ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   ...   8   9   10   11   12   13   14   15   16

28 

 

sarayında  yaşayan  şairlər  daha  təmtəraqlı  və  daha  qəliz  yazırdılarsa, 



Səfəvilər  sarayında  yaşayan  şairlər,  əksinə,  mümkün  qədər  sadə,  ərəb-fars 

izafət  tərkiblərindən  nisbətən  azad,  danışıq  dilinə  daha  yaxın  bir  üslub 

seçmişdilər. 

III fəslin ikinci yarımfəsli “Divan  poeziyasında  beyt  əsaslı  janrlar” 

adlanır.  Qeyd edilir ki, türk Divan ədəbiyyatında yer alan əbəbi növlər və 

şeir  şəkilləri  ərəb  poetik  sisteminə  xas  olan  ənənələr  əsasında 

formalaşmışdır. Ərəb poeziyasında şeirin əsası beyt üzərində qurulmuşdur 

və bu ənənə hələ cahiliyyə poeziyasında təşəkkül etmişdi. 

Məlumdur  ki,  beyt  iki  eyni  vəznli  misra  əsasında  düzələn,  intonasiya 

və  məzmun  baxımından  bitkin  olan  şeir  vahidi  olaraq  tanınır.  Bu 

yarımfəsildə beyt əsaslı janrlar və şeir şəkilləri –  qəzəl janrı  və onun türk 

divan  poeziyasında  ən  çox  işlənən  növləri  (rədd-i  mətlə,  yek  ahəng,  yek 

avaz,  müzəyyəl,  müləmmə,  müştərək,  müsəmmət,  mükərrər,  nəzirə); 

qəzəldən törəyən müstəzad  və onun  və cüt adlanan iki növü;  qəsidə janrı  

və  onun  bölümləri  (nəsib,  yaxud  təşbib;  girizgah  ya  da  giriz;  mədhiyyə;  

təğəzzüldür;  fəxriyyə;  dua);  qitə  janrı  və  çeşidləri;  məsnəvi  şeir  şəkli  və 

onun  bölümləri  XIII-XV  əsr  şairlərinin  əsərlərindən  götürülmüş  konkret 

nümunələrlə təhlilə cəlb olunur.   

Qeyd edilir ki, qəzəlin həcmi barədə dəqiq ölçü meyarı olmasa da  ən 

az  beş,  ən  çox  on  beş,  orta  mükəmməl  həcmi  yeddi  beytdən  ibarət  olur. 

Nadir  hallarda  türk  Divan  poeziyasında  on  beş  beytdən  uzun  qəzəllərə 

təsadüf  edilmişdir.  Belə  qəzəllərə  türk  ədəbiyyatında  “qazel-i  mutəvvəl” 

deyilir. Taceddin İbrahim Əhmədi, Ahmed Paşa, Karamanlı Nizami, Pertöv 

Paşa  türk  Divan  ədəbiyyatında  uzun  qəzəllər  yazmaqla  fərqlənən  şairlər 

kimi qeyd olunur. Bu yarımfəsildə türk divan ədəbiyyatında geniş yayılmış 

beyt əsaslı nəzm şəkillərindən olan məsnəvi üzərində ətraflı dayanılır. Qeyd 

edilir  ki,  türk  ədəbiyyatında  məsnəvi  formasında  yüzlərlə  müxtəlif  həcmli 

və  fərqli  mövzulara  aid  əsərlər  yazılmışdır  (dastanlar,  poemalar,  didaktik-

əxlaqi  əsərlər,  şəhrəngizlər  və  s.).  Divan  ədəbiyyatında  məsnəvi  şəklində 

yazılmış lirik şeirlərə də təsadüf olunur. 

Məsnəvilərin  başlanğıcı  adətən  qəsidələrdə  olduğu  kimidir.  Türk 

Divan ədəbiyyatında məsnəvidən əsasən aşağıdakı mövzulara aid əsərlərin 

yazılışında  istifadə  olunmuşdur: a) Dastanlar;  b) Dini-təsəvvüfi əsərlər; c) 

Eşq əfsanələri 

   Məsnəvilərdə üç bölüm mövcuddur: giriş, əsas mövzu və son bölüm. 

Giriş  hissəsi  də  öz  növbəsində  aşağıdakı  hissələrdən  ibarət  olur:  Bəsmələ 




29 

 

(Allahın  adı  ilə  başlanğıc);  Tovhid  –  Allahın  birliyi  barədə  şeir  parçası; 



Münacat – Allaha xitab və dua; Nət – Hz. Peyğəmbərin tərifi; Merac – Hz. 

Peyğəmbərin Meracının təsviri; Möcizat - Peyğəmbərin möcizələri; Mədh-i 

Çahar-yar  –  Dört  xəlifənin  tərifi;  Mədhiyyə  -  Padişah  için  mədh;  Səbəbi-

təlif – əsərin yazılma səbəbi. 

Bu  yarımfəsildə  XIII-XV  əsrlərin  ən  məşhur  məsnəvi  sənətkarları  və 

onların məsnəviləri –  Mövlanə Cəlaləddin Rumunin “Məsnəviyi-mənəvi”, 

Şəyyad  Həmzənin  “Yusif  və  Züleyxa”,  Yunus  Əmrənin  “Risalətün-

nushiyyə”,  Aşıq  Paşanın  “Qəribnamə”,  Əhməd-i  Dainin  “Cəngnamə”, 

Süleyman Çələbinin “Mövlud”, Şeyxinin “Xosrov və Şirin” və “Xarnamə” 

və s. haqqında yığcam şərh və elmi-nəzəri təhlil verilir. 

Burada  dahi  Azərbaycan  sənətkarı  Nizami  Gəncəvinin  türk  epik 

məsnəvi  şeirinin təşəkkülü  və  inkişafındakı  misilsiz  xidmətləri,  türk  divan 

poeziyasının tanınmış nümayəndələrinə, mövzu, forma və ideya-məzmunca 

güclü təsiri məsələsi vurğulanır. 

III fəslin “Divan  poeziyasında  bənd  əsaslı  janrlar”  adlanan üçüncü 

yarımfəslində  türk  divan  ədəbiyyatında  bəndlərdən  təşkil  olunan  şeir 

növləri təhlil edilir. Qeyd edilir ki, türk ədəbiyyatında sadəcə bir bənddən 

ibarət  olan  iki  şeir  janrı  var:  rübai  və  tuyuğ.  Bunlara  bəzən  dördlüklər  də 

deyilir.

 

Çoxbəndli şeir janrları isə daha zəngindir. Bu yarımfəsildə bəndli şeir 



janrlarından: 

Dördlüklər 

(mürəbbelər: 

tərbi, 


şərqi); 

Beşliklər 

(Müxəmməslər:  təxmis,  təştir,  tərdiyə);  Altılıqlar  (müsəddəs);  Yeddiliklər 

(müsəbbə);  Səkkizliklər  (müsəmmən);  Doqquzluqlar  (mütəssə);  Onluqlar 

(müaşşir); Tərkib-bənd;  və  Tərci-bənd  geniş  təhlil  edilir,  dövrün  tanınmış 

şairlərindən  konkret  gətirilən  nümunələr  əsasında  onların  xarakterik  bədii 

xüsusiyyətləri və sənətkarlıq məsələləri işıqlandırılır. 

Bu  yarımfəsildə  klassik  ərəb  və  fars  poeziyasında  olmayan  türk  xalq 

şeir ənənəsinə uyğun  nəzm şəkli “şarkı” (şərqi) üzərində xüsusi dayanılır. 

Qeyd  olunur  ki,  dördlüklərdən  ibarət  bir  nəzm  şəkli  olan  şərqi  Divan 

ədəbiyyatında  geniş  yayılmışdır.  Şərqilərdə  eşq  və  gözəllik  mövzuları 

tərənnüm edilir. Burada təbiət təsvirlərinə də yer verilir. Birinci dördlüyün 

son  misrası  bütün  dördlüklərin  sonunda  təkrar  olunur.  Təkrar  olunan  bu 

misra “nəqarət” adlanır. Şərqidə şairlər bəndlərdəki üçüncü misraya xüsusi 

önəm  vermişlər.  Qəbul  olunmuş,  lakin  yazılmamış  qaydaya  görə, 

bəndlərdəki  üçüncü  misra,  ən  yaxşı  misra  olmalı  idi.  Bu  misra  “miyan” 

adlandırılırdı. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə