Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ
İctimai, siyasi, hüquqi, iqtisadi, coğrafi və tarixi terminlərin ümumi izahli lüğəti
mütəmadi yenilənir
İrad və təkliflərinizi
elchinya@yandex.ru
elektron poçt ünvanına göndərə bilərsiniz.
Terminlər və
sözlər
Sahə
Açıqlaması
38-ci paralel
siyasi
1950-1953-cü illərdə Koreyada vətəndaş müharibəsi nəticəsində Şimali və Cənubi Koreya arasında
çəkilmiş dünyada yeganə süni sərhəd
Abissal zona
coğrafi
Dünya okeanının dibində okean tipli litosfer tavası üzərində yerləşən, təqribən 3000-3500m-dən
aşağı dərinlikdəki düzənliklər
Abolisionizm
coğrafi
ABŞ-da və Latın Amerikasında XVIII - XIX əsrlərdə qul ticarətinin və zənci köləliyinin ləğvi
uğrunda ictmai hərəkat. Abolisionizm ideyası qısa zaman ərzində Böyük Britaniya, Kanada, Fransa
və Rusiya kimi ölkələrdə də dəstək qazanmışdır. ABŞ-da abolisionizm əsasən köləliyin ittihamı və
ictimai fikrin onun əleyhinə yönəldilməsi təşkil edirdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun
başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-da 1861-1865-ci illəri əhatə edən
vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində
XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur. Milli inkişafın tələbatından irəli
gələn daha geniş ictimai-siyasi hərəkatların mühüm tərkib hissəsi kimi abolisionizm ümummilli
məsələlərin həllinə təsir göstərmişdir.
Aborigenlər
coğrafi
Hər hansi
bir ərazinin, ölkənin qədim, yerli sakinləri
Abraziya
coğrafi
Dəniz, göl və su anbarı sahillərində parçalanma və yuyulma prosesi və ya çayların sahildə gördüyü
dağıdıcı təsir.
Absenteizm
hüquqi
Vətəndaşlıq vəzifəsini yerinə yetirməkdən (seçkidən, səsvermədən) boyun qaçırmaq
Ada
coğrafi
Hər tərəfdən su ilə əhatə olunan, kiçik quru sahəsi
Ağ ev
siyasi
Vaşinqtonda ABŞ prezidentinin iqamətgahı
Ağ koloniyalılar
tarixi
İngiltərə və digər Avropa ölkələrindən köçüb gələnlər, lakin İngiltərəyə tabe olanlar.
Ağ plan (Vays)
tarixi
Hitlerin Polşaya basqın etdiyi gün 1 sentyabr 1939-cu il
Axill dabanı
tarixi
Ən zəif cəhət, tez zədələnən yer. Qədim yunan əsatirində Parisin oxu Axili ölümcül yaralayır.
Ailə
hüquqi
Qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə
yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (“Ünvanlı dövlət
sosial yardımı haqqında” Qanundan)
Ailədə
adambaşına düşən
orta gəlir
hüquqi
Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti (“Yaşayış minimumu haqqında” Qanundan)
Ailənin gəlirləri
hüquqi
Ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən,
ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna
biləcək pul və natural formada gəlirlərinin toplusu (“Ünvanlı dövlət sosial yardımı haqqında”
Qanundan)
Ailənin orta aylıq
gəliri
hüquqi
Ailənin gəlirinin orta aylıq göstəricisi (“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanundan)
Akın
coğrafi
Qazaxlarda, qırgızlarda və s. xalq şairi
Akkumulyasiya
coğrafi
(lat. accumulatio - toplanma) Yumşaq süxurların gətirilib çökək sahələrdə toplanması, çökməsi
Bu prosesləri əmələ gətirən amillərdən aslı olaraq Akkumulyasiya su, külək(eol),buzlaq ,vulkam
Akkumulyasiya ayrılır.Akkumulyasiya düzənliklər qurunun keçmişdəki çayların gətirdiyi
materiallarla (çınqıl,qum,qumdaşı,gil və.s) ,buzlaq çöküntüləri ilə,vulkan püskürmələri məhsulları və
eol çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklərdir.Akkumulyativ relyef-dəniz ,çay,
göl, buzlaq çöküntülərinin, qravitasiya toplantılarının və vulkan məhsullarının (lava, vulkan külü
və,s) toplanması nəticəsində əmələ gələn relyef formalarının məcmusudur.Mənşəyinə görə : su
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
Akkumulyasiya relef formaları (su-Akkumulyativ düzənliklər, prolüvü-delüvi şleyflər, gətirmə
konusları, deltalar və.s ); buzlaq Akkumulyativ relyef formaları (morenlər,drumlinlər və.s) ; Eol
Akkumulyativ relyef formaları ( dyunlar ,barxanlar və.s) ; qravitasiya formaları (uçqunlar və.s)
Akkumlyativ düzənliklər: Missisipi;
Akropol
tarixi
Yunanca "yuxarı şəhər". Mənası rus Kremlinə uyğundur.
Aksept
iqtisadi
Müəyyən şərtlərlə müqavilə bağlanması təklifinə razılıq. Əmtəə və xidmətlər üzrə nağdsız
hesablaşmalarda alıcının haq-hesab və əmtəə sənədləri əsasında və yaxud əmtəəyə görə ödənişə
razılıq verməsi
Aksesiya
müqaviləsi
siyasi
Bir dövlətin başqa dövlət arasındakı müqaviləyə qoşulması haqqında müqavilə
Aksiom
siyasi
Elmdə sübutsuz qəbul edilən müddəa
Aksiz
iqtisadi
Dövlətin xəzinəsini doldurmaq məqsədilə çoxişlənən mallara (duz, tütün və s.) qoyulan dolayı vergi,
həmçinin belə verginin yığmaqda məşğul olan təşkilat
Akt
hüquqi
(lat. actus — fəaliyyət) Müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o
bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir.
Aktual
siyasi
Müasir dövrün tələblərindən irəli gələn
Akvatoriya
coğrafi
(lat. Aqua — su və ərazi) Yaxınlıqdakı hər hansı obyektə aid edilən su sıthinin bir hissəsi
Aqlomerasiya
coğrafi
(lat. Aqioniero — bir1omo, toplanma) — Birbirinə yaxın yerləşən yaşayış məntəqələrinin daha iri
şəhərinin dairəsinə cəlb olunaraq onunla birləşməsi nəticəsində yaranan şəhər sistemi
Şəhər əhalisinin, təsərrüfatının, dərininə və eninə artması, genişlənməsi
Aqoniya
Ölümqabağı durum
Aqrar-sənaye
kompleksi
coğrafi
Kənd təsərrüfatı və onunla bağlı olan sənaye sahələri sistemi
Albion
tarixi
Britaniya adalarının qədim adı
Ali
arbitraj
məhkəməsi
hüquqi
AR Konstitusiyası qüvvəyə mindiyi gündən iqtisad məhkəməsi adlanır.
Allüvial düzənlik
coğrafi
Çay çoküntülərindən əmələ gəlmiş düzənlik
Alp qırışıqlığı
coğrafi
Kaynozoy erasında Yer qabığının müxtəlif yerlərində baş vermiş və indi də davam edən qırışıqlıq
mərhələsi
Alp
və
subalp
çəmənliyi
coğrafi
2000-3000 m hündürlüklərdə yerləşən uca dağ çəmənliyi
Alyans
siyasi
İttifaq, birləşmə
Amfora
tarixi
Qədim Afinada iki qulplu dar boğazlı qab
Amil
tarixi
Xilafət vaxtı mülki işlərə və vergi toplanmasına nəzarət edən şəxs
Amnistiya
hüquqi
Ali hakimiyyət orqanı tərəfindən verilən və cinayət törətmiş şəxslərin cəzadan qismən və ya
tamamilə azad edilməsini,yaxud bu şəxslər barəsində məhkəmənin təyin etdiyi cəzanın daha yüngül
cəza ilə əvəz edilməsini nəzərdə tutan akt
Anarxiya
siyasi
Rəhbərsizlik, hakimiyyətsizlik, özbaşınalıq
Animizm
tarixi
İbtidai insanların hər şeydə ruh olmasına inanması
Anşlus
siyasi
Daxiletmə, birləşdirmə
Antanta bloku
tarixi
1904-1907-ci illərdə Rusiyanın, İngiltərənin və Fransanın hərbi-siyasi bloku olaraq yaradılmışdır.
1915-ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu. Antanta bloku “Üçlər İttifaqına” cavab
olaraq, alman hegemonluğuna qarşı yaradılmışdı. I Dünya Müharibəsi Antanta blokunun qalibiyyəti
ilə başa çatmışdı.
Antik
tarixi
Qədim
Antiklinal
coğrafi
Yer qabığında süxurların qabarıq yatım forması
Antisemitizm
siyasi
Almaniya faşistlərinin yəhudilərə qarşı tətbiq etdikləri milli və dini ayrı-seçkiliyin ifrat forması
Antisiklon
coğrafi
Atmosferin qapalı yüksək (mərkəzdə) təzyiq sahəsində havanın burulğanvari hərəkəti
Antropogen
coğrafi
İnsanın ətraf mühitə təsiri nəticəsində yaranan dəyişiklik
Aparteid
siyasi
İrqi ayrı-seçkiliyin ən kəskin forması. bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən
məhrum edilməsi. Aparteid genosidi xatırladır və onun bir növü hesab olunur. 1990-cı illərin
əvvəllərinə qədər CAR-ın hakim dairələri aparteid siyasətini yerli əhaliyə qarşı aparmışdır. Müasir
beynəlxalq hüquq qaydaları aparteidi bəşəriyyətə qarşı cinayət sayır.
Arakçeyevçilik
tarixi
I-ci Pavelin və I Aleksandrın çarlığı illərində kobud hərbiçilik, ağır polis rejimi
Areal
coğrafi
(lat. area – sahə) Hər hansı komponentin (bitki, heyvan, xalq) yayıldığı sahə
Areopaq
tarixi
Qədim Afinada ali məhkəmə
Arxeoqrafiya
tarixi
Qədim yazı
abidələrini toplamaq, tədqiq, şərh və nəşr etməklə məşğul olan elm sahəsi
Arxeologiya
tarixi
Arxeologiya qədim maddi mədəniyyət
nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir.
İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi
arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini
maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.
Arxipelaq
coğrafi
Bir-birinə yaxin yerləşən eyni mənşəli adalar qrupu
Arxivşünaslıq
tarixi
Arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul
olan elm
Ariadna sapı
tarixi
Krit çarı Minonun qızı Ariadna, Afina qəhrəmanı Teseyə verdiyi bir yumaq sap onu labirintdən