ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

23 

 

Anadolu türkcəsində bizə məlum olan ən əski sufi şeirləri XIII yüzildə 



yaşamış  Əhməd  Fəqihə  aiddir.  Onun  “Çərxnamə”  məsnəvisi  Anadolu 

türkcəsində elmə bəlli olan ilk təsəvvüf əsəridir. Qeyd olunan əsəri ilk dəfə 

1926-cı  ildə  Fuad  Köprülü,  1956-cı  ildə  isə  Mecdut  Mansuroğlu  tədqiq 

etmişlər.  

 Əhməd Fəqihlə  eyni əsrdə  yaşamış  Şəyyad Həmzənin  əruzla  yazdığı 

əsərləri bədiilik  baxımından  zəif  şeirlər  olsa  da,  o,  türk  ədəbiyyatında  ilk 

eşq məsnəvisi yaratmış mütəsəvvüf sənətkarı kimi tanınır. 

Dövrün, türk və İslam aləminin ən tanınmış sufi şairi isə, heç şübhəsiz 

ki,  Cəlaləddin  Rumidir.  Yaradıcılığı  boyu  o,  müstəqil  düşüncəyə  böyük 

önəm vermiş, insanın ən dəyərli varlıq olduğunu qeyd etmiş, türk olması ilə 

qürur duymuşdur. Onu da qeyd edək ki, o dövrdə fars dili ədəbi dil olaraq 

geniş yayılmışdı, hətta Səlcuqilər türk əsilli olsalar da, saray dili və ədəbi 

dil  farsca  idi.  Əlbəttə,  Orta  əsrlər  islam  dünyasında,  xüsusilə  təsəvvüf 

aləmində  irqi  və  mili  fərqlər  önəmli  deyildi.  Rumi  kimi  böyük  sufi 

şəxsiyyəti  üçün  insanlıq  hər  şeydən  yüksəkdə  dayanırdı.  Mövlana  türk, 

ərəb, fars və yunan dillərini bilən ensiklopedik mütəfəkkir idi. Əsərlərində 

zamanının  fəlsəfi,  riyazi,  sosioloji,  tarixi,  məntiqi  məsələləri  öz  əksini 

tapmış,  əsərləri  və  düşüncələri  dünya  ədəbiyyatı  korifeylərinə  təsir 

göstərmişdir. 

Mövlana Anadolu coğrafiyasında  poeziyanın çox  dəbdə olduğunu  və 

yazdıqlarını bu yerin torpaq  ətirli insanlarına ithaf etdiyini vurğulamışdır. 

O,  düşüncə,  duyğu,  təxəyyül,  mürəkkəb  məcaz  dolu  şeir  sisteminə  dəyər 

vermişdir.  Ən  məşhur  əsəri  25.700  beytdən  ibarət,  “failatün,  failatün, 

failün” (bahri-remel) təfiləsində yazılmış “Mesnevi” əsəridir.  Bütün Şərq 

və  Türk islam təsəvvüf ədəbiyyatının Qurani-Kərim və hədisdən sonra əsas 

ilham  qaynağı  sayılan  “Mesnevi”  əsərindəki  iqtibas  edilmiş  ayələr, 

hədislər,  qissələr,  mənzumələr,  hikmətli  sözlər,  deyimlər  həmişə  dəyərli 

qaynaq  kimi  tanınır.  Bundan  başqa,  “Divan-i  Kebir”  (40.380  beyt),  “Fihi 

ma  fihi”,    “Mektubat”  və  “Mecalis-i  Seba”  adlı  əsərləri  də  eyni  ustalıqla 

yazılmış  və  müəllifinin  ədəbi  şöhrətini  daha  da  yüksəltmişdir.  Şəms 

Təbriziyə  həsr  etdiyi    divanında  toplanan  qəzəllərin  böyük  qismi  səma 

məclislərində ifa üçün yazılmışdır. 

Türk mütəsəvvüfləri arasında adı hörmətlə çəkilən ədiblərdən biri də 

Sultan  Vələddir.  Mövləvilik  təriqətinin  qurucusu  hesab  olunur.  Atası 

Mövlanə Cəlaləddin  Rumidən  fərqli  olaraq,  o,  türk  dilində  daha  çox  əsər 

yazmışdır. Türkcə şeirlərində sadə Anadolu türkcəsini işlətmişdir: 



24 

 

Ölmegi ol denizde görmeyesin, 



Göresin ne ki varsa sormayasın. 

Anda sözler yerinde görmekdir

An kim göz göre ne sormaktır. 

Sultan  Vələd  öz  “Vələdnamə”  əsəriylə  məhşurlaşmışdır.  Bu  kitab  üç 

mənzum  əsərdən  ibərətdir:  “İbtidanamə”,  “Ribabnamə”,  “İntihanamə”. 

Sultan  Vələd  bu  əsərini  atasının  təsəvvüfi  nəzəriyyəsinin  incələnməsinə, 

onun  həyat  və  yaradıcılığına  həsr  etmişdir.  Maraqlı  məqamlardan  biri  də, 

əsərin “İbtidanamə” və “İntihanamə” hissələrinin sonunda müəllifin türkcə 

şeirlərə,  “Ribab-namə”nin  sonunda  türkcədən  başqa,  yunanca  da  şeirlərə 

yer verməsidir.  

Mübaliğəsiz qeyd etmək olar ki, Anadolu türklüyünün möhtəşəm ruh 

dünyasının ilk sırasında  mütəsəvvüf şair Yunus Əmrə gəlir. Yunusa görə, 

təsəvvüf,  ilahi  əxlaqi  keyfiyyətlərə  yiyələnmək,  hər  cür  pisliklərdən 

təmizlənmək,  ruhun  paklanması  və  insanın  kamilləşməsidir.  Yunus  Əmrə 

coşğun  ilahi  eşqin  təsiri  altında  yazıb  yaratmışdır.  O,  dünyəvi  eşqdən 

yüksələrək ilahi eşqə yönələ bilmişdir: 



Dört kitabın manisin okudum ezber itdüm

Aşka gelince gördüm bür uzun hece imiş.  

Yunus Əmrə xalq danışıq dilini duyğu dolu bir biçimdə və bənzərsiz 

şəkildə,  daha  çox  heca  ölçüsündə,  arabir  də  əruz  vəznində  özünəməxsus 

tərzdə ifadə etmişdir. Bu baxımdan o, türk milli ədəbiyyatının banilərindən 

biri sayılır. Yunus Əmrə hər zümrədən olan insana, hər irqdən olan adama 

eyni  dərəcədə  sevgi  bəsləmiş,  onlar  arasında  ayrıseçkilik  göstərməmişdir. 

Onun  şeirlərində  bütünlükdə  bəşəriyyətə  sevgi  hissləri  hakimdir.  Kin, 

ədavət,  qisasçılıq,  həsəd,  dedi-qodu  Yunus  Əmrə  düşüncəsinə  yaddır  və 

sanki  sevgi  ilə  bütün  bəşəri  qardaşlaşdırmaq  istəmişdir.    Demək  olar  ki, 

Orta  Asiyada  Əhməd  Yəsəvi  ilə  başlayan  türk  sufi  poeziyası  Anadoluda 

Yunus  Əmrənin  simasında  özünün    zirvə  nöqtəsinə  çatmışdır.  Tərki-

dünyalığı, faniliyi,  zəhmətin  boşluğunu,  pessimizmi,  nihilist  görüşləri  əks 

etdirən  şairlərdən  fərqli  olaraq,  Yunus  Əmrə  son  nəfəsədək  ümidlə 

yaşamağın,  çalışqanlığın,  hər  şeyin  mümkünlüyünə  inamın,  qardaşlığın  

carçısı  olmuşdur.  İnamla  qeyd  etmək  olar  ki,  bu  cəhətinə  görə  təkkə 

ədəbiyyatı  nümayəndələri  arasında  indiyə  qədər  ondan  üstün  şair 

yetişməmişdir: 

Gelin tanış olalım, 

İşi kolay kılalım. 



25 

 

Sevelim, sevilelim 



Dünya kimseye kalmaz...  

Bu  yarımfəsildə  XIII-XIV  əsrlərdə  Anadoluda  yaşayıb  yaratmış  ən 

tanınmış mütəsəvvüflərindən Aşıq Paşanın yaradıcılığı, xüsusən ən yayğın 

əsəri  1329-cu  ildə  qələmə  aldığı  12000  beytdən  və  on  hissədən  ibarət 

“Qəribnamə”  əsəri  geniş  təhlil  edilir.  Qeyd  olunur  ki,  ərəb-fars  dillərinin 

türklər  arasında  yayıldığı  və  “elm  və  şeir  dili”  olaraq  qəbul  edildiyi  bir 

zamanda  Aşıq  Paşa  “saf  türkcə”  əsərlər  yazmağa  üstünlük  vermiş  və  bu 

cəhdləri uğurlu olmuşdur: 



Türk diline kimseler bakmaz idi

Türklere hergiz günül akmaz idi. 

Türk dahi bilmez idi bu dilleri,  

İnce yolu, ol ulu menzilleri. 

Bu  yarımfəsildə  dövrün  tanınmış  sənətkarı  Mustafa  Darir  (Mustafa 

Zərir),  XV  əsr  Anadolu  türk  ədəbiyyatının  ən  məşhur  “Mövlud”  şairi 

Süleyman  Çelebi  və  onun  “Vəsiltün-nicat”  adlı  mənzuməsi,  eləcə  də  XV 

əsrin  görkəmli  sənətkarları  Kaygusuz  Abdal,  Hacı  Bayram  Veli,  Mehmet 

Yazıcıoğlu,  Emir  Sultan,  Akşemseddin,    Eşrefoğlu    Rumi,  Rövşeni, 

Əhmədi,  Mehri  Hatun,  Şeyxi,  Zeynəb  Hatun,  Ahmed  Paşa,  Necati, 

Mercimek Ahmed, eləcə də dövrün II Sultan Murad, Fatih Sultan Mehmed, 

II Sultan Beyazid və  Cem Sultan kimi şair-hökmdar və şahzadələrinin türk 

divan  poeziyası  və  sufi  ədəbiyyatının  inkişafındakı  xidmətləri  təhlil 

süzgəcindən keçirilir. 

Dissertasiyanın  III  fəsli  “Türk  divan  poeziyasının  quruluşu  və 



janrları” adlanır. Fəslin “Divan”ın tərtib prinsipləri” adlı ilk bölümündə 

Şərq ədəbiyyatı tarixində ənənə şəklini almış “Divan” tərtibinin ən mühüm 

xüsusiyyətləri  izah  edilir.  Qeyd  olunur  ki,  formalaşmış  ənənəyə  görə, 

divana    müəyyən  qaydalar  əsasında  və  mövzularda  yazılmış  150-200  şeir 

daxil  edilirdi.  Mükəmməl  (mürəttəb)  Divanda  tövhid,  münacat,  nət, 

mədhiyyə  məzmunlu  qəsidələr,  qəzəllər,  müsəmmətlər,  tərcibəndlər, 

tərkibbəndlər, rübailər  və  s.  şeir  növləri  ardıcıl  sırayla  yer  alır.  Divanların 

sonunda  isə  lüğəzlər,  müləmmələr,  azadələr  verilir.  Tam  olmayan  Divan 

Şərq  ədəbiyyatında  “divança”  adlandırılırdı.  Divançaların  tərtibi  və 

mövzuları  eyni  mürəttəb  divanlardakı  kimi  olmaqla  yanaşı,  divançada 

sırayla gələn bölümlərdən biri əksik olur. 

Divan  şairlərinin  bəziləri  yaratdıqları  divanlarına  müxtəlif  adlar 

versələr  də  (məsələn,  Xəzani-asar,  Bahari-əfkar),  ümumilikdə  divanlar 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə