Tofiq Köçərli
- 135 -
Qarabağ: Yalan və Həqiqət
Demә İran niyә viran oldu?!
80-çi illәrin axırlarından 1993-çü ilin әvvәllәrinә gәdәr Azәrbaycanda yaranmış belә
traqikomik vәziyyәt, fәrsiz rәhbәrlik, hakimiyyәt iflici, bunlarla әlaqәdar yaranmış
dәrәbәyilik, qanunsuzluq, özbaşınalıq mәğlubiyyәtimizin әsas sәbәblәrindәndir.
Taleyran yazıb:
“Xalqlar bilsәlәr ki, onlara neçә xırda adamlar (“мелкие люди”) hökmranlıq edirlәr,
dәhşәtә gәlәrlәr”
Biz dә öz tәcrübәmizdә bildik vә gördük ki, “xırda adamların”, “hәr ötәnin”, “hәr
yetәnin” “çәmaәt başına” keçmәsi bәdbәxtlikdir, fәlakәtdir, sarsıntılara, siyasi
zәlzәlәlәrә, mәğlubiyyәtlәrә, o cümlәdәn rüsvayçı hәrbi mәğlubiyyәtә aparan yoldur.
Bәli, hәrbi mәğlubiyyәtә uğramışıq. Ancaq sarsılmamışıq. Başımızı itirmәmişik.
Ümidsizliyә qapılmamışıq. İnamımızı itirmәmişik. Artıq evimizin içindә milli sülh, milli
birlik bәrqәrar olub. Uşaqdan böyüyә hәr bir Azәrbaycanlı Azәrbaycanın bütövlüyü,
Azәrbaycanın bölünmәz, dönmәz vә şәriksiz istiqlalı naminә lazım gәlәrsә canını belә
qurban vermәk әzmindәdir. Bu amillәr, insan potensialımız, iqtisadi potensialımız,
mәnәvi-siyasi vә psixoloji potensialımız vә onların tam gücü ilә hәrәkәtә gәtirilmәsi,
müasir hәrb elmi әsasında müasir güclü ordu yaradılması, artıq Azәrbaycana sәriştәli
rәhbәrlik edilmәsi, bütün bunlar hansı yol ilә olursa-olsun işğal altındakı әrazilәrimizin
azad olunmasını tәmin edәcәkdir. Mütlәq edәcәkdir!
Biz tarixi hüququmuzu qoruyuruq. Vicdanımız pakdır. haqq, әdalәt bizim
tәrәfimizdәdir. Tarixi baxımdan, strateji baxımdan haqq işimizin qalib gәlәcәyinә zәrrә
qәdәr dә şübhә olmamalıdır.
Tofiq Köçərli
- 136 -
Qarabağ: Yalan və Həqiqət
8.
VII Fәsil
“Nurnberq prosesi” olmalıdır!
Balayan haqlıdır:
“Tarixi faktların saxtalaşdırılması hәmişә manqurtluq üçün bәslәyici mühit
olmuşdur”. O, hәm dә deyir ki, Rusiyanı vә Ermәnistanı “әksәr hallarda tarixi
saxtalaşdıranda bәdbәxtlik yaxalamışdır. İstәr qәdim, istәrsә dә әn yeni tarixi
saxtalaşdıranda” . Bu axırıncı iddiaya qiymәt vermәk mәnim işim deyildir.
Ancaq soruşmaq gәrәkdir:
- Kimdir bu gün tarixi saxtalaşdıran, daha dәqiqi, saxtakarlığı özünә peşә edәn?
Bәlkә dә bu gün mәhz ermәni müәlliflәri, onların toruna düşmüş Stupişinlәr
saxtakarlıq üzrә dünya çempionudurlar. Bәlkә dә ermәni müәlliflәri hәlә heç bir zaman
indiki qәdәr tarixi saxtalaşdırmayıblar. Balayanın söylәdiklәrinә inansaq, Ermәnistanı
yaxalayacaq әn dәhşәtli bәdbәxtlik hәlә qabaqdadır!
Balayan yazır ki, Bakı “yalnız Rusiya Qarabağ mәsәlәsini hәll etmәk şәrti ilә, yәni
әgәr yerli ermәni әhalili tarixi ermәni vilayәti Türkiyәnin (Türkiyәnin!-T.K.) tәrkibinә
daxil edilәrsә, nefti Rusiya vasitәsilә qәrbә nәql etmәyә hazırdır. Zira hәtta şagirdә
mәlumdur ki, Qarabağ mәsәlәsinin hәllinin belә variantı hәyata keçirildiyinin ertәsi günü
Azәrbaycan ermәni Naxçıvanı vә ermәni Qarabağı ilә birlikdә heç bir hüququ әngәlsiz
Türkiyә ilә qovuşacaqdır”.
Bu, başdan-ayağa uydurmadır. Rusiya siyasi xadimlәrini qıcıqlandırmaq, Rusiya ilә
Azәrbaycan vә Türkiyә arasında münasibәtlәri pozmaq mәqsәdi güdәn haray-hәşirdir.
Axı, Balayanın uydurduğu şәrti Bakı Rusiya qarşısında qoymamışdır. Bir dә ki, ilkin
Azәrbaycan neftinin Bakı-Novorossiysk neft kәmәri ilә nәql edilmәsi mәsәlәsi artıq hәll
edilmişdir. O ki, qaldı Azәrbaycanın Türkiyә ilә qovuşması mәsәlәsinә gur sәslә deyә
bilәrik:
Xoflanmayın cәnablar! Belә şey yoxdur. Bu, Azәrbaycanda heç kimin xәyalına belә
gәlmir.
Tofiq Köçərli
- 137 -
Qarabağ: Yalan və Həqiqət
Azәrbaycan kiminlәsә, hәtta doğma Türkiyә ilә birlәşmәk, “qovuşmaq” üçün ayrılıb
müstәqil olmamışdır. Azәrbaycanın müstәqilliyi, Azәrbaycanın suverenliyi bölünmәz vә
şәriksizdir.
Xatırladım ki, hәtta 1918-çi ildә Azәrbaycan Cümhuriyyәti yaradılan zaman müәyyәn
dairәlәrdә Türkiyә ilә birlәşmәyә meyl var idi. Lakin bütün ağlagәlmәz çәtinliklәrә
baxmayaraq, Azәrbaycan xalqı, onun liderlәri üçün Azәrbaycanın müstәqilliyi müqәddәs
prinsip oldu. Bunu da xatırladım ki, yenә hәmin ildә hәlә Azәrbaycanın paytaxtı Bakı
şәhәri düşmәn әlindә olarkәn Azәrbaycan Cümhuriyyәti hökumәtinin rәsmi dәvәti ilә
kömәyә gәlmiş türk qoşun hissәlәri gәnc Azәrbaycan silahlı qüvvәlәri ilә birlikdә Bakı
uğrunda hәlledici döyüşlәr apararkәn, bax hәtta, belә bir çәtin anda Azәrbaycan
hökumәti suverenliyinin türk qoşunları komandanı Nuru paşa tәrәfindәn pozulmasına
dözmәmişdi. Azәrbaycanın baş naziri F.X.Xoyski avqustun 23-dә müvәqqәti paytaxtdan
Gәncәdәn İstanbula Azәrbaycan nümayәndә heyәtinin başçısı M.Ә.Rәsulzadәyә
yazmışdı: “Nuru paşanın siyasәti get-gedә bizim daxili işlәrimizә qarışmağa meyl edir.
İstanbulun mövqeyini ehtiyatla aydınlaşdırmaq lazımdır. Müstәqildiyimizin qorunması
üçün lazımi tәdbirlәr görmәk lazımdır”. Avqustun 31-dә Xoyski M.Ә.Rәsulzadәyә
göndәrdiyi mәktubda bir dә hәmin mәsәlәni vurğulamışdı: “Әn başlıcası, Türkiyә ilә
qarşılıqlı münasibәtlәrimizi qәti aydınlaşdırmaq lazımdır, yoxsa hәr bir işi vә idarәetmәni
tam puç edәn ikihakimiyyәtlilik vә çoxhakimiyyәtlilik әmәlә gәlir. Mәn belә hesab edirәm
ki, bütün idarәetmә Azәrbaycan hökumәtinin әlindә cәmlәşmәlidir. Türk qoşun hissәlәri
idarәetmә işinә bilavasitә qarışmamalı, bütün arzu vә istәklәrini Azәrbaycan hökumәtinә
vermәli vә hökumәt vasitәsilә hәyata keçirmәlidir”.
Nuru paşanın hәddini aşması mәsәlәsindә Azәrbaycan hökumәtinin prinsipial
mövqeyi Nuru paşanı Azәrbaycanın müstәqilliyinә hörmәt etmәyә vadar etmәklә
nәticәlәndi.
Hәtta әn çәtin, әn mәsuliyyәtli anda Nuru paşanın ümumi komandanlığı altında
Bakını yad qüvvәlәrdәn azad etmәk kimi taleyüklü bir vәzifә hәll olunduğu bir vaxtda
Nuru paşanın Azәrbaycanın daxili işlәrinә qarışması ilә Azәrbaycan hökumәtinin
barışmaması çox әlamәtdardır vә çox ibrәtamizdir.
Dostları ilə paylaş: |