bununla  yanaşı,  

türklər  həmin  şeir  şəkillərində  öz  bədii  zövqlərini  bəyan  etmiş,  həm  də 

yaradıcılıq prosesində “tuyuğ” və “şərqi” kimi yerli-milli poetik janrlardan 

də faydalanmışlar.   

Dissertasiyanın  sonuncu  –  IV  fəsli  “Türk  Divan  poeziyasının 



poetikası” adlanır. Burada qeyd olunur ki, zaman axarında mədəniyyətlərin 

bir-biriylə  qarşılıqlı  təması  və  təbii  ki,  ərəb-fars-türk  xalqlarının  ədəbi 

əlaqələri  nəticəsində  sinkretik  müsəlman-şərq  poeziyası  öz  forma  və 

məzmun  zənginliyi  ilə  seçilir.  Həmin  poeziyanın  nəzəri  əsaslarının 

öyrənilməsi məqsədi ilə hələ öz dövrlərində əsasən ərəb və fars, sonralar isə 

qismən  türk dilndə bir sıra əsərlər yazılmışdır. Türk divan şeirinin növ və 

janrları  kimi,  onun  poetikası  və  bədii  obrazlar  sisteminin  təhlili  nəzəri 

baxımdan  ərəb  və  fars  qaynaqları  əsasında  aparılır,  ancaq  bu  poeziyanın 

dəyərləndirilməsində  yerli  dil-üslub  və  bədii  zövqün  əhəmiyyətinə  də 

xüsusi  diqqət  yetirmək  lazım  gəlir.  Belə  ki,  qədim  türk  ədəbi  ənənəsi 

klassik  türk  poeziyasına  nüfuz  etdiyindən  bu  poeziya  mürəkkəb  estetik-

ədəbi  kompleksdən  ibarətdir.  Yuxarıda  qeyd  edildiyi  kimi,  onun 

yaranmasına  İslam  mədəniyyətinin,  türk  və  irandilli  xalqların  ədəbi 

əlaqələri mühüm təsir göstərmişdir. Klassik türk poeziyasının əsasını ərəb-

fars poetikası, onun əruz-qafiyə sistemi və bədii qəlibləri təşkil edir. Türk 

divan şeirinin Şərq bədii-estetik qəlibləri üzrə formalaşmasında klassik fars 

ədəbiyyatı və poetikasının təsiri daha çoxdur. 

Bu bölmədə Şərq poetikasının iki əsas qolu, yəni həm əruz və qafiyə 




31 

 

sistemi,  həm  də  bədii-poetik  qəlibləri  ətraflı  şərh  olunur.  Qeyd  edilir  ki, 



türk  divan  ədəbiyyatının  poetikası  zəngin  obrazlar  sistemini  əhatə  edir  və 

bu  sistemin  əsasları  ərəbcə  və  farsca  yazılan  nəzəri  qaynaqlarda  öz  əksini 

tapmışdır.  Şərq  xalqlarının  ədəbi  irsində  və  xüsusilə  poeziyada  yer  tutan 

əruz vəzni və şeir formaları ilə yanaşı, şairlərin işlətdiyi poetik qəliblər və 

bədii  ifadə  vasitələri  arasında  da  davamlı  bir  ənənənin  olduğunu  görürük. 

Deməli,  nəzəri  sistemin  kökü  birdir:  iranlılar  həmin  sistemi  ərəblərdən 

alaraq  öz  bədii  mirasına  uyğun  şəkildə  yeniləşdirmiş  və  elə  ilk 

başlanğıcdan fars bədiyyatı ərəb poetikasından fərqlənmiş, bir sıra hallarda 

isə  poetik  qəliblərin  tərkibi  dəyişmişdir.  Türklər  isə  klassik  poetikanın 

qəliblərini daha çox iranlı sənətkarlardan alaraq onları öz milli ədəbi irsinə 

uyğunlaşdırmışlar.  

Nəticədə  belə  bir  ümumi  qənaət  hasil  olur  ki,  klassik  Şərq 

poeziyasında şeir texnikasının əsasları əruz və qafiyə sistemində öz əksini 

tapırsa,  onun  bədii  obrazlar  sisteminin  nəzəri  bazasını  bəlağət  elminin 

tərkib  hissələri  təşkil edir. Üç  dildə  yazılan  əsərlərdə təmsil olunan  həmin 

poetik sistem bir çox cəhətdən müştərək xarakter daşıyır. 

Bu  fəsildə  görkəmli  şərqşünasların,  təsəvvüf  və  poetika  məsələləri 

üzrə  tanınmış  mütəxəssislərin  elmi-nəzəri  düşüncələrinə  istinadən  qeyd 

edilir ki, bəlağət elmi ərəb dünyasında yaransa da onun inkişafı farsdilli və 

türkdilli  ədəbiyyatla  bütövləşərək  müsəlman  xalqlarının  poetik  sisteminin 

ümumi  nəzəri  əsasları  kimi  formalaşmışdır.  İslamdan  öncə  türkdilli 

poetikanın  zəngin  milli  ənənələri  olub.  İslamdan  sonrakı  dövrdə  yerli  dil-

üslub  və  milli  köklərə  söykənən  türk  poetikası  eyni  zamanda  ərəb-

müsəlman  poetikasının  ümumi  prinsip  və  qanunlarından  faydalanmış, 

həmin poetikanı bir növ doğmalaşdırmışdır. 

Burada  türk  divan  poeziyasının  bədii-poetik  gözəlliyinin  dərki  və 

dəyərləndirilməsi  üçün  klassik  bəlağətə  dair  kateqoriya  və  qəliblərə 

əsaslanmaq  lazım  gəlindiyi  vurğulanır.  Klassik  poetikanın  qanun  şəklinə 

salınmış bədii ifadə sistemi isə ilk növbədə, söz və məna əlaqəsi üzərində 

qurulan  ərəb  bəlağətinə  əsaslanır.  Bütövlükdə  isə  divan  şairlərinin 

işlətdikləri mühüm bədii sənətlər və poetik qəliblər əsasən iki böyük qrupa 

ayrılır: 

1.  Bədii  təsvirdə  xüsusi  yer  tutan  və  klassik  poetikada  “bəyan” 

bölməsində verilən poetik qəliblər. 

2.  Bədiyyat  bölməsinə  daxil  edilən  poetik  vasitələr  ki,  bunlar  da  öz 

növbəsində  iki  qismə  bölünür:  a)  Söz  (ləfzi)  gözəllikləri;  b)  Məna 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə