ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   ...   8   9   10   11   12   13   14   15   16

34 

 

yüksələn türk divan poeziyasının istər janr və növləri, istərsə də  bədiyyat 



və  obrazlar  sistemi  nəzəri  və  praktiki  cəhətdən  qəliblənmiş  klassik  Şərq 

poetik  ənənələri  əsasında  yaranmışdır.  Ancaq  burada  ümumtürk  ədəbi 

ənənələrindən, bədii zövq, dil və üslub xusiyyətlərindən, eləcə də məhəlli-

milli  şeirdən  gələn  məqamlar  da  mühüm  yer  tutur  və  divan  poeziyasının 

estetik yöndə zənginləşməsini təmin edir.  

Türk divan ədəbiyyatında işlənən istər ədəbi növlər və janrlar, istərdə 

də  poetik  qəliblər  və  bədii  vasitələr,  nəzəri  baza  və  quruluş  baxımından 

klassik  ərəb  və  fars  poetik  ənənələrindən  qaynaqlanır.  Türklər,  necə 

deyərlər, qədim köklərə malik öz bədii düşüncə və zövqlərini islam ədəbi-

mədəni mühitində yaranan şeir şəkilləri və bədiyyat qəlibində ifadə etmiş, 

yeni  və  zəngin  bədii  söz  xəzinəsi  yaratmışlar.  Ənənəvi  qəliblər  vasitəsilə 

yeni və gözəl söz  deməklə yanaşı, yüksək estetik zövq aşılamaq türk divan 

şairlərinin əsil sənətkarlıq məharəti kimi dəyərləndirilə bilər. Bu baxımdan, 

divan  şerinin  qeyri-orjinallığını  və  onun  formalizmə  uymasını  iddia  edən 

bəzi Avropa və türk alimlərinin mülahizələrini yanlış hesab edirik. 

Divаn  poeziyasında  müxtəlif  motivlərlə  yanaşı,  insanın  daxili  aləmi, 

onun    gerçəkliyə  və  həyata  şairanə  baxışları,  hiss  və  həyəcanları,  arzu  və 

xəyal dünyası öz bədii ifadəsini tapır. Təkcə ədəbi əsərlərin deyil, digər elm 

sahələrinə  aid  kitabların  da  poetik  üslubda  yazılması  Şərq  xalqlarının,  o 

cümlədən türklərin yüksək bədii-estetik zövqə malik olmasına dəlalət edir. 

Yekunda  bir  daha  vurğulanır  ki,  türk  söz  sənətində  çoxəsrlik  divan 

poeziyası  xüsusi  bir  mərhələ  təşkil  edir.  Türk  divan  poeziyası  bir  sıra 

ümumtürk  və  ümummüsəlman  ənənələrini  ehtiva  etməklə  yanaşı,  quruluş 

tarixi  və  dövlətləşmə  mərhələsi  onun  ilkin  təşəkkül  və  özünütəsdiq  dövrü 

ilə  üst-üstə  düşən  (XIII-XV  əsrlər)  qüdrətli  Osmanlı  İmperiyasının  ədəbi-

estetik məntiqini, ictimai-mədəni həyatını, din və dil mənzərəsini, duyğu və 

düşüncə aləmini son dərəcə dolğun əks etdirir. Bu poeziyanın özünəməxsus 

sənət anlayışı və estetikası, sintaktik fiqurları və məcazlar sistemi, janrları 

və  şeir şəkilləri  vardır.  Araşdırmalarımız  belə  bir  nəticəyə  gəlməyə  imkan 

verir  ki,  Türkiyə  divan  poeziyasının  ilkin  təşəkkülü  və  özünütəsdiq 

mərhələsi  XIII-XV  əsrlərə  təsadüf  edir.  Bu  poeziya  XVI-XVII  əsrlərdə, 

eləcə  də  qismən  XVIII  əsrin  I  yarısında  özünün  dinamik  inkişaf  

mərhələsini  və  zirvə  dönəmini  yaşamış,  XVIII  əsrin  sonlarından  etibarən 

tənəzzülə qədəm qoymuşdur. 

Dissertasiyanın  sonunda  300-ə  yaxın  əsərin,  40-dan  artıq  internet 

resursunun  yer  aldığı  ədəbiyyat  siyahısı  və  45  qaynaq  –  ilk  mənbə 




35 

 

verilmişdir. 



 Dissertasiya  işinin  əsas  elmi-nəzəri  müddəaları  müəllifin  aşağıdakı 

kitab və məqalələrində öz əksini tapmışdır: 



                                     

Kitablar 

1.

 



Türk divan poeziyası: qaynaqları və təşəkkülü. Bakı: Elm və təhsil, 

2014, 184 s. 

2.

 

Türk divan poeziyasının janrları. Bakı: Elm və təhsil, 2014, 128 s. 



3.

 

 Klassik  türk  poeziyasının  qaynaqları.  Bakı:  Elm  və  təhsil,  2015, 



184 s. 

4.

 



Türk  divan  ədəbiyyatı:  poetik janrlar  və  bədii  sənətlər.  Bakı:  Elm 

və təhsil, 2015, 136 s. 



                                                  Məqalələr 

1.

 



Исламские  идеи  в  поэзии  Сулеймана  Челеби  //  Humanitar 

elmlərin  araşdırılmasının  aktual  problemləri,  Bakı  Slavyan  Universiteti,  

Bakı: 2003, №2, s. 99-102. 

2.

 



Переходный  период  в  средневековой  турецкой  литературе  // 

Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı Dövlət Universiteti, 

Bakı: 2007, №1(55), s. 98-100. 

3.

 



Türk Divan ədəbiyyatı: Cəlaləddin Ruminin həyat və yaradıcılığı // 

Humanitar  elmlərin  araşdırılmasının  aktual  problemləri.  Bakı  Slavyan 

Universiteti, Bakı: 2007, №2, s. 117-120. 

4.

 



Şifahi  xalq  yaradıcılığı  və  epos  mədəniyyəti  yazılı  türk 

ədəbiyyatınınn  ilkin  qaynaqları  kimi  //  Elmi  əsərlər.  Naxcıvan  Dövlət 

Universiteti, Naxçıvan: 2008, №4 (24), s. 155-160. 

5.

 



У  истоков  турецкой  письменной  светской  литературы 

«Диван»:  «Кутадгу  Билиг»  Юсуфа  Баласагуни  //  Молодой  Ученый. 

Ежемесячный научный журнал. Чита: 2011, №2, c. 185-190. 

6.

 



Türk  Divan  ədəbiyyatının  qaynaqları  //  Beynəlxalq  elmi-nəzəri 

jurnal. Dil və Ədəbiyyat. Bakı Dövlət Universiteti, Bakı: 2011, №4 (80), s. 

147-151. 

7.

 



Türk  Divan  şeirinin  əruza  uyğunlaşdırılması  üsulları  //  Filologiya 

məsələləri. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Bakı: 2011, №12, 

s. 328-334. 

8.

 



Türk Divan ədəbiyyatı erkən ortaçağda // Azərbaycan arxeologiyası 

və etnoqrafiyası. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bakı: 2011, 

№1, s. 239-243. 



36 

 

9.



 

Anadolu  coğrafiyasında  türk  təsəvvüf  ədəbiyyatına  dair  //  Dövlət 

və Din. İctimai fikir toplusu. Bakı: 2012, yanvar-fevral, s. 121-127. 

10.


 

Türk  Divan  ədəbiyyatında  rəmzlər  //  Xəbərlər.  Elmi-metodik 

jurnal. Bakı Müəllimlər İnstitutu, Bakı: 2012, №1, s. 89-92. 

11.


 

The  influence  of  the  heart  movement  to  the  classical  Turkish 

literature // The Caucasus and the World. Кавказ и мир. Международный 

научный журнал. Тбилиси: 2012, №14, c. 9-13. 

12.

 

Narodzine Tureckiej Literature Dyvanovej // Materialy I Naukovej 



Konferencji.  Poswieconej  540-leciu  nawiazania  oraz  20-leciu  odnowienia 

stosunkow dyplomaticznych miedzy Azerbejdzanem a Polska. Azerbejdzan 

–  Polska.  Warszawa:  13  wrzesnia  2012  roku,  s.127-132.    (Azərbaycan-

Polşa  diplomatik  əlaqələrinin  qurulmasının  540  və  bərpasının  20  illiyinə 

həsr olunmuş Elmi Konfransının materialları). Polşa, Varşava, 13 buraxılış, 

2012-ci il. Varşava: 2012, s. 127-132.  

13.

 

Divan  Ədəbiyyatı,  İslam  və  Təsəvvüf  //  Beynəlxalq  elmi-nəzəri 



jurnal. Dil və Ədəbiyyat. Bakı Dövlət Universiteti, Bakı: 2013, №4 (88), s. 

178-182. 

14.

 

Təsəvvüf fəlsəfəsinin Türk divan  ədəbiyyatındakı rolu // Xəbərlər. 



Azərbaycan Müəllimlər İnstitutu, Bakı: 2013, №4, s. 71-77. 

15.


 

Divan  ədəbiyyatında  şeir  sistemi  //  Dil  və  Ədəbiyyat.  Beynəlxalq 

elmi-nəzəri jurnal.  Bakı  Dövlət  Universiteti,  Bakı,  2014,  №1  (89),  s.  249-

254. 


16.

 

Orta  əsr  Divan  poeziyasında  dini-təsəvvüfi  mövzular  //  Filologiya 



məsələləri, Bakı: 2014, №3, s. 317-323. 

17.


 

Divan poeziyasında beyt əsaslı janrlar və şeir şəkilləri // Filologiya 

məsələləri, Bakı: 2014,  №4, s. 287-294. 

18.


 

Türk  divan  şeirinin  baniləri  //  Filologiya  məsələləri,  Bakı:  2014, 

№8,  s.377-386. 

19.


 

Türk  Divan  ədəbiyyatının  poetikası  //  Milli  Medeniyet  Dergisi, 

Uluslararası Hakemli özel sayı, Afyonkarahisar-Kazan: 2014, №25, s. 192-

199. 


20.

 

Türk divan ədəbiyyatında sufi-şairlər / Ümummilli lider H.Əliyevin 



91 illik yubileyinə həsr edilmiş gənc alim və magistrlərin “Şərq filologiyası 

məsələləri”  mövzusunda  elmi  konfransın  materialları.  Bakı  Dövlət 

Universiteti, Bakı: 2014, s. 27-33. 

21.


 

Türk  ədəbiyyatının  Uyğur  dövrü  //  Filologiya  məsələləri,  Bakı: 

2015, №2, s. 331-335. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə