Mövzu 10. Nisbi molekul kütləsi. Kimyəvi formullara görə
hesablamalar
Аlt standart: 1.2.2., 1.3.1.
Məqsəd:
Şagird:
– maddənin molekul kütləsi və nisbi molekul kütləsi anlayışlarını fərq lən -
dirir;
– nisbi molekul kütləsinin hesablanması düsturunu yazıb izah edir;
– maddələrin kimyəvi formullarına əsasən nisbi molekul kütləsini (Mr)
hesablayır və oxuyur;
– kimyəvi formullar əsasında maddə tərkibindəki elementlərin kütlə payını
və elementlərin kütlə nisbətlərini hesablayır, elementlərin kütlə payı və
kütlə nisbətləri məlum olduqda maddənin formulunu çıxarır.
Təlim forması: cütlərlə iş
Təlim üsulu: frontal sorğu, tədqiqatçılıq, dialoji şərh, müzakirə
İnteqrasiya: Riy. -V sinif: 1.2.1., 1.2.2., 1.2.3.
Resurs: dərslik, tapşırıq mətnləri
Dərsin gedişi:
Frontal sorğu aparmaqla şagirdlərin «Elementlərin nisbi atom kütləsi»
möv zusunda öyrəndikləri vacib məsələlər aşağıdakı suallarla aktuallaşdırılır:
– atomların kütləsi hansı vahidlə ölçülür?
– atom kütlə vahidi (a.k.v.) olaraq etalon kimi nə götürülür?
– nisbi atom kütləsinin düsturu və nisbi atom kütləsinin işarəsi necə
yazılır?
Bu məsələlər aktuallaşdırıldıqdan sonra müəllim bildirir ki, maddələrin
molekul kütləsi də atom kütlə vahidi, yəni
12
C izotopu kütləsinin 1/12-i ilə
ifadə olunur və nisbi molekul kütləsinin düsturu da oxşardır. Nisbi molekul
kütləsinin Mr-lə işarə olunduğunu bilərək həmin düsturu yazın. Nisbi molekul
kütləsi onun tərkibinə daxil olan atomların kütlələrinə əsasən hesablanır.
Tədqiqat sualı: Hidrogen, oksigen, su və sulfat turşusunun (H
2
SO
4
) nisbi
mo le kul kütlələri neçədir? Hesablayın və onları oxuyun.
Tapşırığı eyni partada oturan şa gird lərin birlikdə yerinə yetirməsi tələb olunur.
Müəllimin dialoji şərhi davam edir: maddələrin nisbi molekul kütləsini he -
sab lamağı öyrəndikdən sonra kimyəvi formula görə başqa hesablamalar da
apar maq olar. Onlardan ən mühümlərini öyrənək:
31
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
1. Kimyəvi formula görə mürəkkəb maddənin tərkibindəki elementlərin
kütlə payının hesablanması
Hesablama aşağıdakı mərhələlərlə yerinə yetirilir:
a) Maddənin nisbi molekul kütləsinin hesablanması;
b) maddə tərkibində kütlə payı hesablanan elementinin neçə atomdan
ibarət olmasının nəzərə alınması;
c) kütlə payı hesablanan elementin nisbi atom kütləsini (Ar) tapıb onun
atomunun sayına (n) vurulması;
d) alınan hasilin maddənin nisbi molekul kütləsinə (Mr) bölünməsi.
«Elementin kütlə payını omeqa (
ω) hərfi ilə işarə edərək hesablama düs-
turunu necə yazmaq olar?» – sualı verilir. Şagirdlərdən biri düsturu ( )
yazır. Sonrakı sual verilir: «Bəs ikinci elementin kütlə payını necə hesablamaq
olar?» Adətən, şagirdlər onun da həmin düsturla hesablanması mümkündür
deyirlər. «Burada başqa üsul da ola bilərmi?» – sualı verilir, yada salın ki,
mürəkkəb maddə iki elementdən ibarətdir (binar birləşmədir) və
ω-nın cavabı
0-la 1 ara sında dəyişir. Riyazi hazırlığı yaxşı olan şagirdlər ikinci üsulu de -
yir lər: «Va hid dən 1-ci elementin kütlə payını çıxmaq lazımdır».
Müəllim qeyd edir: «Elementlərin kütlə payını çox vaxt faizlə ifadə edir -
lər, onda düsturumuzun ifadəsi necə yazılmalıdır?» Cavab alınır:
Bütün cütlərə P
2
O
5
birləşməsində oksigenin və fosforun kütlə payını he -
sab lamaq tapşırılır, 5–6 dəqiqə vaxt verilir. Vaxt tamam olduqda vəziyyət öy -
rənilir və bir fəal şagird hesablamanı lövhədə aparır, hamı özününkünün
dü rüstlüyünü onunla yoxlayır.
2. Formula görə maddə tərkibindəki elementlərin kütlə nisbətlərinin he -
sab lanması
Müəllim hesablanmanın ardıcıllığını qısaca izah edir və şagird cütlərinə
SO
3
birləşməsində kükürd və oksigen elementlərinin kütlə nisbətlərini hesab -
la mağı tapşırır, daha az vaxt (2–3 dəqiqə) təyin edir.
3. Maddələrin kimyəvi formulunun çıxarılması
Müəllim:
– Maddənin kimyəvi formulunu çıxarmaq üçün onun tərkibin
dəki
element lə rin kütlə payını, kütləsini və ya kütlə nisbətlərini bilmək lazımdır.
Öyrənil miş dir ki, elementlərin kütlə payının nisbi atom kütləsinə bölünmə -
sin dən alı nan ədədlərin nisbəti onların kütlə nisbətinə (a:b) bərabər olur,
yəni mad də tərkibindəki elementlərdən birini x, o birini isə y-lə işarə etsək
yazarıq:
32
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
Ən kiçik tam ədədlər olan
a və
b elementlərin indeksi kimi götürülür, ax -
ta rılan formul X
a
Y
b
olur.
Kimyəvi birləşmədəki elementlərin kütləsi və ya
kütlə nisbətləri verildikdə
yenə də elementə aid kütləni onun nisbi atom kütləsinə bölüb alınan qismətləri
ən kiçik tam ədədə çeviririk:
Hesablama bacarığını möhkəmləndirmək üçün sinifdə şagird cütlərinə
tapşırılır: kükürdün oksigenlə əmələ gətirdiyi birləşməsində elementlərin kütlə
nisbəti m(s): m(o)=2:3-dür. Həmin birləşmənin formulunu çıxarın. 3–4 dəqi -
qədən sonra nəticə yoxlanılır.
Həmçinin qruplara dərslikdəki çalışmaların (mövzu 7, çalışma 1–10) evdə
həll edilməsi tövsiyə olunur.
Qiymətləndirmə meyarları: nisbi molekul kütləsinin izahı və düsturu,
maddənin nisbi molekul kütləsinin hesablanması, elementlərin kütlə payının,
kütlə nisbətlərinin hesablanması, formulun çıxarılması, əməkdaşlıq.
Mövzu 11. Maddə miqdarı. Molyar kütlə
Аlt standart: 1.2.2., 1.3.1.
Məqsəd:
Şagird:
– maddə miqdarı və Avoqadro ədədi anlayışlarının mahiyyətini izah edir;
– maddə miqdarının vahidi olan «mol» anlayışını, onun Avoqadro ədədi
ilə əlaqəsini şərh edir;
– maddə miqdarı, Avoqadro sabiti və maddəni təşkil edən hissəciklərin
sayı arasında əlaqə yaradır, hesablamalar aparır;
– «molyar kütlə» anlayışını izah edir, molyar kütlə, maddə miqdarı və
maddənin kütləsi arasında əlaqələrə aid hesablamalar aparır.
Təlim forması: kiçik
qruplarla və kollektivlə iş
33
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil