ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   ...   8   9   10   11   12   13   14   15   16

32 

 

gözəllikləri. 



Burada  o  da  qeyd  edilir  ki,  keçmiş  sovetlər  dövründə  ədəbiyyat 

nəzəriyyəsinə  həsr  olunmuş  kitablarda,  bir  qayda  olaraq,    “bədii  təsvir 

vasitələri” adı altında, əsasən, bənzətmə, məcaz, istiarə, kinayə və s. poetik 

formalar verilmiş, ancaq onların Şərq poetikasına və “bəyan” bölməsinə aid 

olması haqqında söz açılmamışdır. 

IV  fəslin  “Bəyana  aid  poetik  vasitələr”  adlı  birinci  yarımfəslində 

göstərilir  ki,  Şərq  poetikasında  “bəyan”  adlanan  bölmədə  dörd  əsas  poetik 

kateqoriya diqqəti cəlb edir: təşbeh, istiarə, məcaz və kinayə. Bunların çoxlu növləri 

və  modifikasiyası  (şəkil  dəyişməsi)  vardır.  Həmin  poetik  kateqoriyalar  türk  divan 

ədəbiyyatında  mətnə  obrazlılıq  verir,  əsərin  emosional-ekspressivliyini 

qüvvətləndirir,  məzmun  və  mətləbin  oxucuya    çatdırmasında  onun  təsir  gücünü 

artırır. 

Burada qeyd olunur ki, türk divan  ədəbiyyatında  mənzum əsərlərin sayı 

mənsur  əsərlərdən  çoxdur.  Bu  fərqin  səbəbini,  ilk  növbədə,  insan 

psixikasında  axtarmaq  lazım  gəlir.  Kimliyindən  asılı  olmayaraq  insan  ən 

duyğulu, kövrək, həyəcanlı anlarında şeirə üstünlük verir, ona elə gəlir ki, 

onun hisslərini və duyğularını məhz şeir daha yaxşı, daha dolğun ifadə edir. 

Buna görə də türk divan ədəbiyyatında ən bəlağətli ifadə tərzi, ən mürəkkəb 

məcazlar  sistemi  və  başqa  bədii  ifadə  və  təsvir  vasitələri  şeirlərdə  əks 

olunmuşdur.  İnsan tərbiyəsində  mühüm  rol  oynayan,  ibrətamiz  əhəmiyyət 

daşıyan eyham  və kinayələr, mübaliğə və təzadlar sistemi, işarə və rəmzlər 

də şeirlərin əsasını təşkil etmişdir. 

Bu yarımfəsildə türk divan poeziyasında geniş şəkildə işlədilən təşbeh 

(bənzətmə)  və  növləri  (tam-müfəssəl  təşbeh;  təşbehi-mücməl  -  müxtəsər  

və ya yığcam təşbeh; müəkkəd teşbeh (təkidli təşbeh); təşbehi-bəliğ (yetkin 

təşbeh); təfzili (üstün) təşbeh);  istiarə və növləri (açıq istiarə; qapalı istiarə; 

təmsili istiarə);  kinayə və növləri (təriz; təşxis və intak); məcaz və növləri 

(məcazi-mürsəl)  kimi  bəyana  aid  poetik  vasitələr  konkret  nümunələr 

əsasında təhlil edilir.  

IV  fəslin  ikinci  yarımfəsli  “Məna  gözəllikləri  (mühəssənati-



mənəvi)”  adlanır.  Burada  qeyd  olunur  ki,  klassik  Şərq  poezyasında  bu 

bölməyə aid poetik qəliblər və vasitələr sözün bədii-estetik məna incəlikləri 

baxımından cilalanmasına xidmət  edir.  Həmin  poetik  qəliblərin sayı  xeyli 

çoxdur və bunların bir qismi geniş işlənir. 

Bu yarımfəsildə ən çox maraq doğuran təzad, mübaliğə, təbliğ, iğraq, 

quluvv, tənasüb (muraatün- nəzir), ləff və nəşr, təcahülül-arif,  hüsn-i talil, 




33 

 

tovriye  –  ilham,  istixdam,  sehri-həlal,  istidrak,  istifhəm,  təlmih,  irsali-



məsəl, iqtibas, cəm və təfriq, təzmin, təqriz – takriz, həşv kimi 20-yə yaxın 

qəlib tədqiqata cəlb edilmiş, dövrün sənətkərlarından gətirilən nümunələrlə 

əyaniləşdirilmişdir. 

IV  fəslin  sonuncu  yarımfəsli  “Söz  gözəllikləri  (ləfzi  gözəlliklər)” 

adlanır. Burada qeyd olunur ki, sözügedən qrupa daxil olan poetik qəliblər 

sözlər  üzərində,  daha  konkret  desək,  sözlərin  forma  və  düzülüşü  əsasında 

qurulur.  Ədəbiyyat  və  poetikanın  əsas  vahidi  sözdür  və  onun  iki  tərəfi 

vardır: sözün forma və şəkli; sözün mənası. Bu iki tərəf bir-birilə bağlıdır 

və ləfzi gözəlliklər adı altında işlənən poetik qəliblər təkcə forma və şəkil 

ilə  məhdudlaşmır,  onlar  sözün  həm  də  bədii  məna  cəhətdən  cilalanmasına 

xidmət edir. Söz gözəllikləri qrupuna daxil olan poetik fəndlərin bir qrupu 

melodik  ünsür  kimi  çıxış  edərək  bəzən  qafiyənin  şeirə  verdiyi  musiqiliyi 

daha da zənginləşdirir. Yəni onlar səs ünsürü kimi melodik-ritmik xarakterə 

malik olur. Bu qrupa daxil olan poetik fəndlərin başqa bir qismi isə beyt və 

ya bənddəki düzülüşünə görə şeirə ahəngdarlıq verir. 

Bu  yarımfəsildə  türk  Divan  ədəbiyyatında  geniş işlənən  təkrir;  tövzi; 

cinas  və  növləri;  qəlb  (təqlib);  iştiqaq;  əks;  tərsi;  ihamül-vəsl;  həzf; 

muvəşşəh (toşih); təcrid; məcduc və ya müzəvvəc; rəddül-əcz aləs-sadr və 

növləri (raddüs-sadr-aləl-əcz, raddüs-sadr-aləl-həşv və ya rəddül-həşv aləl-

ibtida,  raddül-əcz  aləl-ibtida,  raddül-əcz  aləs-sadr,  raddül-ibtida  aləl-əcz, 

raddül-əcz aləs-sadr və əksi);  səc və növləri (səci-mütəərrəf  (adi səc), səci-

müvazinə  (vəznli  və  ya  tarazlı  səc),  səci-mürəssə  (bəzəkli  səc)  kimi  ləfzi 

poetik qəliblər araşdırılır. 

Göründüyü  kimi,  türk  divan  ədəbiyyatında  işlənən  bədii  ifadə 

vasitələri  və  poetik  qəliblər  bütövlükdə  Şərq  poetikası  əsasında,  ərəb  və 

farsdilli  nəzəri  qaynaqlar  üzərində  formalaşmışdır.  Bunlar  əsasən  üç 

qisimdir:  burada  birinci  qisim  daha  mühümdür  və  xəyal  ünsürü  əsasında 

qurulan bədii düşüncənin mahiyyəti klassik poetikada “bəyan”  adı altında 

verilən  obrazlar  sistemi  (təşbeh,  istiarə,  məcaz  və  kinayə)  vasitəsilə 

müəyyən edilir. Qalan iki qisim (məna gözəllikləri və söz gözəllikləri) sözü 

bədii cəhətdən bəzəyən bədiyyata aiddir. 

Dissertasiyanın Nəticə hissəsində tədqiqat işində gəlinən yekun elmi-

nəzəri  qənaətlər  ümumiləşdirilmişdir.  Burada  bir  daha  vurğulanır  ki,  XIII-

XV  əsrlərdə  təşəkkül  tapıb  özünütəsdiq  dövrü  yaşayan  və  XVI-XVII 

əsrlərdə  təkamülə  uğrayaraq  yetkin  biçimə  salınan,  eyni  zamanda  həm 

ideya-məzmun  və  həm  də  bədii-estetik  gözəllik  baxımından  zirvəyə 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə