Tofiq Köçərli
- 129 -
Qarabağ: Yalan və Həqiqət
Bunu vә Dağlıq Qarabağ әhalisinin arzusunu nәzәrә alaraq, Ermәnistan Mәrkәzi
Komitәsi vә Xalq Komissarları Soveti Azәrbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayәtini
Qarabağ vilayәti sifәtilә Ermәnistan SSR tәrkibinә daxil etmәk haqqında mәsәlәyә
baxmağı ÜİK(b)P MK vә İttifaq hökumәtinә tәklif edirlәr.
Bu mәsәlә müsbәt hәll olunarsa, Ermәnistan MK vә Xalq Komissarları Soveti Sovet
hakimiyyәti qurulması әrәfәsindә dağılmış Qarabağın keçmiş mәrkәzi Şuşa şәhәrinin
bәrpa olunması haqqında hökumәtә tәklif verәcәklәr.
Ermәnistan K(b)P MK-nin katibi Arutinov Q.R.”
Mәktubda gәtirilәn dәlillәr qondarma, әsassız vә saxta dәlillәrdir. Dağlıq Qarabağın
1923-çü ildәn Azәrbaycan tәrkibindә olması haqqında iddiaya gәlincә, o da tamamilә
uydurmadır. Әgәr Dağlıq Qarabağ 1923-cü ilә qәdәr Azәrbaycanın tәrkibindә deyildisә,
bәs kimin tәrkibindә idi? Ermәnistan Respublikasınınmı? Әsla yox vә hәtta bir gün dә
olsun yox. Dağlıq Qarabağ 1923-cü ilә qәdәr dә Azәrbaycanın tәrkib hissәsi idi, 1921-ci
il iyulun 5-dә qәbul olunmuş qәrarla Dağlıq Qarabağın Azәrbaycan әrazisi olması
tәsdiqlәnmiş vә onun Azәrbaycan tәrkibindә saxlanması qәt edilmiş vә Azәrbaycan
Mәrkәzi İcraiyyә komitәsinin dekreti ilә dә Dağlıq Qarabağ Muxtar Vilayәti yaradılmışdı.
Dağlıq Qarabağ әhalisinin “arzusunun” nәzәrә alınması mәsәlәsindә dә Arutinov
saxtakarlıq etmişdi. Stalinә mәktub ictimaiyyәtdәn, әhalidәn tam xәlvәt hazırlanmışdı.
Dağlıq Qarabağ әhalisinin rәyi heç bir şәkildә öyrәnilmәmişdi. Nә rәy sorğusu, nә dә
deyәk ki, kütlәlәrin hansısa yığıncağı keçirilmәmişdi. Vilayәtin partiya vә sovet orqanları
Da mәsәlә barәsindә heç bir qәrar qәbul etmәmişdilәr.
Dağlıq Qarabağın mәhz “Qarabağ vilayәti” adı altında Ermәnistana qatılması tәklifi
dә yәqin boş yerә edilmәmişdi. Görünür, tәklif reallaşdığı halda, Ermәnistanın Qarabağ
vilayәti gәlәcәkdә bütün Qarabağa iddia etmәk üçün әsas kimi düşünülürmüş.
ÜİK(b)P MK-sı Ermәnistanın mәktubunu baxılmaq üçün Azәrbaycan K(b)P MK-nın
birinci katibi Mir Cәfәr Bağırova göndәrir. M.C.Bağırovun göstәrişi ilә Azәrbaycanın
1918-çi il xәritәsi hazırlanır. Xәritә vә M.C.Bağırovun müvafiq mәktubu Stalinә
göndәrilir. M.C.Bağırov Dağlıq Qarabağın Şuşa rayonu istisna olmaqla, Ermәnistana
verilmәsinә etiraz etmir. Lakin bunun әvәzindә Azәrbaycanlıların qәdimdәn mәskunlaşıb
kip yaşadıqları Ermәnistan rayonlarının Azәrbaycana birlәş-dirilmәsini tәlәb edir.
Tofiq Köçərli
- 130 -
Qarabağ: Yalan və Həqiqət
M.C.Bağırovun tәkliflәrinin ÜİK(b)P MK-da müzakirәsi haqqında әlimizdә sәnәd
yoxdur. Bu mәlumdur ki, Ermәnistan rәhbәrlәrinin Dağlıq Qarabağı Ermәnistan tәrkibinә
daxil etmәk haqqında tәklifi qәti rәdd edilmişdir.
O zaman Azәrbaycan K(b)P MK katibi işlәmiş mәrhum Hәsәn Hәsәnovun vaxtı ilә
şәxsi söhbәtdә mәnә dediyinә görә, Stalin Bağırovun cavab mәktubu ilә tanış olduqdan
sonra belә qısa vә yığcam bir dәrkәnar qoymuşdu:
“Dәli-zad olmamısınız ki? Arxivә”
Belәliklә, M.C.Bağırovun qәtiyyәtli demarşı, ölçülüb-biçilib әsaslandırılmış alternativ
tәklifi Ermәnistanın Dağlıq Qarabağ haqqında planlarını puç etdi.
1985-çi il gәldi. Gәldi öz yenidәn-qurması” ilә! Bu vaxta qәdәr ermәni diasporu
bәyan edirdi ki, “bizim әrazi tәlәblәrimiz yalnız Türkiyәyәdir”. 1985-çi ilin dekabrında
ABŞ-dakı daşnak partiyası vә Ermәni milli komitәsi birlәşmiş Ermәnistan yaratmağı vә
Qarabağla Naxçıvanı, habelә Gürcüstanın Axalkalaki bölgәsini Ermәnistanla birlәşdirmәyi
strateji mәqsәd elan etdilәr.
O vaxtlardan Ermәnistanın Dağlıq Qarabağa iddiaları aşkar xarakter aldı. Zori
Balayanlar maneәsiz meydan oxumağa başladılar. M.S.Qorbaçovun yaxın adamı vә
mәslәhәtçisi akademik Abel Aqanbeqyan müәyyәn mәnada ittifaq rәsmi dairәlәrinin vә
әlbәttә ki, Ermәnistan rәhbәrliyinin Dağlıq Qarabağ kartını açdı. Aqanbeqyan 1987-çi ilin
noyabrında Parisdә bәyan etdi ki, o, Qarabağın Ermәnistana verilmәsini arzulayır. O,
bunu belә “әsaslandırdı”: “Bir iqtisadçı kimi hesab edirәm ki, Qarabağ Azәrbaycandan
daha Çox Ermәnistanla bağlıdır”.
Bu, tam saxta “dәlil” idi.
Heç bir zaman Dağlıq Qarabağ iqtisadi cәhәtdәn Ermәnistanla bağlı olmamışdı. heç
bir zaman!
Әn başlıcası, Aqanbeqyanın Parisdәki çıxışından mәlum oldu ki, Dağlıq Qarabağı
Ermәnistanla birlәşdirmәk istiqamәtindә әmәli addım atılmışdır. Aqanbeqyan açıq bildirdi
ki, “bu mәsәlәyә (Dağlıq Qarabağa - T.K) dair mәn bir tәklif tәqdim etmişәm. İnanıram
ki, bu problem yenidәnqurma, demokratiya şәraitindә öz hәllini tapacaqdır”.
Aqanbeqyanın Parisdәki çıxışı ilә әslindә “Qarabağ hәrәkatının” başlanmasına işarә
vә istiqamәt verildi. Bunun üçün vaxt tәsadüfi seçilmәmişdi.
Tofiq Köçərli
- 131 -
Qarabağ: Yalan və Həqiqət
- Qorbaçovun dağıdıcı “yenidәnqurma”sı başlamışdı. İttifaq partiya vә Sovet
hakimiyyәtindә möhkәmlәnmiş Şahnazarov, Aqanbeqyan, Brutens, Sitaryan vә b.
Qorbaçovun Azәrbaycan siyasәtinә nәinki tәsir edir, hәtta bu siyasәti tәyin edirdilәr.
- Azәrbaycana fәrsiz rәhbәrlik nәsib olmuşdu. Qәtiyyәtli Heydәr Әliyev
hakimiyyәtdәn uzaqlaşdırılmışdı.
Bu amillәr Dağlıq Qarabağda separatizmin tüğyan etmәsini şәrtlәndirmişdi,
Qondarma “hәll edilmәmiş әrazi mübarizәsinin” qısa tarixçәsi belәdir.
Mikaelyanın Dağlıq Qarabağ mәsәlәsi-nә mәhz “hәll edilmәmiş әrazi mübahisәsi
kimi” yanaşmaq tәlәbi tarixi cәhәtdәn әsas-sız vә strateji planda perspektivsizdir.
Nә üçün Mikaelyan bütün başqa ermәni müәlliflәrindәn, habelә Stupişindәn fәrqli
olaraq Qarabağ mәsәlәsindә öz müqәddәratını tәyin etmәk hüququna deyil, “mübahisәli
әrazi” mәsәlәsinә üstünlük verir?
Görünür, o, beynәlxalq hüququ, mәsәlәn, diplomat vә elmlәr doktoru Stupişindәn
daha yaxşı bilir vә başa düşür ki, müstәqil dövlәt yaratmağa vә ayrılmağa qәdәr öz
müqәddәratını tәyin etmәk hüququ heç dә hamının şәksiz hüququ demәk deyildir.
Zәnnimcә, bu hüquq hәr hansı bir mil-lәtin bu vә ya başqa dövlәtdә mәskunlaşan,
hәtta kip mәskunlaşan hissәlәrinә deyil, bütövlükdә millәtә aiddir. BMT müstәqillik
hüququnu müstәmlәkә xalqları vә anneksiya olunmuş әrazilәr üçün elan etmişdir. hәmin
hüquq beynәlxalq cәhәtdәn tanınmış dövlәtlәrin milli azlıqlarına aid deyil.
Mütәxәssislәrin yazdığına görә, hazırda dünyada 3 minә yaxın millәt vә
formalaşmaqda olan potensial millәt, 10 min etnik qrup var.
Dünyada olan dövlәtlәrin sayı isә çәmi 200-ә qәdәrdir.
Moskvalı müәllif Viktor Zotov haqlıdır: әgәr “ayrılmağa vә müstәqil dövlәt yaratmağa
qәdәr” hüququnu bütün xalqlar hә-yata keçirsәlәr, bütün beynәlxalq münasibәtlәr
dağılar. “Hamının hamı ilә müharibәsi” başlayar (“Свободная мысль” jurnalı, № 4,
1997). Bununla әlaqәdar Zotov tanınmış müәlliflәrin vә siyasi xadimlәrin fikirlәrini gәtirir.
Hәmin fikirlәr belәdir:
- İsveçin keçmiş baş naziri İ.Karlsonun fikrincә, öz müqәddәratını tәyin etmәk
mәsәlәsi “tәshih olunmalıdır”, öz müqәddәratını “yeni suveren dövlәtlәr yaratma-dan
da” tәyin etmәk olar;
Dostları ilə paylaş: |