ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   2   3   4   5   6   7   8   9   ...   16

13 

 

ümumtürk yazılı ədəbiyyatının əsasını, divan ədəbiyyatının başlanğıcını və 



ilk  təşəkkül  qaynaqlarını  təşkil  etdikləri  elmi  şəkildə  əsaslandırılır.  Qeyd 

olunur  ki,  sonralar  divan  ədəbiyyatının  əsas  atributları  olan  əruz  vəzni  və 

onun  mürəkkəb  təfilə-qəlibləri,  qafiyələnmə  sistemi,  poetik  janr  və 

şəkilərinin ilk nümunələri (məsnəvi, əruz, qəsidə, rübai və s.), mövzu, süjet, 

didaktivlik,  bəşəri  ideya  və  əxlaqi-mənəvi  dəyərlər,  türk-müsəlman 

düşüncəsinin  dövlətçilik,  idarəçilik  məharəti,  qayda-qanunlarla  yaşamaq 

kimi  prinsipləri,  şərq  poeziyasında  tez-tez  rast  gəlinən  motivlər  –  ahıllıq, 

etibarsız dostlar, dünyanın sonunda insanları gözləyən fəlakətlər və s. məhz 

bu ümumtürk abidələrində öz əksini tapmışdır. 

I  fəslin  “Şərq  ədəbiyyatı  və  islami  təsəvvüf”  adlanan  üçüncü 

yarımfəslində  türk  divan  poeziyasının  yaranmasında,  fars  və  ərəb 

ədəbiyyatlarının mühüm rolu olduğuna diqqət çəkilir. Qeyd olunur ki, türk 

divan ədibləri əksər  poetik vəzn və janrları, üslub və ifadə tərzini, mövzu 

və  məzmunu  fars  və  ərəb  sənətkarlarından  öyrənmiş,  tərcümə,  təbdil, 

iqtibas, tənzir, qismən də təqlid etmişlər. Bir çox türk sənətkarları ərəbcə və 

farsca  əsərlərlə  tanış  olub,  türkcə  ilə  yanaşı,  elə  həmin  dillərdə  də  əsərlər 

yazmışlar.  Başqa  bir  qrup  qələm  sahibləri  ərəb  və  fars  müəlliflərinin 

əsərlərini  tərcümə  yolu  ilə  türk  ədəbiyyatına  gətirmiş,  həmin  tərcümə 

əsərlərini  nümunə  götürərək  təbdil  və  tənzir  yolu  ilə  yeni  əsərlər  ortaya 

qoymuşlar. Türklər İslamı qəbul etdikdən sonra ərəb dili, ərəb mədəniyyəti 

və  təbii  ki,  ərəb  ədəbiyyatı  türk  düşüncə  tərzini  və  bütünlükdə  türk 

sivilizasiyasını  öz  güclü  təsiri  altına  almışdır.  Bu  baxımdan  Divan 

ədəbiyyatının  yaranmasında  da  ərəb  ədəbiyyatının,  ərəb  ədəbi  ənənəsinin 

təsiri bariz şəkildə özünü göstərmişdir. 

 Bunu  xüsusi  vurğulamaq  lazımdır  ki,  türk  sənətkarlar  ərəb 

poeziyasının əruz vəznini və ədəbi janrlarının əksəriyyətini fars ədəbiyyatı 

və sənətkarları vasitəsilə əxz etmişlər. Səlcuqilər sarayında fars dili hakim 

olmuş,  həmin  dildə  olan  qaynaqlar  türkləri  özünə  cəlb  etmişdir  və  buna 

görə də fars  ədəbiyyatı nümunələrinin türkcəyə tərcüməsi dövrün tələbinə 

çevrilmişdi. İran ədəbiyyatı da öz növbəsində islamdan sonrakı mərhələdə 

bir  sıra  keçmiş  milli  ənənələri  saxlasa  da  bütövlükdə  Quran  və  islam 

maarifi ilə zənginləşən ərəb ədəbiyyatından təsirlənmişdir. İstər fars, istərsə 

də  türk  klassik  ədəbiyyatı  əruz  və  qafiyə  ilə  yanaşı,  ədəbi janr  və  növləri, 

mövzu  və  ideya-məzmun  motivlərini,  hətta  obrazlar  sisteminin 

əksəriyyətini ərəb mədəniyyətindən götürmüşlər. Ancaq onlar bütün bunları 

sadəcə mexaniki olaraq təqlid etməmiş, onların bir qismini ixtisar etmiş, bir 




14 

 

qismini  dəyişərək  öz  ənənələri  ilə  uyğunlaşdırmış,  bir  çox  hallarda  isə 



yeniliklər  yaratmışlar.  Başqa  sözlə  desək,  bu  vəziyyət  heç  də  bəzi  Qərb 

müəlliflərin  və  onları  təkrarlayan  bəzi türk  araşdırıcılarının iddia  etdikləri 

kimi,  türk  Divan  ədəbiyyatının  orijinallığını  şübhə  altına  almağa  əsas 

vermir. 


Bu  yarımfəsildə  dövrün  tərcümə  ədəbiyyatının  müsbət  və  mənfi 

tərəfləri  ətraflı  şərh  edilir.  Qeyd  olunur  ki,  bir  tərəfdən,  tərcümələr 

vasitəsilə türk dilinə yüzlərlə alınma söz keçir, türk dili zənginləşirdi. Türk 

ədəbiyyatında yeni-yeni janrlar, sintaktik fiqurlar, məcazlar sistemi, estetik 

ifadə  metodu  yaranırdı,  türk  ədəbiyyatında  mövzu,  tip,  xarakter 

rəngarəngliyi  formalaşırdı.  Digər  tərəfdən,  ərəb-fars  sözləri  türk  sözlərini 

yavaş-yavaş  sıxışdırıb  dilin  lüğət  tərkibindən  çıxarır,  ədəbiyyat  və  dil 

tədricən  milli  zəmindən  uzaqlaşır,  yeni  bir  yazı  dili,  mürəkkəb  bir  üslub 

yaranırdı. Yeni təzahür edən yazı dili canlı danışıq dilindən, xalq dilindən 

köklü  şəkildə  fərqli  bir  dilə  çevrilirdi.  Onu  anlamaq  üçün  xüsusi  təhsil 

almaq, mədrəsədə oxumaq zərurəti yaranırdı. Belə bir məqam xüsusi olaraq 

qeyd  edilir  ki,  Divan  ədəbiyyatının  meydana  gəldiyi  və  təşəkkül  tapdığı 

dövrdə (XIII-XV əsrlər) türk, ərəb və fars dillərinin sintezindən ibarət olan 

və  osmanlıca  adı  ilə  tanınan  yazı  dili  hələ  tam  şəkildə  formalaşmamışdı, 

dövrün  yazılı  poeziya  və  nəsr  dili,  xalq  ədəbiyyatı  nümunələri 

türkologiyada  “Əski  Anadolu  türkcəsi”  adı  ilə  tanınan  və  oğuz-qıpçaq 

təməlində formalaşan türk dilində yaranırdı. Əlbəttə, bütün bunlar ictimai-

tarixi  şəraitin,  dilxarici  və  dildaxili  faktorların  təsirinin  nəticəsi  idi.  XV 

əsrin  sonlarından,  xüsusən  XVI  əsrdən  etibarən  türk  Divan  şairlərinin  və 

qismən də nasirlərin  əsərlərində sadəlik və xalq tərəfindən başa düşülmək  

istəyi  tədricən  arxa  plana  keçir.  Şeirdə  zəngin  qafiyə  sistemi,  çoxlaylı 

təşbehlər,  Qurani-Kərim,  islam  hikməti  və  elmlərinə  xas  terminlərlə  dolu, 

hecadan uzaqlaşmış, əruz vəzni ilə tənzimlənən misra və beytlər, uzun-uzun 

cümlələr, izafət birləşmələri, feli bağlamalar, ki (kim), və (vü) bağlayıcıları 

ilə  birləşdirilən  nöqtəsiz-vergülsüz  cümlələr,  nəsrdə  isə  şeir  kimi 

düşüncədən  çox  bəzək-düzəkli  ifadələr,  səcli  və  qafiyəli  parçalar  bu  dövr 

ədəbi nümunələrinin başlıca məziyyətləridir.  

Araşdırmalar  göstərir  ki,  XIV  əsrdə  ərəb  və  fars  dillərindən  tərcümə 

edilən    islam  tarixi,  nəsihətamiz  heyvan  hekayələri,  dövlət  adamlarına 

öyüd-nəsihətlər, Quran-ı Kərim və təfsirləri  kimi  əsaslı kitablar, müxtəlif 

dini, tarixi, əfsanəvi, didaktik, folklor və tibbi məzmunlu əsərlər, “Kəlilə və 

Dimnə”,  “Marzibannamə”,    “Qabusnamə”,  “Mirsadül-İbad”,  “Qisasül-




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə