www.kitabxana.net
– Milli Virtual Kitabxana
79
QORXU
Kəndə zülmət qaranlıq çökmüĢdü. Səmadakı bir- iki ulduz istisna olmaqla, sanki dünyanı
qaranlıq öz bətnində gizlətmiĢdi.
Sərkar da bu qaranlıq aləmin yuxu adlı ötəri dünyasında idi. Yenə yuxuda qəbirstanlıq görürdü.
Yuxusu qapqara idi. Bu qara yuxunun içində yalnız baĢdaĢları ağarırdı. Tək qalmıĢdı . Saysız –
hesabsız qəbirdaĢlarının arasında tamamilə tək idi. Birdən qəfildən qəbirlər aralandı
və içindən
diĢiağara qalmıĢ skeletlər onun üstünə cumdular.” Ay aman “- deyə əti kəsilmiĢ tək çığıraraq
yerindən dik qalxdı. Bir anlığa harada olduğunu anıĢdıra bilmədi. Əlini sürətlə üzünə, saçlarına
gəzdirərək hələ canlı olduğunu özünü inandırmaq istədi. Sonra həmiĢəki
soba qoxusundan öz
evində olduğunu xatırladı. Kəsif təzək qoxusunu zövqlə sinəsinə çəkərək, əl havasına balıĢının
altındakı alıĢqanı axtarıb tapdı. AlıĢqanı
tapan kimi, vaxt itirmədən onun zəif iĢığı ilə neft
lampasının elə çarpayının ayaq tərəfində olduğunu gördü.” Hamısını bu viranın qızı edir. Yuz
dəfə demiĢəm , yuz dəfə demiĢəm ki, bu lampanı yanılı qoy, yat! Nə xeyri. VurulmuĢ
elə bil
palıd kötüyüdür. Bu boyda səs eliyirəm burada, gör heç vecinədir?!...QıĢ yuxusuna getmiĢ ayı
kimi fısafıs, yatayat........”-bu fikirlərlə lampanı alıĢdırıb çarpayının yanındakı stula qoydu.
Yan otaqdan ufultu səsləri qulağına çatanda , atasının xəstə olduğunu acı-acı xatırladı.
On
il idi ki, atası xəstə idi. On il idi demək olar ki, hər gecə Sərkar atası
ilə ölüb,dirilirdi.
Atasının ölüm kabusu, atası ölməmiĢ Sərkarın üzərinə çökmüĢdü. Yenə çal saçlarını qarıĢdıra-
qarıĢdıra atasının ufultusunu “həmiĢəkindəndir”-deyə özünə təsəlli verdi. Lakin ufultu və zarıltı
getdikcə daha da Ģiddətlənirdi. Sərkara ən qəribə gələn isə bu səs –küy artdıqdıca arvadının
yerində narahat Ģəkildə qıvrılması idi. Qəfildən qonĢu
otaqdan səs kəsilən kimi, arvadı yerindən
dik qalxaraq çarpayıdan yerə sıçradı. Gözucu Sərkara tərəf baxaraq, xalatını geyinməyə baĢladı.
O, Sərkarın üzünə diqqətlə baxdığını sezdi və sakitcə:
-Atan keçindi.
- Haradan bilirsən?- Sərkar səsindəki titrəyiĢi gizlətməyə çalıĢaraq arvadından soruĢdu.
- Gördüm. Onun canının necə alındığını gördüm. Mən gedirəm xalamın yanına .
- Sən xəstəyə baxa-baxa sərsəmləmisən. Anamı narahat etmə! Yəqin kiĢinin ağrıları
kəsdi
ona görə də, səsi gəlmir.-deyərək Sərkar hirslə çarpayıdan qalxaraq onun qarĢısını kəsməyə
çalıĢdı.