g
45:25 Lev. 23:33-36; Say. 29:12-38
hər gün Rəbbə yandırma qurbanı olaraq qüsursuz yeddi buğa ilə yeddi
qoç, günah qurbanı olaraq bir təkə təmin etsin.
24
Taxıl təqdimi olaraq
hər buğa və qoç üçün bir efa taxıl, hər efa üçün bir hin zeytun yağı təmin
etsin.
25
g
Yeddinci ayın on beşinci günü başlayan və yeddi gün davam edən
bayramda rəhbər günah qurbanlarını, yandırma qurbanlarını, taxıl
təqdimlərini və zeytun yağını hər gün eyni miqdarda təmin etsin”.
46
1
Xudavənd Rəbb belə deyir: “İçəri həyətin şərqə baxan darvazası
altı iş günü bağlı qalmalı, Şənbə günləri və Təzə Ay mərasimi
günləri isə açıq olmalıdır.
2
Rəhbər bayırdan, darvaza eyvanı yolundan
içəri girib darvazanın yan taxtalarının yanında dursun. Kahinlər onun
yandırma qurbanını və ünsiyyət qurbanlarını təqdim etsin. Rəhbər
darvaza kandarında ibadət etsin, sonra bayıra çıxsın, ancaq darvaza
axşama qədər açıq qalsın.
3
Şənbə günləri və Təzə Ay mərasimi günləri
ölkə xalqı bu darvazanın girişində Rəbbin önündə ibadət etsin.
4
Rəhbər Şənbə günü Rəbbə yandırma qurbanı olaraq verdiyi qüsursuz
altı quzu, bir qoç təqdim etsin.
5
Qoç üçün veriləcək taxıl təqdimi bir efa
olsun, quzular üçün isə istədiyi qədər taxıl təqdimi verə bilər. Hər efa
taxıl üçün bir hin zeytun yağı versin.
6
Təzə Ay mərasimi günü qüsursuz
bir buğa, altı quzu və bir qoç qurban gətirsin.
7
Buğa və qoç üçün taxıl
təqdimi olaraq hərəsinə bir efa taxıl təmin etsin. Quzular üçün istədiyi
qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı təmin
etsin.
8
Rəhbər içəri girəcəyi zaman darvaza eyvanından girsin, həmin
yolla da bayıra çıxsın.
9
Ölkə xalqı bayramlarda Rəbbin önünə gəldiyi zaman ibadət etmək
üçün şimal darvazasından girən adam cənub darvazasından çıxsın,
cənub darvazasından girən adam şimal darvazasından çıxsın. Heç kəs
girdiyi darvazadan çıxmasın, hər kəs girdiyi darvazanın qarşısındakı
darvazadan çıxsın.
10
Rəhbər xalqın arasında olsun, xalqla birgə girsin,
xalqla birgə çıxsın.
11
Bayramlarda və müqəddəs günlərdə buğa və qoç
üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl versin. Quzular üçün isə
istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı
versin.
12
Rəhbər Rəbbə könüllü olaraq verdiyi yandırma qurbanı yaxud
ünsiyyət qurbanları təqdim edəcəyi zaman şərqə baxan darvaza onun
üzünə açılsın. Yandırma qurbanı yaxud ünsiyyət qurbanlarını Şənbə
günü qurban gətirdiyi kimi təmin etsin, sonra bayıra çıxsın. O çıxdıqdan
sonra darvaza bağlansın.
13
Hər gün səhərlər yandırma qurbanı olaraq Rəbbə bir yaşında
qüsursuz bir quzu təmin et.
14
Bununla yanaşı, hər səhər taxıl təqdimi
Yezekel 45 , 46
1354
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
h
46:17 Lev. 25:10
i
47:1 Zək. 14:8; Yəh. 7:38; Vəhy 22:1
olaraq efanın altıda biri qədər taxıl və narın unu islatmaq üçün bir hinin
üçdə biri qədər zeytun yağı təmin et. Bu taxıl təqdiminin Rəbbə verilməsi
daimi bir qayda olsun.
15
Beləcə hər səhər daimi yandırma qurbanı olaraq
quzu, taxıl təqdimi və zeytun yağı təmin edilsin”.
Rəhbərə düşən mülk
16
Xudavənd Rəbb belə deyir: “Əgər rəhbər oğullarından birinə öz
mülkündən pay verərsə, öz irsi kimi nəslinə də keçsin, irs olaraq bu pay
onların mülkü olsun.
17
h
Lakin rəhbər öz mülkündən qulluqçularından
birinə pay verərsə, bu pay azadlıq ilinə qədər qulluqçununku olsun,
sonra isə rəhbərə qaytarılsın. Rəhbərin irsi ancaq oğullarına keçə bilər və
onların olsun.
18
Lakin rəhbər xalqı mülkündən qovaraq irsindən məhrum
etməməlidir. O, oğullarına yalnız öz mülkündən irs verə bilər, ona görə
ki xalqımdan olan heç kəs mülkünü tərk edib kənara getməsin”».
Məbədin mətbəxləri
19
Sonra o adam məni darvazanın yanındakı girişdən şimala baxan,
kahinlərə məxsus müqəddəs otaqlara gətirdi və mənə qərb tərəfdə bir yer
göstərdi.
20
O mənə dedi: «Kahinlərin təqsir qurbanı ilə günah qurbanının
ətini qaynadacaqları və taxıl təqdimini bişirəcəkləri yer buradır. Ona
görə ki bunları bayır həyətə çıxarıb xalqı təqdis etməsinlər».
21
Sonra o adam məni bayır həyətə çıxarıb həyətin dörd küncündən
keçirdi. Gördüm ki, həyətin hər küncündə kiçik bir həyət var.
22
Həyətin
dörd küncündə olan bu qapalı həyətlərin hər birinin uzunluğu qırx, eni
isə otuz qulac idi. Künclərdəki həyətlər eyni boyda idi.
23
Dörd həyətin
hər birinin ətrafında daş divar var idi. Divarın dibində yemək bişirmək
üçün yerlər düzəldilmişdi.
24
O adam mənə dedi: «Bunlar mətbəxdir.
Məbəd xidmətçiləri xalqın qurbanlıq ətlərini burada qaynadacaq».
Məbəddən axan su
47
1
i
O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin
kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd
şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın
cənubundan aşağıya axırdı.
2
O məni oradan – şimal darvazasından
çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub
tərəfdən axırdı.
3
O adam əlində ölçmək üçün bir iplə şərqə tərəf getdi. O, min qulac
ölçdü və məni topuğa qədər çıxan suların içinə gətirdi.
4
Daha min qulac
ölçdü və məni dizə qədər çıxan suların içinə gətirdi. Yenə min qulac
ölçdü və məni belə qədər çıxan suların içinə gətirdi.
5
Daha min qulac
1355
Yezekel 46 , 47
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
j
47:15 Xamat keçidinə, Sedada – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə
Sedad keçidinə, Xamata.
ölçdü və sular keçilməz bir çaya döndü. Sular artmışdı, içindən piyada
keçmək mümkün deyildi, adam üzən qədər dərin bir çaya çevrilmişdi.
6
O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra
məni götürüb yenə çayın sahilinə gətirdi.
7
Oraya çatanda çayın hər
iki sahilində çoxlu ağac gördüm.
8
O adam mənə dedi: «Bu sular şərq
bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə
tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək.
9
O
zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq,
çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin
suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək.
10
Çayın sahili boyu
balıqçılar dayanacaq. En-Gedidən En-Eqlayimə qədər tor sərilən
yerlər olacaq. Orada da Böyük dənizdəki kimi çoxlu balıq növləri
olacaq.
11
Ancaq Duz dənizinin palçıqlı və bataqlıq yerləri şirin suya
çevrilməyəcək, şoranlıq olaraq qalacaq.
12
Çayın hər iki sahilində hər
cür meyvə ağacı yetişəcək. Onların yarpaqları solmayacaq, meyvələri
tükənməyəcək. Hər ay meyvə verəcəklər, çünki Müqəddəs məkandan
çıxan sular oraya axır. Meyvələrindən yemək, yarpaqlarından şəfa
vermək üçün istifadə olunacaq».
Ölkənin sərhədləri
13
Xudavənd Rəbb belə deyir: «Ölkəni irs olaraq İsrailin on iki qəbiləsi
arasında bu sərhədlərlə bölün: Yusifə iki pay düşsün.
14
Ölkəni on iki
qəbilə arasında hər birinə bərabər olaraq paylayın. Mən ölkəni sizin
atalarınıza verəcəyimə and içdim. Bu ölkə sizə irs olaraq veriləcək.
15
Ölkənin sərhədi belə olacaq: şimalda Böyük dənizdən Xetlon yolu ilə
Xamat keçidinə, Sedada,
j
16
Berotaya və Dəməşq ilə Xamatın torpaqları
arasında yerləşən Sivrayimə, Xavran sərhədində olan Xaser-Hattikona
qədər uzanacaq.
17
Sərhəd dənizdən Xasar-Enona, Dəməşqin şimal sərhədi
boyunca uzanacaq, Xamat sərhədi şimalda olacaq. Şimal sərhədi belədir.
18
Şərqdə sərhədi Xavranla Dəməşq arasından başlayıb Gileadı İsraildən
ayıran İordan çayı boyunca Şərq dənizinə qədər ölçün. Şərq sərhədi
belədir.
19
Cənubda sərhəd Tamardan Meriva-Qadeş sularına, Misir vadisi
boyunca Böyük dənizə qədər uzanacaq. Cənub sərhədi belədir.
20
Qərbdə Xamat keçidinin qarşısındakı yerə qədər Böyük dəniz sərhəd
olacaq. Qərb sərhədi belədir.
21
Bu ölkəni İsrail qəbilələrinə görə öz aranızda bölüşdürün.
22
Ölkəni
öz aranızda və aranızda yaşayarkən övladları doğulan yadellilərlə irs
olaraq bölüşdürün. Onları da İsrail övladları arasında yerlilər kimi
Yezekel 47
1356
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
hesab edin. Onların da İsrail qəbilələri arasında sizin kimi irsləri olacaq.
23
Yadelli hansı qəbilədə yaşayırsa, orada ona düşən payı irs olaraq verin»
Xudavənd Rəbb belə bəyan edir.
Torpağın bölüşdürülməsi
48
1
«Qəbilələrin adları belədir: şimal sərhədində olan Dana bir
pay veriləcək. Danın sərhədi Xetlon yolundan Xamat keçidinə
qədər uzanacaq. Xasar-Enon və Xamata yaxın Dəməşqin şimal sərhədi
şərqdən qərbə qədər uzanan sərhədin bir hissəsini tutacaq.
2
Aşerə bir
pay veriləcək. Sərhədi Danın şərqdən qərbə qədər uzanan sərhədinə
bitişik olacaq.
3
Naftaliyə bir pay veriləcək. Sərhədi Aşerin şərqdən
qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
4
Menaşşeyə bir pay
veriləcək. Sərhədi Naftalinin şərqdən qərbə qədər uzanan sərhədinə
bitişik olacaq.
5
Efrayimə bir pay veriləcək. Sərhədi Menaşşenin şərqdən
qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
6
Ruvenə bir pay veriləcək.
Sərhədi Efrayimin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
7
Yəhudaya bir pay veriləcək. Sərhədi Ruvenin şərqdən qərbə qədər
uzanan sərhədinə bitişik olacaq.
8
Yəhudanın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik torpaqlar
ayıracağınız xüsusi pay olacaq. Eni iyirmi beş min qulac, şərqdən
qərbə uzunluğu isə bir qəbiləyə düşən pay qədər olacaq. Müqəddəs
məkan oranın ortasında olacaq.
9
Rəbbə xüsusi olaraq verəcəyiniz payın
uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.
10
Bu, kahinlər
üçün müqəddəs pay olacaq. Şimalda uzunluğu iyirmi beş min qulac,
qərbdə eni on min qulac, şərqdə eni on min qulac, cənubda uzunluğu
iyirmi beş min qulac olacaq. Rəbbin Müqəddəs məkanı oranın ortasında
olacaq.
11
Bu bölgə Sadoq nəslindən təqdis olunmuş kahinlər üçün olacaq.
Onlar buyruğumu yerinə yetirdi, İsrail xalqı yoldan azan zaman Levililər
də yoldan azdı, ancaq onlar yoldan azmadı.
12
O yer ölkənin müqəddəs
payından xüsusi bir pay olaraq onlara veriləcək. Ora Levililərin
torpaqlarına bitişik çox müqəddəs bir bölgə olacaq.
13
Kahinlərin sərhədi yaxınlığında Levililərin iyirmi beş min qulac
uzunluğunda, on min qulac enində bir payları olacaq. Bu bölgənin
uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.
14
Levililər oranı
satmasın və başqa yerə dəyişməsin. Bu, ölkənin ən yaxşı hissəsidir və
başqa adamın əlinə keçməməlidir, çünki ora Rəbbə həsr edilmişdir.
15
Rəbbə verdiyiniz bu xüsusi payın qalan iyirmi beş min qulac
uzunluqda və beş min qulac enindəki hissəsi müqəddəs deyil və şəhər
üçündür. Bu yer evlərə, otlaqlara ayrılacaq. Şəhər onun ortasında
olacaq.
16
Şəhərin ölçüləri belə olacaq: şimal tərəfi dörd min beş yüz
qulac, cənub tərəfi dörd min beş yüz qulac, şərq tərəfi dörd min beş yüz
qulac, qərb tərəfi dörd min beş yüz qulac.
17
Şəhər üçün ayrılan otlağın
1357
Yezekel 47 , 48
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
k
48:30‑34 Vəhy 21:12-13
ölçüləri belə olacaq: şimalda iki yüz əlli qulac, cənubda iki yüz əlli qulac,
şərqdə iki yüz əlli qulac, qərbdə iki yüz əlli qulac.
18
Müqəddəs bölgənin
sərhədində qalan yerin həm şərq tərəfi, həm də qərb tərəfi on min qulac
olacaq. Müqəddəs bölgəyə bitişik torpaqlarda yetişən məhsul şəhərdə
işləyənlərə məxsus olacaq.
19
İsrailin hər qəbiləsindən şəhərdə işləyənlər
torpağı şumlayacaq.
20
Bu bölgənin ərazisi dördbucaqlı şəklindədir, hər
yanı iyirmi beş min qulacdır. Siz xüsusi bir pay olaraq şəhərin mülkü ilə
birlikdə müqəddəs bölgəyə düşən payı ayırın.
21
Müqəddəs bölgəyə aid olan hissə ilə şəhərə aid olan hissədən
başqa, ayırdığınız xüsusi paydan hər iki tərəfdə qalan torpaqlar
rəhbərə veriləcək. Bu torpaqlar müqəddəs bölgəyə aid olan iyirmi beş
min qulaclıq hissənin şərqindən və qərbindən ölkənin şərq və qərb
sərhədlərinə qədər uzanacaq. Qəbilələrə düşən paylar boyunca uzanan
bu iki bölgə rəhbərə məxsus olacaq. Müqəddəs yerə aid olan hissə ilə
məbədin Müqəddəs məkanı oranın ortasında olacaq.
22
Beləcə Levililərə
düşən mülklə şəhərə aid olan mülk rəhbərə verilən torpaqların arasında
qalacaq. Rəhbərə veriləcək torpaqlar Yəhuda ilə Binyaminin sərhədi
arasında olacaq.
23
Qalan qəbilələrə düşən pay belədir: Binyaminə bir pay veriləcək.
Sərhədi şərqdən qərbə qədər uzanacaq.
24
Şimeona bir pay veriləcək.
Sərhədi Binyaminin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
25
İssakara bir pay veriləcək. Sərhədi Şimeonun şərqdən qərbə qədər
uzanan sərhədinə bitişik olacaq.
26
Zevuluna bir pay veriləcək. Sərhədi
İssakarın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
27
Qada bir
pay veriləcək. Sərhədi Zevulunun şərqdən qərbə qədər uzanan sərhədinə
bitişik olacaq.
28
Qadın sərhədi ölkənin cənub sərhədi olub Tamardan
Meriva-Qadeş sularına, oradan da Misir vadisi boyunca Böyük dənizə
qədər uzanacaq.
29
İrs olaraq İsrail qəbilələri arasında bölüşdürəcəyiniz
torpaq budur. Onlara düşəcək paylar bunlardır» Xudavənd Rəbb belə
bəyan edir.
Şəhərin darvazaları
30
k
«Şəhərin çıxış yerləri bunlardır: dörd min beş yüz qulac
uzunluğunda olan şimal tərəfdə darvazalar olacaq.
31
Şəhərin
darvazalarına İsrail qəbilələrinin adları veriləcək. Şimal tərəfdə üç
darvaza olacaq: bir Ruven darvazası, bir Yəhuda darvazası, bir Levi
darvazası.
32
Dörd min beş yüz qulac uzunluğunda olan şərq tərəfdə üç
darvaza olacaq: bir Yusif darvazası, bir Binyamin darvazası, bir Dan
darvazası.
33
Dörd min beş yüz qulac uzunluğunda olan cənub tərəfdə üç
darvaza olacaq: bir Şimeon darvazası, bir İssakar darvazası, bir Zevulun
Yezekel 48
1358
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
l
48:35 Yahve‑Şamma – ibrani dilində Rəbb oradadır.
darvazası.
34
Dörd min beş yüz qulac uzunluğunda olan qərb tərəfdə
üç darvaza olacaq: bir Qad darvazası, bir Aşer darvazası, bir Naftali
darvazası.
35
Şəhərin dairəsi on səkkiz min qulac olacaq və o gündən
sonra şəhər Yahve-Şamma
l
adlanacaq».
1359
Yezekel 48
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
Dostları ilə paylaş: |