Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
üçün qoyulan miqdar və ya dəyər həddi; Ticarətdə məhdudiyyət həddi; Məhsul buraxılışında nəzarət
rəqəmi (məhdudiyyət həddi)
Kоrrupsiyaya
Qarşı
Mübarizə
üzrə Kоmissiya
hüquqi
«Kоrrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Rеspublikası Qanununun 4.2-ci maddəsinə
uyğun оlaraq yaradılmışdır və kоrrupsiyanın qarşısının alınması sahəsində iхtisaslaşmış оrqan
funksiyalarını həyata kеçirir. Kоmissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil еdilir və fəaliyyət
göstərir. Kоmissiyanın 5 üzvü Azərbaycan Rеspublikasının Prеzidеnti tərəfindən, 5 üzvü
Azərbaycan Rеspublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Rеspublikasının
Kоnstitusiya Məhkəməsi tərəfindən təyin еdilir. Komissiyanın səlahiyyətləri AR-ın 2005-ci il 3 may
tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Kоmissiya öz fəaliyyətini AR-ın
Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə
mütəmadi olaraq оnları məlumatlandırır. Komissiyanın vəzifələrinə kоrrupsiyaya qarşı mübarizə
sahəsində dövlət siyasətinin fоrmalaşdırılmasında iştirak еtmək, bu sahədə dövlət orqanlarının və
digər qurumların fəaliyyətini əlaqələndirmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini və
səmərəliliyini təhlil etmək, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasına nəzarəti
həyata keçirmək, “Korrupsiyaya qarşı mübarizə haqqında“ Azərbaycan Respublikası Qanununun
5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatarı qəbul etmək və bu məlumatların
təqdim edilməsinə nəzarəti həyata keçirmək, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər
vermək, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığı
həyata keçirmək daxildir. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında
baxılır. Kоmissiyanın iclasları mütəmadi оlaraq, lakin üç ayda bir dəfədən az оlmayaraq kеçirilir.
Komissiyanın sədri Komissiyanın üzvləri tərəfindən seçilir.
Qanun
hüquqi
Hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaran ictimai münasibətləri tənzimləyir və
insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxsləri
cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur.
Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya
qanunlarına, məcəllələrə və adi qanunlara bölünür.
Qanunlar
külliyyatı
hüquqi
AR-ın qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu
Qanunvericilik
təşəbbüsü hüququ
hüquqi
Qanun layihələrini və başqa məsələləri MM-in müzakirəsinə təqdim etmək hüququdur.
Qanunvericilik təşəbbüsü hüququnun mənsubiyyəti:
• MM deputatları (qanun və qərar layihəsini təcili elan etmək hüququ nəzərdə tutulmayıb);
• Prezident;
• Ali Məhkəmə;
• Seçki hüququ olan 40 min vətəndaş (hüquqdan istifadə etməsi qaydası qanunla müəyyən edilir);
• Respublika Prokurorluğu;
• Naxçıvan MR Ali Məclisi;
Qanun və qərar layihələri MM-də təqdim olunmuş şəkildə 2 ay ərzində (təcili elan edilibsə, 20 gün)
müzakirəyə çıxarılaraq səsə qoyulur, təşəbbüs tərəfinin razılığı ilə dəyişiklik edilə bilər. Qanun və
qərar layihələri əsaslandırılmalı, məqsəd göstərilməlidir.
Qanunvericiliyin
sistemləşdirilməsi
hüquqi
Normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid sistemə çevrilməsi
üzrə fəaliyyət
Qarakənd faciəsi
tarixi
1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun
Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi
helikopter hadisəsi
Qars Müqaviləsi
tarixi
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində 13 oktyabr
1921-cidə bağlanmış dostluq müqaviləsi. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş
və bitmə müddəti müəyyənləşdirilməmişdir.
Qarşılıqlı İqtisadi
Yardım Şurası
iqtisadi
1949 (yanvar) yaranmış Avropa sosialist dövlətləri beynəlxalq təşkilatı
Qaydalar
hüquqi
Qazı
tarixi
Xilafət vaxtı məhkəmə, vəqf işlərinə nəzarət edir, amilin hərəkətlərindən narazı olan şəxslərin
işlərinə baxırdı.
Qeyri-normativ
hüquqi aktlar
hüquqi
Konkret, birdəfəlik təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədilə
birdəfəlik tətbiq halları üçün nəzərdə tutulmuş aktlardır. Daxildir: MM qərarları, Prezidentin
sərəncamları, NK sərəncamları, VVADQ aktları və s.
Qərar
hüquqi
Kollegial dövlət orqanları (MM, NK, seçki komissiyaları, Tarif Şurası) tərəfindən verilir. Ümumi
qaydalar müəyyən etdikdə normativ hüquqi akt, normativ xarakterli akt hesab edilir, konkret
qaydalar müəyyən etdikdə isə qeyri-normativ akt hesab edilir.
Qəribə müharibə
tarixi
Hələ 1939-cu ilin sentyabrın 3-də Almaniyaya müharibə elan etmiş İngiltərə və Fransa 1940-cı il
mayın 10-a kimi düşmənə qarşı heç bir hərbi əməliyyat aparmamışdılar. Halbuki, qərb cəbhəsində 23
alman diviziyasına qarşı onların 115 diviziyası durmuşdu. Buna görə də bu dövr „qəribə müharibə“
adını almışdı. Müttəfiqlərin fəaliyyətsizliyindən istifadə edən Almaniya təcavüzü genişləndirirdi.
Qətnamə
hüquqi
Dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar,
müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət