Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.IV - 4
İstiqamət: Kommunikasiya və şərh
T.t.IV.7 Şagird fərdi iş və qrup işlərini təqdim edir və onlarda ifadə edilən
ideyalar və istifadə edilən üsullar barədə söhbət aparır.
Nəticə əldə edilmişdir, əgər şagird:
öz işlərində və digərlərinin işlərində istifadə edilən bədii üsullar və elementləri (material,
•
texnika, janr, kolorit, forma, ton, faktura və s.) ayırd edir
nəyi bəyəndiyini,
nəyi bəyənmədiyini qeyd edir
•
müəllim və sinif yoldaşlarının fikrini dinləyir
•
əsərdə fikrini nə dərəcədə ötürə bildiyini qiymətləndirməyə çalışır
•
əsər haqqında söhbət apararkən terminologiyadan istifadə edir
•
təqdimat zamanı suallar verir və eləcə də digərləri tərəfindən verilən sualları cavablandırır
•
geniş auditoriya qarşısında müəllif və ya şərhçi rolunda əsərləri təqdim edir
•
T.t.IV.8 Şagird anlayır ki, incəsənət - ideyaların ifadə edilmə vasitəsidir
Nəticə əldə edilmişdir, əgər şagird:
insanların incəsənət əsərlərini yaratma səbəblərini sadalayır və təhlil edir
•
işdə nəyi ötürmək istədiyi haqqda danışır (arzu, emosiya, fikir, təəssürat)
•
incəsənət haqqında aludəçilik və peşə kimi müzakirə edir
•
T.t.IV.9 Şagird tənqid zamanı digərlərinin işlərinə və fikirlərinə hörmətlə
yanaşır.
Nəticə əldə edilmişdir, əgər şagird:
başqasının işini qiymətləndirdikdə korrektiv ifadələrdən istifadə edir
•
mübahisə zamanı başqasına söhbət etməyə imkan verir
•
sinif yoldaşlarının tərəfini tutur, iş zamanı onları həvəsləndirir
•
T.t.IV.10 Şagird müxtəlif növ tədbirlərdə iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
teatral səhnəcikdə, sinif və məktəb şənlikləri və sərgilərdə iştirak edir
•
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.IV - 5
muzeylərə və sərgilərə gedir
•
ekskursiyalara gedir və mədəni irslərlə tanış olur
•
İstiqamət: İncəsənətin kontekstdə dərk edilməsi
T.t.IV.11 İncəsənətin müxtəlif sahələrini bir-biri ilə müqayisə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
təsviri üsullara, materiala, texnikaya əsasən incəsənətin müxtəlif sahələrinin əsərlərini
•
müqayisə edir
incəsənətin müxtəlif sahələrinin ayrı-ayrı nümunəsinin təyinatını müzakirə edir (dekorativ,
•
tətbiqi, dini, estetik, informasiya)
sahələrlə əlaqədar peşələri xarakterizə edir
•
incəsənət sahələrinin duyğu orqanlarına təsirinə və vaxt müddətinə əsasən müqayisə edir
•
məşhur abidələr, rəssamlıq nümunələri, heykəltaraşlıq, dekorativ-tətbiqi və xalq yaradıcılığı
•
nümunəsi haqqında informasiya toplayır, onları sinif yoldaşlarına tanış edir
T.t.IV.12 Əsərlərin məzmunlarını digər fənlərdə keçilən materialla
əlaqələndirir.
Nəticə əldə edilmişdir, əgər şagird:
eyni mövzuda yaranan incəsənət əsəri və bədii əsərləri müqayisə edir
•
bədii əsərlərdə təbii hadisələri, fərqli relyefi, müxtəlif peşəli insanları tanıyır
•
T.t..IV.13 Şagird yerli mühitdə mövcud olan incəsənət əsərlərini təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
yerli incəsənət xadimləri, onların yaradıcılığı barədə informasiya toplayır və sinif yoldaşlarına
•
tanış edir
regionda yerləşən tarixi-memarlıq abidələrini təsvir edir
•
mühitin və dövrün incəsənət əsərlərinin (əsərdə konkret regionun landşaftı, memarlıq abidəsi,
•
dövr üçün xarakterik əşyalar və s.) mühit və dövrə nə kimi təsir göstərdiyini müzakirə
edir
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.IV - 6
Proqramın məzmunu
Təsviri incəsənətin əsas element və prinsipləri:
Xətt (ştrix), rəng (rəngin intensivliyi, yarımton), faktura, forma (xətlərlə, rənglərlə əhval-ruhiyyənin
ötürülməsi); əşyanın bütöv və ümumi ölçülərinin ötürülməsi; məkan verilişinin cəhdi (təsvirin
miqyası və tonallığının vasitəsilə horizontun xətti, ön və arxa planın seçilməsi); simmetriya, ritm,
tarazlıq.
Material və vəsait:
Qələm, pastel, quaş, akvarel, təbaşir, kömür, rəngli kağız, karton, plastilin, gil, kəndir, məftil, şüşə
və plastmas qutular, təbii və süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment.
Texnika və prosedur:
Rəssamlığın, qrafikin başqa-başqa texnikası, basmalar, yonmaq, aplikasiya, kağız plastikası kollaj,
mozaika, konstruksiya; kəsmək, yapışdırmaq, əymək, burmaq, toxumaq.
İdeya mənbələri:
Fənlər arasında əlaqələrin, assosiasiyaların ötürülməsi: ideya mənbələri: məşhur rəssamların
əsərləri, ətraf mühiti müşahidə etmək nəticəsində alınan təəssüratlar, fantaziya, bədii ədəbiyyat,
film, müxtəlif növ tamaşalar.
Ehtimal olunan mövzular:
“Yayın bir günü”, “Mənim ailəm”, “Səhər”, “Ad günü”, “Kəpənək”, “Mənim sevimli heyvanım”,
“Mənim məktəbim”, “Nağıllar aləmində”, “Teatrda”, “Küçədə”, “İdman yarışması” və s.
Əmək fəaliyyəti::
Yerinə yetiriləsi işlərin ardıcıllığını planlaşdırmaq, sinif otağını, həyəti səliqəyə salıb yığışdırmaqda
iştirak etmək, vaxt limiti və təhlükəsizlik qaydalarına riayət etmək; xarab olmuş əşya və məktəb
inventarizasiyasını (kitab, xəritə) bərpa etmək, başqa-başqa sinif və ya məktəb tədbirlərini bəzəmək,
təbrik məktubları və dəvətnamələri, çərçivələri, dibçəkləri, divar qəzetini, bayram afişasını yaratmaq
və s.
İş strategiyası:
Müstəqil, cütlükdə, qrupda işləmək.
Tədbirlər:
Sinif və məktəb sərgisi, bayram, tamaşalara, muzeylərə, qalereyalara, şəhərkənarı mədəni irslərlə
tanışlıq məqsədilə ekskursiyalara getmək.
Təqdimatlar:
İşinin təqdimatı (iş haqqında söhbət, qiymətləndirmə), suallar vermək, cavab vermək, təəssüratlarla,
müşahidələrlə paylaşmaq, başqalarının fikirlərini diqqətlə dinləmək, başqalarının işləri və fikrinə
qarşı hörmət göstərmək, başqalarının fikirlərinə diqqətlə qulaq asmaq, lazımi terminologiyadan
istifadə etmək.
Kontekstdə incəsənətin dərk edilməsi:
Təsviri incəsənətin məşhur nümunələrini nəzərdən keçirmək, tanımaq və konkret sahəyə aid etmək,
sahələri müqayisə etmək, məzmunla digər fənlərdə keçilən materialları əlaqələndirmək; əsərdən
alınan təəsüratlar haqqında söhbət aparmaq; əsərdə verilən əhval-ruhiyyəni tanımaq; yerli mühitdə
mövcud incəsənət əsərlərinin təhlili (onların həyətləri, şəhərləri, kəndləri, rayonlarında yaşayan
incəsənət xadimləri və onların yaradıcılığı haqqında informasiya toplamaq).