ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
1   2   3   4   5   6   7   8   9   ...   16

15 

 

ənbiya”, “Təzkirətül-övliya” kimi məşhur abidələr türk divan ədəbiyyatının 



təşəkkülündə mühüm rol oynamışdır. 

Bu  yarımfəsildə  Hz.Həmzənin  qəhrəmanlıqlarından  fəxrlə  bəhs  edən 

“Həmzanamə”lər,  Seyyid  Battal  Gazinin  qəhrəmanlıqlarına  dair 

“Battalnamə”lər,  Danişmənd  Əhməd  Qazinin  igidlik  və  şücaətini  öyən 

“Danişməndnamə”lər,  Xorasanlı  Əbu  Müslimin  qəhrəmanlıqlarını 

dastanlaşdıran  “Əbu  Müslimnamə”  kimi  dövrün  mənsur  əsərləri  də  divan 

ədəbiyyatının ilkin təşəkkül qaynaqları kimi dəyərləndirilir. Xüsusu olaraq 

vurğulanır  ki,  ərəb  və  fars  dillərindən  türkcəyə  çevirilən  əsərlərə  sadəcə 

tərcümə  kimi  baxmaq  doğru  deyil,  çünki,  mütərcim  özünə  görə,  bəzi 

yerlərdə tərcümə zamanı ixtisarlar, bəzi yerlərdə isə əksinə əlavələr edərək, 

həmin  əsərləri  bir  növ  özününküləşdirir,  yeni  yaradıcılıq  nümunəsi 

meydana gətirirlər. Türk divan  ədəbiyyatı uzun zaman içərisində ərəb-fars 

ədəbi məktəblərinin təsiri ilə cilalanmış, özünə mürəkkəb və mükəmməl bir 

poetik  sistem  yaratmış,  bu  sistem  nəticə  etibarı  ilə  türk  ədəbi  dili  və 

üslubunun zənginləşməsinə və inkişafına səbəb olmuşdur. 

Digər  tərəfdən,  türklər  islamlaşdıqdan  sonra  bu  dinlə  paralel  şəkildə 

yaranan  böyük  və  zəngin  bir  mədəniyyət  onların  öz  mədəniyyətinə 

çevrilmiş, islami dəyərlər cəmiyyətin həyatına və insanların məişətinə daxil 

olmuş, zaman keçdikcə türklər həmin din və mədəniyyətin daşıyıcıları kimi 

çıxış  etməyə  başlamışlar.  Belə  olduğu  halda  islam  mədəniyyətinin  ədəbi 

prosesə və sənətə təsiri zərurət kimi görünür. Deməli, ərəb ədəbiyyatının və 

islam  mədəniyyətinin  müsəlman  xalqların  ədəbiyyatına  təsiri  təbii  bir  hal 

kimi  dəyərləndirilməlidir.  Burada  ərəb  xəttinin  islam  dünyasında 

yayılmasını  da  mühüm  bir  amil  kimi  qeyd  etmək  olar.  Qeyri-ərəblər  bu 

xətlə  bərabər  ərəb  müsəlman  elm  və  mədəniyyətinin  bütün  tərəfləri  ilə 

təmasda oldular. Din, dil, yazı və kitab həmin zəngin mədəniyyətin mühüm 

ünsürləridir.  Elm  və  kitab  mədəniyyətinin  inkişafı  ilə  müsəlmanların 

dünyagörüşü də genişlənir və bu böyük prosesdə türklər də iştirak edirdilər. 

Təbiidir  ki,  ədəbiyyat  və  ədəbi-mədəni  mühit  həmin  prosesdən  ayrı  qala 

bilməzdi. 

Bu  yarımfəsildə  ərəb  ədəbiyyatı  və  islam  mədəniyyətinin  türk  divan 

ədəbiyyatına  təsiri  dörd  əsas  istiqamətdə  –  vəzn  və  qafiyə  sistemi;  ədəbi 

növlər və janrlar; poetika (bəlağat və fəsahət); Quran, hədis və başqa islam 

elmləri istiqamətlərində araşdırılır.  

Dissertasiyanı II fəsli “Türk divan poeziyası və təsəvvüf” adlanır. Bu 

fəslin “Təsəvvüf və ədəbiyyat” adlı ilk yarımfəslində Divan ədəbiyyatının 




16 

 

təşəkkül  və  inkişafında  mühüm  amillərdən  olan  islam  düşüncə  sisteminin 



əsas  şaxələrindən  biri  -  təsəvvüf  araşdırılır,  bu  mürəkkəb  və  zəngin 

cərəyana xas motiv və dəyərlərin türk divan poeziyasına nüfuz dərəcəsi və 

şəkilləri, sufi ədəbiyyatın ümumi ədəbi prosesdəki yeri təhlilə cəlb olunur. 

Məlumdur  ki,  təsəvvüf  islam  ictimai-mədəni,  dini-ideoloji  və  mənəvi 

mühitində  formalaşan  bir  cərəyandır.  Təsəvvüfün  bəzi  firqələrində  hind, 

zərdüştlük,  xristianlıq,  neoplatonizm,  qnostisizm  və  s.  mistik  cərəyanların 

az-çox  təsiri  olsa  da,  bütövlükdə  bu  təlim  islam  mühitindən  və  Qurandan 

qaynaqlanmış,  öncə  zöhd,  ibadət,  sadə  həyat  tərzi  ilə  başlamış,  sonra 

tədricən nəzəri baza əsasında məfkurəvi baxımdan formalaşmış və təşkilati 

cəhətdən təriqətlər şəklində sistemə salınmışdır. IX-X əsrlərdə başlayan bu 

proses XI-XII əsrlərdə mükəmməl hala çatmışdır. Təsəvvüfün zahiri formal 

tərəfləri və əməli cəhətləri ilə yanaşı, onun batini tərəfi də vardır və burada 

əsas diqqət zahirdən batinə yönəlir.  

Təsəvvüf anlayışı Şərq ədəbiyyatında IX əsrdən yayılmağa başlamışdır 

və başlanğıcından sona qədər islami düşüncələr üzərində qurulmuşdur. Bu 

yarımfəsildə  diqqəti  cəlb  edən  əsas  təsəvvüf  motivləri  aşağıdakı  şəkildə 

təsnif edilmişdir: 

1.  Allah,  bizə  bizim  şah  damarımızdan  da  yaxındır.  Mütəsəvvüflərə 

görə  Allahın  öz  bəndəsinə  yaxın  olması  o  deməkdir  ki,  Allah,  insana  bu 

qədər  yaxın  olduğundan  onun  bütün  ehtiyaclarını  öncədən  bilir,  zəruri 

tələblərini  təqdir  üzrə  ödəyir.  Təsəvvüf  anlayışına  görə:  “bir  tək  vücud 

vardır,  o  da  “Vücudu-Mütləqdir”,  əzəli  qüdrət  ondadır  və  başqa  heç  bir 

vücud  yoxdur.  Yeganə  varlıq  –  Allahdır.  Kainatda  gördüyümüz  əşyalar 

həqiqi  və  müstəqil  bir  mövcudiyyət  daşımır,  hər  biri  Cənabi  Haqqın 

təcəllisindən ibarətdir”. Başqa sözlə, O, bizi bizdən daha yaxşı görür, bilir 

və tanıyır. Yunus Əmrənin ifadəsiylə desək: 



Sensin bize bizden yakın, 

Görünmezsin, hicap nedir? 

2. Türk mütəsəvvüflərinin nəzərincə, müsəlmanlıqda ən dəyərli varlıq 

insanın  özüdür.  Türk  sufilərinə  görə,  dağların,  göylərin,  suların,  torpağın 

daşıyamaya bilmədiyi müqəddəs əmanət - ruh verilmiş və insan buna xatir 

əməllərinə görə tanrı qarşısında məsuliyyət daşıyır, digər varlıqlardan fərqli 

olaraq  hesab  verəcəkdir.  İnsan  eyni  zamanda  “aləmi-suğra”-  kiçik  dünya 

(mikrokosmos)  adlanmışdır.  Şeyx  Qalib  həmin  fikri  bu  misralarla  nəzmə 

çəkmişdir: 



Hoşça bak zatına kim, zübde-i alemsin sen, 


17 

 

Merdüme-i dide-i ekvan olan ademsin sen. 

3.  Təsəvvüfdə  qızğın  mübahisə  doğuran  mövzulardan  biri  də  haram 

məsələsidir. Nəyin halal, nəyin haram olması məsələsində rəsmi ruhanilərlə 

sufilər  arasında  ziddiyyətlər  olmuşdur.  Mütəsəvvüflərin  fikrincə,  insan 

üçün  halal-haramı  yalnız  və  yalnız  Allah  təsbit  edə  bilər,  digərlərinin 

sözləri  sadəcə  təfərrüatdan  ibarətdir  və  insan  fəaliyyətində  qanun  ola 

bilməz. 


4.  Türk  sufilərin  əqidəsinə  görə,  insana  yararlı  olacaq  söz 

söylənilməlidir,  əgər  nəsihət  və  məsləhətin  faydası  yoxdursa,  onu 

söyləməyə  dəyməz.  Sufilər  məkana,  zaman  və  dinləyici  auditoriyasının 

ruhuna  uyğun  olaraq  sözlər  söyləməyə  çalışmışlar.  Buradan  belə  qənaətə 

gəlmək olar ki, onlar dində zorakılığın qəbuledilməz olduğu barədə Qurani-

Kərimin  hökmünü  əsas  tutmuşlar.  İnsanları  qorxutmaqla  deyil,  sevgi  ilə, 

eşq  ilə  qane  etmək,  inandırmaq,  qəlbində  sonsuz  inam  və  ümid  yaratmaq 

lazımdır.  Türk  mütəsəvvüfləri  bu  işdə  yenə  də  Qurani-Kərimi  əsas 

tutmuşlar:  “Peyğəmbərin  aşkar  vəzifəsi  təbliğdən  başqa  bir  şey  deyildir”. 

İstənilən zamanda, istənilən mənsəbdə, məsləkdə, yaşda, cinsdə, məzhəbdə 

olan insan üçün gözəl söz xoşdur. Ustad Füzulinin dili ilə desək: 

Ver sözə ehya ki, tuttuqca səni xabi-əcəl

Edə hər saət səni ol uyqudan bidar söz.  

5.  Təsəvvüf  ədəbiyyatının  ən  önəmli  cəhətlərindən  biri,  insanın 

yaradıcı  qabiliyyətinin  ön  plana  çəkilməsidir.  Sufilər  bir  tərəfdən  insanın 

ilahi qüdrət qarşısında aciz olduğunu, digər tərəfdən də, kamilləşmək şərti 

ilə ən ali varlığa, yaradıcı gücə sahib ola biləcəyi ehtimalını irəli sürmüşlər. 

Türk  mütəsəvvüfləri  kamil  insan  olmağın  ən  ümdə  şərtinin  saf 

mənəviyyatdan  keçdiyinə  inanmışlar.  Təsəvvüf  batini  oyanış  və  əxlaqi-

mənəvi  paklıq  yolu  ilə  insanın  Allahla  birbaşa  ünsiyyətini  mümkün  sayır, 

bu  isə  bir  növ  bəşərə  öz  ilahi  mənşəyinə  inam  hissi  aşılayan  dini-fəlsəfi 

dünyagörüşüdür. 

Şərq  xalqlarının  düşüncə  dünyasına  güclü  təsir  etmiş  təsəvvüf,  bədii 

təfəkkür  tərzini  də  zənginləşdirərək  çox  sayda  ədib  və  şairlərin 

yaradıcılığının  formalaşmasında  mühüm  rol  oynamışdır.  Avropalıların 

sadəcə  mistik  cərəyan  olaraq  anladıqları  dini  və  mənəvi  duyğuların 

ifadəsinə təsəvvüf güclü təkan vermişdir. 

6. Elmə xüsusi əhəmiyyət verilirdi, mənəvi kamilliyin cənnətə aparan 

yol olduğu söylənilirdi. Bütün bunlar sübut edir ki, islam Peyğəmbəri (sas) 

cəmiyyətdə ciddi islahatlar aparmağı planlaşdırmış, təəssüf ki, vaxtsız əcəl 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə