ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   2   3   4   5   6   7   8   9   10   ...   16

18 

 

ona  öz  planlarını  gerçəkləşməyə  imkan  verməmişdi.    Peyğəmbərin  (sas) 



dünyasını  dəyişməsindən  çox  keçmədən  yenidən  əski  düşüncə  tərzi 

bərqərar  olmuş  və  661-ci  ildən  sonra  isə,  demək  olar  ki,  hadisələrə  baxış 

qədimlərdə  olduğu  məcrada  cərəyan  etmişdir.  Mövcud  vəziyyətə  qarşı 

etiraz    olaraq  yerlərdə  fərqli  düşünənlərin  gizli  birliyinin  rüşeymləri 

yaranmağa başlamışdı.  

7.  Dəbdəbəli  və  əyləncəli  həyat  tərzinə  etiraz  əlaməti  olaraq  onlar  ən 

minimal  və  yaşamağa  cüzi  imkan  verən  şeylərlə  kifayətlənmiş,  bəzən  isə, 

ailə  qayğısı  çəkməmək  üçün  evlilikdən  də  imtina  etmişlər.  Onu  da  qeyd 

etmək  lazımdır  ki,  sonuncu  məsələ  islamın  təməl  əsaslarına  zidd  olan  bir 

haldır.  Tədricən  islam  alimləri  arasında  da  təsəvvüf  ideyaları  yayılmağa 

başlamışdır.  

Təsəvvüfün  formalaşması  və  təkamülü  müddətində  Həllac  Mənsur, 

Əbu  Yəzid  əl-Bistami,  Əbül  Qasım  Cüneyd,  Əbu  Hamid  əl-Qəzali, 

Eynəlqüzat    Miyanəçi,  Mühiyyəddin  Ərəbi  kimi  təmsilçiləri  yetişmiş  və 

onların minlərlə ardıcılları yaranmışdı. Yeri gəlmişkən, qeyd etməliyik ki, 

təsəvvüfdə  müxtəliflik,  fərqli  baxışlar,  qütbləşmələr  mövcud  olmuşdur.  

Lakin  bu  fərqli  baxış  nöqtələri  bir  məsələdə  birləşmişdir:  kosmoloji 

sistemin  vəhdəti,  hər  şeyin  bir  Allah  tərəfindən  yaradılışı,  insanın 

naqislikdən  kamala  doğru  yüksəlişi  və  bütün  kainat  təsəvvüfdə    Haqqın 

təcəlli  və  ayələridir.  Taşlıcalı  Yəhyanın  “Gülşen-i  Envar”ında  deyildiyi 

kimi: 

Dahi yoğiken bu zemin-ü zaman

Hazret-i Hak var idi ancak heman.  

Görmez idi kimseler encüm yüzün

Açmamış idi dahi alem gözün. 

Türk  təsəvvüfünə  əsasən,  ilahi  qüdrəti  idrak  etmək  mümkünsüzdür, 

onu  hər  an,  hər  yerdə  duymaq  olar,  lakin  insan    təfəkkürü  o  gücü,  o 

əzəməti,  o  gözəlliyi  təfərrüatı  ilə  anlamaq  qabiliyyətinə  malik  deyildir. 

İnsanın  o  ilahi varlığı dərk edə bilməyəcəyi bəlli olsa da, insan daim Ona 

doğru can atır, Onu az da olsa daha yaxından görüb bilməyə can atır. 

Mütəsəvvüflərə  görə,  görünməz  və  görünən  məqamları  özündə 

birləşdirən  və inikas etdirən  yalnız  və  yalnız  ilahi  mütləq  varlıq  –  Allahın 

substansiyasıdır,  heç  vəchlə  onun  mahiyyəti  görünməz,  Onun  bəzi  əlamət 

və sifətləri isə nisbi varlıq kimi təzahür edir. Mütləq ilahi varlığın cəlal və 

cəmal  sifətləri  insanın  qəlbində  ayna  kimi  əks  edir.  Bütün  aləm  onun 

təcəllisidir.  Sufilərin fikrincə,  Allah  bütün  kainatı  öz gözəllik  və  qüdrətini 




19 

 

bizə ifadə məqsədilə yaratmışdır. 



8.  Mistik  təfəkkür  tərzində  simvolun  xüsusi  vəzifəsi  vardır,  və 

çoxplanlı  məzmuna  malik  olur;  sufilər  həmin  rəmzlərlə  poeziyaya,  divan 

şeirinin  motivlərinə  müraciət  edirlər.  Burada  şairlər  məhəbbət  lirikasını, 

işarə  və  eyhamlarından  bol-bol  bəhrələnərək  sufi  mövzuları  ilə  bağlı 

obrazlar silsiləsini rəmz və simvollar vasitəsilə ifadə edirlər. Mütəsəvvüflər 

çox sayda əsərlər yaratmışlar və təbii ki, bunların əksəriyyətində təsəvvüfi 

rəmzlərdən geniş istifadə etmişlər. 

Təsəvvüf  ədəbiyyatında  xüsusi  yeri  və  xidməti  olan  Mövlanə 

Cəlaləddin  Ruminin  yaradıcılığı  bütöv  şəkildə  özündən  əvvəl  yaşayıb-

yaratmış  sufi  şair  və  nəzəriyyəçilərinin  əsərlərindən  qaynaqlanmışdır. 

Zəngin  qaynaqlardan  və  özündən  əvvəlki  əsərlərdən  faydalanmaq  onun 

əsərlərinin orijinallığına mane ola bilməmişdir. Mövlana təsəvvüfdə önəmli 

yer tutan təriqət-salik, mürşid-mürid, şeyx-dərviş, xaliq-bəndə, insan-kainat 

kimi  məqamları  işıqlandırmış,  onlara  öz  münasibətini  ifadə  etmişdir. 

Mövlana  yorulmadan  onların  hər  birini  təfərrüatı  ilə    öyrənmiş,  müəyyən 

mənada  onların  məntiqi  təsiri  altında  qalmış  və  fəlsəfi-bədii  irsində 

onlardan  bəhrələnmişdir.  Ruminin  olduqca  geniş  fəlsəfi  və  bədii  təfəkkür 

qabiliyyətinin olması inkarolunmaz bir gerçəklikdir.   

Ümumiyyətlə,  sufiyönümlü  şairlər  Şərqin  ədiblərinin  əksəriyyətinin, 

xüsusilə də  Əttar və Sənainin yaradıcılığına və məşhur düşüncə məntiqinə 

bələd  idilər.  Onlar  Quran,  hədis,  fiqh,  şəriət  və  din  tarixini  də  mükəmməl 

bilirdilər.  Onların  bədii  yaradıcılıqda  örnək  ola  biləcək  qaynaq,  şübhəsiz, 

Qurani-Kərimdir.  Lirik  və  epik  əsərlərdə,  kitabların  anası  adlandırılan 

Qurandan  geniş  iqtibaslar  edilirdi.  Qur`anın  daxili  ecazı  mütəsəvvifləri 

özünə  çox  cəlb  etmiş,  onları  çox  maraqlandırmışdı.  Hədislər  və  fiqh 

alimlərinin  risalələri  də  onların  yaradıcılığında  mühüm  mənbə  rolunu 

oynamışdır. Qeyd etmək lazımdır ki, sufi ədiblər bütün bu istinadları özünü 

təbliğ  xatirinə  deyil,  irəli  sürdüyü  mülahizə  və  müddəaları  əsaslandırmaq, 

oxucularını  inandırmaq  məqsədilə  etmişlər.  Onların  nəzərində    Yaradanla 

məxluqat  arasında  ayna  münasibəti  vardır.  Mütəsəvvüflərin  qənaətincə, 

külli-aləm  tək  Yaradanın  varlığını  müəyyən  dərəcədə  əks  etdirir.  Başqa 

sözlə, axirət gününədək ilahinin təcəssümü və təcəllisi olan aləm bu şəkildə 

davam  edəcəkdir.  Məhşərdə  isə  bu  təzahür  bir  başqa  biçimdə 

gerçəkləşməklə fərqli mənzərələr ortaya çıxacaqdır. 

Təsəvvüfə    görə,  kainatda  iki  qüvvə  var:  küll  və  cüz.  Küll,  bütün 

varlığın  özüdür,  cüz  isə  küllün  zərrəsidir.  Qüvvələrin  qeyri-bərabər 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə