The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə21/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
61 
 
dəfə plastik əməliyyat etdir türklər demiĢ can çıxar huyu çıxmaz.” Aliyə bu düĢüncələrlə 
yerindən qalxaraq stolun üstündəki qovluqları araĢdırmağa baĢladı. 
  Zaman günləri qarnında əritdikcə Aliyə iĢinə daha da alıĢırdı. Lazım gəldikcə qəsəbələrə və 
kəndlərə gedir təlim tərbiyə təhsillə maaqlanır , iĢini daha mükəmməl etməyə çalıĢırdı. IĢi baĢını 
qatdıqca nəinki keçmiĢi, az qala ətrafı da unudurdu.  Bəzən iclaslardakı müzakirələrdən sonra 
müdir onu kabinetdə saxlayaraq bəzi məsələlərdə onun məsləhətini alırdı. Aliyə bunun altında 
heç bir niyyət axtarmadan kabinetdə saatlarla iĢ müzakirəsinə qoĢulurdu.  Növbəti müzakirəni 
bitirib kabinetinə gəlmiĢdi ki, qapı döyülmədən açıldı. Aliyə baĢını qaldırmadan: 
-Sevinc sən canın yaxamdan əl çək! YorulmuĢam-deyə səsləndi. 
- Əlbəttə yorularsan –tamamilə yad bir səs cavab verdi. 
Aliyə baĢını kağızdan qaldıraraq qarĢısında müdirin birinci müavini Səmranı gördü. Cəld 
yerindən qalxaraq: 
-Buyurun Səmra xanım, mənə görə qulluğunuz? Nə əziyyət çəkirdiniz çağırsaydınız mən 
kabinetinizə gələ bilərdim. Buyurun, oturun , oturun-deyə Aliyə canfəĢanlıqla müavinə kresloda 
yer göstərdi. 
- Narahat olmayın bir-iki kəlmə sözüm var,deyib gedirəm. 
Aliyənin susaraq onu maraqla dinlədiyini görən Səmra təmkinlə sözünə davam etdi:- biz bu 
idarədə  hər kəsin öz yeri olmağına alıĢmıĢıq. Sən gələnə qədər də bu belə idi. Sənə öz yerini 
göstərmək lazımdır yoxsa özün ağıllı uĢaqsan?! 
-
 
Mən sizin nə dediyinizi anlamıram. 
-
 
Aha, deməli savaĢmaq istəyirsən? 
-
 
Mən anlamıram. 
-
 
Sənə üç gün vaxt. Karyeranı toz-duman etmək stəmirsənsə mənimlə söhbət edə 
bilərsən. 
Qapı Ģaqqıltı ilə elə örtüldü ki, Aliyə elə bildi ki, çeçələ barmağı onun arasında qaldı. Bütün 
bunlar nə deməkdir? Yoxsa Sevincin çərənlədikləri doğrudur. Aliyə özünü  toplayaraq birtəhər 
telefonun dəstəyinin qaldirdı. Az sonra Sevinc özü demiĢkən qeybət çantasını qoltuğunda onun 
qarĢısıda peyda oldu.  
-
 
Hə bacı, deyəsən bizim komandaya qoĢulmaq qərarına gəldin. Hə qoy bir təxmin 
edim: indicə Səmra sənə bir araba söz dedı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
62 
 
-
 
Sən haradan bilirsən? 
-
 
Yat bala, yuxun Ģirin olsun. 
-
 
Sevinc, sən allah xatirinə mənə nələr olduğunu baĢa sal. 
-
 
Allah xatirinə demə! Mənim kimilərin yanında Ģeytanın adı daha çox çəkilir.Sən də 
qoĢulmusan yoxsa bunlar söz-söhbətdir? 
-
 
Hara qoĢulmuĢam? Azz ,nə deyirsən ? Biri gəlib üç gün vaxt verir , biri 
komandasından danıĢır. Sənin komandan kimlərdir? Birinci bunu mənə izah et!- 
demək olar ki, hövsələdən çıxan Alıyə çığırdı. 
-
 
........... komandası. Sən bunu eĢitmək istəyirdin? 
-
 
Nə ? Sən sən........ 
-
 
Hə mən! Elə bilirsən bütün bu plastik əməliyyatlar, lükĢ yaĢayıĢ, bahalı paltarlar 
göydən düĢüb?!  Sən özünü niyə xamlığa vurmusan? Hamı danıĢır ki, sən müdir ilə 
gəzirsən. Səni bura müdir gətizdirib. Sən.. 
-
 
Sən nə danıĢdığını bilirsən? O, mənim atam yaĢdadır. 
-
 
Bu lap əla  çünki elələri gənc məĢuqələri üĢün daha çox pul xərcləyirlər yəni sənin 
etdiyin bir masaj... 
-
 
Kəs! Səfehləmə! 
-
 
Mən gedə bilərəm. 
-
 
Yox, ona görə demirəm sadəcə olaraq iyrənc söhbətdir. 
-
 
Mən bu yaxınlarda sənin ərinin qəzada öldüyünü eĢitdim . Sənin ürəyin heç kiĢi 
istəmir? 
-
 
Hər halda o qocanı istəmirəm- Aliyə Sevincin zarafatına zarafatla cavab verərək 
ortalığı yumuĢaltdı.-Səmraya nə dəxli? 
-
 
Hə, gəldik mətləb üstünə. Səmra iki ildir müdirin məĢuqəsidir. 
-
 
Bəs baĢçının arvadı yoxdur? 
-
 
Deyilənə görə arvadı onun  Bakıdan sonra bu iyrənc rayona təyin olunduğunu 
eĢidəndə bura gəlməkdən imtina edib.Səmra qorxulu adamdır.  
-
 
Mənə nə edə bilər ki? 
-
 
Bunu təsəvvür etməsən yaxĢıdır. 
Sevinc gedəndən sonra Aliyə vəziyyətin bəlkə də bu qədər ĢiĢirdilməsini gülməli hesab 
etdi.Səmranin hədələrini və sevincin xəbərdarlıqlarını  beynin küncündə bir qovluğa ataraq 
unutmağa çalıĢdı.Ġdarə dedi-qodudan çalxalanır, Aliyə isə özünü xəbərsizliyə qoyaraq iĢinə 
davam edirdi. Özünə verdiyi ən böyük təsəlli: “doğruya zaval yoxdur” sözləri idi. Sevinc ona 
yeni tutduğu evi də tərk etməyi də məsləhət görürdü. “BoĢboğaz! Bu qızın iĢi –gücü 
yoxdur?! Qəfildən gəlir ürəyimi qopardır sonra gəldiyi kimi yoxa çıxır . Ġtqızı elə bil 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
63 
 
zəlzələdir. Bəlkə də bu qız bu idarənin simvolu kimi qapıya vurulmalıdır. Canlı emblem. 
ġotlandiyanın qanqal emblemi kimi. Elə hey  adamın əl-ayağına dölaĢıb çır-çır 
çığırdır”.Aliyə ona verilən üç günlük müddətdə Səmradan daha çox sevınc haqqında 
düĢündü. Sevincin pis yola düĢmək məsələsini də onun kobud bir zarafatı hesab etdi.  
Həftənin növbəti iclasından sonra hamı iclas zalını tərk etdi. Aliyə qovluqları toplayaraq 
kabinetdən çıxması onun ləngiməsinə səbəb oldu. Yorğun halda otağına girəndə Səmranın 
kresloda oturaraq dırnaqlarını manikürlədiyini gördü.  
-Siz iknci dəfədir ki , mənim otağıma icazəsiz girirsiniz. Səmra xanım, lütfən yenə 
tapmaca kimi danıĢmağa baĢlayacaqsınısa buranı tərk edin. 
- Bu dəfə hücuma sən  keçirsən? Nə olar. Qalx get, ərizəni yaz,  iĢdən çıx! 
- Mən sənin kimi fahiĢələrin sözü ilə oturub duran deyiləm. Rədd ol mənim otağımdan! 
- XoĢuma gəldin. Qəm yemə! Bu dediklərini heç ay keçməz sənə yedizdirərəm. Haydı, 
artıq soyuq müharibə baĢladı.- səmra əlindəki manikür alətini nəfəsi ilə üfürərək cibinə 
qoydu və  sakit Ģəkildə otağı tərk etdi. O gedəndən sonra   Aliyə elə bildi ki, baĢını kəlbətinin 
arasına alıb sıxırlar. Qalxıb bir dərman atmaq istədi lakin yadına düĢdü ki, çörək yeməyib. 
Çantasını yığıĢdıraraq kabineti tərk etdi. “Evə gedib bir az dincəlsəm yaxĢıdır.Yəqin müdir 
bu qancığa üz vermir bu da günahı məndə görür . bəlkə müdirin məndən doğurdanda xoĢu 
gəlir. Allah uzaq etsin. Mən kiminsə məĢuqəsi.... Mən heç vaxt buna razı ola bilmərəm. Ah, 
kaĢ bu Səmra məni günahlandırmadan öncə mənim içimi görə bileydi. Görəsən, o mənə nə 
etmək fikrindədi? Hi hi .... yox bir” yadına düĢən məsələyə gülümsədi “mən də Dəniz Baykal 
deyiləm ki, kaset olayım olsun. Gör nə səfeh Ģeylər fikirləĢirəm.” Fikirlərinin içində qəfil 
maĢın vıyıltısı eĢitdi. O an özünü yolun ortasında və bir qara rəngli maĢının  ulayaraq ona 
tərəf gəldiyni gördü. Artıq bitdi xəyalından keçmiĢdi ki, maĢın yanından dövrə vuraraq 
Aliyədən iki metr o tərəfdə saxladı.  Lakin Aliyə bunu görmədi. Ayılanda baĢının üstündə 
düran tibb bacısı qolundakı iynəni çıxarırdı. Aliyəyə təĢvıĢə düĢməsin deyə ona tez qan 
təzyiqinin düĢdüyü və huĢunu itirdiyini bildirdilər. “Məni bura kim gətirdi” sualına isə 
bayaqdan kənarda səssiz duran bir gənc cavab verdi. 
- Aliyə xanım, mənim maĢınım sizə dəyməmiĢ siz artıq huĢunuzu itirmiĢdiniz. Allaha 
Ģükürlər olsun ki, yıxılanda çantanız baĢınızın altına düĢdü və beyniniz zədələnmədi. 
-Siz mənim adımı haradan bilirsiniz? 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə