Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə22/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

 

          

 

76 


portret  detalları  süjet  xəttinin  ilkin  mərhələsi,  ekspozi-

siyanı  təşkil  edir:  «Məhəmməd  Həsən  əminin  olar  əlli 

dörd,  əlli  beş  yaşı.  Artıq  olmaz.  Hərçən  saqqalı  ağarıb-

dır,  özü  and  içir  ki,  əgər  məni  kasıblıq  sıxmasaydı,  heç 

kəs  deməzdi  ki,  mənim  sinnim  qırxdan  artıq  ola.  Belə 

yalan  demir  Məhəmməd  Həsən  əmi;  çünki  kişinin  bu 

sinnində  genə  yanaqları  qıpqırmızı    qızarır»  (111,  265). 

Kasıblıq sıxan Məhəmməd Həsən əminin zahiri görkəmi 

ilə  paralel  onun  körpəlikdən  bu  günə  qədər  olan  vəziy-

yəti  paralel  detallarla  inkişaf  etdirilərək  xarici  görkə-

mindən  alınan  təəssüratın  məntiqi  təsdiqi  kimi  əks 

olunur.  Hələ  on-on  iki  yaşından  ata-anasını  itirən,  mal-

dövləti  əmilər  tərəfindən  bir  ildə  dağıdılaraq  ona  «bar-

maq  hesabı»  göstərilən,  evlənəndən  sonra  ailəsini  sax-

lamaq üçün İrəvan tərəfə işləməyə gedib əliboş qayı dan, 

nəhayətdə  üç-dörd  eşşək  alıb  çarvadarlığa  başlayan 

Məhəmməd  Həsən  əminin  müxtəlif  vaxtlarından  söhbət 

açılaraq  tək  bir  arzusu  vurğulanır.  Gördüyü  yuxunun 

təsiri  ilə  Kərbəlaya  ziyarətə  getmək  üçün  istifadə  olu-

nan,  daxili  portret  elementləri  süjet  xəttinin  zavyazka 

mərhələsinə  keçid  alır.  Zahiri  və  daxili  portret  detal-

larının  vəhdətdə  olduğu  bu  təsvir,  «Əvvəl  Məhəmməd 

Həsən  əmi  istədi  piyada  getsin:  çünki  məlumdur  ki, 

piyada  ziyarətə  getməyin  feyzi  malnan  getməklikdən 

artıqdır.  Amma  sonra  baxdı  gördü  ki,  sinninin  o  vaxtı 

deyil ki, piyada iki aylıq yolu gedib qayıtsın» (111, 266) 

təhkiyəsi daxili aləmə, psixoloji səciyyəyə uyğun olaraq 

«pəs  nə  etmək?»  sualı  ilə  çarəni  ulaq  almaqla  tamam-

layır. 

Portret  elementləri  vəhdətdə  bir-birinə  bağlanaraq 



davam  etdirilir:  «Günlərin  bir  günü  Məhəmməd  Həsən 

əmi  sübh  tezdən  yuxudan  durub,  geyinib,  namaz  qılıb, 




 

          

 

77 


çıxdı  bir  həyətə,  dolandı.  Toyuq-cücəni  çağırıb  bir  az 

dən  səpdi,  tövləyə  girib  eşşəyin  qabağına  bir-iki  ovuc 

arpa  töküb  çıxdı  küçəyə  və  öz  küçə  qapısının  ağzında 

çömbəldi,  çıxardı  çubuğunu  və  kisəsini  və  çubuğu 

qaldırıb  başladı  çəkməyə.  Bir  qədər  keçdi,  bir  neçə 

kəndli  Məhəmməd  Həsən  əmi  sinnində  Məhəmməd 

Həsən  əminin  yanına  gəlib  salam  verib  cərgə  ilə 

çömbəldilər  və  çubuqlarını  çıxarıb  başladılar  çəkməyə. 

Bu  kəndlilər  hamısı  Məhəmməd  Həsən  əminin  qon-

şusuydular» (111,  267). 

Söhbətin  şirin  yerində  gözlənilməz  bir  şəxs  peyda 

olur  və  Məhəmməd  Həsən  əminin  eşşəyini  istəyir.  Por-

tret  detalları  müstəqim  surətdə  yüksələn  bir  xətt  üzrə 

inkişaf edir, tədricən şaxələnir. Artıq müəllif eşşək istə-

yən  şəxsin  –  Xudayarbəyin  portretini  çəkir.  Zahiri 

detallarla  zəngin  olan  Xudayarbəyin  portreti  fiziki 

yöndəmsizliklə daxili yöndəmsizlik; «Paltarını təzələyib 

və  əlinə  bir  zoğal  ağacı  alıb»  ifadəsi  ilə  katdanın  və-

ziyyətindəki  bəzi  dəyişikliklər  nəzərə  çatdırılır.  Bir-

birini davam etdirərək tamamlayan portret detalları ayrı-

ayrı  obrazlar  arasında  olan  münaqişəni  açmağa  xidmət 

edir:  «Çöçə-çöçə  deyə-deyə  Məhəmməd  Həsən  əmi 

eşşəyi çıxartdı küçəyə. Eşşək eşiyə çıxan kimi bir oğlan 

uşağı,  yeddi-səkkiz  yaşında,  tumançaq,  başı  açıq  və 

keçəl  özünü  çırpdı  küçəyə  və  ağlaya-ağlaya,  çığıra-

çığıra qaçıb yapışdı eşşəyin quyruğundan. Bu oğlan Mə-

həmməd Həsən əminin xırda oğludur» (111, 271). 

Nəticə  isə  bütün  olanlara  məhəl  qoymayan  «Xuda-

yar  katda  eşşəyi  minib  düzəldi  şəhər  yoluna.  Kəndlilər 

həmçinin dağıldılar. Məhəmməd Həsən əmi katdanı yola 

salıb  oğlunun  dalınca  dilxor  qoydu  getdi  evinə»  (111, 

271). 



 

          

 

78 


Paralel  göstərilərək  ümumi  süjet  xəttindəki  hadisə-

lərin  özülünü  qoyan  və  mərhələlərlə  tamamlanan  ilk 

portret  elementlərini  qrafik  şəkildə  belə  qruplaşdırmaq 

olar:  


 

Kulminasiya 

 

           



           

Zavyazka    

 

 

      Razvyazka 



 

 

     



 

 

   Ekspozisiya  



 

 

 



Final 

 

   



 

 

 



 

 

            



         

             

 

 

 



 

 

 



 

 

    



 

 

 



  Şərti  qrafik  şəkildə  qeyd  olunan  bu  portret  elementləri 

ilkin  mərhələ  üçün  səciyyəvi  olub,  əhvalatın  gələcək 

istiqaməti ilə də möhkəm əlaqələndirilir. İctimai zülmün 

və  zorakılığın  hökm  sürdüyü  bir  cəmiyyətdə  insan 

ləyaqətini, qadın taleyinin necə ağır təhqirlərə, faciələrə 

məruz  qaldığını  göstərən  çoxplanlı  portret  elementləri 

bir  dominant  obrazın  (Xudayarbəyin)  zahiri  və  daxili 

əlamətləri  ətrafında  qruplaşır,  yenidən  növbələnərək 

Ялиндя зоьал аьаъы 

олан шяхсин истяйи 

Эюрдцйц йухунун тясири иля 

Кярбялайа зийарятя эетмяк 

цчцн истифадя олунан дахили 

портрет елементляри 

Мящяммяд Щясян яминин 

хырда оьлунун защири тясвир 

елементляри вя етиразы 

щадисянин башланьыъы 

Мящяммяд Щясян 

яминин защири, щяйат вя 

шяхсиййятинин тядгиги 

иля баьлы портрет 

елементляри 

а) Худайарбяйин галиб 

портрети; 

б) Мящяммяд Щясян 

яминин эярэин портрети 

щадисянин  сону 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə